Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə53/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   49   50   51   52   53   54   55   56   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
209 
işlənir;  cümlənin eyni bir  üzvü  ilə  bağlı  olur,  bir-biri  ilə  
tabesizlik  əlaqəsilə    bağlanır,  bərabərhüquqlu  olur,  asılı  
olduqları  üzvlə  eyni  tabelilik  əlaqəsilə  əlaqələnir,  sadalama    
intonasiyası      ilə    tələffüz   edilir; onların arasında  əksərən   
tabesizlik  bağlayıcıları  işlənir. Bütün  cümlə üzvləri həmcins 
ola bilir.  Məsələn,  O bütün yarpaqları ilə, budaqları ilə, 
gövdəsi ilə gülümsədi. (Elçin) Qazının otağı  yekə, uca  və  ağ 
otaqdı. (C.Məmmədquluzadə) Odlar  içində    də    yanıb  
qaralmaz.  Məhəbbət,  səadət,  həqiqət,  kamal.  (S.Vurğun) 
Cümlədə    həmcins  xəbərlər  mübtədaya,  həmcins  
tamamlıqlar  və    zərfliklər  xəbərə,  həmcins  təyinlər  
təyinlənənə  tabe  olur.  Mübtəda  həmcins  olduqda  xəbəri  
özünə  tabe  edir.  Xəbər  həmcins  olduqda  mübtədaya  tabe  
olur.  Məsələn,    Meşələr,  dağlar  sükut  içində    idi.  
(İ.Əfəndiyev)  Qarı    hər  gün  dağlara  gedir,  qucaq-qucaq  
çiçək   gətirir,  xəstəni  müalicə  edirdi.  (İ.Əfəndiyev)  Həkim  
ortaboylu, qarabuğdayı, girdəsifət bir oğlan 
idi.   
(S.Qədirzadə) 
Həmcins üzvləri  əlaqələndirən vasitələr.    Həmcins  
üzvlər  bir-biri  ilə    həm  mənaca,  həm  də  müəyyən  
qrammatik  vasitələrlə  əlaqələnir.   
Qrammatik  vasitələr  içərisində  intonasiya  və  
tabesizlik  bağlayıcıları mühüm  rola  malikdir.  Tabesizlik  
bağlayıcıları    həmcins  üzvlər  arasında  yaratdığı    məna  
xüsusiyyətlərinə  görə  aşağıdakı  növlərə  ayrılır:   
1.
  Birləşdirmə  bağlayıcıları:  və,  ilə  (-la, -lə),  
2.
   İştirak bağlayıcıları da... də, həm...   həm də və s. 
3.
  İnkar bağlayıcısı: nə ...nə də.  
Birləşdirmə bağlayıcıları  həmcins üzvlər  arasında  bir  
dəfə    işlənir,  iştirak və inkar bağlayıcıları isə  təkrar olunan 
bağlayıcılardır,  da ... də  bağlayıcısı  həmcins üzvdən  sonra,  
həm ... həm  də,  nə ... nə    də (və, nə    də,  və    nə    də  ki)  
bağlayıcısı isə  əvvəl işlənir.  Məsələn,  Məndə  qəzəb   var, 
mehribanlıq 
da, Fəqət sındırmaram insan qəlbini.                  
Gülarə  Abdullayeva 
 
 
210
(N.Kəsəmənli) Eyvaz  qoyunların  döyüşməsinə  həm  sevinirdi,  
həm  də  bundan  qorxurdu  (Ə.Vəliyev).  
4.  Qarşılaşdırma  bağlayıcıları:  amma, ancaq,   lakin,  
fəqət  və s.   
Qarşılaşdırma  bağlayıcıları  ilə    əlaqələnən  həmcins  
üzvlər  adətən  ikiüzvlü  olur.  Həmcins  üzvlər  arasında  
birləşdirmə  bağlayıcılarına  nisbətən,  bunlar  az  işlənir.  
Məsələn,   Güldəstə  ali  məktəbə    girmək  istədiyini,  lakin  
imkan  tapmadığını  söyləyirdi  (Ə.Vəliyev).  Yaxşılıq  eləmək  
istədim,  amma  bacarmadım.  Siz  tətilə  gəlmişsiniz,  yoxsa  
məndən  material  toplamağa?  (Ə.Vəliyev) 
Qarşılaşdırma mənası  həmcins üzvlər arasında  yox, 
deyil sözlərinin köməyi ilə də yaradılır.  Məsələn,  Əlinə yox,  
yerə baxdı.  (Ə.Vəliyev)  İndi  isə  burada,  ulduzların  altında  
şəhəri  deyil,  onun  özünü  gözləyirdim.  (İ.Əfəndiyev) 
5.  Bölüşdürmə  bağlayıcıları:  ya,  ya  da,  ya  da  ki,  və  
ya,    yaxud,  yaxud    da,  gah,  gah  da, gah  da  ki    və s.  
Məsələn,   Heç  bir  kəsim  olmadığından  yayı  da,  qışı    da  
institutun  yataqxanasında  yaşayırdım.  (İ.Əfəndiyev) Demək,  
pullarımı  ya  Bakıda  bilet alanda,  ya  da  haradasa  yaylıq  
çıxaranda  salıb  itirmişdim.  (İ.Əfəndiyev) 
Bu bağlayıcılar  müxtəlif  iş,  hərəkət  və  hadisələrin  
növbə  ilə  bir-birini  əvəz  etdiyini,  yaxud  güman  edilən   bir  
neçə  iş  və  hadisədən  birinin  mümkünlüyünü  təxmin  etməyə  
imkan  verir.  Məsələn,  İstirahət  günləri  ya  dostunun  yanına  
gedirdi,  ya  da  onu  qonaq   çağırırdı.    (Ə.Vəliyev)   Gah  
seyrəlir,  gah  sıxlaşır  əlvan  buludlar.   (S.Vurğun) 
Cümlənin  bütün üzvləri  həmcins  ola  bilir.  Məsələn, 
Tatar da,  gürcü  də,  rus da,  türkmən  də.  Ehtiram  saxlayır  
bu  böyük  ada.    (S.Vurğun)-cümləsində  mübtədalar,  Otaqda 
stoldan, pianodan başqa divan da var. (R. İbrahimbəyov)  
cümləsində isə tamamlıqlar  həmcinsdir.  
 Həmcins  mübtədalar   müəyyən   bir  xəbər  və  ya  
xəbər  qrupuna  aid  olub,  onunla  eyni   münasibətdə  olur.  


Müasir  Azərbaycan  dili 
 
 
211 
Məsələn,  Bağçalarda çiçək açsın  alma, armud, heyva, nar.  
(Ə.Cəmil)  Əhmədlə Süleyman da burada idi. (M. Hüseyn) 
Qızlar və  oğlanlar yanaşı oturmuşdular.  (M.Hüseyn) Xalqın  
düşmənləri,  istibdadın  nökərləri  çoxdan  sınaqdan  
çıxarılmış   bir   silahı işə  salırlar.  (M.İbrahimov) 
  Həmcins  mübtədaların  ümumi  və  xüsusi  təyini  
olur.  Təyinlər  bir  qayda  olaraq  həmcins  mübtədalardan   
əvvəl,  xəbər  isə  sonra  gəlir.  Məsələn,  Sahildə   vurnuxan  
şofer  ilə   briqadir      başlarını  itirmişdilər.      (İ.Əfəndiyev)  
Həmcins   xəbərlər   eyni  bir  mübtədaya  və  ya  mübtəda  
qrupuna  aid  olur.  Məsələn,  Sən  insanın  mədəsinə  girmiş  
xərçəng    kimi    qorxulu  və    dəhşətlisən!    (M.İbrahimov)  
Mənim  ümidimin  qapılarını  neçin  gah  açırsan,    gah  
qapayırsan?  (M.Müşfiq)  və s. 
Həmcins  xəbərlər  ya  bir,  ya  da  bir  neçə  şəxsin  iş 
və hərəkətini, əlamətini bildirməklə,  əsasən,  eyni  nitq  hissəsi  
ilə  ifadə  olunub, eyni formada  çıxış   edir və ifadə vasitəsinə  
görə  iki qrupa  bölünür:  həmcins  feli  xəbərlər,  həmcins  ismi  
xəbərlər. 
Həmcins  feli xəbərlər  bir-biri  ilə    şəxsə,  kəmiyyətə  
və  zamana  görə  uyğun  olur.  Lakin  zamana  görə  uyğunluq  
bəzən  pozula  bilər,  yəni  həmcins  feli  xəbərlər  müxtəlif  
zamanlarda   da çıxış  edə bilər.  Məsələn,  Döyüş  davam  edir,  
davam  edəcək.  (Ə.Cəmil) 
Həmcins  feli  xəbərlərin  bəzən  hamısı  ya  təsdiq,  ya  
inkar  olur.  Bəzən  də  onlardan  biri  təsdiq,  digəri  inkarda  
olur. Məsələn,  Gələydin, istədiyini seçib götürəydin.               
(Ə.  Əhmədova) Səba, məndən  söylə  ol  gülüzara,  Bülbül  
gülüstana  gəlsin,  gəlməsin?  (Ə.Nəbati) 
İsmi xəbərlər də  həmcins ola bilir. Məsələn,  Danış, 
haralısan, kimsən, ay çoban? – Dağıstan  əhliyəm, ləzgiyəm
qardaş. (S.Vurğun)  Sevincimdə, ahımdasan, Nəfəsimdə, 
bağrımdasan, kirpiyimdə, yuxumdasan. (X.Rza) 
Gülarə  Abdullayeva 
 
 
212
Həmcins tamamlıqlar. Həmcins  tamamlıqlar  
isimlərlə,  həmçinin  digər  substantivləşmiş  nitq  hissələri  və  
söz  birləşmələri  ilə  ifadə  olunub,  tabelilik  əlaqəsi  ilə  eyni  
bir  xəbərə  aid  olur. 
Həmcins  tamamlıqların iki  növü var:  həmcins  
vasitəsiz  tamamlıqlar  və  həmcins  vasitəli  tamamlıqlar. 
Həmcins  vasitəsiz  tamamlıqlar  təsirli  feli  xəbərlə 
əlaqələnir.  Məsələn,  Deyirəm ki, o boyu, buxunu qaytar geri, 
Deyirəm ki, varını, yoxunu qaytar geri! (Ə.Kərim) Acını, şirini 
seçə bilmədim. (N.Kəsəmənli) Bu xoşbəxtliyi, bəxtəvərliyi hamı 
görürdü. (Ə.Hacızadə) O, Cahandar ağanın bir də 
qayıdacağını, onun evinə basqın edəcəyini, evi gülləyə 
basacağını gözlədi. (İ.Şıxlı) 
  Həmcins  vasitəli  tamamlıqlar  ismin  yönlük, yerlik,  
çıxışlıq halında olan, habelə qoşmalı sözlər və birləşmələrlə 
işlənir.  Məsələn,  Göytanrı, Günəştanrı  nura,  şəfəqə boyandı. 
(Ə.Cəfərzadə) 
Gecənin düşməsinə, 
ətrafın sıx 
qaranlıqlaşmasına səbrlə baxırdı. (Ə.Cəfərzadə) 
Həmcins  təyinlər.  Həmcins təyinlərin  hər  biri  təyin 
etdiyi  sözlə    eyni    münasibətdə  olur.  Həmcins  təyinlər  də  
bir-biri  ilə  tabesizlik  əlaqəsilə  bağlanır.  Məsələn, Onun üzü 
qırmızı, yaşıl mamırla boyanmışdı. (C.Əlibəyov) O, gənc, 
girdəsifət bir qız idi. (C.Cabbarlı)  Dilsiz    və  sağır  göylər  
onun  halını  duymaz.  (H.Cavid) 
Cümlədə    eyni    sözə    aid    təyinlər  əşyanı  müxtəlif  
cəhətdən  izah  etdikdə  onunla  eyni  münasibətdə  olmur  və  
həmcins  hesab  edilmir.   
Həmcins  zərfliklər.  Həmcins  zərfliklər,  əsasən,  eyni  
və  bəzən  də  müxtəlif  ifadə  vasitələrinə  malik  olub,  biri  
digərinə  tabesizlik  əlaqəsi ilə bağlanır.  Məsələn,  Ey çılğın 
küləklər,  nəşəniz daşarkən, Bağların sehrindən mey sorub 
coşarkən, Nalqıran dağları atlayıb aşarkən,  Məni də alınız, 
uçayım dağlara. (M.Müşfiq) Keç  bu    dağdan,  bu   arandan,  
Astaradan,  Lənkərandan.  (S.Vurğun)  


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə