Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə38/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   34   35   36   37   38   39   40   41   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
149 
ikinci tərəf isə mübtəda, xəbər, tamamlıq, zərflik rolunda olur. 
Məsələn,  Qoca münəccimbaşı  bərkdən gülüb, birdən ayağa 
qalxdı, gözdən itib getdi. (Azərbaycan nağılları) Aşağıda İran 
şəhərlərinə xas olan bağçalı  həyətlər və evlər gözə çarpır.    
(M. İbrahimov) və s. 
Əgər birinci növ təyini söz birləşməsinin birinci tərəfi 
məntiqi vurğu altına düşərsə, onda hər iki tərəf birlikdə 
cümlənin bir mürəkkəb üzvü kimi çıxış edir. Məsələn, Əli yaxşı 
adamdır.  Cümləsində  yaxşı adam birləşməsi birlikdə ismi 
xəbər vəzifəsini icra edir. 
İkinci növ təyini söz birləşməsi.  Birinci  tərəfi qeyri-
müəyyən yiyəlik halda, ikinci tərəfi mənsubiyyət  şəkilçili 
təyini söz birləşmələri ikinci növ təyini söz birləşmələri 
adlanır.  Tərifdən də göründüyü kimi, bu birləşmələrin birinci 
tərəfi  heç bir qrammatik-morfoloji əlamət qəbul etmir, ikinci 
tərəfi isə mənsubiyyət şəkilçisi ilə işlənir. Məsələn, ana qucağı, 
dəniz suyu, yaşayış yeri, alma ağacı və s. İkinci növ təyini söz 
birləşmələrinin tərəfləri arasında yanaşma və uzlaşma  əlaqəsi 
mövcuddur. 
Qeyd. 
İkinci növ təyini söz birləşməsinin tərəfləri 
arasında uzlaşma  əlaqəsinin olduğu bütün dilçilər tərəfindən 
qeyd edilir. Lakin birinci tərəfin ikinci tərəflə hansı  əlaqəyə 
girməsi məsələsində fikir müxtəlifliyi özünü göstərir. Bəzi dilçilər 
bu məqamda idarə  əlaqəsinin olduğunu söyləyirlər. Əsas olaraq 
asılı sözün qeyri-müəyyən yiyəlik halda olmasını, deməli, əsas söz 
tərəfindən idarə olunmasını göstərirlər. Lakin qeyri-müəyyən 
yiyəlik halda dayanmaq əsas söz tərəfindən idarə olunmaq 
demək deyil. Digər tərəfdən,  bu birləşmə növünün tərəfləri 
arasına başqa bir sözün daxil ola bilməməsi də idarə  əlaqəsinin 
olması fikrini şübhə altına alır.  Tərəflər arasına söz daxil ola 
bilməmə tam yanaşma  əlaqəsi üçün xarakterik olduğundan, 
burada yanaşma əlaqəsinin olması daha ağlabatandır. 
İkinci növ təyini söz birləşmələrinin bir sıra məna və 
qrammatik xüsusiyyətləri var. Həmin xüsusiyyətlər bunlardır:  
Gülarə  Abdullayeva 
 
 
150
1)  Bu    birləşmələr  mənasına  görə ümumilik, 
 
mücərrəddlik bildirir. Buna görə də mürəkkəb idarə adları daha 
çox bu birləşmələrlə ifadə olunur. Məsələn,  icra hakimiyyəti, 
həmkarlar təşkilatı, qadınlar cəmiyyəti və s.  
2) Bu  birləşmələrin tərəflərinin ifadə vasitələri məhdud 
olub,  hər iki tərəfi əsasən isimlərlə  ifadə olunur. Birinci tərəf 
qeyri-müəyyən yiyəlik halda olduğundan ancaq ümumi 
isimlərlə ifadə olunur, şəxs  əvəzlikləri asılı  tərəf ola bilmir, 
buna görə də birləşmənin ikinci tərəfi birinci və ikinci şəxslərə 
məxsus mənsubiyyət  şəkilçiləri qəbul etmir. Nəticədə, ikinci 
növ təyini söz birləşmələrinin tərəfləri arasında uzlaşma əlaqəsi 
bütün  şəxslər üzrə deyil,  yalnız III şəxsin təki üzrə mövcud 
olur. 
3) Bu birləşmələrdə mürəkkəb  isimlərə    doğru bir 
inkişaf  meyli var. Mürəkkəb isimlərin bir çoxu bu birləşmələr 
formasında olur. Məsələn,  quşəppəyi, kəklikotu, dəvədabanı,  
ayaqqabı və s. 
Hazırda dilimizdə ikinci növ təyini söz birləşmələrinə 
daxil olan bir sıra nümunələr vardır ki, onlar mənşəyinə görə 
həqiqi ikinci növ təyini söz birləşməsi olmayıb, dilin inkişafı 
prosesində deformasiyaya uğramaqla birinci növ təyini söz 
birləşməsindən törəmişdir.  Məsələn,  Nizami müzeyi-Nizami 
adına muzey, Araz çayı-Araz adlanan çay, Xəzər dənizi-Xəzər 
adlanan dəniz  və s. Belə birləşmələrin birinci tərəfi xüsusi 
isimlərlə  də ifadə olunur. Birinci tərəfi xüsusi isimlə ifadə 
olunduqda, tərəflərin  əlaqəsi həqiqi mənadan müəyyən 
dərəcədə ayrılır, mücərrədləşir və birlikdə bir ad, bir məfhum 
bildirməyə meyl göstərir. 
4)  İkinci növ təyini söz birləşmələrinin  tərəfləri eyni 
zamanda cəm şəkilçisi qəbul edə bilmir, bir tərəf cəmlənəndə o 
biri tərəf tək olur. Məsələn,  gözəllər gözəli, dünya gəncləri, 
yollar ayrıcı və s
5) Bu birləşmələrin tərəfləri həmişə yanaşı  işlənir və 
onların arasına heç bir söz daxil ola bilmir. 


Müasir  Azərbaycan  dili 
 
 
151 
7) İkinci növ təyini söz birləşməsinin tərəfləri cümlədə 
bir-birindən ayrılmır və birlikdə cümlənin bir mürəkkəb üzvü 
olur. Məsələn,  Bilirəm,  Alqazax uşağı qan çanağıdır. (İ.Şıxlı) 
və s. 
 Üçüncü  növ təyini söz birləşməsinin   birinci tərəfi 
yiyəlik hal şəkilçisi, ikinci tərəfi mənsubiyyət  şəkilçiləri ilə 
işlənir. Məsələn, dağın başı, evin qapısı, çəmənin ətri və s. 
Birinci tərəfi ismin yiyəlik hal, ikinci tərəfi 
mənsubiyyət  şəkilçili təyini söz birləşmələrinə üçüncü növ 
təyini söz birləşmələri deyilir. 
Üçüncü növ təyini söz birləşmələri də qarşılıqlı tabelilik 
əlaqəsi  əsasında  əmələ  gəlib, birinci tərəfi ikinci tərəflə idarə, 
ikinci tərəf isə birinci tərəflə uzlaşma əlaqəsinə girir.  İkinci və 
üçüncü növ təyini söz birləşmələri bir sıra oxşar və  fərqli 
xüsusiyyətlərə malikdir. Oxşar xüsusiyyətləri bunlardır: 
1) Hər ikisi qarşılıqlı tabelilik əlaqəsi əsasında yaranır.  
2) Hər ikisi ismi birləşmə növünə aiddir. 
3) Hər ikisi cümlədə bir mürəkkəb üzv kimi çıxış edir. 
4) Hər ikisinin əsas tərəfinin ifadə vasitəsi eynidir. 
Fərqli cəhətlərə aşağıdakılar daxildir: 
1)  İkinci növdən fərqli olaraq, üçüncü növ təyini söz 
birləşməsinin tərəfləri arasında idarə  və uzlaşma  əlaqəsi 
mövcuddur. 
2) Üçüncü növ təyini söz birləşməsinin mənasında bir 
dəqiqlik, konkretlik, müəyyənlik olur. 
3) Üçüncü növ təyini söz birləşməsinin tərəfləri arasına 
istənilən qədər söz daxil ola bilir. Məsələn,  Dağın havası- 
dağın insana xoş təsir edən təmiz havası və s. 
4) İkinci növ təyini söz birləşmələrində uzlaşma əlaqəsi 
yalnız üçüncü şəxsin təki üzrə olduğu halda, üçüncü növ təyini 
söz birləşmələrində  uzlaşma bütün şəxslər üzrə özünü göstərir. 
Məsələn, mənim evim, sənin evin, onun evi, bizim evimiz, sizin 
eviniz, onların evləri. 
Gülarə  Abdullayeva 
 
 
152
 
5) Üçüncü növ təyini söz birləşməsinin tərəflərinin ifadə 
vasitələri genişdir.  İsimləşə bilən bütün nitq hissələri  əsas və 
asılı tərəf yerində dayana bilir.  
6) Üçüncü növ təyini söz birləşməsinin tərəfləri eyni 
zamanda cəmlənə bilir. Məsələn, şagirdlərin kitabları, onların 
dostları və s. 
Üçüncü növ təyini söz birləşmələri cümlənin bütün 
üzvləri yerində işlənə bilir. Məsələn, Güllücə kəndinə çatanda 
kəndin  əhalisi (mübtəda)   yatmışdı. (S.S.Axundov)  Cəlil ağa 
həyətə girəndə  Şəfiqə  qapının qabağında idi.(xəbər)               
(İ.Məlikzadə) Qırxıncı gün şahın iyirmi yaşlı cəsur oğlu (təyin) 
Məlikşah saraya daxil oldu. Rüstəm bəy nökərləri ilə məsləhət 
gördülər ki, bir qaranlıq geçədə gedib mənim atamın evini 
(tamamlıq) yandırsınlar və çölə  çıxanı gülləbaran eləsinlər.   
(N.Vəzirov) Abbasqulu bəylə Xəlil qarın üstündə (yer zərfliyi) 
qoşa uzanmışdı. (F.Kərimzadə)  
Qeyri-təyini ismi birləşmələr. Qeyri-təyini ismi 
birləşmələrin də əsas tərəfi isim və isimləşə bilən nitq hissələri 
ilə ifadə olunur. Lakin formal xüsusiyyətlərinə görə onlar təyini 
söz birləşmələrindən fərqləndiyindən, qeyri-təyini ismi 
birləşmələr adı ilə qeyd olunur. Bu ismi birləşmələr dörd yerə 
ayrılır:  
I. Bu birləşmələrin bir qisminin əmələ  gəlməsində heç 
bir əlavə vasitədən istifadə edilmir. Bunların birinci tərəfi ismin 
adlıq halında olur və həmişə substantiv xüsusiyyət daşıyır. Belə 
birləşmələrin birinci tərəfinin mənsubiyyət  şəkilçili sözlərlə 
ifadəsi daha çox inkişaf etmişdir.  İkinci tərəf  əsasən sifətlə 
ifadə olunur. Burada -lı
4
 şəkilçili düzəltmə sifətlərdən daha tez-
tez istifadə edilir. Məsələn,  gözləri yaşlı,  əlləri qanlı, camalı 
solğun  və s. 
Bu birləşmələrin məzmununu təyinlə  təyin olunan 
arasındakı əlaqə təşkil edir. Bunlar həm forma, həm də mənaca 
birinci növ təyini söz birləşmələrinə yaxınlaşır, lakin onlar eyni 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə