Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə57/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   53   54   55   56   57   58   59   60   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
225 
Sadə cümlələr  
və onların təsnif prinsipləri 
 
Üzvlənən  sadə    cümlələr.  Sadə    cümlələr  bir  
predikativ mərkəzdən ibarət olan  cümlələrdir. Belə  cümlələrin  
müxtəlif  struktur -semantik  tipləri  vardır.  Bunlardan bəziləri  
asanlıqla cümlə üzvlərinə parçalanır,  bir,  iki  və daha  çox  
cümlə  üzvündən  ibarət  olur.  Elə    cümlələr  də    vardır  ki,  
onları    cümlə    üzvlərinə      ayırmaq olmur.  Bu cəhətdən sadə  
cümlələri  iki  qrupa  bölmək  olar:  1.  Üzvlənən  sadə  
cümlələr. 2.  Üzvlənməyən  sadə  cümlələr. 
 Fikrin    əsas  ifadə  vasitələri  üzvlənən  cümlələrdir.  
Sadə  və  mürəkkəb  cümlələrin  bütün  növləri,  bütün  təsnif  
prinsipləri  üzvlənən  cümlələr üzərində aparılır.  Üzvlənməyən  
cümlələr  də  yalnız  üzvlənən  cümlələrin  köməyi  ilə   (bəzən 
də situasiya ilə)  məna  ifadə  edir.  Üzvlənməyən  cümlələrin  
iki  növü  vardır:  söz  cümlələr,  vokativ  cümlələr. 
Azərbaycan  dilində  üzvlənən  sadə  cümlələr müxtəlif 
prinsiplər əsasında təsnif edilərək rəngarəng növlərə bölünür. 
Cümlə      üzvlərinin  iştirakını  nəzərə almaqla sadə 
üzvlənən cümlələri  aşağıdakı  kimi  təsnif  etmək  olar: 
1. Baş  üzvlərin  iştirakına  görə.  Cüttərkibli  cümlələr,  
təktərkibli  cümlələr. 
2.  Baş  üzvlərlə  yanaşı,  ikinci  dərəcəli  üzvlərin  də  
iştirak  edib-etməməsinə  görə:  geniş    cümlələr,  müxtəsər  
cümlələr. 
3. Fikrin ifadəsi üçün lazım olan üzvlərin iştirak edib-
etməməsinə görə:  bütöv  cümlələr,  yarımçıq cümlələr. 
Hər iki baş üzvün iştirakı ilə qurulan cümlələrə   
cüttərkibli, baş üzvlərdən yalnız birinin iştirakı ilə formalaşan  
cümlələrə  isə  tərktərkibli  cümlələr  deyilir. 
Baş  üzvlərlə yanaşı,  ikinci  dərəcəli  üzvlər də (bir və 
ya bir neçə)  iştirak  edən  cümlələrə  geniş  cümlələr,  yalnız  
Gülarə  Abdullayeva 
 
 
226
baş  üzvlərdən  ibarət  olan  cümlələrə  isə   müxtəsər  cümlələr  
deyilir.  Elə    cümlələr də olur  ki,  həmin cümlədə fikri ifadə 
etmək üçün lazım olan bütün üzvlər bilavasitə iştirak edir. Belə 
cümlələrə bütöv  cümlələr deyilir. Bu üzvlərdən biri və ya bir 
neçəsi buraxıldıqda yarımçıq cümlələr yaranır.  
Cüttərkibli cümlələr və onların quruluş  
xüsusiyyətləri.    Baş    üzvlərin  hər  ikisinin  iştirakı  ilə  
qurulan sadə    cümlələrə    cüttərkibli  cümlələr  deyilir.  Bu  
cümlələrdə  adətən  fikir  predmeti   mübtəda  və  ya  mübtəda  
qrupu  şəklində,  fikir  predmetinin  hərəkət  və  əlaməti  xəbər  
və  ya  xəbər  qrupu   şəklində  ifadə  olunur.  Məsələn,  Mən 
sizin belə düşünməyinizdən də incimirəm. (İ.Əfəndiyev) 
Gülmirənin marağı daha da artdı. (Ə.Hacızadə)  Cüttərkibli  
cümlələrdə    əksər  halda  mübtəda  məntiqi  subyektə,  xəbər  
məntiqi  predikata  uyğun  gəlir.  Cümlə    geniş  olduqda  iki  
zonaya,  yəni  mübtəda  və    xəbər  zonasına  ayrılmış  olur.  
Mübtəda  ona  aid  olan üzvlə-təyinlə    birlikdə  mübtəda  
zonasını,  xəbər  isə  ona  aid  olan  üzvlərlə:  tamamlıq, zərflik  
və  təyinlə  birlikdə  xəbər  zonasını  əmələ  gətirir.  Məsələn,  
Havada süzən iri bir çalağanın kölgəsi çəpərin üstündən aşıb, 
həyətin ortası ilə tövləyə doğru süründü. (İ.Şıxlı)-  cümləsində  
subyekt  mübtəda   zonasına  (Havada süzən iri bir çalağanın 
kölgəsi),  predikat  isə  xəbər  zonasına  (çəpərin üstündən aşıb, 
həyətin  ortası ilə tövləyə doğru süründü.) uyğun gəlir.  
Cüttərkibli  cümlələr dildə    ən  çox  işlənən  cümlə  
növüdür,  buna  görə    də    bədii  əsərlərin  dilində  böyük  
üstünlük  təşkil  edir. 
Qeyd  etdiyimiz  kimi,  cüttərkibli  cümlələrin  
qurulmasında   hər  iki  baş  üzvün  iştirakı  vacibdir.  Lakin  
bəzən  təkrara  yol  verməmək,  fikri  sadə,  səlis  və  yığcam  
ifadə  etmək  üçün  cümlələrin mübtədası  buraxılır,  mübtəda  
bilavasitə  cümlədə    iştirak    etmir.    Bu    cür    cümlələrin  
mübtədasını    mətnə    əsasən   asanlıqla  bərpa  etmək  
olduğundan, onlar da cüttərkibli cümlə hesab edilir. Məsələn,  


Müasir  Azərbaycan  dili 
 
 
227 
Bu fikirlərdən Zərnigar xanım dəhşətə  gəldi.  Suyun soyuq 
havasını üzündə hiss edib geri çəkildi. (İ. Şıxlı) – cümlələrindən 
birincisində mübtəda (Zərnigar xanım)  iştirak etmiş, ikinci 
cümlədə onu təkrarlamağa ehtiyac olmamışdır.  Əvvəlki 
cümləyə  əsasən, bu cümlənin mübtədasını müəyyənləşdirmək 
və bərpa etmək mümkün olur. Bu cür cümlələr mübtədası bərpa 
edilə bildiyi üçün cüttərkibli, buraxıldığı üçün yarımçıq cümlə 
adlanır. Yersiz  təkrara  yol  verməmək  üçün,  bədii  əsərin  
dilinin  gözəlliyi,  səlisliyi,  bədiliyi,  sadə    və    yığcamlığını 
təmin etmək üçün belə cümlələrdən bədii əsrlərdə  çox istidafə 
olunur.  Lakin I,  II  şəxsin  tək  və  cəmində  olub  mən,  sən,  
biz,  siz    sözləri  ilə  ifadə  olunan  mübtədalar da   buraxıla 
bilir. Belə cümlələrin mübtədasını müəyyənləşdirmək üçün 
mətnə ehtiyac olmur. Xəbərdəki  şəxs sonluğu bunu 
aydınlaşdırmağa imkan verir.  Məsələn,  Ovçuluğa  meyl  
saldım,  Gecə-gündüz  çöldə  qaldım  (S.Vurğun).  Bu  
cümlələrdə  mən   mübtədası  işlənməmişdir.  Belə  cümlələrin  
cüttərkibli  və    ya    təktərkibli  olması  barədə  türkologiyada  
müxtəlif  fikirlər  vardır.  Bəzi  alimlər  belə    cümlələri  
təktərkibli  müəyyən  şəxsli  cümlələr  adlandırır. Əslində, belə 
cümlələr cüttərkibli, həm də bütöv cümlələrdir. 
Üçüncü  şəxs  bütün  canlı  və  cansız  varlıqları  əhatə  
etdiyindən  həmin  şəxsdə  olub,  buraxılmış  mübtədanı  yalnız  
mətnə    əsasən  dəqiq  müəyyənləşdirmək  mümkündür.  
Məsələn,  Baxır. - cümləsinin  mübtədasını    mətni  və    ya  
situasiyanı  nəzərə  almadan  dəqiq  müəyyənləşdirmək  olmaz. 
Ona görə də, belə   cümlələr  yarımçıq  sayılır,  daha  doğrusu,  
cüttərkibli  yarımçıq  cümlə  hesab  olunur.   
Müxtəsər və geniş cüttərkibli cümlələr.  Cüttərkibli  
cümlələr  ikinci dərəcəli üzvlərin iştirakına görə  müxtəsər  və  
geniş olur. Müxtəsər cüttərkibli cümlələr yalnız  baş üzvlərdən: 
mübtəda və  xəbərdən ibarət olur. Məsələn,  Yağış yağırdı. 
Havalar istiləşdi. Suyun üzü titrədi.  
Gülarə  Abdullayeva 
 
 
228
Bəzən  müxtəsər  cüttərkibli  cümlənin  baş    üzvləri  
ismi  və  feli  birləşmələrlə  ifadə  olunur,  cümlənin  həcmi  
böyüyür,  cümlə    zahirən  geniş    cümləyə    oxşayır,  lakin  
müxtəsər  olaraq  qalır.  Məsələn, Hamıdan çox sevinən  
Qulunun uşaqları oldu. (Ə.Haqverdiyev)      Məni narahat edən 
sizin  belə düşünməyinizdir. (İ.Əfəndiyev)-  cümlələri  yalnız  
baş  üzvlərdən  ibarət müxtəsər cümlələrdir. 
Cüttərkibli  cümlələr  feli  və  ismi  xəbərli,  təsdiq  və  
inkar  ola  bilər. 
Müxtəsər  cümlələrdə  baş  üzvlərin  ətrafında  ikinci  
dərəcəli  üzvlər  (təyin,  tamamlıq  və    zərflik)  toplanmaqla  
geniş  cümlə  əmələ  gəlir.  Tərkibindəki  ikinci  dərəcəli  üzvə  
görə  geniş  cümlələri də müxtəlif cür qruplaşdırmaq olar  
Prof. Q.Ş.Kazımov  yazır  ki,  sadə  geniş    cümlənin  
100-dən  artıq  quruluş  modeli  vardır.  Bunlardan  nümunə  
üçün  bir  neçəsini  qeyd  etmək  olar:   təyin + mübtəda + 
xəbər;  mübtəda + təyin + ismi xəbər;  mübtəda  + vasitəli  
tamamlıq +  xəbər;  mübtəda  + tərz  zərfliyi  + xəbər;  
mübtəda +  zaman  zərfliyi  + xəbər;   mübtəda + yer  zərfliyi + 
xəbər; mübdəta + səbəb zərfliyi + xəbər;  mübtəda +məqsəd 
zərfliyi  + xəbər; təyin + mübtəda + vasitəsiz tamamlıq+ 
xəbər; təyin + mübtəda + vasitəli tamamlıq + vasitəsiz 
tamamlıq+ xəbər; təyin + mübtəda + vasitəli tamamlıq + 
vasitəsiz tamamlıq +  tərz zərfliyi + xəbər  və s. Baş  üzvlərlə  
ikinci  dərəcəli  üzvlərin  bu  cür  əlaqəsi  sadə  geniş  cümlə  
modellərinin rəngarəngliyini  üzə  çıxarır. (4, səh. 179) 
Təktərkibli cümlələrin  quruluş  xüsusiyyətləri.  
Cüttərkibli  cümlələrdən  fərqli  olaraq,  təktərkibli  cümlələr  
baş  üzvlərdən  yalnız  biri  əsasında  formalaşır.  Digər  baş  
üzvə  ehtiyac  qalmır.  Məsələn,    Payızın ilk günləri  idi.           
(İ.Şıxlı) 
Şirəlinin evləndiyi 
zamandan 
çox 
keçir.                   
(S.Rüstəmxanlı)  Bu  cümlələr  baş  üzvlərdən  yalnız  xəbərin  
iştirakı  ilə  qurulmuşdur.   Burada mübtəda  yoxdur  və  onun  
bərpası  mümkün  deyildir. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə