Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə42/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   38   39   40   41   42   43   44   45   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
165 
uyğun gəlir. Məsələn, dostlardan aralı (dolanmaq), qarışqadan 
yavaş (getmək), təyyarədən iti, hamıdan tez və s. Əvvəlki 
modeldən fərqli olaraq, belə birləşmələrin tərəfləri arasında 
idarə əlaqəsi olur. 
          Zərf birləşmələri dilimizdə o qədər də çox deyil. Lakin 
bu birləşmə növünün əsas təfərinin zərflə ifadə olunması ona 
xüsusi keyfiyyət qazandırır və  ayrıca bir ad altında 
qruplaşdırılmasına səbəb olur.
 
                                              
 
ƏDƏBİYYAT: 
 
1. Abdullayev Ə.Z., Seyidov Y.M., Həsənov A.Q. 
Müasir Azərbaycan dili. IV hissə. Sintaksis, Bakı, 
1985. 
2. Abdullayev Ə. Z. Azərbaycan dili məsələləri. Bakı, 
1992. 
3. Abdullazadə N. Xalıqov F. Azərbaycan dili. II h. 
Bakı,  2006. 
4.Kazımov Q. Ş. Müasir Azərbaycan dili. Sintaksis. 
“Təhsil” nəşriyyatı,  Bakı,  2007. 
5. Müasir Azərbaycan dili. III cild, Sintaksis. EA nəşri, 
Bakı, 1981. 
6. Müasir Azərbaycan dili proqramı. AMİ, Bakı, 2009.  
7.Seyidov Y.M. Azərbaycan ədəbi dilində söz 
birləşmələri. Bakı, 1992. 
 
 
 
 
                                         
 
 
Gülarə  Abdullayeva 
 
 
166
  Cümlə və onun təsnifi. 
Mövzu № 5                           Cümlə üzvləri. 
                                                  Sadə cümlə 
 
                             
                                 Mövzunun planı: 
 
1.
  Cümlə və onun əsas əlamətləri 
2.
  Cümlənin təsnif prinsipləri 
3.
  Cümlə üzvü anlayışı. Cümlənin baş üzvləri 
4.
  Cümlənin ikinci dərəcəli üzvləri 
5.
  Cümlə üzvlərinin həmcinsliyi, xüsusiləşməsi, 
əlavəsi 
6.
  Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədə 
olmayan sözlər 
7.
  Sadə cümlə  və onun təsnif prinsipləri 
 
Cümlə və onun əsas əlamətləri 
 
Sintaksisin  əsas vahidlərindən biri də cümlədir. Cümlə 
ünsiyyətin ilk və  əsas vahididir. Cümlə fikrin formalaşması, 
ifadəsi, başqasına ötürülməsi üçün əsas vasitə olduğundan 
özünün çoxcəhətliliyi ilə səciyyələnir.  
 Cümlə  fikir  mübadiləsi  və    ən  mühüm  ünsiyyət  
vasitəsidir.  
Cümlə  hər  bir  dilin  qanunları  əsasında  qrammatik  
cəhətdən  formalaşan  və  bitmiş    fikir    ifadə    edən  nitq  
vahididir. Məsələn,   Payızdır. Yarpaqlar yavaş-yavaş saralır. 
Quşlar isti ölkələrə uçur. Tarlalarda və  məhsul bağlarında 
qızğın iş gedir.  və s. 
Adətən  cümlələr  iki,  üç,  dörd  və  daha  artıq  sözün  
birləşməsi  nəticəsində  əmələ  gəlir.  Bununla  belə,  yalnız  bir  


Müasir  Azərbaycan  dili 
 
 
167 
sözdən  ibarət  olan  cümlələr  də  vardır.  Məsələn,    Səhərdir.  
İstidir. və s.  
Cümlə qurularkən   sözlər        həm  məna,  həm  də  
qrammatik  cəhətdən  bir-biri  ilə    əlaqələnir,  biri  digərini  
aydınlaşdırır,    izah    edir.    Məsələn,  Nuru iki ildən sonra 
müəllim olacaq.- cümləsində  (Nuru            müəllim olacaq 
                                          iki         ildən  sonra) sözlər 
bir-biri ilə məna və qrammatik cəhətdən əlaqələnmişdir. 
Cümlənin  əmələ  gəlməsində  əsas  vasitələrlə  yanaşı,   
yardımçı    vasitələrdən: xitablar, ara sözlər, həmçinin köməkçi 
nitq hissələrindən də istifadə olunur.  Məsələn,    Bahar, 
istəklimsən, başdan, binadan, Ən gözəl qızısan sən təbiətin.    
(S.Vurğun) Dövlətliyik,  əlbəttə,  şərafət də  bizimdir.                     
(M.Ə.Sabir)   Bu cümlələrdə    bahar və  əlbəttə  sözləri  uyğun 
olaraq xitab və ara söz kimi işlənməklə    cümlədəki  digər   
sözlərlə  yalnız  məna  əlaqəsinə girmişdir.   
Cümlə  üçün dörd mühüm  əlamətin  varlığı  vacibdir. 
Bitkinlik,  predikativlik,  bitmə  intonasiyası,   modallıq.  Bu  
əlamətlər  vəhdət  təşkil  edir  və  sözlərin,  söz  birləşmələrinin  
cümləyə  çevrilərək  fikir  ifadə  etməsində    həlledici  rol  
oynayır.  
1.    Cümlə   üçün əsas  əlamətlərdən biri bitmiş  fikir  
ifadə  etməsidir. Lakin  cümlənin bu xüsusiyyəti nisbi xarakterli 
olub, həmişə özünü doğrultmur. Bəzən fikri ifadə etmək üçün 
bir cümlə deyil, bir-biri ilə  rabitəli əlaqədə olan  cümlələrdən 
istifadə olunur. Həmin cümlələrin hər biri nəzərdə tutulan fikrin 
müəyyən hissəsini ifadə etməklə bir-biri ilə əlaqələnir və bütöv 
bir fikir bu cür rabitəli cümlələr toplusu vasitəsi ilə ifadə 
olunur. Rabitəli  şəkildə  əlaqələnən bu cümlələr  bir-birindən  
şifahi  nitqdə    intonasiya    ilə,  yazıda  nöqtə    və  ya   nöqtə  
hüququnda  durğu  işarələri   ilə  (sual  işarəsi,  nida  işarəsi,  
üç  nöqtə  və s.)  sərhədlənir. 
“Biz  cümləni  mətndən  ayırmaqla  da  mənasını  dərk  
edə    bilərik.  Bu,  cümləni  təşkil  edən  sözlərdən  alınan  
Gülarə  Abdullayeva 
 
 
168
mənadır.  Lakin  cümlənin  həqiqi  məzmunu  yalnız  mətn  
daxilində  düzgün  anlaşıla  bilər.  Cümlənin  ayrılıqda  ifadə  
etdiyi  ümumi  məna  potensial  sintaksisin  tədqiq  obyektidir,  
mətnin  gedişindən  başa  düşülən  məzmunu  isə    aktual  
sintaksisin  obyekti  olub,  söyləmin  ifadəsinə    xidmət  edir.  
Fikrin  bitməsi,  qurtarması,  tamamlanması  makromətnlərdə  
mümkündür”. (4, səh. 77) 
       
Cümlə  müəyyən  bir  fikrin  ifadəsinə  ehtiyac  olanda  
yaranır. 
      
2.Cümləyə məxsus əlamətlərdən biri də predikativlikdir. 
Predikativlik dedikdə müəyyən vasitələrdən (hal  şəkilçiləri,  
qoşmalar,  bağlayıcılar,  ədat,  modal  sözlər  və  bütün  digər  
qrammatik  vasitələr) istifadə etməklə subyekt-predikat 
əsasında müəyyən iş, hal, hərəkət, hadisə və ya hökm haqqında 
məlumatın verilməsi başa düşülür. Predikativliyin əsas 
daşıyıcısı  xəbərdir. Buna görə  də çox zaman predikativliklə 
xəbər qarışdırılır və eyniləşdirilir. Cümlədə predikativliyin 
təmin olunması üçün mübtəda və  xəbər  əlaqəsi vacibdir. Bu 
zaman xəbər müəyyənləşdirən, mübtəda isə müəyyənləşən tərəf 
kimi çıxış edir.  Bu iki cümlə üzvünün bir-biri ilə əlaqələnməsi 
nəticəsində fikir ifadə edilir. Xəbər,  zaman,  şəxs,  modallıq  
əlamətləri  predikativliyin  yaranmasına,  sözün,  söz 
 
birləşməsinin  cümlə  şəklində  formalaşmasına  səbəb  olur.  
Predikativlik  sözlərin  varlıq  haqqında  müəyyən  
məlumat  verməsi  deməkdir.  Burada  fikir  ya  təsdiq,  ya  
inkar  edilir,  ona  münasibət  bildirilir,  müəyyən  hadisə  
haqqında  məlumat  vermək  və    ya    məlumat  almaq  və s.  
nəzərdə  tutulur.  Predikativlik  sözlərin  müəyyən  qaydada  
düzülüşündən  və    müəyyən  qrammatik  üsullarla 
 
əlaqələnməsindən  meydana  gəlir;  burada  modallıq,  zaman  
və  şəxs  kateqoriyaları  əsas  rol  oynayır.  Bu  kateqoriyalar  
dildə  danışanın  həqiqətə  münasibətini  bildirir  və  
predikativliyin  yaranmasında  birinci  dərəcəli  rol  oynayır.  


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə