Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə50/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   46   47   48   49   50   51   52   53   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
197 
3.  Maddilik  təyinləri.  Məsələn,  Saray vəziri Ədhəm 
xan həmişəki kimi şahın qulluğunda idi.  Nadirin dayısı Cavad 
70 yaşında bir kişi idi.   (N.Nərimanov) 
 4.  Miqdar  təyinləri.    Məsələn,  İki  hiss Saranın 
qəlbində çarpışırdı.  (C.Cabbarlı) 
5. Sıra  təyinləri.    Məsələn,  Çörəkdən sonra Südabə 
ikinci otağa keçdi. (İ.Əfəndiyev) 
 6.    İşarə    təyinləri.  Məsələn,  O yay çox gözəl  keçdi.     
(İ. Şıxlı) Yenə həmin ağsaqqal ortalığa çıxdı. (Ə.Haqverdiyev) 
Sən mənimlə  həmin  çinar dibində  əhd bağlamadınmı?                        
(C.Cabbarlı)  
7. Hərəki  əlamət təyinləri.    Məsələn,      Şirin-şirin ot 
yeyən at qulaqlarını  şəkləyib fınxırdı. (İ.Şıxlı) Tökülən 
kitabları  vərəqlədi.(İ.Əfəndiyev)  Yağda qızardılmış soğan iyi 
ətrafa yayıldı. (İ.Əfəndiyev)  Sinəsinə tökülən  ağ saqqalının 
pərakəndə tüklərini səhər küləyi oynadırdı.(İ.Əfəndiyev)  Ata-
babadan qalan yurdumuzu düşmən  əlindən  qurtar.                
(N.Nərimanov) 
 8.  Zaman  təyinləri.    Məsələn,  Dünənki hadisə onu 
bərk sarsıtmışdı. (İ.Şıxlı) 
9.  Məkan  təyinləri.    Məsələn,  İçəridəki  qadın  əyilib 
Südabənin qulağına nə isə  pıçıldadı.(İ.Əfəndiyev)  Bağçanın 
ortasındakı hovuza dörd balıq buraxılmışdı. (C.Cabbarlı) 
Təyinlər də quruluşca  iki  cür  olur:  sadə  təyinlər  və  
mürəkkəb  təyinlər.  Sadə    təyinlər  ayrı-ayrı    sözlərlə (sadə, 
düzəltmə və mürəkkəb  sözlərlə)  ifadə  olunur.  Məsələn,  Bu  
geniş çöllər,  bu nəhayətsiz sükut, bu munis aydınlıq onda da 
var idi, indi də var. (İ.Əfəndiyev) 
Mürəkkəb  təyinlər  sintaktik  vahidlərlə  (söz  
birləşmələri ilə)  ifadə  olunur.  Məsələn,  Ay işığında ağaran 
şosse ilə yoluma davam elədim. (İ.Əfəndiyev) 
Qeyd  etmək  lazımdır  ki, təyin təyin olunandan  sonra  
işləndikdə  əlavəyə  çevrilir. 
Gülarə  Abdullayeva 
 
 
198
Belə    əlavələr  əksərən  xüsusiləşdiyi  halda,  bəzən   
xüsusiləşmir.  Məsələn,  Əsgər  əmioğlu  bizdən  inciyib. 
Əhməd  yazıq  bunları  gözləmirdi.   Bu  misallarda  əmioğlu,  
yazıq  sözlərini  təyin  kimi  də  işlətmək  olar:  Əmioğlu Əsgər 
bizdən  inciyib. Yazıq  Əhməd  bunları  gözləmirdi. 
Təyin  cümlə üzvləri içərisində müstəqilliyi  ən az olan 
üzvdür. Təyinin aid olduğu üzv (təyinlənən) hallanar, cəmlənər, 
müxtəlif  şəkilçilər qəbul edərək dəyişər, lakin təyin bir qayda 
olaraq sabit qalar, dəyişməz. Təyin təyinlənənə  yanaşma  yolu  
ilə  bağlanır,  yanaşdığı  üzvdən  asılı    vəziyyətə    düşür  və  
morfoloji  dəyişikliyə  uğraya  bilmir.   
Bəzən  təyindən  əvvəl  və  sonra  bir  sözü  işlənir  və  
bu  söz  təyinə  aid  olur.  Əvvəl  gəldikdə  təyinin  mənasına  
qeyri-müəyyənlik,  ümumilik  çaları  verir.  Məsələn,  Dəyişir  
dünyanın  köhnə    mənası.  Bir  yeni    aləmi  o  nişan  verir  
(S.Vurğun).  Mələk hacının boş danışmasının qarşısını almaq 
məqsədi ilə qabağına  bir kürək dolusu pul atdı.                   
(Ə. Haqverdiyev) Bir sözü təyindən sonra  gəldikdə    təyinin  
təyinlik  dərəcəsini  gücləndirir,  özündən  sonrakı  sözə  qeyri- 
müəyyənlik  mənası  verir. Məsələn,  Titrəyir  alnında  boranlı  
bir    qış    (S.Vurğun). O, gənc, girdəsifət bir  qız  idi.                 
(C.Cabbarlı) 
Zərflik, onun xarakterik əlamətləri və cümlədə yeri. 
Zərfliklər   hərəkət   və  ya  əlamətin   əlamətini   bildirən  
ikinci  dərəcəli  üzv   olub,  zənginliyi və  rəhgarəngliyi ilə 
cümlənin  digər  ikinci  dərəcəli  üzvlərindən  fərqlənir.   
Zərflik  cümlədə  əsasən  feli  xəbərə  və bəzən də  ismi  
xəbərə  aid  olub,  hərəkətin  icrasının  və    ya    əlamətin  
meydana  çıxmasının  tərzini,  yerini,  zamanını,   səbəbini,   
məqsədini,   miqdarını,   dərəcəsini,   şərtini  və s. bildirir.  
Zərflik  daha   çox  zərf,  feli  bağlama,  feli  bağlama  
tərkibləri,    məkani  hallarda olan isimlər,  qoşmalı  feli  sifət  
və    məsdərlərlə    ifadə  olunur,  cümlədə    yeri    sərbəstdir,  
aktuallaşdırma  zamanı  daha  çox  cümlənin  sonunda  işlənir,  


Müasir  Azərbaycan  dili 
 
 
199 
aid  olduğu  üzvlə  əksərən  yanaşma,  bəzən  idarə  üsulu  ilə  
əlaqələnir,  hərəkət  və  ya  əlamət  bildirən  üzvü  müxtəlif  
cəhətdən  izah  edir. 
Zərfliklər  də  quruluşca  sadə    və    mürəkkəb  olur.  
Sadə    zərfliklər  nitq  hissələri  ilə (sadə,  düzəltmə    və  
mürəkkəb  sözlərlə) ifadə olunur. Məsələn, Eşitdim kitabxananı 
bura  köçürmüsünüz. (İ.Əfəndiyev)  İkisi də  maraqla  mənə 
baxdı. (İ.Əfəndiyev) Bunların həyata keçirilməsi üçün hələlik 
subay qalmağım lazımdır. (İ.Əfəndiyev)  Mən bu barədə  xeyli 
düşündüm. (İ.Əfəndiyev) və s.  
 Mürəkkəb  zərfliklər  ismi  və  feli  birləşmələrlə  ifadə  
olunur.  Məsələn,   Özbəklərlə dava edən vaxt qoca anasını 
əzabla öldürüblər. (N.Nərimanov) Gürcü bəyi  kürdlərin 
müqabilinə göndərmək üçün çağırtdırmışam.  (N.Nərimanov) 
Gövhərtac  özünü köməksiz gördüyü üçün divara yapışdı. 
(Ə.Haqverdiyev) və s 
Zərfliklər  də    bir    sözü    ilə    əlaqələnir.  Bu söz  
zərflikdən  əvvəl  işləndikdə  zərfliyə  aid  olur.  Məsələn,  İkisi 
də bir maraqla gözlərini mənə zillədi. (İ.Əfəndiyev)   
Zərfliyin mənaca növləri.  Zərfliklərin  aşağıdakı  
məna  növləri  vardır:  
 1. Tərz  zərfliyi. 
 2. Yer  zərfliyi. 
 3. Zaman  zərfliyi.  
 4. Səbəb  zərfliyi.  
 5. Məqsəd  zərfliyi.  
 6. Kəmiyyət, ölçü, dərəcə  zərfliyi.  
 7. Şərt  zərfliyi.   
8. Qarşılaşdırma  zərfliyi.  
 Tərz  zərflikləri    hərəkətin  icra  tərzini,  bildirərək  
necə?  nə    cür?    nə  tərzdə?  nə  halda?  nə    vəziyyətdə?  nə  
şəkildə?  və  s.      suallardan    birinə  cavab  verir.  Bu  növ   
zərfliklər  tərz  zərfləri,  feli  sifət  və  feli  sifət  tərkibləri,  feli  
bağlama  və  feli  bağlama  tərkibləri  ilə  qoşmalı  isimlər,  
Gülarə  Abdullayeva 
 
 
200
təyini  söz  birləşmələri,  frazeoloji  birləşmələr və s.-lə ifadə 
olunur. Məsələn, Səhərə yaxın dalbadal iki güllə atıldı.(İ. Şıxlı) 
Gündüz vəkillərlə  acıqlı danışırdı. (Ə. Haqverdiyev) Gedib 
qapıda duran fərraşa yavaşdan deyir. (N.Nərimanov) Oğlanlar 
baca-baca gəzərdilər.(İ. Şıxlı) Pakizə qaça-qaça doqqaza çıxdı. 
(İ. Şıxlı) və s.  
Tərz zərflikləri quruluşca sadə və mürəkkəb olur. Sadəsi 
bir leksik vahidlə ifadə olunur. Məsələn, Ona təsəlli vermək özü 
də  iyrənc görünürdü. (N.Nərimanov)  Gülüşə-gülüşə evdən 
çıxdılar. (İ.Şıxlı) və s.   
Mürəkkəb   tərz zərflikləri  ismi  və  feli  birləşmələrlə  
ifadə  olunur. Məsələn, O, gözlərini bağçaya zilləyərək susdu.          
(İ.Əfəndiyev) Gənc çobanlar birlikdə qaranlıqda palçığı 
şappıldada-şappıldada ağıla sarı yüyürdü. (İ.Əfəndiyev) və s.  
Tərz  zərflikləri      həmçinin  müqayisə    və    bənzətmə  
bildirən  kimi,  təki,  tək,  qədər  və  s.  qoşmaların  qoşulduğu  
sözlər  və  birləşmələrlə  də  ifadə  olunur.  Zərfliyin  bu  növü  
müqayisə,  bənzətmə  mənasına  malik  olduğundan,   obrazlılıq  
keyfiyyətləri  ilə  seçilir  və  mühüm  bədiilik  vasitələri  kimi  
çıxış  edir.  Məsələn, Günəbaxan kimi günəşə bax sən, Kölgəyə 
bürünər üz gizlənəndə. (Ə.Kərim) Bu dünyada əbədilik nə var 
ki,  ömür kimi hər şey gəldi-gedərmiş. (N.Kəsəmənli)    
Tərz  zərflikləri  ikinci  tərəfi  halda,  şəkildə,  tərzdə,  
vəziyyətdə    və s.  sözlərdən  ibarət  olan  ismi  və  feli  
birləşmələrlə  ifadə  olunduqda  hərəkətin  tərzini  bildirməklə  
yanaşı,  subyektin  özünün  də  hal-vəziyyətini  bildirir.  
Məsələn,  Gündüz vəkillərlə  acıqlı halda danışırdı.                   
(İ.Əfəndiyev) 
Tərz  zərflikləri   frazeoloji   vahidlərlə  və  necə?  nə  
cür?  nə  şəkildə?  və s.   kimi sual  əvəzlikləri  ilə  də  ifadə  
olunur.  Məsələn,  Onu necə razı sala bildin? (İ.Əfəndiyev) 
Tərz  zərfliklərinin   aşağıdakı  məna  növləri  vardır:   
1.  İşin, hərəkətin icra  tərzini  bildirənlər.  Məsələn,  
Mənim təkidimi gözləmədən nəzərlərini Söyüdlü arxa dikərək 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə