Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə55/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   51   52   53   54   55   56   57   58   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
217 
üzvü atsaq struktur baxımdan cümləyə heç bir xələl gəlməz,  
sadəcə semantikada bir az zəifləmə müşahidə olunar.  
5. Təyinlə  təyinlənən arasına mənaca bərabərlik işarəsi 
qoymaq olmaz, lakin əlavə ilə  əlavəli üzv eyni bir məfhumun 
müxtəlif vasitələrlə ifadəçiləridir.  
6. Təyin aid olduğu üzvdən  əvvəl,  əlavə isə sonra 
işlənir. 
7. Təyin təyinlənənlə yanaşma əlaqəsində olduğu halda, 
əlavə  əlavəli üzlə tabesizlik yolu ilə bağlanır və onların 
arasında yəni bağlayıcısı da işlənir. 
 Cümlədə təyinin yerini dəyişməklə onu xüsusiləşməyən 
əlavəyə çevirmək mümkündür. Məsələn,  Yazıq (təyin)  Əhməd 
sevgilisinin başına fırfıra kimi dolanırdı; Əhməd yazıq (əlavə) 
sevgilisinin başına fırfıra kimi dolanırdı. 
 Dilimizdə bütün cümlə üzvlərinin əlavəsi olur. Hətta az 
hallarda təyinin də əlavəsinə rast gəlinir.  
 Mübtədanın  əlavəsi:  İnstitutun təzə katibəsi - az bir 
zamanda kollektivin hərmətini qazanmış, ağıllı, mehriban, 
qaraşın 
Şərqiyyə akademik Aslanzadəni heç belə 
görməmişdi.(Ə.Hacızadə) 
Tamamlığın  əlavəsi:  Alverçilər onu - köhnə müştərini 
mehribanlıqla qarşıladılar. (İ.Şıxlı) 
Təyinin  əlavəsi:  İndi o, dördüncü, yəni  sonuncu 
məktubu yazırdı. 
 Zərfliyin əlavəsi:  Kəbədən o tərəfdə - Məkkə səmtində 
“Məhşər dərəsi” deyilən böyük dərə vardı. (İ.Hüseynov) 
 Xəbərin  əlavəsi:    Ədilə gözlərini sirkin girdə 
meydançasına zilləmişdi, amma mən hiss edirdim ki, bütün 
fikri-zikri bizim yanımızdadı, yəni Qocanın yanındadı. (Elçin) 
Bunlardan əlavə, dilimizdə    feli   sifət,   feli  bağlama   
və   məsdər   tərkiblərinin   daxilində, xitablarda da   əlavələr   
işlənə  bilər. Məsələn,  Məmləkət  əhlinin onları  – rumluları 
görməyə gözü yox idi. (F.Kərimzadə) Fəzlin alim və  şair 
müridlərinin – rəmzi qılınc bahadırlarının hökmdarlara,  
Gülarə  Abdullayeva 
 
 
218
hakimlərə elm öyrətməyi təklif etdikləri  İbrahimə çoxdan 
məlum idi. (İ.Hüseynov) Gəl, ey sevimli yaz – dəli gəncliyim
Günəşin eşqiylə çağlasın sular. (M.Müşfiq) Bunlar, əksərən 
şimali Afrika ölkələrindən – Misirdən, Hindistandan köçüb 
qazanc dalınca gələnlər idi. (O.Salamzadə) 
Xüsusiləşən  əlavələr quruluşca iki  cürdür: 
 1.Müxtəsər  əlavələr; 
 2.Geniş  əlavələr.  
Müxtəsər  əlavələr  yalnız  bir  cümlə  üzvünə uyğun 
gəlir. (Yəni biz onu cümlə üzvü hesab etsəydik, bir cümlə üzvü 
kimi götürülərdi.)   
Geniş    əlavələr  isə  iki  və  ya  ikidən  çox  üzvdən  
ibarət  olur.  Məsələn,  Bürkülü gecələrdə bəzən elə burada – 
palıdın çətiri altındakı taxta çarpayıda yatırdı. (İ.Məlikzadə)- 
cümləsində  əlavə  formal olaraq iki üzvə:  təyin (palıdın çətiri 
altındakı taxta) və yer zərfliyinə (çarpayıda)  uyğun 
gəldiyindən, geniş əlavədir. 
Xüsusiləşməyən  əlavələr  əsas  üzvdən  fasilə    ilə  
ayrılmır.  Məsələn,    Şəxsən mən  Qəşəm   bu  xarabalığa  
ziddəm,  gözəllik  tərəfdarıyam  (S.Rəhimov)  
Əlavə cümlələr.  Bəzən nitq prosesində  əlavə 
cümlələrdən də istifadə edilir. Belə cümlələr cümlənin hər hansı 
bir üzvü ilə  və ya ümumi məzmunu ilə bağlı  əlavə  məlumatı 
ifadə edir. Məsələn,  Bir gün – onda hələ müharibənin ilk 
ayları idi – məhəlləyə belə bir xəbər yayıldı ki, Ziba xalanın, 
doğrudan da, Qavrıl adında oğlu varmış. (Elçin) Bəli, bəlkə 
cinayət işi qaldırılsa – mən bilirəm, bu  mümkün deyil – 
professor bu işdə özünü təmizə çıxara bilər. (Ə. Hacızadə)  
 


Müasir  Azərbaycan  dili 
 
 
219 
Qrammatik cəhətdən cümlə üzvləri 
 ilə əlaqədə olmayan sözlər 
 
Xitablar,  məna  xüsusiyyətləri,  işlənmə    yeri    və  
quruluşu.  Nitq prosesində bəzən elə söz və birləşmələrdən də 
istifadə edilir ki, onlar fikrin formalaşmasında yardımçı olsalar 
da, cümlənin üzvləri ilə yalnız məna cəhətdən  əlaqələnir, 
qrammatik cəhətdən əlaqələnə bilmir, buna görə də cümlə üzvü 
olmaq imkanını itirir. Qrammatik  cəhətdən  cümlə  üzvləri  ilə  
bağlı  olmayan belə  sözlər,  cümlə  üzvlərindən  fərqli  olaraq,  
cümlənin  əmələ  gəlməsində  bilavasitə  iştirak  etmir  və  onlar  
heç  bir  suala  cavab   vermir. Qrammatik  cəhətdən  cümlə  
üzvləri        ilə    əlaqədar  olmayan  sözlər  2  qrupa  ayrılır:          
1. Xitablar;  2.  Ara  sözlər. 
Cümlədə müraciət  məqsədi  ilə  işlədilən  sözlər  xitab  
adlanır.  Xitabın  əsas  xüsusiyyətləri:  müxtəlif  şəxslərə,  
şəxsləndirilən  əşyalara,  mücərrəd  varlıqlara  müraciət  
məqsədilə  işlədilir,  isimlərlə  (isimləşmiş  sözlərlə)  və  ismi  
birləşmələrlə  ifadə  olunur,  xüsusi  intonasiya  ilə    tələffüz  
edilir,  aid  olduğu  cümlənin  üzvlərindən  xüsusi  fasilə  ilə, 
yazıda isə  vergüllə ayrılır.  Xitab  ismin  adlıq  halında  olur  və  
heç  bir  suala  cavab  vermir. Xitab cümlə üzvləri ilə 
qrammatik  əlaqədə olmadığından cümlədə yeri sərbəstdir. 
Məsələn,  Ey Hüseyn Arif, dilində Dilqəm, Nə sehrli həyat, nə 
sirli aləm. (H.Arif) Sevgilim, qolunu boynuma dola.. 
 
(S.Vurğun) Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat 
qal, dağ, salamat qal! (M.Araz) 
Xitablar da quruluşca  sadə    və    mürəkkəb  olur.  
Bunlara  müxtəsər  və  genişlənmiş  xitablar  da  deyilir.  Bir  
sözdən  ibarət  olan  xitablar  sadə  xitab  adlanır.  Məsələn,  
Dostlar,  badələri qaldırın, içək.  (S.Vurğun). 
Gülarə  Abdullayeva 
 
 
220
Mürəkkəb  xitablar  söz  birləşmələri  şəklində  olur.  
Məsələn,  Gözəl Vətən, mənan dərin, Beşiyisən gözəllərin.      
(S.Vurğun). 
Xitab  müxtəlif  əşya  və  varlıqlara müraciətlə işlədilə 
bilər.  Bu  cəhətdən  onları  üç  növə ayırmaq olar:   
1.  İnsana müraciət bildirənlər. Məsələn,  Dilbəra, mən 
səndən ayrı təndə canı neylərəm? (İ.Nəsimi) Oğul, nədir etdiyin 
bəs bu haqq-say üçün? (Ə.Kərim) Ay hacı, vallah, bilmirəm, nə 
eləyək? (C.Məmmədquluzadə)  Çoban, salamat qal, sağ-
salamat qal. (M. Araz) 
2. Başqa  canlılara müraciət bildirənlər. Məsələn,  Yenə 
də sürünü nizamla düzüb, Baş alıb gedirsən hayana, ceyran? 
Eli tutub səsin yenə, A bəxtəvər ana  bülbül! (R.Rza) 
3. Cansız  əşyalara  və  mücərrəd  anlayışlara müraciət 
bildirənlər.    Məsələn,    Ağrı, yaxın gəlmə, girmə araya, Get, 
yoxdur ölümdən çəkinəcəyim. (Ə. Kərim)  Əs, ey külək, bağır, 
ey bəhri-biaman, ləpələn! Atıl cahana sən,  ey ildırım, alış, 
parla! Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl! Sön, ey 
günəş, yağışın yağdır, ey bulud, ağla! (C.Cabbarlı) 
Müasir  Azərbaycan  dilində  xitablar  tez-tez  nidalarla  
işlədilir.  Belə  halda  xitablar    nidalarla   yanaşı   müəyyən   
hissi   halları   da   ifadə  edir.  Nida  xitaba  xüsusi  intonasiya  
verir.  Məsələn,  Ah, Fətəli, şahdan uzaq olmaq bilmirsinizmi 
nə xoşbəxtlikdir?(Ç.Hüseynov)  Ah, ana, təqsirin hamısı 
məndədir. (M.İsmayılov) 
İfadəni  qüvvətləndirmək, nitqin  təsir  qüvvəsini  
artırmaq  üçün  xitablar  müxtəlif  şəkildə    təkrarlanır.  
Məsələn,  Ayrılarmı  könül  candan,  Azərbaycan, Azərbaycan!  
(S.Vurğun)  Təbrizim, Təbrizim, aman, Təbrizim, Yox olsun 
başından duman, Təbrizim.(S.Rüstəm)  
Qeyd etdiyimiz kimi, xitab cümlənin  əvvəlində,  
ortasında,  axırında  işlənə  bilir  və  yerinin  müxtəlifliyinə  
baxmayaraq,  eyni  məzmuna  malik  olur. Məsələn,  Bahar, 
istəklimsən başdan-binadan,  Ən gözəl qızısan sən təbiətin.      


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə