Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə59/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   55   56   57   58   59   60   61   62   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
233 
Ümumi  şəxsli  cümlələr də tabeli mürəkkəb cümlənin 
komponenti kimi, yəni baş və ya   budaq  cümlə  kimi  işlənə  
bilir.   
Ümumi  şəxsli  cümlələrdə  də mübtədanın  olmaması  
yarımçıqlıq  yaratmır.  Belə    cümlələr  xəbəri  və    ya    ikinci  
dərəcəli  üzvləri  (biri,  bir  neçəsi)  buraxıldıqda  yarımçıq  
olur. 
Qeyd. 
Ümumi şəxsli cümlələrin xəbəri, bir qayda olaraq, 
I, II şəxsin təkində, III şəxsin cəmində olur. Lakin xəbəri bu 
şəxslərlə ifadə edilən bütün cümlələr ümumi şəxsli deyil. Belə 
cümlələr cüttərkibli bütöv (Sevgilim,  qolunu  boynuma  dola.        
(S. Vurğun)),  cüttərkibli yarımçıq (Belə getsə, onlar buraları su 
yoluna çevirəcək, hər işə qarışacaqlar. Bir az keçəndən sonra lap 
kişiliyimizi də əlimizdən alacaqlar. (İ.Şıxlı)), qeyri-müəyyən şəxsli 
cümlə  də  (Səriyyəni tez-tez məktəbə çağırardılar.(G.Hüseynoğlu)) 
ola bilər. 
Şəxssiz  cümlələr.   Mübtədası  olmayan,  təsəvvür 
edilməsi də mümkün olmayan  təktərkibli  cümləyə    şəxssiz  
cümlə  deyilir.   
Burada  şəxssiz dedikdə  şəxsin iştirak etməməsi deyil, 
qrammatik şəxsin yoxluğu başa düşülür.  
Şəxssiz  cümlələrin  xəbəri  bir  qayda olaraq  həmişə  
üçüncü  şəxsin  təkində  olur.  Məsələn,  Novruzun axırıncı 
çərşənbəsi idi.(İ.Şıxlı) Vallah, mənim adım çıxıb. (M.Hüseyn) 
Vahidin sifətini tər götürmüşdü. (İ.Hüseynov) 
Xəbərin  ifadə  vasitəsinə  görə    şəxssiz  cümlələr iki  
növə    ayrılır:    ismi    xəbərli  şəxssiz  cümlələr,    feli    xəbərli  
şəxssiz  cümlələr. 
İsmi  xəbərli  şəxssiz  cümlələrin  xəbəri  isimlərlə,  bəzi  
zərflərlə,  ismi  birləşmələr,  ismi  frazeoloji  vahidlər  və  s.-lə  
ifadə  olunur. Belə şəxssiz cümlələrdə indiki zaman məzmunu  
-dır
4
  şəkilçisinin,  keçmiş  zaman  məzmunu isə  idi,  imiş  
köməkçi  sözlərinin xəbərə artırılması ilə  ifadə  olunur.  
Gülarə  Abdullayeva 
 
 
234
Məsələn,  Səhər tezdəndir. (S.Rəhman)  Bazar  günü  idi.        
(M.S.Ordubadi)  Hamısının sözü bir idi. (M.S.Ordubadi) 
 Feli  xəbərli  şəxssiz  cümlələrin  xəbəri  müxtəlif  
formalarda  olur. 
1.  Xəbər  feli  frazeoloji  vahidlərlə    ifadə  olunur.  
Məsələn,  Öz fikrimdən özümü vahimə basdı. (İ. Hüseynov) 
Qorxularından dilləri belə söz tutmurdu. (C.Bərgüşad) Zəhləm 
onun sir-sifətindən gedir. (Y.Səmədoğlu)   
2.  Xəbər  olmaq   köməkçi  felinin  məsdərlərə,  bəzi  
isimlərə,  ismi  birləşmələrə  artırılması  yolu  ilə  ifadə  olunur.  
Məsələn,  Amma bu hadisədən qaçmaq olmadı (İ. Şıxlı) 
3. Xəbəri  şəxssiz  növ  fellərlə  ifadə  olunur.  Məsələn,  
Kəndə  gedildi.  Məktublara  baxıldı. 
4.  Şəxssiz  cümlələrin  xəbəri  felin  məlum  növü  ilə  
də    ifadə  oluna  bilir.  Məsələn,  Günortaya az qalırdı.           
(S. Rəhman) Gönortadan yarım 
saat 
keçirdi.                   
(C.Məmmədquluzadə) 
Şəxssiz  cümlələr  ikinci dərəcəli üzvlərin iştirakına 
görə  müxtəsər  və  geniş  olur.  Müxtəsər  şəxssiz  cümlələrdə  
ikinci  dərəcəli  üzvlər  iştirak  etmir  və    cümlə    yalnız  
xəbərdən ibarət olur. Məsələn, Onun gözləri dolmuşdu.          
(M.Hüseyn) Onun lap damarına düşmüşdü. (F.Kərimzadə) 
Artıq özünə gəlmişdi. (F.Kərimzadə) 
Geniş    şəxssiz  cümlələrdə  ikinci  dərəcəli  üzvlər  
iştirak edir. Məsələn,    İsti avqust günlərindən  biri  idi.                   
(G.Hüseynoğlu) Qaranlıq sentyabr gecəsində göz-gözü 
seçmirdi. (M.Hüseyn) 
Adlıq  cümlələr.    “Əşyanın,  hadisənin  mövcud  
olduğunu,  varlığını  intonasiyanın  köməyi  ilə  təsdiq  edən  
sadə  təktərkibli  cümlələrə  adlıq  cümlə  deyilir”. (4, səh.195) 
Adlıq  cümlələrdə    əşya  və  hadisənin  adı    çəkilir,  
lakin  onun  haqqında  əlavə    məlumat  verilmir. Belə 
cümlələrin xəbəri  olmur və onun təsəvvür və bərpa edilməsi də 
mümkün olmur.  Cümlə baş üzvlərdən yalnız mübtədadan 


Müasir  Azərbaycan  dili 
 
 
235 
ibarət olur,  ona  görə  də  adlıq  cümlələrin  mübtəda  əsasında  
formalaşdığı  göstərilir.    Məsələn,  Buraxılış gecəsi... Güllər, 
şirniyyat, meyvə... (Ə.Hacızadə) 1876-cı ilin baharı.              
(Y.V.Çəmənzəminli)   
Adlıq  cümlələrdə    baş  üzv – mübtəda  ümumi  və  
xüsusi  isimlərlə    və    ismi    birləşmələrlə  ifadə  olunur.  
Məsələn,  Yay günü. Yol üstü. Ağac kölgəsi. (S.Vurğun) Telizər, 
Rəhim və ...Soltanbikə ana. (Ə.Cəfərzadə) 
Adlıq  cümlələr  də  müxtəsər  və  geniş  olur.  Müxtəsər  
adlıq  cümlələrdə    yalnız  baş üzv -  mübtəda  iştirak edir. 
Məsələn, Bazar.(S.Rəhman) Oxumaq. (F.Kərimzadə)  
Geniş    adlıq  cümlələrdə  müxtəlif  nitq  hissələri ilə 
ifadə olunmuş    təyinlər işlənir.  Məsələn,    Qara  gecə!             
(C.Bərgüşad) Xırda-xırda bölünmüş arpa çörəyi.  (S.Rəhman) 
Geniş adlıq  cümlələrdə   determinant  yer  zərflikləri    
də    işlənir.  Məsələn,    Səhnənin ucunda donuz yatırılmağa 
məxsus bir dam. (H.Cavid) Üç ayda 12 əmək  günü.               
(M.İbrahimov) 
Adlıq  cümlələrdə cümlənin  ən zəruri üzvü olan xəbər 
işlənmədiyindən bu cümlələr ünsiyyət prosesində, demək olar 
ki, işlənmir. Bu cümlələrdən daha çox bədii  əsərlərdə yazıçı 
təhkiyəsində, dram əsərlərinin remarkalarında istifadə olunur. 
            Söz-cümlə üzvlənməyən sadə cümlələrin  
növlərindən  biri kimi.  Müasir  Azərbaycan  dilində  elə  
cümlələr  vardır  ki,  onlar  cümlə  üzvlərinə  ayrılmır.  Bu  cür  
cümlələr  bitmiş  fikir  ifadə    etsə    də,  üzvlənmir.  Belə 
cümlələr üzvlənməyən cümlələr adlanır. Üzvlənməyən  
cümlələrin  iki  növü  vardır:  1. Söz-cümlələr. 2. Vokativ  
cümlələr. 
Bir sözdən  (və    ya    sözlərin  sabit  birləşməsindən)  
ibarət  olub,  sintaktik  cəhətdən   üzvlənməyən  cümlələrə  
söz-cümlə deyilir.  Məsələn,  Qartal  ovçudan  qorxmurdu?         
– Yox. (Y.Səmədoğlu) Dünyada xoşbəxt  adamlar  var.                
– Şübhəsiz. (C.Əlibəyov)    
Gülarə  Abdullayeva 
 
 
236
Söz-cümlə  termini  iki  komponentdən - söz  və  cümlə   
komponentindən  ibarətdir.   Bu  o  deməkdir  ki,   belə   
cümlələr   bir   sözdən  ibarət  olur, lakin  bir  cümlənin  ifadə  
etdiyi  mənaya   bərabər  məna  ifadə  edir.  
Söz-cümlələr  ən  çox  dialoqda, müsahibədə    işlənir,  
bundan  əlavə,  monoloqda  da  onlara  yer  verilir. 
Söz-cümlələrin  mühüm  xüsusiyyəti  bu  cür  cümlələri  
təşkil  edən  sözlərin  ədatlar,  modal   sözlər  və  nidalardan 
ibarət  olmasıdır. Dialoji nitqdə söz cümlələr əvvəlki replikada 
söylənmiş  fikrə  münasibət  - cavabdan,   monoloji  nitqdə  isə  
danışanın  özünün  fikrini  təsdiq  və  ya  inkardan  ibarət  olur.  
Ədatlar,  modal  sözlər,  nidalar  həmişə söz-cümlə 
yaratmır. Onlar dialoqlarda müstəqil  cavab   cümləsi  kimi  
işləndikdə  söz - cümlə  kimi  çıxış  edir.  Məsələn, Siz Fatma 
xalanı da tanıyırsınız? –Hə, Xəzangülün xalası  idi.                  
(Ə. Haqverdiyev) 
Bu sözlər  üzvlənən  cümlədə  işlənib onunla eyni  
mənalı  olduqda  söz-cümlə    sayılmır.  Məsələn,  Məni də 
tanıyırlar? – Bəli, səni də tanıyırlar. (F.Kərimzadə) Stol, filan 
hazır olubdurmu?–Bəli, bəy, çoxdan hazırdır. (Ə.Haqverdiyev)   
Bu   cür  hallarda  modal   sözlər   ara   söz  funksiyası  
daşıyır.  Ədatlar,  nidalar  isə   ( üzvlənən   cümlə  daxilində)  
fikrin  təsdiqinə,  inkarına,  sual,  şübhə  mənalarının -  modal  
münasibətin  güclənməsinə  kömək  edir.   
Söz-cümlələr  bəzən  xitablarla  birgə  işlənir.  Məsələn,   
İndi tək ana-bala yaşayırsınız? – Bəli, müəllim.(Ə.Hacızadə) 
Söz–cümlələr yarımçıq cümlələrlə bir sıra oxşar 
xüsusiyyətlərə malikdir. Bu oxşarlıq, hər  şeydən  əvvəl,  
yarımçıq cümlələrin də  bəzən bir sözdən ibarət olmasındadır. 
Digər tərəfdən, onların hər ikisi eyni məqamda, yəni 
dialoqlarda işlənərək özündən əvvəlki fikirlə bağlı olur.  Lakin 
bu oxşarlıqlara baxmayaraq, onları eyniləşdirmək olmaz. 
 
Yarımçıq cümlələr bəzən bir sözdən ibarət olsa da, onların 
buraxılmış üzvlərini mətnə  əsasən bərpa etmək olur. Digər 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə