Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə29/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   25   26   27   28   29   30   31   32   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
113 
kəmiyyət, hal-hərəkət və s. də  bildirmir  və sözün nominativlik 
funksiyasından məhrumdur.  
 
Bir nitq  hissəsi kimi nidanın xüsusi morfoloji əlaməti 
yoxdur, sözdüzəldicilik və sözdəyişdiricilik imkanlarından da 
məhrumdur. 
 Modal 
sözlər kimi, nidalar da cümlədəki fikrə 
münasibət bildirir. Lakin modal sözlərdə bu münasibət birbaşa, 
nidalarda isə dolayı yolla ifadə olunur.  
 Nidalar 
məfhum bildirmir. Başlıca olaraq subyektin 
daxili aləmi ilə bağlı olur və müxtəlif hisslər, duyğular ifadə 
edir ki,  həmin hisslər, duyğular nidaların mənası adlandırılır. 
Şifahi nitqdə nidaların mənası  situasiya və ya intonasiya ilə,  
yazılı nitqdə isə    mətn, kontekst vasitəsi ilə müəyyən edilir.  
Hərəkət, mimika və jestlər bu mənaların çatdırılmasında  
yardımçı rol oynayır.  
 Nidalar  insanın hiss-həyəcanını, duyğularını, istək və 
arzularını, hiddət və nifrətini, coşqunluğunu, nəşə  və  kədərini 
bilavasitə ifadə edən sözlərdir. Məsələn,  Ah, neçə kef çəkməli 
əyyam idi! (M.Ə.Sabir)  Vah! Bu imiş  dərsi-üsuli-cədid?! 
(M.Ə.Sabir) Of, ürəyim tıp-tıp tıppıldayır.(S. Rüstəmxanlı) və s. 
Müasir Azərbaycan dilindəki nidaları iki qrupa  ayırmaq 
olar:  
1.  Əsli nidalar. Bu qrupa müstəqil mənaya malik söz 
kökü kimi işlənə bilməyən, elə yaranışından hiss-duyğuların 
ifadəsinə xidmət edən nidalar daxildir: a, o, ay, ey, oy, ax, of, 
eh, oho, bay, bıy,  pah, puf, xox, ura, ehey, paho,  ay hay və s. 
2. Törəmə nidalar. Müstəqil mənaya malik söz kökü 
kimi,  həm də nida kimi işlənənlər bu qrupu təşkil edir: vay, 
aman,  haray, can, ah, ay, şabaş və s.  
Nidalar məna və vəzifəsinə görə də iki qrupa ayrılır: 
1. Emosionallıq bildirən nidalar; 
2. Çağırış bildirən nidalar.  
Emosionallıq bildirənlər  şadlıq, sevinc, arzu, həzz, 
tərif,  narazılıq,  şikayət, təəccüb, heyrət,  qəzəb, nifrət, təlaş, 
Gülarə  Abdullayeva 
 
 
114
qorxu, iztirab, kədər və s. mənaları ifadə edir. Dilimizdə 
emosionallıq bildirən nidalar çoxdur və  əksəriyyət bu qrupa 
daxildir.  Ah, oh, aha, oho, oy, uy, vay,  vah, bah, pah, paho, 
baho, tfu, pəh, boy,  hay-hay, paho ey, ey vah,  vaxsey, heyhat,  
afərin və s.  nidalar bu qəbildəndir.  
Çağırış bildirənlər.  Dilimizdə  işlənən nidaların az bir 
qismi çağırış, müraciət məqamında  işlədilir. Bu zaman nidalar 
özündən  əvvəlki və sonrakı sözdən fasilə ilə ayrılır. Məsələn, 
A,a,a! Bir buna baxın! Ay, yandım!  və s.  Belə nidalar həm  
xitablarla, həm də xitabsız işlənə  bilər.  Məsələn, Aya, məgər 
bu, pis işdir? (C.Məmmədquluzadə)  Ey, namərd,  ver onları 
bura, molla oğlu, molla! (S.Rüstəmxanlı)  O...o...o xanım, siz 
həmişəki kimi gözəlsiniz və cazibədarsınız. (M.İbrahimov)     və 
s
Nidalar quruluşca sadə və mürəkkəb olur.  Ay, vay, ah, 
oh, uy, uf, of, bah, pah və s. sadə nidalardır.  Vay, gecədən 
ötüb, yəqin anam bərk narahatdır.(M.İbrahimov)  Vay
Nurəddin sağ imiş.(S.S.Axundov) 
Mürəkkəb nidalar iki yolla əmələ gəlir: 
1. Eyni nidanın təkrarı ilə: Belə nidalar defislə yazılır: 
bəh-bəh, pəh-pəh,  vay-vay-vay, ay-ay-ay və s. Belə nidalar 
bəzən aydın fasilə ilə ayrılır, buna görə  də yazıda tərəflər 
arasına vergül qoyulur. Məsələn, Bəh, bəh, Səfiqulu bəy şairlik 
də bacarır. (M.İbrahimov) 
Müxtəlif nidaların birləşməsi yolu ilə. Belə nidalar 
əsasən ayrı yazılır:  ey vay,  ay can,  ay aman,  pah atonnan, 
vay aman,  ay haray və s. 
Emosional nidalar çox yüksək tonla deyildikdə ondan 
sonra nida işarəsi qoyulur. Məsələn,  Hay-hay, hay-hay!  Nə 
qədər Fəxrəddin bəy gəlməmişdi, mənim gecə az-çox ümidim 
vardı, indi o ümidim də  kəsilib, qalmışam naçar, biəlac.         
(N.Vəzirov)  
Emosional nidalar cümlənin ortasında gəldikdə  hər iki 
tərəfində, sonda gəldikdə özündən əvvəl vergül qoyulur.  


Müasir  Azərbaycan  dili 
 
 
115 
Çağırış bildirən nidalar xitabla işlənib fasilə ilə 
ayrılmazsa, durğu işarəsinə  də ehtiyac olmur. Məsələn,  Ay 
nənə, axı sən nə təhər and içəcəksən? (M.Hüseyn) 
Nida ilə xitab arasında aydın fasilə olarsa, tonun 
yüksəkliyindən asılı olaraq, onların arasında vergül və ya nida 
işarəsi qoyulur. Məsələn, Ah, başıbəlalı Qarabağ! 
Dildə bir sıra sözlər vardır ki, onlar təbiətdə olan canlı 
və cansız varlıqların çıxardığı  səsləri təqlid yolu ilə  əmələ 
gəlmişdir. Belə sözlər  yamsılamalar  və ya təqlidi sözlər 
adlanır.  Məsələn,  xır-xır,  şır-şır, gup-gup və s. Şırıldayır 
novalçalar  şırıl-şırıl, Quşlar uçur yuvasına  pırıl-pırıl.                             
(M.Müşfiq)  
Təqlidi sözlər də xüsusi nitq hissələrinə daxil edilir. 
Çünki onların da dildə heç bir qrammatik mənası olmayıb fikrin 
ekspressiv ifadə olunmasına xidmət edir, əşyanın hərəkəti 
haqqında obrazlı təsəvvür yaradır.  Lakin təqlidi sözlər bir sıra 
xüsusiyyətlərinə görə nidalardan fərqlənir.  Nidalardan fərqli 
olaraq, təqlidi sözlər eyni sözün təkrarı ilə yaranır. Təqlidi 
sözlərə  -ılda, -ıltı  şəkilçilərini artırmaqla yeni söz yaratmaq 
olur: xorultu, xorulda, vıyıltı, vıyılda  və s.  Nidalardan isə çox 
təsadüfi hallarda söz yarana bilir. Təqlidi sözlər hər dilin özünə 
məxsus olub, başqa dilə keçə bilmir, nidalar isə keçir. 
Dildə müşahidə edilən söz qruplarından biri də vokativ 
sözlərdir. Vokativ sözlər heyvanları, quşları çağırarkən, 
yemləyərkən işlədilən sözlərdir.  Məsələn,  ho-ha, ho-ho,  fişt-
fişt və s. Vokativ sözlər müəyyən situativ məqamda işlədilir. 
Əgər nidalar  üçün hissi cəhət xarakterikdirsə, vokativ sözlərə 
iradi-əqli cəhət xasdır. Nidalar insanın öz daxili hiss və 
həyəcanını ifadə etmək üçün qeyri-ixtiyari çıxardığı  səslərdən 
formalaşmışsa, vokativ sözlər insanların heyvanlara, quşlara 
təsir etmək, onları yönəltmək məqsədi ilə  şüurlu  şəkildə 
yaratdığı sözlərdir. Bundan başqa, dilimizdə nidalardan fərqli 
olaraq, vokativ sözlərlə məhdud da olsa, yeni söz yaradılır. 
Gülarə  Abdullayeva 
 
 
116
İnsana müraciətlə işlədilən ədə, əyə, əşi, aaz sözləri də 
vokativ sözlərə daxil edilir. Bunlara imperativ sözlər  də 
deyilir. (2, 390)   
  
 
 
ƏDƏBİYYAT: 
 
1.Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya.    
III hissə, “Maarif”,  Bakı, 1983. 
2. Kazımov Q. Müasir Azərbaycan dili. Morfologiya. Bakı, 
2010. 
3. Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası.             
II hissə, Bakı,  2007. 
     4. Müasir Azərbaycan dili.  EA nəşri, II hissə,  Bakı,  
1980. 
     5. Müasir Azərbaycan dili proqramı.  AMİ,  Bakı,  2009. 
     6. Seyidov  Y.  Azərbaycan   dilinin  qrammatikası.  
 (Morfologiya),  Bakı, 2000. 
 
 
 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə