Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə54/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   50   51   52   53   54   55   56   57   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
213 
Cümlədə    həmcins  üzvlərə  aid  ümumiləşdirici  
sözlər  və  birləşmələr  ola  bilir.  Ümumiləşdirici  sözlər  və  
birləşmələr  həmcins  üzvlərin hamısının mənasını ifadə edir, 
onları bir cins məfhumu altında birləşdirir və  həmcins  üzvlərlə  
eyni  qrammatik  formada  olur,  eyni  vəzifə    daşıyır. 
Ümumiləşdirici sözlər həmcins  üzvlərdən  həm  əvvəl,  həm  
də  sonra,  bəzən  də  emosionallığı  artırmaq  məqsədilə  hər  
iki  tərəfdə    işlədilir.  Əvvəl işləndikdə  həmcins üzvlərlə  
ümumiləşdirici  söz  arasında  aydınlaşdırma  əlaqəsi  olur,  
sadalama  üçün  imkan  yaranır   və  sadalanan  həmcins üzvlər  
ümumiləşdirici  sözün  mənasını    aydınlaşdırır,  dəqiqləşdirir,  
buna  görə  də  yazıda  ümumiləşdirici  hissədən  sonra  qoşa  
nöqtə,  tire  (bəzən  vergül)  qoyulur.  Ümumləşdirici  sözlər  və  
birləşmələr  həmcins  üzvlərdən  sonra  işləndikdə  yazıda  
onlardan   əvvəl  tire  (bəzən  vergül)  qoyulur  və  bu  zaman  
həmcins  üzvlərlə  verilən   təfərrüatı  ümumiləşdirir.  Məsələn,  
Burda  hər  şey- çardağın altında qaralan ocaq daşları da, 
dirəkdən asılı qalmış yovşan süpürgələri də, tozlanmış 
pəncərənin dalında görünən mis dolça da mənə anamı 
xatırladırdı. (İ.Hüseynov)  İraq və Hindistan qapılarına qədər 
bütün fars, Mazandaran, Gilan, Azərbaycan, Bağdad - hamısı 
mənin torpaqlarımdır. (M.İsmayılov) 
Ümumiləşdirici  sözlər  fellərə  nisbətən  adlarla  ifadə  
olunan  üzvlərə   daha  çox  aid  olur.   
Cümlə üzvlərinin xüsusiləşməsi.  Cümlədə digər 
üzvlərdən aydın fasilə ilə ayrılan və xüsusi intonasiya ilə 
nəzərə çatdırılan üzvlər xüsusiləşən üzvlər adlanır. 
Xüsusiləşmələr cümlə üzvləri içərisində  mühüm  yer  tutur.  
Dilimizdə bütün cümlə üzvləri  xüsusiləşə bilir. Lakin 
tamamlığın və zərfliyin xüsusiləşməsinə daha çox rast gəlmək 
olur.   
Nitq  prosesində  bu  və  ya  digər  üzvün  xüsusiləşməsi  
həmin üzvü  mənaca  aktuallaşdırmaq,  daha  artıq  nəzərə  
çarpdırmaq  istəyi  ilə    bağlıdır.  Xüsusiləşmiş  üzvlərin  
Gülarə  Abdullayeva 
 
 
214
köməyi  ilə  dil  vasitəsindən  az  istifadə  edilməklə  daha   çox  
informasiya  vermək  mümkün  olur.   
Xüsusiləşmə müxtəlif  şəraitdə müxtəlif vasitələrlə 
əmələ gəlir. İntonasiya, fasilə, vurğu, söz sırası və s. ilə  yanaşı,  
xüsusiləşməni  əmələ    gətirən  bir  sıra  leksik- qrammatik  
vasitələr  də  vardır.  Həmin  vasitələrin  bir  qismi  cümlənin  
xüsusiləşən  üzvünə  qoşulmaqla  onu  cümlənin  qalan  
hissəsindən  fasilə  ilə  ayırır.  Bu  qrupa  başqa,  özgə,  qeyri,  
savayı,  sonra,  kimi,  haqda,  baxmayaraq,  əlavə,  əvəzinə,  
asılı  olaraq,  yanaşı  olaraq,  fərqli  olaraq    və s.  kimi   
qoşmalar  və  qoşmalaşmaqda  olan  sözlər  daxildir.  Məsələn, 
Özü də  nə etdiyini bilmədiyi halda, qarşısındakı cihazları 
qurdaladı. (İ.Əfəndiyev)  Surxay namuslu bir adam kimi 
hərəkət etməsinə baxmayaraq, onu başa düşən az tapıldı.       
(İ.Əfəndiyev)  Mən o zaman kənardan baxıb göz yaşı 
tökməkdən başqa bir  şey edə bilmədim.(Ə.Hacızadə) Gəlinlər 
əmr almış kimi, yaşmaqlarını burunlarının ucunadək qaldırıb, 
baş örtüklərini gözlərinin üstünə çəkdilər. (İ.Şıxlı)  Qırx səkkiz 
yaşı olduğu halda, saçlarında bir dənə  də  ağ  tük  yoxdu.         
(İ.Əfəndiyev) O,  köynəyini soyunmaq əvəzinə, pencəyini geyib 
düymələrini də bağladı.(İ.Əfəndiyev)  
Xüsusiləşməni  əmələ    gətirən  ikinci  qrup  leksik-  
qrammatik  vasitələr  xüsusən,  xüsusilə,  o  cümlədən,  özü  də,  
hətta,  illa  da (illah  da)    və    s.    modal    sözlərdən,  
bağlayıcılardan  ibarətdir. Belə cümlələrdə  əvvəl ümumini 
bildirən cümlə üzvü işlənir, sonra onun bir hissəsi 
xüsusiləşdirilir. Bu vasitələr  xüsusiləşən  üzvdən  əvvəl  
işlənir,    onu    aydın  fasilə  ilə  özündən   əvvəlki  hissədən  
ayırır.  Xüsusiləşmənin  bu  növünün  yeri  ümumini  bildirən  
üzvdən  asılı  olduğu  üçün  bunlar  cümlənin  ya  daxilində,  ya  
da  sonunda  işlənir.  Məsələn, Dayımın hər işdə bəxti gətirsə 
də, övladda, xüsusən oğlanda  bəxti gətirmədi. (F.Kərimzadə) 
Onun özünə hərdən, ələlxüsus son iki-üç ildə elə gəlirdi ki, heç 
zitomirdə olmayıb. (Y.Səmədoğlu)  Düzdür, hərdən, xüsusən də 


Müasir  Azərbaycan  dili 
 
 
215 
son zamanlar Ziyad xanın ürəyindən bir qorxu da gəlib 
keçirdi.(Elçin) O zamanlar, xüsusən Bakı şəraitində bu məsələ 
çox xarakterik idi. (S. Rüstəmxanlı) və s. 
Xüsusiləşmənin  bu  növü dəqiqləşdirici xüsusiləşmiş 
üzvlər   adlandırılır. 
 Xüsusiləşmənin  bir  neçə  tipi  vardır.  Ən  çox  işlənən  
xüsusiləşmə    tipi    feli    tərkiblərin  xüsusi  qrammatik  şəraitə  
düşüb  xüsusiləşməsidir.  Məsələn,  Sinfi düşmənimizin öz 
mənfur planlarını  həyata keçirmək üçün dəridən-qabıqdan 
çıxmasına baxmayaraq, onu məğlubiyyətə  uğradacağıq.        
(F.Kərimzadə)  Yayın son ayları olduğu halda, təbiətin bu 
yerlərə biçdiyi don hələ  də öz yaşıllığını saxlamışdı.               
(F.Kərimzadə)  Dünya üzündə  hər  şey dəyişdiyi kimi, zəmanə 
də dəyişirdi. (S. Rəhimov) 
Dilimizdə bütün cümlə üzvləri xüsusiləşə bilir. Lakin 
onların hamısı eyni dərəcədə xüsusiləşmir. Bunlardan 
 
bəzilərinin xüsusiləşməsinə tez-tez,  bəzilərininkinə   isə  gec-
gec  rast  gəlirik. Ən az  hallarda  xüsusiləşən  xəbər,  mübtəda  
və  təyindir. Qeyd etdiyimiz kimi, ən çox zərflik və tamamlığın 
xüsusiləşməsinə rast gəlinir.  
Əlavələrin bir qismi də aid olduğu üzvdən aydın fasilə 
və xüsusi intonasiya ilə ayrılaraq xüsusiləşir və belə  əlavələr 
xüsusiləşən əlavələr adlanır. Məsələn, Məmləkət əhlinin onları-
rumluları görməyə gözü yox idi. (F.Kərimzadə) Sabit Mayılov 
tüfəngi kötüyə çırpıb ortadan iki parçaladı, onu- Zəlimxanı isə 
ayaqlarının altına saldı. (İ.Hüseynov) 
 Əlavə sözlər və əlavə cümlələr.  Bəzən  danışan  şəxs  
işlətdiyi cümlədəki bir  sözün,  ifadənin,  birləşmənin  mənası  
ilə bağlı  əlavə    məlumat  vermək,  onu  izah  edib  
aydınlaşdırmaq        istəyir.  Buna  görə    də  cümləyə    əlavə  
sözlər,  birləşmələr,  bəzən  də    cümlələr   daxil edir.  Əlavə 
adlandırılan bu  cür  sözlər,  birləşmələr  və    cümlələr  izah  
edib  aydınlaşdırdığı  üzvdən  sonra  işlənir.  Məsələn,  
Gülarə  Abdullayeva 
 
 
216
Sevdiyim qız bütün dünyanın  ən gözəl qızı - odlar gəlinidir.      
(C.Cabbarlı)  
Asılı  olduğu  üzvdən  sonra   gəlib,  onu  müxtəlif  
cəhətdən  izah  edib  aydınlaşdıran  sözlərə,  birləşmələrə  
əlavə  deyilir.   
Əlavələrin aid  olduğu  üzv  əlavəli  üzv  adlanır.  
Əlavələrin  bir  qismi   xüsusi  intonasiya  ilə  tələffüz   edilir   
və   əlavəli   üzvdən  aydın  fasilə   ilə   ayrılır  və   xüsusiləşir.  
Bir  qismi  isə      belə    fasilə    ilə  ayrılmır  və  xüsusiləşmir.   
Məsələn,  Keşikçinin axırıncı sözləri  əziz sevgilisini- İnci 
müəlliməni yadına salmışdı. (V.Babanlı)  Xəlil  yüzbaşı 
hamısını dustaq edir. (M.F.Axundzadə)-  cümlələrindən 
birincisində İnci müəlliməni xüsusiləşən, ikincidəki yüzbaşı isə 
xüsusiləşməyən əlavədir. 
Bu      cəhətlərinə   görə    əlavələr   iki   yerə  bölünür:   
xüsusiləşən  əlavələr,  xüsusiləşməyən əlavələr.  
Xüsusiləşən  əlavələrdə  əlavə  ilə  əlavəli  üzv  arasında  
durğu,  fasilə  olur.  Eyni  zamanda,  onlardan  qabaq,  yəni  
bağlayıcısının   işlədilməsi  mümkündür. 
Cümlədə  əlavə  əlavəli  üzvdən asılı  vəziyyətdə  olur. 
Bu cəhətinə  və aid olduğu üzvü izah edib aydınlaşdırmasına 
görə əlavə təyinə bənzəyir. Lakin aşağıdakı xüsusiyyətlər onları 
bir-birindən fərqləndirir: 
1.Təyin bir qayda olaraq necə? nə cür? hansı? 
suallarına cavab verdiyi halda, əlavə hansı üzvə aiddirsə, onun 
suallarına cavab verir. 
2. Təyin ancaq əşya məzmunlu üzvlərlə  əlaqələndiyi 
halda, əlavə feli xəbərlə də əlaqələnə bilir. 
3. Təyinlənən müxtəlif şəkilçilər qəbul edib dəyişsə də, 
təyin heç bir şəkli əlamət qəbul etmir, sabit qalır, əlavə isə aid 
olduğu üzvün bütün şəkli əlamətlərini qəbul edir. 
4. Təyinlənəni atsaq, təyin öz təyinlik məzmununu 
itirər, məhv olar, əşyavilik xüsusiyyəti qazanar, lakin əlavəli 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə