Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə60/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   56   57   58   59   60   61   62   63   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
237 
tərəfdən yarımçıq cümlələrin ibarət olduğu sözün və ya 
birləşmənin hansı cümlə üzvü olduğunu asanlıqla 
müəyyənləşdirmək olur. Söz-cümlələrdə isə bu, mümkün deyil. 
Yarımçıq  cümlələr.  Fikrin ifadəsi üçün lazım olan 
üzvlərindən biri və ya bir neçəsi buraxılan, lakin asanlıqla 
bərpa edilə bilən cümlələrə  yarımçıq  cümlələr  deyilir.  
Əslində bütöv və yarımçıq cümlələr sadə cümlənin xüsusi bir 
növü olmayıb, cüttərkibli və ya təktərkibli cümlədə  hər hansı 
bir üzvün buraxılıb-buraxılmaması nəticəsində yaranır.   
Yarımçıq  cümlənin  iki  növü  vardır:  mətni  yarımçıq  
cümlələr,  situativ  yarımçıq  cümlələr.  
Mətni   ( kontekstual)   yarımçıq   cümlələrdə  bu  və  ya  
digər  üzvlər  buraxılır,  lakin  mətn  əsasında   buraxılmış   
üzvləri   bərpa   və   təsəvvür   etmək   olur.  Məsələn,  Harada 
görüblər məni? – Yuxuda. (F.Kərimzadə) Bu qədər adamın 
hamısı Sultanəlini tanıyır? –Tanıyır, oğlum, tanıyır.               
(F.Kərimzadə) 
Situativ  yarımçıq   cümlələrdə   buraxılmış      üzv   
şəraitlə,   situasiya   ilə,  mimika  və  jestlərlə  müəyyənləşir.  
Məsələn,  Başlayaq. – cümləsinin buraxılmış üzvlərini bərpa 
etmək üçün mətnə ehtiyac yoxdur. Belə cümlələrin digər 
üzvləri şərait və situasiya ilə müəyyənləşir.  
Yarımçıq  cümlə  iki  istiqamətdə  öyrənilə  bilər:  
1.Yarımçıq  cümlə  nədən  (hansı  üzvlərdən)  ibarətdir?  
 2.Yarımçıq  cümlələrdə  nə  (hansı  üzvlər)  buraxılmış-
dır? 
İkinci  istiqamət  dilçilikdə daha məqbul qiymətlən-
dirilir. 
Bu  cəhətdən  yarımçıq  cümlələri  aşağıdakı  üç  qrupa  
ayırmaq  olar:   
1. Baş    üzvləri  (biri  və    ya    hər  ikisi)  buraxılmış  
yarımçıq  cümlələr. 
  
2.İkinci  dərəcəli  üzvləri  (biri  və  ya  bir  neçəsi)  
buraxılmış  yarımçıq  cümlələr. 
Gülarə  Abdullayeva 
 
 
238
3. Baş  və  ikinci  dərəcəli  üzvləri (biri və ya bir neçəsi)  
buraxılmış  yarımçıq  cümlələr. 
Baş üzvləri buraxılmış yarımçıq cümlələrin özünü də 
mübtədası buraxılmış, xəbəri buraxılmış, hər iki baş üzvü 
buraxılmış yarımçıq cümlələr olmaqla qruplaşdırmaq olar. 
Mübtəda  aşağıdakı hallarda buraxılır:  
- Mübtəda mətnin  əvvəlki  cümlələrindən  birində  
işləndikdə sonrakı cümlədə  təkrara yol verməmək məqsədi ilə 
buraxılır:  Zərnigar xanım bunların heç birini görmürdü. Tez-
tez kələğayısının ucu ilə gözünün yaşını silir, “mən bu dərdə 
necə dözüm? – deyə inildəyirdi. (İ.Şıxlı) 
- Mətnin  əvvəlki cümləsindəki tamamlığa  əsəsən 
mübtədanı  bərpa etmək olur:  Bu fikirlər  Zərnigar xanımı 
dəhşətə  gətirdi. Suyun soyuq havasını üzündə hiss edib, geri 
çəkildi. (İ.Şıxlı) 
            -  Dialoqlarda da mübtədanın  buraxılması  hallarına çox 
rast gəlmək olur.    Məsələn,  Q hardadır?  - Yaxşı yerdədir.         
(F.Kərimzadə) 
Xəbərin  buraxılması  halları    da    dildə  mühüm  yer  
tutur.  Məsələn,  Neçə at götürürsən, hacı?  - Üç at, ağrın alım. 
(M.F.Axundzadə)  
 
Xəbərin  buraxılması  iki  şəkildə  özünü  göstərir:  
mətni  buraxılma,  elliptik   buraxılma.   
Mətni buraxılmada  xəbərin  ixtisarı    mətnin  əvvəlki  
cümlələrində    işlənmiş    xəbərə  əsasən təyin edilir.  Məsələn, 
Kim gəlməyib?  - Arif. Hara gedirsən? – Şəhərə. 
 
Xəbəri  buraxılmış  yarımçıq  cümlələrin  bir  növü  də  
elliptik  cümlələrdir.  (Ellipsis    latınca  buxaxılma  deməkdir).  
Elliptik  yarımçıq  cümlələrdə  buraxılmış  xəbəri bərpa etmək 
üçün  mətnə  ehtiyac olmur, cümlənin  öz  üzvlərinə,  öz  
məzmununa  görə  müəyyənləşdirmək  olur.  Məsələn,  Dəlidən  
doğru  xəbər!  (eşit).  Səngərə! (girin).  Beşilliyi  dörd  ildə! 
(yerinə  yetirin).     


Müasir  Azərbaycan  dili 
 
 
239 
Cümlənin  ikinci  dərəcəli  üzvləri  də  “verilən”i  ifadə  
etdikdə  buraxılır.  Tamamlıq  “məlum  olan”ı  bildirdikdə  
şifahi  və  yazılı  nitqdə ixtisar  edilir.  Məsələn,    Güləsər 
səhəngi suya basıb doldurdu. Kənara çəkib tıxacladı. (İ.Şıxlı) 
Təyin  aktuallaşmadıqda  buraxıla  bilir.  Məsələn,  Bu 
kitabı oxudunmu? – Nəyi? – Kitabı.  
Dilimizdə  zərfliyin müxtəlif məna növlərinin də 
buraxılmasına rast gəlinir:  Atası indicə  evə  gələcəkdi. Çərgəz 
də dönəcəkdi. (İ.Şıxlı)- cümləsində əvvəlki cümlədəki zaman və 
yer zərfliyi məlum olduğu üçün sonrakı cümlədə buraxılmışdır. 
 
ƏDƏBİYYAT: 
 
1.   Abdullayev Ə.Z., Seyidov Y.M., Həsənov A.Q. Müasir 
Azərbaycan dili. IV hissə. Sintaksis.  Bakı, 1985. 
2.  Abdullayev Ə. Z. Azərbaycan dili məsələləri. Bakı, 
1992. 
3.  Abdullazadə N. Xalıqov F. Azərbaycan dili. II hissə. 
Bakı,  2006. 
4. Kazımov Q.Ş. Müasir Azərbaycan dili. Sintaksis. 
“Təhsil” nəşriyyatı,  Bakı,  2007. 
5.  Müasir Azərbaycan dili. III cild. Sintaksis. EA nəşri, 
Bakı, 1981. 
6.   Müasir Azərbaycan dili proqramı. AMİ, Bakı, 2009.  
7.    Seyidov Y.M. Azərbaycan ədəbi dilində söz 
birləşmələri.     Bakı, 1992. 
Gülarə  Abdullayeva 
 
 
240
 
Mövzu № 6                        Mürəkkəb cümlələr  
                                     Tabesiz mürəkkəb cümlələr                    
 
 
 
Mövzunun planı: 
 
1.Mürəkkəb cümlə haqqında ümumi məlumat 
2. Mürəkkəb cümlənin növləri. Tabesiz mürəkkəb 
cümlələr 
3.  Tabesiz mürəkkəb cümlənin komponentlərini 
əlaqələndirən vasitələr. 
4. Tabesiz mürəkkəb cümlələrdə məna əlaqəsi 
 
 
Mürəkkəb cümlə haqqında 
 ümumi məlumat 
 
İki  və  daha  artıq  komponenti  (predikativ  mərkəzi)  
olan,  vahid  cümlə  intonasiyası  ilə    tələffüz  edilən,  hər  
hansı  bütöv  bir  fikrin  ifadəsinə xidmət  edən  sintaktik  
konstruksiyaya  mürəkkəb  cümlə  deyilir.  
Başqa  sözlə  desək,  mürəkkəb  cümlə  iki  və  daha  
artıq  cümlənin  məna  və qrammatik  cəhətdən  birləşməsi  
nəticəsində  əmələ  gələn  sintaktik  vahiddir. 
“Mürəkkəb  cümlə  nitq  mədəniyyətinin  nisbətən  
sonralar  yaranmış  daha  yüksək  ifadə  vasitəsidir.  Əvvəlcə  
sadə    cümlələr  bərabər  hüquq  əsasında  birləşərək  tabesiz  
mürəkkəb  cümlələri  əmələ    gətirmiş,  tədricən  hadisələr  
arasında müxtəlif  əlaqə və münasibətlər dərk olunduqca, dildə 
öz  əksini tapmağa başlamış,  tabeli  mürəkkəb   cümlələr  də  
yaranmışdır”. (4, səh.278) 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə