Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə52/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   48   49   50   51   52   53   54   55   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
205 
gətirməyə  getdi  (M.İbrahimov).  Yerini  rahatlamaq  üçün  
qalxıb  ona  baxdı.  (M.İbrahimov)  
Məqsəd  zərflikləri  aşağıdakı  vasitələrlə  ifadə  olunur: 
         1. Yönlük  halda  olan  məsdər  və  məsdər  tərkibləri  
ilə.  Məsələn,    Biz    bura    boş-boş  oturmağa  yox,   işləməyə  
gəlmişik. (İ.Əfəndiyev) Gəlmişəm  gəzməyə  sizin  dağları  
(S.Vurğun).  
          2. Üçün,  ötrü  qoşmalarının  ismi  birləşmələrə,  məsdər  
və  məsdər  tərkiblərinə  qoşulması  yolu  ilə.  Məsələn,  Mən  
sizin  rahatlığınız  üçün  deyirəm. (İ.Əfəndiyev) Mən  
sərinləmək  üçün    pəncərənin  qabağında  oturdum. 
 
(İ.Əfəndiyev)  Gürcü bəyi  kürdlərin müqabilinə göndərmək 
üçün çağırtdırmışam. (N.Nərimanov) 
          3.  Niyə? nə üçün? nədən ötrü?  nə  məqsədlə?   sual 
əvəzlikləri ilə. Məsələn,  Bunu  mənə  nə  üçün  deyirsiniz?  
          4.  Sonu    deyə   sözündən  ibarət    olan    tərkiblərlə.  
Məsələn,  İşi tez  qurtaraq  deyə,  Adil  bizə  əlavə  işçi  vermək   
istəyirdi  (İ.Əfəndiyev).  Əmirxanı  oyatmayır, dincəlsin  deyə,  
Bəzən  onun nəfəsinə  qulaq  da  asır.  (S.Vurğun)   
         5.  İkinci  tərəfi  məqsəd,  uğur,  yol,  niyyət,  bəhanə  
tipli  sözlərdən  ibarət      olan    ismi    birləşmələrlə.  Məsələn,  
Qonaqları qarşılamaq niyyətilə hamı  həyətə  çıxdı. 
(İ.Əfəndiyev) 
           Səbəb  və    məqsəd  zərflikləri  ifadə  vasitələrinə,  
mənasına və      suallarına  görə  bir-birinə  çox  yaxındır.  
Səbəbdə    məqsəd,  məqsəddə    səbəb  çaları  olur.  Hər  ikisi  
niyə? nə üçün?  nədən  ötrü?  suallarına  cavab  verir.  Bu  
oxşarlıqlarla  yanaşı,  səbəb  və      məqsəd  zərfliklərinin  
aşağıdakı  fərqləri  vardır:   
1. Səbəb  zərflikləri iş, hərəkətin başvernə,  əlamətin 
meydanaçıxma səbəbini, xəbər isə  bu səbəbdən doğan nəticəni 
bildirir.  Buna  görə    də    səbəb  zərfliyinin  ifadə    etdiyi    iş,  
hadisə zaman etibarilə xəbərdəki  işdən,  əlamət  və  hadisədən  
əvvələ  aid  olur.  Məqsəd  zərfliyi  ilə  ifadə  olunan  iş isə bir  
Gülarə  Abdullayeva 
 
 
206
məqsəd  kimi  qarşıda  durur   və  gələcəyə  aid  olur,  ona  görə  
də    xəbərdəki  iş    vaxt    etibarilə    məqsəd  zərfliyinin  ifadə  
etdiyi  işdən  əvvələ    düşür.  Məsələn,    Yaxşı oxuduğu üçün 
onu təriflədilər.  Yaxşı oxumaq üçün  çox çalışırdı.-
cümlələrindən birincidə  səbəb, ikincidə isə  məqsəd zərfliyi 
işlənmişdir. 
2.  Zərfliyin hər iki məna növü üçün, ötrü  qoşmalarının  
qoşulduğu sözlər və birləşmələrlə ifadə olunur. Lakin səbəb  
zərfliyində  bu  qoşmalar   -dığı
4
  şəkilçili  feli  sifət  və  feli  
sifət  tərkiblərinə,  məqsəd  zərfliyində  isə  məsdər  və  məsdər  
tərkiblərinə  qoşulur. 
3. Səbəb  zərfliyi  olan  cümlələr  mürəkkəb  cümləyə  
çevrildikdə    səbəb  budaq  cümləli,  məqsəd  zərfliyi  olan  
cümlələr çevrildikdə isə    məqsəd  budaq  cümləli  tabeli  
mürəkkəb  cümlələr  əmələ    gəlir. Məsələn,  Yaxşı oxuduğu 
üçün onu təriflədilər - Onu təriflədilər, çünki yaxşı oxuyurdu; 
Yaxşı oxumaq  üçün çox çalışırdı.- Çox çalışırdı, çünki yaxşı 
oxumaq istəyirdi. – cümlələrindən birincisi səbəb, ikincisi isə 
məqsəd budaq cümləli tabeli mürəkkəb cümləyə çevrilmişdir. 
4.  Səbəb  zərfliyində  işin  kortəbii icrası  mənası  olur.   
5. Sualları  yaxın  olsa  da,  səbəb  zərfliyi  üçün  nə  
səbəbə?    məqsəd  zərfliyi  üçün  nə    məqsədlə?    sualı  daha  
müvafiqdir. 
Miqdar, ölçü, dərəcə  zərfliyi. Miqdar, ölçü, dərəcə 
zərflikləri  hərəkət  və    ya    əlamətin  miqdarını, ölçü və 
dərəcəsini   bildirməklə  feli  və  bəzən  də  ismi  xəbərə  aid  
olub  nə    qədər?  neçəyə?  nə  qədər  vaxta?  neçədən?  nə 
dərəcə? nə dərəcədə? suallarından  birinə  cavab  verir. 
Məsələn, O,  dəfələrlə  mənə  demişdi...  (M.İbrahimov).  
Qaranlıqda  xeyli  getdim.  (Mir  Cəlal).  Min  illik  yolu  iyirmi  
ildə    keçmişlər.  (M.İbrahimov) Burada  tamamən    səninlə  
şərikəm.  (M.İbrahimov)  Haman  mənə  giley  yazan  
şagirdlərdən  mən  özüm  çox  artıq  dərəcədə  dilgirəm.  
(C.Məmmədquluzadə) Molla Səfərqulu danışmaqda  artıq 


Müasir  Azərbaycan  dili 
 
 
207 
dərəcədə  mahir bir adam idi. (N.Nərimanov) O məni görüb 
hədsiz dərəcədə təəccüblənmişdi. (İ.Əfəndiyev) və s. 
Şərt  zərfliyi.  Şərt  zərflikləri hərəkətin  icrasını  və  ya  
əlamətinin  meydana  çıxmasını  şərtləndirən  səbəbi  bildirərək,  
nə  şərtlə?   hansı    şərtlə? sualına  cavab  verir.  Bu  növ  
zərfliklər,  adətən  bir  sıra  xüsusiləşmiş    tərkiblərlə  ifadə  
olunur.  Məsələn,  Elin  adətinin  mühafizə   edilməsi  şərti  ilə  
razıyam.  (M.S.Ordubadi)  Böyük  olan  yerdə  kiçik  danışmaz.  
(Atalar  sözü)   
Şərt  zərflikləri  əsasən  xüsusiləşmiş  tərkiblərlə,  ismi  
birləşmələrlə    ifadə  olunur.  Əsas  ifadə  vasitələri  
aşağıdakılardır:   
1.  Birinci  tərəfi  ilə  (-la, -lə)  qoşmalı  şərt  sözündən  
ibarət  olan  ismi  birləşmələrlə.  Məsələn, Əbülmüzəffər Gəncə 
hakimini öz yerində qoymaq şərtilə  məmləkəti ilhaq etməyə 
çalışır. (M.S.Ordubadi) Şimali Azərbaycanı Aran məmləkəti də 
daxil olmaq şərtilə qarət etmək lazımdır. (M.S.Ordubadi)    
2.  İkinci  tərəfi  yerdə,  təqdirdə  sözlərindən  ibarət  
olub  şərt  bildirən  birləşmələrlə.  Məsələn,    Çəmən  olan  
yerdə  xalça  nə  lazım.  Lilpar  olan  yerdə  dolça  nə  lazım.  
(H.Arif)  
3. (-ma)mış
2
, -madan
2
    və s.  şəkilçili  feli  bağlama  
tərkibləri ilə.  Məsələn,  Qırat  döşünə  qatmamış,  Buraxmam  
səni  bəzirgan.  (“Koroğlu”) Görməmiş, yazmamış o böyük 
günü, Yüz illər keçsə  də ölməyəcəyəm. (S.Vurğun)  Özü  razı  
olmadan heç yerə göndərə bilmərəm. 
Şərt zərfliyi dilimizdə o qədər də çox işlənmir. Bu 
tələbat daha çox şərt budaq cümləli tabeli mürəkkəb cümlələr 
tərəfindən ödənir. 
Qarşılaşdırma  zərfliyi.  Bu  zərfliklər  hərəkətin 
icrasına  və  ya  əlamətin meydana  çıxmasına  qarşı  duran  və  
yaxud  bu  halda  güzəştə  gedən  səbəbi  bildirir.  
Qarşılaşdırma  zərfliyi  feli  xəbərə  aid  olub  nə    olduğu  
halda?  nə  ola-ola?   nəyə  baxmayaraq?  və s.  suallarından 
Gülarə  Abdullayeva 
 
 
208
birinə  cavab  verir.  Məsələn,  Dilşad  Fəxrəddinin görüşə 
gəlməyəcəyinə baxmayaraq, yenə həmin görüş yerinə getməyə 
tələsirdi. (M.S.Ordubadi) Son dərəcə qaranlıq bir geçə 
olmasına baxmayaraq, bu qaranlıq içindən ulduzların şəfəqləri 
görünürdü. (M.S.Ordubadi) Bu ürək  dağıdan  şübhələrə,  
tərəddüdlərə  baxmayaraq,  onlar  gedirdilər.  (M.İbrahimov)  
O  kişi  bir  söz  deməyə-deməyə,  bunlar  ona  vəkillik  
eləyirlər. (M.Hüseyn) 
Zərflik də quruluşca  iki növə  bölünür: 1. Sadə  
zərfliklər. 2. Mürəkkəb  zərfliklər.  Məna  növlərindən asılı  
olaraq,  bir  çox  zərfliklər  (tərz, zaman,  yer,  kəmiyyət, səbəb, 
məqsəd  və s.) quruluşca həm sadə,  həm də  mürəkkəb  olduğu  
halda,  bəzi  zərfliklər  (şərt  və  qarşılaşdırma  zərflikləri)  
yalnız  mürəkkəb  olur.   
Sadə    zərfliklər   ayrı-ayrı    sözlərlə    ifadə  olunur.  
Məsələn,  Furqon  astaca    cırıldayırdı.  (M.İbrahimov)  Mən  
oradan  dağın  qarına  çox  baxmışdım.  (Ə.Əyrisli) 
 Mürəkkəb  zərfliklər  sintaktik  vahidlərlə    ifadə  
olunur.   Məsələn,  Bibim  çırağın  piltəsini  alışdırıb  
samovarın  yanına qoydu, çıraq  yandı,  biz  susduq.   
(Ə.Əyrisli)  Məclis  dağıldı,  hər  kəs  öz  hesabını  anlayıb  
məyus  bir  halda  evinə  getdi.  (Y.V.Çəmənzəminli) və s.  
 
 
Cümlə üzvlərinin həmcinsliyi,  
xüsusiləşməsi, əlavəsi 
 
Cümlənin həmcins üzvləri.    Cümlədə      eyni      üzvlə  
bağlı  olub,  eyni bir  sintaktik suala cavab verən, eyni üzv 
yerində dayanan, tabesizlik yolu ilə 
əlaqələnən 
bərabərhüquqlu  üzvlərə  həmcins   üzvlər  deyilir. 
Həmcins üzvlərin xarakterik xüsusiyyətləri  
aşağıdakılardır:  həmcins  üzvlər      bir    sintaktik    vəzifədə  


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə