Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə62/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   58   59   60   61   62   63   64   65   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
245 
(İ.Hüseynov)  Əgər zərrəni görsə, cümləni görər, aləmi görsə, 
özünü görər və fəhm edər ki, cəmi kainatda xaliqəm deyən nə 
varsa, hamısı onun özündədir. (İ.Hüseynov)  O gün, o əhvalat 
olan günü girib içəridə qulağından tutub deyirəm, qorxma, 
bütün el-oba sənin tərəfindədi, çıx camaata deynən, bu belə 
filan oğlu evə zornan təpilib, mənim razılığım  yoxdu.              
(Ə.Əylisli) Dostlarımdan eşitdim ki, Bərdədə bir kifir arvad 
var, çox dövlətli olsa da, heç kim rəğbət eləyib onunla 
evlənmək istəmir. (Ə. Cəfərzadə) 
 
Tabesiz mürəkkəb cümlənin 
komponentlərini əlaqələndirən vasitələr 
 
 
Tabesiz  mürəkkəb  cümlənin  komponentlərini 
əlaqələndirən başlıca vasitələrə intonasiya və tabesizlik 
bağlayıcıları daxildir. Lakin bunlardan başqa, komponentlərdə 
sözlərin  sırası,    işarə  əvəzlikləri  və  mənsubiyyət  şəkilçiləri,  
komponentlər  üçün  ortaq  elementlər  və  zaman  uyuşmaları    
kimi  vasitələr də  tabesiz  mürəkkəb  cümlənin  təşkilinə  
xidmət  edir.   
Son vaxtlar bağlayıcılar tabesiz mürəkkəb cümlələrin 
qurulmasında o qədər intensiv işlənir ki, əksərən bu cümlələrin 
öyrənilməsinə bağlayıcılı tabesiz mürəkkəb cümlələrdən 
başlayır, hətta bəzən onu bağlayıcılara görə təsnif edirlər. Lakin 
bağlayıcının iştirakına görə  təsnifat aparmaq düzgün deyil. 
Çünki eyni bağlayıcı müxtəlif məna əlaqələrinin yaranmasında 
iştirak edir. Tabesiz mürəkkəb cümlələr tərəflərin ifadə etdiyi 
məna əlaqəsinə görə təsnif edilir.  Beləliklə,  tabesiz  mürəkkəb  
cümlələrin  komponentləri  arasında   birləşdirmə,  səbəb- 
nəticə,  aydınlaşdırma,  qarşılaşdırma,  bölüşdürmə,  qoşulma  
kimi  qrammatik  məna  əlaqələri  mövcuddur.   
Komponentlərin  sırası.  Tabesiz  mürəkkəb  
cümlələrin  qurulmasında  komponentlərin  sıralanmasının  çox  
Gülarə  Abdullayeva 
 
 
246
böyük  rolu  vardır.  Məlum  olduğu  kimi,  danışan  şəxs  öz  
fikirlərini  müəyyən  məntiqi  ardıcıllıqla  tərtib  edir  və    o  
qayda  ilə    də    başqalarına  bildirir.  Tabesiz  mürəkkəb  
cümlənin  komponentlərinin  qarşılıqlı  əlaqəsi  əsasında  ifadə  
edilən  müxtəlif  mənalar  məhz  möhkəm  sıra  sayəsində  
meydana  çıxır.  Möhkəm  sıra  olmasa, birləşdirmə,  səbəb-
nəticə,  aydınlaşdırma,  qarşılaşdırma,  qoşulma  və s. kimi  
mənalarını  yaratmaq  və  ifadə  etmək  olmaz.   
Bütün  bunlarla  yanaşı,  komponentlərin  tərtibi  zamanı  
çox  vaxt  sonrakılarda  təkrardan  qaçmaq  və    yığcamlıq  
xatirinə    ya    işarə    əvəzliyi,  ya  da  mənsubiyyət  şəkilçisi  
işlənmiş  olur  və  bunlar da  komponentlərin  yerini  dəyişməyi  
mümkünsüz edir. Yaxud  hər  hansı  komponentdən  müəyyən  
elementlər  ixtisar  olunur,  bu  elementlər  yalnız  bir  
komponentdə    saxlanılır.  Belə    vəziyyətdə    də    yerdəyişmə  
mümkün  olmur. 
Tərəflərin  paralelliyi  tərəfləri  əlaqələndirən  mühüm  
vasitələrdəndir.  Belə  vasitələr  sırasında  o,  bu,  onda,  orada  
tipli  əvəzlikləri  xüsusi  qeyd  etmək  olar.   Məsələn, 
Avtomobil mənimki deyil, onu bizə hökumət vermişdir.           
(C.Cabbarlı) Raya bolşeviklərin lehinə  işləmək istəyirdi, lakin 
ona imkan verilmirdi.(M.S.Ordubadi)  
Tabesiz mürəkkəb cümlənin tərkib  hissələrinin  
əlaqələndirilməsində  mənsubiyyət  şəkilçilərinin  mühüm  rolu  
var.  Mənsubiyyət   şəkilçiləri  ilə  bir  neçə  komponenti  
əvvəlkinə  bağlamaq  mümkündür.  Məsələn, Başqalarının səni 
tərifləməsi ilə istedadlı olduğunu zənn etmə, bəlkə  məqsədləri 
vardır və bu təriflə öz müddəalarını  pərdələmək istəyirlər.      
(A.Bakıxanov)   Dövlətin yoxdur, amma qoçaqlığın var. 
(M.F.Axundzadə) 
Bütün  bu  qeyd  edilənlərin  (ortaq  üzvlərin,  tərkib  
hissələrin  paralelliyinin,  əvəzliklərin,  mənsubiyyət  
şəkilçilərinin  və s.)  tabesiz  mürəkkəb  cümlələrin  tərtibində  


Müasir  Azərbaycan  dili 
 
 
247 
mühüm  rolu  vardır.  Lakin  tərkib  hissələri  əlaqələndirən  
əsas  vasitələr  intonasiya  və  tabesizlik  bağlayıcılarıdır.  
Tabesiz  mürəkkəb  cümlələrin  tərkib  hissələri  
bağlayıcıların  iştirakı  olmadan  əlaqələndikdə    bağlayıcısız  
tabesiz  mürəkkəb  cümlələr  əmələ  gəlir.  Məsələn, Səhər hava 
tamam açıldı, gün çıxdı.(H.Abbaszadə) Kosanın başına yeni iş 
açıldı, həqiqi savaş başladı. (S.Rəhimov)   Bu  cür  cümlələr  
şifahi  nitqdə  intonasiyanın  köməyi  ilə  qurulur.   
İntonasiya   mürəkkəb  cümlənin  tərkib  hissələrini  
əlaqələndirən  ilk  və  ən  qədim  vasitədir.  İntonasiya  indi  də  
şifahi  nitqdə  böyük  rola  malikdir. Mürəkkəb  cümlənin tərkib  
hissələrini  əlaqələndirmək  üçün  başqa  vasitələr  olduqda  da  
şifahi  nitqdə  intonasiyadan  istifadə  edilir.  Lakin  heç  bir  
başqa  vasitə  olmadıqda  intonasiyanın  üzərinə  daha çox yük 
düşür. Məsələn,  Çölə yüyürdü, darvazanın ağzında dəvə 
durmuşdu. (İ.Hüseynov) Sizə aman gətiririk, bizim son 
yorğanımızı üstümüzdən, son parça çörəyimizi boğazımızdan 
alıb aparırlar. (C.Cabbarlı) 
 İntonasiya  ilə  qurulmuş  bu  cümlələrin  tərkib  
hissələri  arasına uyğun olaraq və, çünki bağlayıcılarını  da  
artırmaq  olar.   
Tərkib  hissələri  bağlayıcıların  iştirakı  ilə  
əlaqələnən  tabesiz  mürəkkəb  cümlələr  bağlayıcılı  tabesiz  
mürəkkəb  cümlələr  adlandırılır. 
Tabesiz  mürəkkəb  cümlələrin  tərkib  hissələrini  
əlaqələndirən  bağlayıcılar  həmcins  üzvlər  arasında   işlənən  
tabesizlik  bağlayıcılarıdır.  Tabesiz  mürəkkəb  cümlələrin  
tərkib  hissələrini  əlaqələndirən  həmin  bağlayıcı  qrupları  
aşağıdakılardır: 
1. Birləşdirmə, iştirak.ş inkarlıq  bağlayıcıları:    və,  
həm,  həm  də,  da,  də,  nə,  nə    də    və  s.    Məsələn,  O, 
qəzetlərdə oxuduğu xəbərdən müharibə  dəhşətinin həqiqətini 
hiss edir  bu hiss onun əsəblərini getdikcə  gərginləşdirirdi. 
Gülarə  Abdullayeva 
 
 
248
(İ.Əfəndiyev)  Həm  mən qurtararam, həm  sənin cibin 
dolar.(M.İbrahimov)  
Bu bağlayıcılar  birləşdirmə,  səbəb- nəticə    əlaqəli  
tabesiz  mürəkkəb  cümlələrin  tərkib  hissələrini  əlaqələndirir. 
2. Qarşılaşdırma  bağlayıcıları:  amma,  ancaq,  lakin,  
fəqət,  halbuki,  yoxsa,  isə  və s.  Məsələn,  Bunu mən çox gözəl 
bilirəm, ancaq anam bilməz. (B.Bayramov) Baba qollarını ata-
ata yenə danışmaq istədi,  lakin öskürək onu boğdu. 
(Y.V.Çəmənzəminli) Mən bilmirəm, allah qoymurdu biz 
acından ölək, yoxsa biz ölmək istəmirdik. (C.Əlibəyov) 
Bu bağlayıcılar qarşılaşdırma  əlaqəli tabesiz mürəkkəb 
cümlələrin qurulmasında iştirak edir. 
3. Aydınlaşdırma  bağlayıcıları:  yəni,  məsələn  və s.    
Evdə adam yoxuymuş,  yəni böyüklərdən heç kim yoxuymuş. 
(Ə.Cəfərzadə) 
Aydınlaşdırma  bağlayıcıları    nisbətən  az  işlənir və 
aydınlaşdırma  əlaqəli tabesiz mürəkkəb cümlələrin tərəflərini 
əlaqələndirir. 
4. Bölüşdürmə  bağlayıcıları:  ya,  ya  da,  gah,  gah  
da,  gah  da  ki    və s.  Məsələn,    Gah iri damcılar çadırları 
səsləndirir, xal-xal naxışlayır,  gah da çiskin yağış asta-asta 
yağır, şeh kimi yatırdı. (B.Bayramov) 
Bu  bağlayıcılar  bölüşdürmə  əlaqəli  tabesiz  mürəkkəb  
cümlələrin  tərkib  hissələrini  əlaqələndirir. Onu da qeyd edək 
ki, bu bağlayıcılar olmadan bölüşdürmə  əlaqəli tabesiz 
mürəkkəb cümlələr qurula bilməz. Belə cümlələrdə bağlayıcını 
ixtisar etsək, məna  əlaqəsi dəyişər, birləşdirmə  əlaqəsi 
formalaşar. 
5. Qoşulma  bağlayıcıları:    özü  də,  həm  də    və s.  
Məsələn,  Bütün imanıyla qəbul edirdi, özü də unudurdu ki, bu 
o xırdaca hörüklü toppuş Zərrintacın özüdür. (Ə.Cəfərzadə) 
Bu bağlayıcılar  qoşulma  əlaqəli tabesiz mürəkəb 
cümlələrin komponentləri  arasında işlədilir.  


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə