Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə32/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   28   29   30   31   32   33   34   35   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
125 
üstünə keçə  çəkilmiş, divarın dibinə döşəkçələr düzülmüşdü.  
(F. Kərimzadə)
Tabesizlik  əlaqəsinin xüsusi formal əlaməti yoxdur. 
Sadalama   intonasiyası, və ya tabesizlik bağlayıcıları bu 
əlaqənin ifadəçiləridir. Tabesizlik əlaqəsinə girən tərəflər 
qrammatik məzmun və formaca eyni olmalıdır. Yəni,  fərqli 
formada olan nitq hissələri və cümlə üzvləri arasında tabesizlik 
əlaqəsi ola bilməz. 
Bəzən söz birləşmələrinin  əsas və ya asılı  tərəfi də 
bərabər hüquq əsasında  əlaqələnən iki və daha çox sözdən 
ibarət olur ki,  həmin sözlər arasında da tabesizlik əlaqəsi olur. 
Məsələn, gəzməli, görməli yerlər, maraqlı hekayələr, povestlər 
və s.  
Tabesizlik  əlaqəsi  əsasında  əmələ  gələn bu cür  söz 
birləşmələrində    sözlər birləşmənin qeyri-müstəqil tərəfi 
olduğundan, onlar  cümlədə həmcins üzvlər kimi çıxış etmir.  
 
                                               
                                         
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                              
Tabesiz 
mürəkkəb 
cümlənin. 
komp. aras.
Həmcins
 xitablar
arasında
Həmcins 
təyinlər 
arasında 
Həmcins
zərfliklər
arasında 
Həmcins
 tamamlıq
  lar aras.
 
Həmcins 
xəbərlər
arasında
Həmcins  
mübtəda- 
lar aras. 
 
Tabesizlik 
 əlaqəsi 
Gülarə  Abdullayeva 
 
 
126
Tabelilik əlaqələri 
 
  Dilimizdə əvvəlki əlaqə növü ilə müqayisədə tabelilik 
əlaqəsinin işlənmə dairəsi çox genişdir. Həm söz 
birləşmələrinin, həm də cümlələrin yaranmasında bu əlaqənin  
mühüm əhəmiyyəti var. Başqa sözlə, tabelilik əlaqəsi olmadan 
söz birləşməsinin və cümlənin mövcudluğundan danışmaq 
olmaz. Söz birləşmələrinin  əsas və asılı  tərəfləri, cümlənin 
həmcins olmayan üzvləri  bir-biri ilə məhz tabelilik əlaqəsi ilə 
bağlanır. Bu əlaqə zamanı  əlaqədə olan tərəflərdən biri digərini 
özünə tabe edir, uyğun olaraq digər söz əlaqədə olduğu  sözdən 
asılı olur, bu və ya başqa cəhətdən  onu izah edir,  aydınlaşdırır. 
Məsələn, Yaşlı qadın, bizim həyətimiz və s.  
Tabelilik  əlaqəsi zamanı iki tərəf olur. Tərəflərdən biri 
əsas, digəri asılı  tərəf adlanır. Məsələn, hündür bina, evdən 
çıxanda birləşmələrində  bina  və  çıxanda sözləri  əsas,  hündür 
və evdən  sözləri isə asılı tərəflərdir.  
Sözlərin tabelilik yolu ilə  əlaqələnməsi nəticəsində 
yaranan birləşmələr iki cür olur: predikativ birləşmələr, qeyri- 
predikativ birləşmələr. Predikativ birləşmələr, başqa sözlə, 
cümlə deməkdir. Belə birləşmələr xəbərin iştirakı ilə yaranır. 
Məsələn, Havalar istiləşdi. Dərs sona çatdı və s. 
Qeyri-predikativ birləşmələr xəbərin iştirakı olmadan 
qurulan birləşmələrdir. Sintaksisdə söz birləşməsi dedikdə bu 
cür birləşmələr nəzərdə tutulur. Məsələn, güclü yağış, payız 
gələndə  və s.  
Azərbaycan dilində tabelilik əlaqəsinin üç növü vardır: 
yanaşma, uzlaşma və idarə. 
Yanaşma  əlaqəsi. Digər tabelilik əlaqələri ilə 
müqayisədə yanaşma əlaqəsi özünün qədimliyi ilə seçilir. Hələ 
dilin qrammatik quruluşu formalaşmadığı ilkin mərhələlərdə 
insanlar primitiv şəkildə sözü sözə yanaşdırmaqla 
əlaqələndirmiş,  əşyanın  əlaməti, miqdarı  və s. haqqında 


Müasir  Azərbaycan  dili 
 
 
127 
məlumat ifadə etməyə çalışmışlar. Yanaşma əlaqəsinin heç bir 
formal göstəricisi yoxdur. Asılı  tərəfin  əsas tərəfə  məna və 
intonasiya ilə bağlanmasına yanaşma deyilir.  Məsələn, geniş 
küçə, meşədəki hadisə, bərk qaçan  birləşmələrində sözlər 
arasında yanaşma  əlaqəsi vardır. Bu birləşmələrdə  geniş, 
meşədəki, bərk  sözləri yanaşma əlaqəsi ilə küçə, hadisə, qaçan  
sözlərinə tabe olmuşdur.   
Yanaşma  əlaqəsi zamanı birləşmənin asılı  tərəfi (tabe 
olan tərəfi) yanaşan, əsas tərəfi (tabe edən tərəfi) isə yanaşılan 
söz kimi qeyd olunur. Dilimizdə yanaşan söz əvvəl, yanaşılan 
söz isə sonra gəlir. 
Azərbaycan dilində yanaşma əlaqəsi ismi birləşmələrdə: 
birinci və ikinci növ təyini söz birləşmələrində, bəzi qeyri-
təyini ismi birləşmələrdə,  relyativ əlaqəli feli birləşmələrdə,  
cümlədə  təyinlə  təyinlənən arasında, xəbərlə  tərz, zaman, 
səbəb, məqsəd, kəmiyyət, şərt, qarşılaşdırma zərflikləri, xəbərlə 
bəzi tamamlıqlar arasında olur. 
Keyfiyyətinə görə yanaşmanın iki növü var: tam 
yanaşma, tam olmayan yanaşma. 
Tam yanaşma zamanı    əlaqədə olan sözlər arasına  ya 
heç bir söz  girə bilmir, ya da bunlar arasına elə sözlər daxil ola 
bilir ki, onlar da əsas  sözlə yanaşma  əlaqəsində olsun. 
Məsələn,  maraqlı kitablar, gəzməli yerlər.  Belə sözlər asılı 
olduqları sözlərdən ancaq o zaman ayrı düşə bilir ki, onların 
arasına girən sözlər də onlarla eyni tipli olsun. Məsələn, 
maraqlı və mənalı kitablar, gəzməli və yaşamalı yerlər və s
Tam yanaşma  əlaqəsində olan sözlərin də yanaşma 
cəhətdən xüsusiyyətləri və  fərqləri vardır. Sifətlər yanaşma 
əlaqəsinin asılı  tərəfi kimi daha qüvvətli, saylar isə nisbətən 
zəifdir,  əvəzliklər onlarla müqayisədə daha zəifdir.  Maraqlı 
hadisə, üç hadisə,  həmin hadisə birləşmələrində asılı  tərəfdə 
dayanan  həmin, maraqlı  və  üç sözləri eyni bir sözlə yanaşma 
əlaqəsinə girmişdir. Lakin həmin sözlərin asılı  tərəflə 
yanaşmasının keyfiyyəti bir-birindən fərqlənir. Tərəfləri 
Gülarə  Abdullayeva 
 
 
128
sıralasaq,  həmin üç maraqlı hadisə    formasında birləşmə 
yaranar. Bunlar göstərir ki,  tam yanaşmanın özündə yanaşan 
sözlərin yanaşma  nisbəti müxtəlif olur. Eyni sözə aid bir neçə 
yanaşan söz olduqda bunlardan biri daha yaxın, digəri isə 
nisbətən uzaqda olur. Buna baxmayaraq, onların hamısının 
əlaqəsi tam yanaşma  əlaqəsi hesab olunur, çünki bunların 
arasına əsas sözlə yanaşma əlaqəsində ola bilməyən sözlər daxil 
ola bilmir. Müasir Azərbaycan dilində bu, möhkəm bir qayda 
kimi özünü göstərir. 
Tam olmayan yanaşma. Tam olmayan yanaşma 
zamanı  yanaşan sözlə yanaşılan söz arasına  əsas tərəflə başqa 
əlaqədə olan çoxlu sözlər girə bilər. Məsələn, Gün qalxdıqca 
gecə şaxtadan donan yolların qarı əriyirdi. (İ.Şıxlı)  cümləsində 
gün qalxdıqca birləşməsi zaman zərfliyi olub, cümlənin xəbəri 
ilə yanaşma  əlaqəsindədir. Lakin bu tərəflər arasına xəbərlə 
uzlaşma yolu ilə  əlaqələnən  yolların qarı mübtədası daxil 
olmuşdur. Ona görə  də bu zaman zərfliyi ilə  xəbər arasındakı 
yanaşma keyfiyyətinə görə tam olmayan yanaşmadır. Tam 
olmayan yanaşma  əlaqəli tərəflər yanaşı da işlənə bilər:  Gecə 
şaxtadan donan yolların qarı gün qalxdıqca  əriyirdi.  Bu cür 
tərəflər yanaşı işlənsə də, onların arasına  istənilən vaxt başqa 
sözlər daxil ola bilər. 
Yanaşma əlaqəsi müxtəlif nitq hissələrindən olan sözlər 
arasında özünü göstərir. Bir nitq hissəsinə aid olan söz başqa 
nitq hissəsinə münasibətdə, yerinə görə  həm yanaşan, həm də 
yanaşılan söz kimi çıxış edə bilir.  
Yanaşma  əlaqəsi asılı  və  əsas tərəflərinin nitq hissələri 
ilə ifadəsini nəzərə almaqla aşağıdakı kimi qruplaşdırmaq olar: 
İsmin ismə yanaşması. Bu cür yanaşma özünü  bir neçə 
şəkildə  göstərir. Bəzən  atributiv isimlər heç bir vasitə olmadan 
başqa isimlərlə yanaşma əlaqəsində olur. Burada yanaşan isim 
daha çox sifətə  bənzəyir, atributivləşir. Məsələn,    qızıl saat, 
taxta qapı, daş pilləkən və s. İsimlərin belə yanaşması sintaktik 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə