Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə46/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   42   43   44   45   46   47   48   49   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
181 
hissələri ilə cümlə üzvlərini qarışdırırdı. 1947-ci ildə 
Ə.Dəmirçizadə cümlə üzvlərinin yeni təsnifini vermiş, yalnız 
xəbəri baş üzv hesab etmiş, mübtədanı aydınlaşdıran, 
konkretləşdirən üzv adlandırmışdır.  Ə.Dəmirçizadə  də 
Ə.Vəzirov kimi, zərfliyi cümlə üzvü hesab etmir, onun yükünü 
tamamlıq və  təyin arasında paylayırdı. Ümumiyyətlə, 
Ə.Dəmirçizadə cümlə üzvlərini iki qrupa ayırırdı:  əsas üzvlər, 
əlavə üzvlər. O, əlavə üzvlər dedikdə ara sözləri, xitabları, 
bağlayıcı  və nidaları  nəzərdə tuturdu. Bütün bu münasibətlərə 
baxmayaraq, hazırda cümlə üzvləri iki qrupa ayrılır: baş üzvlər, 
ikinci dərəcəli üzvlər. 
 Sözün, 
söz 
birləşməsinin cümlə üzvü olması üçün onun 
cümlənin digər üzvləri ilə yanaşma, idarə, uzlaşma 
əlaqələrindən biri ilə əlaqələnməsi vacibdir. Lakin cümlədə elə 
sözlər və birləşmələr olur ki, onlar cümlənin üzvləri ilə belə 
əlaqədə ola bilmir. Məsələn, Vaxtsız əcəl, Məndən uzaq dolan, 
dur, Qürbət eldə can vermərəm ölümə. (S.Vurğun)  Həqiqətən
müəllim cismani ağa, ruhani atadır. (N.Tusi) -  cümlələrində 
vaxtsız  əcəl  və  həqiqətən  sözləri aid olduğu cümlə üzvləri ilə 
yalnız mənaca bağlanır. Birincisi müraciət, digəri münasibət 
bildirir. Sintaktik əlaqədə olmadığı üçün bunlar cümlə üzvü 
hesab edilmir. 
 
Sözün, söz birləşməsinin cümlə üzvü olması üçün 
onların sintaktik suala cavab verməsi də vacibdir. Lakin 
sintaktik sualla morfoloji sualı eyniləşdirmək olmaz. Nitq 
hissələri təbiətən təhkim olunduğu sintaktik vəzifədə işləndikdə 
onların morfoloji və sintaktik sualları uyğun gəlir.  Müəllim 
uşaqlara evi göstərdi.-cümləsində  müəllim-mübtəda, uşaqlara 
və    evi  isimləri isə tamamlıq vəzifəsindədir. Ona görə  də bu 
sözlərin morfoloji və sintaktik sualları eynidir. Lakin nitq 
hissəsi təhkim olunduğu vəzifədə deyil, başqa vəzifədə 
işləndikdə onun morfoloji və sintaktik sualları fərqlənir.  Palçıq 
küçələrdə heç kim görünmürdü.–cümləsində isə    nə? sualına 
cavab verən  palçıq isminin cümlədəki sintaktik sualı  necə? 
Gülarə  Abdullayeva 
 
 
182
olacaqdır: Necə küçələr?palçıq küçələr. Bunlardan əlavə, söz 
birləşmələrinin tərəfləri ayrılıqda morfoloji suala cavab verdiyi 
halda, tərəflər birlikdə bir sintaktik suala cavab verir. Məsələn, 
Qırmızı  kərpicdən tikilmiş evə Nazlı özüylə  hərarət gətirirdi, 
səs-küy gətirirdi. (İ.Məlikzadə)-cümləsində  qırmızı  kərpicdən 
tikilmiş    birləşməsinin tərəfləri ayrı-ayrı suala cavab verdiyi 
halda,  cümlə üzvü kimi  tərəflər birlikdə bir suala cavab verir: 
hansı evə?-qırmızı kərpicdən tikilmiş evə.   
 
Lakin bunu da nəzərə almalıyıq ki, cümlə üzvlərinə 
həmişə sual vermək də mümkün olmur. Var, yox,  gərək, lazım 
sözləri ilə ifadə olunmuş cümlə üzvlərinə sual vermək mümkün 
olmur. Məsələn,  Atalıydı, analıydı  uşaqlar, Bizim evdə biri 
vardı, biri yox . (N.Kəsəmənli)  və s.  
 
Cümlə üzvləri ona görə baş  və ikinci dərəcəli üzvlərə 
ayrılır ki,  onların hamısı cümlə üçün eyni qiymətə malik deyil. 
Baş üzvlər cümlənin qrammatik əsasını, onun bel sütununu 
təşkil edir. İkinci dərəcəli üzvlər isə baş üzvləri müxtəlif 
cəhətdən izah edir, aydınlaşdırır və tamamlayır. 
 Baş üzvlər. Mübtəda. Cüttərkibli cümlənin baş 
üzvlərindən biri mübtədadır.  Mübtəda  ərəb mənşəli söz olub
ibtida, baş, başlanğıc mənalarındadır. 
Mübtəda cüttərkibli cümlənin elə bir baş üzvüdür ki
qrammatik cəhətdən heç bir üzvdən asılı olmayıb,  əlaməti 
xəbərlə müəyyənləşən subyekti, əşyanı bildirməklə, adlıq hal 
formasında isim, əvəzlik və hallana bilən digər sözlər və 
birləşmələrlə ifadə olunur. Bu tərifdə  mübtədanın aşağıdakı 
xüsusiyyətləri əhatə edilmişdir: 
 1. Mübtəda qrammatik cəhətdən cümlənin ən müstəqil 
üzvüdür. Hətta  ən zəruri cümlə üzvü  hesab olunan xəbər də 
mübtədadan qrammatik cəhətdən asılı olur, onunla uzlaşır. 
Təyin də mübtədadan asılı olur və onunla yanaşma  əlaqəsinə 
girir.  
2. Mübtədanın  əlaməti xəbərdə öz ifadəsini tapır. 
Mübtəda hansı şəxsdə olarsa, xəbər də onunla həmin şəxsin tək 


Müasir  Azərbaycan  dili 
 
 
183 
və cəminə görə uyğunlaşaraq şəxs və ya xəbərlik şəkilçisi qəbul 
edir.  Məsələn, Mən gəlirəmSən gəlirsənO gəlir. Biz gəlirik
Siz gəlirsiniz. Onlar gəlirlər.  və s.  
3. Mübtəda cümlədə iş görəni və ya haqqında danışılan 
əşyanı bildirir. Mübtəda  şəxs  bildirməklə  yanaşı,  bütün  digər  
canlı    və    cansız  varlıqları,  mücərrəd  anlayışları    da    ifadə  
edir. Əgər mübtəda canlı insan məzmunu  bildirərsə, iş görən, 
cansız varlıqları ifadə edərsə, haqqında danışılan  əşya, varlıq 
məzmununu ifadə edir. Məsələn,  Mən qalxıb öz çadırımıza 
getdim. Kitab çox maraqlı idi. (İ.Əfəndiyev)  
4. Mübtəda bir qayda olaraq adlıq halda olan söz və söz 
birləşmələri ilə ifadə olunur və  kim? nə?  bəzən də  kimlər? 
nələr? hara?  suallarından birinə cavab verir. Mübtəda  insan  
məfhumu  ifadə  etdikdə  kim? sualına  cavab  olur.  Məsələn,  
Xidmətçi heç bir söz demədən dərhal qayıdıb  getdi.   
(İ.Əfəndiyev). Mübtəda cansız varlıqları ifadə etdikdə  nə?, 
məkan məzmunu bildirdikdə  hara? sualına cavab verir. 
Məsələn,  Kitab  çox maraqlı idi. Ağacın  ətrafında  yarasalar 
uçuşdu,  Əşrəf diksindi. (İ.Şıxlı)  Bakı  dünyada öz nefti ilə 
məşhurdur.   
5. Mübtəda isim və isimləşə bilən sözlər və 
birləşmələrlə ifədə olunur. 
      Müxtəsər cümlələrdə mübtəda bir qayda olaraq əvvəl
xəbər sonra işlənir. Geniş cümlələrdə isə əvvəl mübtəda zonası, 
sonra xəbər zonası gəlir. Bu qayda canlı danışıq dilində, bədii 
əsərlərin dilində pozula bilir.  Məsələn, Yox, o susmayacaq, 
susmaz sənətkar, Heyrət içindədir salondakılar. (S.Vurğun) 
     Bir  çox  hallarda  cümlənin mübtədası buraxıla bilir və 
onu biz xəbərdəki  şəxs sonluğuna  əsaslanaraq müəyyənləşdirə 
bilirik. Məsələn,  Ovçuluğa meyil saldım, Gecə-gündüz çöldə 
qaldım. (S.Vurğun)   
Mübtəda həmçins olduqda, yaxud ondan sonra təkid 
bildirən  ədat işləndikdə  və ya mübtəda məntiqi vurğu altına 
düşdükdə onu ixtisar etmək olmaz. 
Gülarə  Abdullayeva 
 
 
184
   Mübtəda quruluşça sadə, mürəkkəb olur. Sadə 
mübtədalar bir leksik vahidlə-bir sözlə (yəni, sadə, düzəltmə və 
mürəkkəb sözlərlə) ifadə olunur. Məsələn,  Şamil söhbətin 
buraya gəlib çıxmasını gözləmirdi.  Evdəkilər onu sükutla 
qarşıladılar.  Qaratel paltarı götürüb bir göz  qırpımında 
donunu başına keçirdi.(İ.Şıxlı)  
 Mürəkkəb mübtədalar isə söz birləşmələri ilə - II, III 
növ təyini söz birləşmələri (bəzən də I növlə),  feli sifət və 
məsdər tərkibləri ilə ifadə olunur. MəsələnArvadın zəhmli səsi 
fikir götürmüş  Şəmiddin ağanı diksindirdi. Kişiləri kurslara 
gətirmək  və  onlara yazı-pozu öyrətmək  asandır. (İ.Şıxlı)  
Çiynində  cənazə darvazanın ağzında dayananlar cınqırını 
çəkmədilər. (İ.Şıxlı)  
 Mübtəda isim, sifət, say, əvəzlik, feli sifət, məsdər, bəzi 
zərflər və köməkçi nitq hissələri, II, III növ təyini söz 
birləşmələri (bəzən də I növ), feli sifət və məsdər tərkibləri, feli 
isim birləşmələri ilə ifadə olunur. Bunların bəziləri, yəni sifət, 
say, işarə  əvəzlikləri, feli sifət, feli sifət tərkibləri mübtəda 
vəzifəsində  işlənmək üçün isimləşməli, hallana, adlıq halda 
dura bilməlidir. 
  
İsimlər mübtəda vəzifəsində daha çox işlənir. Çünki 
isimlərin təbiət etibarı ilə  təhkim olunduğu  əsas cümlə üzvü 
mübtədadır. Buna görə  də  hər cür quruluş  və növ 
xüsusiyyətlərinə malik olan isimlər cümlədə mübtəda ola bilir. 
Məsələn, Kişi qüssələndi. (İ.Şıxlı)  Körpü möhkəmdir. (İ.Şıxlı) 
Əhməd  gülümsəyərək hələ  də acığı soyumayan Əşrəfi süzdü.  
(İ.Şıxlı)  Külək  şiddətləndi. (İ.Şıxlı)  Atlar yorulmuşdu.(İ.Şıxlı) 
və s. 
  Sifətlər mübtəda vəzifəsində 
işlənmək üçün 
isimləşməlidir. Məsələn,  Qocalar deyir ki, düz bir il gecəli-
gündüzlü işləyəndən sonra yol hazır oldu. Yaşlılar  həmin 
torpaq yolla çox karvanların gəlib keçdiyini söyləyirdilər.          
(İ.Şıxlı) Yoldakılar bir dillə naçalnikdən xahiş etdilər ki, onun 
taqsırından keşsin. (Ə.Haqverdiyev) Axı,  yazıq  nə  etsin?        


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə