Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə37/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   33   34   35   36   37   38   39   40   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
145 
Quluşuna görə söz birləşmələri sadə və mürəkkəb olur. 
Ümumiyyətlə, söz birləşmələrinin  əsas və asılı  tərəfinin ifadə 
vasitəsini nəzərə almaqla, onu aşağıdakı qruplara ayırmaq olar: 
1.Həm əsas, həm də asılı tərəfi bir sözlə ifadə olunanlar. 
Məsələn,  maraqlı kitab, kəndin mənzərəsi, dağdakı hadisə                  
və s. 
2.Əsas tərəfi söz, asılı  tərəfi söz birləşməsi ilə ifadə 
olunanlar. Məsələn, məktəb direktorunun çıxışı, kənd həyatının 
çətinlikləri və s.  
3.  Əvvəlkinin  əksinə olaraq, əsas tərəfi söz birləşməsi, 
asılı tərəfi sözlə ifadə olunanlar. Məsələn,  müəllimin iş otağı, 
şagirdin yazı yazmağı və s. 
4. Həm əsas, həm də asılı tərəfi söz birləşməsi ilə  ifadə 
olunanlar. Məsələn, Sinif rəhbərinin iş otağı,  yaşayış evinin 
giriş qapısı və s. 
Qeyd olunan birləşmələrdən birinci qrupa daxil olanlar 
quruluşca sadə,  ikinci, üçüncü, dördüncü qrupa daxil olanlar 
isə mürəkkəb  birləşmələr hesab edilir. Bundan başqa, 
dilimizdə elə birləşmələr də vardır ki, asılı  tərəfi bir neçə 
sözdən ibarət olub, həmin sözlərin hər biri özlüyündə birbaşa 
əsas tərəflə  əlaqələnir. Məsələn, dağdakı  həmin üç maraqlı 
hadisə, səhər avtobusla işə gedəndə və s. Bu cür birləşmələr də 
quruluşca mürəkkəb birləşmələr hesab edilir. 
Beləliklə,  iki sözdən  əmələ  gələn  birləşmələr sadə, 
ikidən artıq müstəqil sözdən əmələ gələn birləşmələr mürəkkəb 
birləşmələr hesab olunur. Mürəkkəb birləşmələr  sadə 
birləşmələrin bu və ya başqa  şəkildə genişlənməsi nəticəsində 
əmələ  gəlir və onlar da sadə birləşmələrdə istifadə olunan 
qrammatik formalara əsaslanır. Mürəkkəb birləşmələr söz 
çoxluğu və məzmun genişliyi ilə sadə birləşmələrdən fərqlənir.  
 
 
 
 
Gülarə  Abdullayeva 
 
 
146
Əsas tərəfin ifadə vasitəsinə görə 
 söz birləşmələrinin növləri 
 
Tabe edən tərəfin, yəni  əsas tərəfin nitq hissələri ilə 
ifadəsinə görə söz birləşmələri 3 cür olur: ismi birləşmələr, feli 
birləşmələr və zərf birləşmələri. 
İsmi birləşmələr. Təyini söz birləşmələri. 
İsmi birləşmələr dedikdə əsas tərəfi adlarla, yəni isim və 
ya isimləşmiş sözlər və birləşmələrlə ifadə olunan birləşmələr 
nəzərdə tutulur. Bu birləşmələrin  ən çox yayılmış formaları 
bunlardır: 
1. İsim+ isim modeli əsasında düzələnlər. Məsələn, daş 
hasar,  məktəb illəri, dağın havası. 
2. Sifət + isim modeli  əsasında düzələnlər.  Məsələn, 
dadlı meyvə, gözəl  şəhər, geniş küçə, ağsaqqal nəsihəti
qocanın öyüdü və s. 
3. Say + isim modeli əsasında düzələnlər. Məsələn, beş 
kitab, xeyli adam, beşinci sinif və s. 
4. Əvəzlik + isim modeli əsasında düzələnlərMəsələn, 
həmin yer, sənin kitabın, bu dağlar və s. 
5. Feli sifət +isim modeli əsasında düzələnlər. Məsələn, 
gələn adam, oxunmuş kitab, yazılacaq məktub və s. 
İsmi birləşmələrin nisbətən az yayılmış  və az işlənən 
formaları da vardır. Bunlar aşağıdakılardır: 
1.İsim+say  modeli  əsasında düzələnlər. Məsələn, 
tələbələrdən biri, uşaqlardan üçü. 
  
2.Əvəzlik + say modeli  əsasında düzələnlər.  Məsələn, 
bizim birimiz, onların ikisi.  
3.İsim + sifət  modeli  əsasında düzələnlər.  Məsələn, 
uşaqların ən kiçiyi, kitabın qalını. 
            4.Əvəzlik + sifət  modeli əsasında düzələnlər. Məsələn, 
bizim böyüyümüz, onların qorxağı.  


Müasir  Azərbaycan  dili 
 
 
147 
5.Sifət + sifət  modeli  əsasında düzələnlər.  Məsələn, 
gözəllər gözəli, yaxşılar yaxşısı.  
6. Məsdər + isim modeli əsasında düzələnlər. Məsələn, 
oxumaq həvəsi, işləmək arzusu  və s. yaxud isim + məsdər 
formasında düzələnlər. Məsələn,  quşun oxumağı, natiqin 
danışmağı
Təsadüfi hallarda işlənən  bizim oxuyanımız, onların 
oxumuşu  və yaxud beşdən biri, (beşin ücü)  və s. kimi 
birləşmələr də ismi birləşmə hesab olunur.  
İsmi birləşmələr iki yolla əmələ  gəlir: 1.Analitik yolla. 
2.Sintetik yolla. Analitik yolla əmələ gələn ismi birləşmələrdə 
xüsusi  şəkilçidən istifadə olunmur. Belə birləşmələrin  əmələ 
gəlməsində söz sırası və intonasiya əsas rol oynayır. Məsələn, 
gözəl həyat, uca dağ, üç dost, belə bağ və s. Analitik yolla ismi 
birləşmələrin əmələ gəlməsində bəzən köməkçi sözlərdən, daha 
doğrusu, qoşmalardan istifadə olunur. Məsələn, Əli kimi adam, 
iş üçün alət və s. Sintetik yolla əmələ gələn ismi birləşmələrdə 
şəkilçilər  əsas vasitə hesab olunur. İsmi birləşmələrin çox 
hissəsi bu yolla əmələ  gəlir. Məsələn,    evin qapısı, dağın 
zirvəsi, bizim arzumuz, məktəb direktoru və s. 
İsmi birləşmələr iki böyük qrupa bölünür:  
1.Təyini söz birləşmələri.  
2.Qeyri-təyini ismi birləşmələr. Bəzi dilçilik 
kitablarında ikinci qrup, təyini söz birləşmələrinə daxil 
olmayan ismi birləşmələr də adlandırılır. 
Təyini söz birləşmələrinin tərəfləri arasında atributiv  
əlaqə özünü göstərir, yəni bu birləşmələrdə  təyinlə  təyin 
olunanın münasibəti formalaşır. Formal xüsusiyyətlərinə, 
yaranma yollarına görə  təyini söz birləşmələrinin də dilimzdə 
üç növü qeyd olunur: birinci növ təyini söz birləşmələri, ikinci 
növ təyini söz birləşmələri, üçüncü növ təyini söz birləşmələri. 
Birinci növ təyini söz birləşmələrinin  əmələ 
gəlməsində heç bir qrammatik- morfoloji əlamətdən istifadə 
edilmir. Belə birləşmələr sözlərin yanaşmasından  əmələ  gəlir, 
Gülarə  Abdullayeva 
 
 
148
birinci tərəf atributiv, ikinci tərəf isə  həmişə substantiv 
xüsusiyyət daşıyır.  
Heç bir morfoloji əlamət olmadan əsas sözün asılı sözə 
yanaşması  nəticəsində  əmələ  gələn təyini söz birləşmələri 
birinci növ təyini söz birləşmələri adlanır. 
Birinci növ təyini söz birləşmələri yaranma tarixinə 
görə digər növlərlə müqayisədə daha qədimdir. 
Birinci növ təyini söz birləşmələrinə  yaxşı kitab, 
maraqlı dərs, gözəl vətən, oxuyan tələbə və s. misal göstərmək 
olar. 
Bu birləşmələrin tərəfləri arasında məna  əlaqələrindən 
atributiv, sintaktik əlaqələrdən yanaşma əlaqəsi özünü göstərir. 
Birinci  növ təyini söz birləşmələrinin  tərəflərinin ifadə 
vasitələri müxtəlif və  rəngarəngdir. Birləşmənin ikinci  tərəfi 
bir qayda olaraq isim və ya substantivləşmiş hər hansı bir sözlə, 
birinci tərəfi isə əsasən atributiv mənalı nitq hissələri ilə, yəni, 
sifət, say, feli sifət, işarə və təyini əvəzliklərlə ifadə olunur.  
a) Birinci tərəf sifətlə ifadə olunur. Məsələn,  böyük 
şəhər, hündür bina, sərin su, çətin tapşırıq və s.  
b) Birinci tərəf sayla ifadə olunur. Məsələn, çox adam, 
beş kitab, iyirminci əsr, xeyli dəftər və s.  
c) Birinci tərəf  əvəzliklə ifadə olunur. Məsələn,  həmin 
hadisə, bu vətən, bütün insanlar və s.   
ç) Birinci tərəf feli sifətlə ifadə olunur. Məsələn,  axan 
su, oxuyan uşaq, gələcək gün, deyilməli söz və s.  Bəzən isimlər 
də atributivləşərək birinci növ təyini söz birləşmələrinin asılı 
tərəfi kimi çıxış edə bilir.  Məsələn, gümüş qaşıq, dəmir qapı, 
yun parça və s. 
Birinci növ təyini söz birləşmələrinin ikinci tərəfi 
cümlədəki vəzifəsindən asılı olaraq, müxtəlif  şəkilçilər qəbul 
edərək dəyişə bilir: hallanır, kəmiyyət, mənsubiyyət, xəbərlik 
şəkilçiləri qəbul edə bilir. Lakin birinci tərəf bir qayda olaraq 
sabit qalır, dəyişmir. Bu birləşmə növünün tərəfləri ayrı-ayrı 
cümlə üzvləri rolunda çıxış edir, birinci tərəf həmişə  təyin, 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə