Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə35/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   31   32   33   34   35   36   37   38   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
137 
zamanı asılı  tərəf ikinci yerdə durur. Asılı söz əsas sözlə iki 
baxımdan: həm şəxsə, həm də kəmiyyətə görə uyğunlaşır.  
Şəxsə və kəmiyyətə görə uzlaşma. 
Qeyd etdiyimiz kimi, Azərbaycan dilində uzlaşma 
əlaqəsi  şəxsə  və  kəmiyyətə görə olur. Əsas (tabe edən) tərəf 
hansı şəxsə aid olursa, asılı (tabe) tərəf də həmin şəxsə məxsus 
qrammatik  əlamətlər qəbul edir, onunla uyğunlaşır. Predikativ 
əlaqəli birləşmələrdə uzlaşma  əlaqəsi xəbərlik  şəkilçiləri  və 
şəxs sonluqları vasitəsi ilə reallaşır. Məsələn, Mən gəlirəm.  Sən 
gəlirsən.  O gəlir.  Biz gəliriz.  Siz gəlirsiniz.  Onlar gəlirlər.  
və s. Göründüyü kimi, uzlaşma  əlaqəsi cümlədə mübtəda və 
xəbər arasında olur. Bu zaman mübtəda  əsas, xəbər isə 
qrammatik cəhətdən  ondan  asılı olur.  Mübtəda hansı şəxsdə 
olursa, xəbər də  həmin  şəxsə uyğun  şəxs və ya xəbərlik 
şəkilçisi qəbul edir,  onunla uzlaşır.  Məsələn, Mən uzanıram 
bir hovur gözümün acısını alım. (İ.Şıxlı)  Onda gərək biz uşağı 
camaat arasına çıxarmayaydıq. (İ.Əfəndiyev) Qoy qız otursun 
faytonda. (İ.Əfəndiyev) və s. 
Xəbər mübtəda ilə  həm  şəxsə, həm də  kəmiyyətə görə 
uzlaşarsa, belə uzlaşma  tam uzlaşma adlanır. Azərbaycan 
dilində  şəxsə görə uzlaşma daimi xarakter daşıyır və heç vaxt 
pozulmur. Lakin kəmiyyətə görə uzlaşma bəzən  pozula  bilir.     
I və II şəxsin təki ilə cəmində uzlaşma həmişə tam olur və heç 
vaxt pozulmur.  Məsələn, Mən gəldim. Sən gəldin. O gəldi. Biz 
gəldik. Siz gəldiniz. Onlar gəldilər.   Kəmiyyətə görə uzlaşma 
isə bir qədər fərqli  şəkildə özünü göstərir. Bu fərq  mübtəda    
III şəxsin cəmi ilə ifadə olunduqda nəzərə çarpır.  
Mübtəda III şəxsin cəmində olduqda üç fərqli vəziyyət 
müşahidə olunur: 
1. Əgər əsas tərəf, yəni III şəxsin cəmi ilə ifadə olunmuş 
mübtəda insanlara aiddirsə, asılı  tərəf  (xəbər)  əksər hallarda 
onunla uzlaşır, bəzən uzlaşmır.  Əgər ayrı-ayrı hissələr, fərdlər 
nəzərə çarpdırılırsa, bu vaxt uzlaşma vacib olur, əgər kəmiyyət 
toplu halda götürülürsə, uzlaşma vacib olmur. Məsələn, Atalar 
Gülarə  Abdullayeva 
 
 
138
yaxşı deyib ki, ehtiyat igidin yaraşığıdır.  Sonra onlar ...Fatma 
nənəmgilin  Şuşa qalasındakı qohumlarından  söhbət etdilər.    
(İ. Əfəndiyev)  
2. Əgər əsas tərəf heyvanlara və  quşlara aid olarsa, asılı 
tərəf  onunla uzlaşar da, uzlaşmaz da. Məsələn, Güllə  səsinə 
kəndin itləri bir-iki ağız  hürdülər. (İ.Şıxlı) Səsimə  səs verir 
quşlar yuvadan. (S.Vurğun)   
3.  Əsas tərəf cansız varlıqlara aid olarsa, birincinin 
əksinə olaraq, asılı  tərəf  əksər hallarda onunla uzlaşmır. 
Məsələn , Bu  səsə dağlar-daşlar lərzəyə gəldi.(İ.Şıxlı)  
Əgər belə mübtədanın mənasında  şəxsləndirmə olarsa, 
onda  xəbər cəmlənir. Məsələn, Yarpaqlar pıçıldaşırdılar və s. 
Bəzən predikativ əlaqəli birləşmələrdə    əsas və    asılı 
tərəf  həmcins olur.  Bu da tərəflər arasında uzlaşma əlaqəsinə 
müəyyən təsir göstərir
1.  Əsas tərəf həmcins üzvlərdən ibarət olduqda 
aşağıdakı hallar özünü göstərir: 
a)  Əsas  tərəfdə başqa  şəxslərə aid sözlərlə yanaşı, 
birinci  şəxsə aid əvəzlik (mən  və ya biz) iştirak edirsə, asılı 
tərəf birinci şəxsin cəmində olur. Məsələn,  Fikirdəyik sən də, 
mən də, ağ bulud da, göy çəmən də (S.Vurğun).  
b)  Əgər  əsas tərəfdə olan sözlər arasında ikinci şəxsə 
aid əvəzlik (sən, siz) olarsa,  asılı tərəf  ikinci şəxsin cəmində 
olur. Məsələn,  Sən də, Adil də  məsələnin mahiyyətini 
öyrənməlisiniz.(İ. Əfəndiyev) 
c)  Əsas tərəfdə olan sözlər içərisində birinci və ikinci 
şəxs əvəzlikləri iştirak etməzsə, yəni onlar ancaq üçüncü şəxsə 
aid olarsa, asılı tərəfdə olan söz həmişə üçüncü şəxsdə  olur və 
şəxsə görə uzlaşma  qalır. Kəmiyyətə görə uzlaşma isə  əsas 
tərəfdə olan  sözlərin xarakterindən, düzülüşündən asılı olaraq 
dəyişilir.  Əgər  əsas tərəfdə olan  sözlərin ifadə etdiyi əşyalar, 
şəxslər, eyni zamanda, eyni yerdə  və xüsusən  əlaqəli  şəkildə 
götürülürsə, bu halda asılı söz çox vaxt cəm olur və kəmiyyətə 


Müasir  Azərbaycan  dili 
 
 
139 
görə əsas sözlə uzlaşır. Məsələn,  Abbas, Həyat və Akif xəritəyə 
baxaraq danışırdılar. (M.İbrahimov).  
Əgər əşya və şəxslər belə əlaqəli şəkildə götürülmürsə, 
ayrı-ayrılıqda götürülürsə, bu halda asılı söz cəmlik  əlaməti 
qəbul etmir və deməli, kəmiyyətə görə uzlaşma pozulmuş olur. 
Məsələn, Yenə işığını səndən alacaq, İnsan da, torpaq da,hava 
da, su da .(S. Vurğun) 
2.  Bəzən asılı  tərəf həmcins olur. Bu zaman iki hal 
özünü göstərir. Birinci halda,  asılı tərəfdə olan sözlərin hamısı  
şəxs və kəmiyyətə görə əsas sözlə uzlaşır.  
 İkinci halda isə  asılı sözlərdən sıra ilə ancaq sonuncu 
əsas sözlə  şəxs və  kəmiyyətə görə uzlaşır, başqaları isə 
uzlaşmır və başqa formalarla əvəz olunur. Belə hallar aşağıdakı 
səbəblərdən irəli gəlir:        
a) asılı sözlərdə uzlaşma əlaməti olan şəxs və kəmiyyət 
şəkilçilərinin ixtisarı  nəticəsində. Məsələn, Biz həm işləyəcək, 
həm də oxuyacağıq. 
 b) asılı sözlərin  -ıb
4
  və  bəzən də  -araq, -ərək  şəkilçili 
feli bağlamalarla  əvəz olunması  nəticəsində. Məsələn,  Dəstə-
dəstə biz də  gərək, sünbül yığıb, meyvə dərək. (S.Vurğun) Mən 
məktəbi buraxaraq, işləməyə başladım.  
c) asılı  tərəfin  deyil, yox sözləri ilə  əvəz olunması 
nəticəsində. Məsələn, Mən səni deyil, Əlini  çağırıram. 
 Dilimizdə predikativ əlaqəli birləşmələrdə  şəxsə görə 
uzlaşma həmişə  özünü  qoruyub saxlayır. Lakin dilimizdə  elə 
predikativ əlaqəli  birləşmələr də vardır ki, bunlarda asılı sözlər 
əsas sözlə deyil, sanki öz-özü ilə uzlaşmalı olur.  Məsələn, 
Danışan mənəm. Danışan sənsən. Danışan odur. Danışan bizik. 
Danışan sizsiniz. Danışan onlardır. Uzlaşmanın pozularaq bu 
şəklə düşməsinə  əsas səbəb subyektlə predikatın öz qrammatik 
yerlərini dəyişdirməsi və birləşmənin tərsinə qurulmasıdır. 
Məsələn, müqayisə edək, Danışan mənəm - Mən danışıram. 
Danışan sənsən - Sən danışırsan  və s. 
 
Gülarə  Abdullayeva 
 
 
140
 
 
Qeyri-predikativ birləşmələrdə (söz birləşmələrində) 
uzlaşma. Uzlaşma  əlaqəsi bütün söz birləşmələrində deyil, 
yalnız qarşılıqlı tabelilik əlaqələri ilə qurulan ismi 
birləşmələrdə  olur. Bu ismi birləşmələrin bir qisminin tərəfləri 
arasında yanaşma və uzlaşma (II növ təyini söz birləşmələri), 
bir qisminin (III növ təyini söz birləşmələri)  tərəfləri arasında  
isə idarə və uzlaşma əlaqələri olur. 
II növ təyini söz birləşmələrində uzlaşma məhdud olub, 
yalnız III şəxs üzrədir. Məsələn, iş otağı, dərs kitabı və s. 
III növ təyini söz birləşmələrində isə uzlaşma bütün 
şəxslər üzrə olub, hərtərəfli və tamdır. I tərəf hansı  şəxsdə 
olursa (tək və ya cəmdə), II tərəf də    uyğun mənsubiyyət 
şəkilçisi qəbul edərək  onunla uzlaşır. Məsələn,  mənim kitabım, 
sənin kitabın, onun kitabı və s. 
Azərbaycan dilində  qeyri-predikativ birləşmələrdə 
şəxsə görə uzlaşma həmişə qorunur, kəmiyyətə görə uzlaşmada 
Qeyri-
təyini ismi
birləşmə-
lərdə
Mübtəda 
ilə xəbər
 
arasında 
II, III növ 
təyini söz 
birləşmələ
rində
Uzlaşma 
əlaqəsi
 
olur:
 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə