Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə63/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   59   60   61   62   63   64   65   66   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
249 
Zaman  uyuşmaları.  Tabesiz  mürəkkəb  cümlənin  
komponentləri  arasında əksərən  zaman  uyuşması  olur  ki,  bu  
da  onların  əlaqələnməsinə xidmət  edir.  Belə ki,  əvvəlki  
komponentdə  hansı  zaman  və    ya    şəkil iştirak  edirsə,  
sonrakı  da  ona  uyğunlaşır.  MəsələnMahmud arağı görəndə 
yüngülcə köksünü ötür, elə bil ürəyi qalx.(Y.Səmədoğlu) 
Səhər hava tamam açıl, gün çıx.(H.Abbaszadə) Son vaxtlar 
əmim arvadı  mənə çox iş tapşırırdı, mən nə isə bundan razı 
qalırdım. (B.Bayramov) 
Tabesiz  mürəkkəb  cümlələrdə ortaq  elementlər.  
Tabesiz  mürəkkəb  cümlənin  bir  mühüm  əlaməti  də  bəzən  
tərkib  hissələrin  hamısına  aid  ortaqlı  söz  və  birləşmələrin    
işlənməsidir.  Bu  xüsusiyyət  ikinci  dərəcəli  üzvlərdən  
tamamlıq  və  zərfliyə  aiddir.  
Ortaq  tamamlığa  aid:  Bunu mən çox gözəl bilirəm
ancaq anam bilməz. (B.Bayramov) 
 
Ortaq  zərfliyə  aid:   
a) ortaq  yer  zəfliyinə aid: Həmin sinif otağında 
əvvəllər hərbi dərs keçilirdi, divardan cürbəcür tüfəng, tapança 
sxemləri asılmışdı,  bir küncdə əleyhqazlar yığılmışdı, boş güllə 
gilizləri  əyani dərs vəsaiti kimi pəncərənin taxta surahısına 
düzülmüşdü. (Elçin)   
b) ortaq  zaman  zərfliyinə  aid:  Həmin küləkli-yağışlı 
günün gecəsi   göydə  qəribə bir təmizlik var idi, göy başdan-
başa ulduzla dolmuşdu...(Elçin) 
      
c)  ortaq  tərz  zərfliyinə    aid:    Bu qayda ilə sirlər 
yayılar, hamı hiddətlənər, iclasda olanlar bir-birindən gümana 
düşərdilər. (S.Rəhimov) və s.  
Cümlə  üzvləri  ilə  yanaşı,  xitablar  və  ara  sözlər  də  
ortaqlı    olmaqla    tərkib  hissələri  əlaqələndirir.  Məsələn, 
Nəhayət, iyirmi igidin iyirmisi də cilovlanmış qulunların çılpaq 
belinə  sıçradı, nağaraların gurultusu yazı düzünü bürüdü. 
(Əbülhəsən)  
Gülarə  Abdullayeva 
 
 
250
 
Yuxarıda  qeyd  etdiyimiz əlaqə  vasitələri  
komponentlər  arasında  tək-tək  deyil,  bir  neçəsi  birlikdə  
müxtəlif  şəkildə    işlənir. Eyni cümlədə intonasiya, söz sırası 
həmişə olur. Bunlarla yanaşı olaraq digər vasitələr də  işlənə 
bilər.  Məsələn,  Öz ailəmdə belə kimsə  məni anlamır, kimsə 
məni başa düşmür. – cümləsində intonasiya, söz sırası, zaman 
uyuşması,  sözlərin paralelliyi komponentləri  əlaqələndirən 
vasitələr kimi çıxış etmişdir. 
 
Tabesiz mürəkkəb cümlələrdə  
məna əlaqəsi 
 
Quruluş xüsusiyyətlərinə, bağlayıcı  və  intonasiyanın  
xarakterinə  görə  tabesiz  mürəkkəb  cümlələrin  tərkib  
hissələri  arasında  bir  sıra  məna  əlaqələri  vardır.  Bunlar  
aşağıdakılardır:  
1. Birləşdirmə  əlaqəsi;  
2. Səbəb- nəticə  əlaqəsi;  
3. Aydınlaşdırma  əlaqəsi;   
4. Qarşılaşdırma  əlaqəsi;  
5. Bölüşdürmə əlaqəsi; 
6. Qoşulma  əlaqəsi
Bu  əlaqələrin  bir  qismi  həm  intonasiyanın,  həm də  
bağlayıcıların  iştirakı  ilə  yaranır,  aydınlaşdırma  əlaqəsi  
əksərən  bağlayıcısız  olur.   
Birləşdirmə  əlaqəsi.   Birləşdirmə    əlaqəli  tabesiz  
mürəkkəb  cümlələrdə    tərkib hissələrdə  iş  və hadisələr 
sadalanır, həmin  hadisələrin  hamısının ya eyni  zaman ərzində 
icrası  nəzərdə tutulur, ya da iş  və hadisələr ardıcıl  şəkildə 
həyata keçir.  Ona  görə  də  bu  cür  cümlələrdə  iki  qrammatik  
məna münasibəti  müşahidə  olunur:  eynizamanlı    
birləşdirmə,  ardıcılzamanlı birləşdirmə.  Məktəb  
dərsliyində  eynizamanlı    birləşdirmə    zaman  əlaqəsi


Müasir  Azərbaycan  dili 
 
 
251 
ardıcılzamanlı birləşdirmə isə  ardıcıllıq  əlaqəsi  adlandırılır.  
Tabesiz  mürəkkəb  cümlələrin   bir  qismində  eynicinsli  
müxtəlif    fakt    və  hadisələr  sadalanır,  onların  eyni  zaman  
ərzində,  vahid  zaman  daxilində  baş  verdiyi  ifadə  olunur.  
Məsələn,    Yaralı köhlənlər kişnəyir, güllələr vıyıldayır, bəylər 
bağırır, yollara sarı gilizlər axır, qan sızırdı. (C.Bərgüşad) 
Tərkib  hissələrin  hamısına  aid  ortaqlı  zaman  zərfliyi    
olduqda  cümlənin  zaman  əlaqəli  olduğu  daha  asan  
müəyyənləşir.  Məsələn,  Əriyir yaz günü quzeydəki qar, Gəzir 
dağ döşünü gəlinlər, qızlar, Hər bulaq başında bir qeybət olur. 
(S.Vurğun)    Komponentləri  zaman  əlaqəsi  üzrə  
birləşdirməkdə    mənsubiyyət  şəkilçilərinin  mühüm  rolu  
vardır.  Çox  zaman  birinci  komponentdə    işlənən  ismi  
birləşmənin  sonrakı  komponentlərdə    yalnız  mənsubiyyət  
şəkilçili  ikinci tərəfi  saxlanılır.  Məsələn,  Üzünü soyuq daşa 
sürtdü,  ürəyindən Yadullanın da beləcə soyuduğu keçdi. 
(F.Kərimzadə)  
Eynizamanlı    birləşdirmə    əlaqəsində    əksərən  tərkib  
hissələrin  xəbərləri  feli  xəbərlərdən  ibarət  olur  və  həmin  
xəbərlər  eyni  zaman  şəkilçiləri  ilə  formalaşır.  Məsələn, Mən 
ağzımı açanda anam da açardı, mən udqunanda anam da 
udardı. (İ.Hüseynov) 
  Birləşdirmə  əlaqəli  tabesiz  mürəkkəb  cümlələr  açıq  
sıralı  cümlələrdir,  sadalama  yolu  ilə  qurulur,  buna  görə  də  
iki  tərkib  hissədən  ibarət  olduğu  kimi,  üç-dörd  və  daha  
çox  tərkib  hissədən də ibarət  ola  bilir.   Məsələn,    Kəndin 
mötəbər adamları mütəkkəyə dirsəklənib dincəlir, cavanlar 
atlarını çapıb  əyri yollarla ötüşür,  qız-gəlin bulaqlardan su 
gətirib çay tədarükünə başlayırdı. (İ.Şıxlı) 
Göründüyü  kimi,  bu  cür  cümlələr  əksərən  intonasiya  
ilə  qurulur.  Lakin tərkib  hissələri  əlaqələndirmək  üçün  və,  
həm,  həm  də,  da,  də,  nə,  nə    də    birləşdirmə  
bağlayıcılarından da  istifadə  edilir.  Və  bağlayıcısı  sonuncu  
tərkib  hissədən  əvvəl həm,  həm də,  nə,  nə  də  bağlayıcıları  
Gülarə  Abdullayeva 
 
 
252
tərkib  hissələrin  əvvəlində    işlənir.  Məsələn,    Həm mən 
qurtararam, həm sənin cibin dolar, həm də günahsız qalarsan. 
(M.İbrahimov) 
Ardıcılzamanlı  birləşdirmə  əlaqəli  tabesiz  mürəkkəb  
cümlələrdə  həmcins  fakt  və  hadisələr  sadalanır  və  onların  
cümlədəki  düzülüşünə  müvafiq  ardıcıllıqla  baş  verdiyi  ifadə  
olunur.  Məsələn,  Vaqif danışarkən onun nitqini tərcüman 
taxtın yanında oturmuş polkovnik Burnaşova tərcümə edir, o da 
Vaqifi diqqətlə süzərək, başını təsdiqedici bir tərzdə tərpədirdi. 
(Y. V.Çəmənzəminli)    
Ardıcılzamanlı    birləşdirmədə    tərkib  hissələr  əksər  
halda  intonasiya  ilə,  bəzən  də    və   bağlayıcısı  vasitəsilə  
əlaqələnir.  Eynizamanlı  birləşdirmədən  fərqli  olaraq,  bu  cür  
cümlələrin   tərkib  hissələri   arasında  digər  birləşdirmə  
bağlayıcıları  (həm,  həm də, da, də, nə, nə  də)  işlənmir, çünki 
həmin bağlayıcıların qrammatik mənasında  eynizamanlılıq  
mövcuddur. 
Birləşdirmə  əlaqəsinin  bu  növü  də  açıq  sıralı  olur,  
sadalama  yolu  ilə  qurulur,  ona  görə  də  iki  tərkib  hissədən  
ibarət  olduğu  kimi,  daha   çox  tərkib  hissədən də  ibarət  ola  
bilir.   
Eynizamanlı birləşdirmə  əlaqəli tabesiz mürəkkəb 
cümlələrdə komponentlərin yerini dəyişmək də olar və bu 
zaman mənaya heç bir xələl gəlmir. Ardıcılzamanlı birləşdirmə 
əlaqəli cümlələrdə isə belə yerdəyişmə mümkün olmur.  
Səbəb-nəticə  əlaqəsi.    Səbəb-nəticə    əlaqəli  tabesiz  
mürəkkəb  cümlələr  iki  tərkib  hissədən  ibarət  olur.  Birinci  
tərkib  səbəbi,  ikincisi  həmin  səbəbdən  doğan  nəticəni  
bildirir.  Məsələn, O, qəzetlərdə oxuduğu xəbərlərdən müharibə 
dəhşətinin həqiqətini hiss edir və bu hiss onun əsəblərini 
gərginləşdirirdi. (İ.Əfəndiyev)   
Səbəb-nəticə    əlaqəli  tabesiz  mürəkkəb  cümlələr  
qapalı    sıralı  olur,  buna  görə    də  iki  sadə    cümlənin  
birləşməsi  şəklində  formalaşır.  Lakin  bəzən  tərkib  


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə