Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə49/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   45   46   47   48   49   50   51   52   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
193 
əlaqəsinə girdiklərindən  cümlədəki yerləri sərbəst olur. 
 
Məsələn, Parçanı mənim qonşumdan alıblar. (Ə.Haqverdiyev) 
Onu  mən vurmuşdum. (İ.Şıxlı) Zərnigar xanım  bunların heç 
birini görmürdü. (İ.Şıxlı)  və s.  
Qeyri-müəyyənlik bildirən vasitəsiz  tamamlıqlar  bir  
qayda   olaraq,  aid  olduqları  fellərin  yanında  gəlir.  Məsələn,  
O,  papiros  çıxartdı, kibritin alovu onun üzündə titrədi.            
(İ.Əfəndiyev) İkisi də narıncı köynəyin üstündən mavi zanbağa 
bənzər  qalstuk  bağlamışdı. (İ.Əfəndiyev) Onlar iki iynə 
götürdülər.(İ.Şıxlı) və s.  
  Azərbaycan  dilində  xüsusi  isimlər,  şəxs  əvəzlikləri,  
kim   sual  əvəzliyi,  substantivləşmiş    işarə    əvəzlikləri,  yer  
zərfləri,  dakı
2
    şəkilçili  sifətlər,  -dığı
4
    şəkilçili  feli  sifətlər,  
üçüncü  növ  təyini  söz  birləşmələri  və s.  müəyyən  məfhum  
ifadə    edir    və  buna  görə    də  vasitəsiz  tamamlıq  olarkən  
həmişə  hal  şəkilçisi qəbul etməklə  işlənir.  Məsələn,  Ani bir 
qorxu içində  hər  şeyi unutdum. (İ.Şıxlı) A, qaynananız  sizi 
yaman çox istəyirmiş. (İ.Şıxlı) Hamısı  ağıllı sözlər idi və 
bunları mənim rəis olan ərim deyirdi. (İ.Əfəndiyev) və s.  
Qeyri-müəyyən  vasitəsiz  tamamlıqlar  adətən  ümumi  
isimlərlə,  həmçinin  ikinci  növ  təyini  söz  birləşmələri,  
bəzən də  heç  nə  əvəzliyi  və s.  ilə  ifadə  olunur.  Məsələn,       
Evinizdən  məktub alırsanmı?(İ.Əfəndiyev) Qız arxası üstə 
uzanıb kitab oxuyurdu. (N.Nərimanov) və s.  
Vasitəsiz  tamamlıqlar  müəyyənlik  bildirdikdə  kimi?  
nəyi?  haranı?  suallarından  birinə,  qeyri-müəyyənlik  
bildirdikdə  isə  yalnız  nə?  sualına  cavab  verir. 
Vasitəli  tamamlıq.    Vasitəli  tamamlıq  hərəkətlə  
birbaşa deyil,  dolayı  yolla  əlaqələnən  əşyanı,  obyekti  
bildirir”. (4, səh.129)  
 İş    və      hərəkət  nəticəsində tamamlığın ifadə etdiyi 
obyektə  təsir birbaşa deyil, dolayı yolla olduğundan, belə 
tamamlıqlarla xəbərin əlaqəsi zəif olur.  Ona  görə  də  vasitəli  
Gülarə  Abdullayeva 
 
 
194
tamamlıqlar  feli  xəbərlə  yanaşı,  həm  də  ismi  xəbərlə  bağlı  
olur. 
Vasitəli  tamamlıqlar  ismin  məkani-qrammatik  halları  
olan  yönlük,  yerlik,  çıxışlıq  hallı sözlər və birləşmələr, eləcə 
də, qoşmalı söz və birləşmələrlə    ifadə olunub  əşya məzmunu 
ifadə edir. Məsələn,  Hamı  təəccüblə  onlara baxdı. (İ.Şıxlı) 
Uşaqlar  direktorla inspektora yol verdilər. (İ.Şıxlı) Petrov 
pəncərədən  boylandı. (İ.Şıxlı) Kişi  ağzından  qəlyanı  çıxardı. 
(İ.Şıxlı) 
 Vasitəli  tamamlıq  çox  vaxt  üçün  ötrü,  qarşı,  ilə  
qoşmaları  ilə  də  işlənir.  Məsələn,  Atam  üçün  qəzet  aldım.  
Xəzər dənizi  öz  böyüklüyü  ilə    başqa  qapalı    dənizlərdən  
fərqlənir. və s. 
Qeyd.  İsmin  üç halı: yönlük, yerlik və çıxışlıq halı həm 
tamamlığın, həm də yer zərfliyinin ifadə vasitələrinə daxildir. Bu 
hallarda olan sözlərin hansı cümlə üzvü olduğunu müəyyən 
etmək bəzən mübahisə doğurur.  Bəzən bu cür sözlərə  hər iki 
cümlə üzvünün sualını vermək olur. Lakin nəzərə almaq 
lazımdır ki, tamamlıq  əşya məzmunu ifadə edərək, obyekt 
bildirirsə, yer zərfliklərində yer, məkan məzmunu üstünlük təşkil 
edir. Digər tərəfdən, belə hallarda sözün hansı cümlə üzvü 
olduğunu müəyyənləşdirmək üçün onun əlaqələndiyi felə baxmaq 
lazım gəlir.  Əgər belə sözlər dinamik, hərəki fellə  əlaqələnərsə, 
hərəkətin icrası  nəticəsində  məkan dəyişikliyi baş verərsə, yer 
zərfliyi, stabil fellərlə  əlaqələnərsə  və  əksinə, işin icrası 
nəticəsində heç bir məkan dəyişikliyi nəzərə çarpmazsa, onda 
tamamlıq götürülməlidir. Məsələn, Uşaq ağacdan yıxıldı.  və Uşaq 
ağacdan baxırdı.- cümlələrindən birincisində  ağacdan sözü yer 
zərfliyi, ikincisində isə tamamlıqdır. 
Digər cümlə üzvləri kimi tamamlıqlar da  quruluşca iki 
növə bölünür: 1.Sadə  tamamlıqlar;  2. Mürəkkəb  tamamlıqlar.   
Sadə  tamamlıqlar  ayrı-ayrı    sözlərlə (sadə, düzəltmə  və 
mürəkkəb sözlərlə)  ifadə  olunur.  Məsələn,  Ancaq səhərki 
hadisə  onu  sarsıtmışdı. (İ.Şıxlı) Birtəhər  çəkmələrini  çıxardı. 
(İ.Şıxlı) Bizim hamamlar bunlara oxşamaz. (Ə.Haqverdiyev)     


Müasir  Azərbaycan  dili 
 
 
195 
 Mürəkkəb  tamamlıqlar  sintaktik  vahidlərlə  -  ismi  
birləşmələrlə,  məsdər  tərkibləri və  isimləşmiş  feli  sifət  
tərkibləri  ilə  ifadə  olunur.  Məsələn, II növ təyini söz 
birləşməsi ilə: Ehtiyatla arı yuvasını dağıtdı. 
III növ təyini söz birləşməsi ilə: O darvazanın baş 
tərəfinə vurulmuş elektrik çırağı  onun üzünü  işıqlandırmışdı. 
(İ.Əfəndiyev) Murad Nəriman  əminin zarafatına cavab 
vermədi. (İ.Əfəndiyev) Nə üçün mənim məktubuma cavab 
yazmadın? (İ.Əfəndiyev) Güləsər atasının altı deşilmiş çırağını 
gözdən keçirdi. (İ.  Şıxlı) Üçü evdədir,  ikisini  köçürmüşəm. 
(İ.Şıxlı) Qafqazdan aldığım məktubun məzmununu oxuyuram. 
Dünən qaçaqlardan biri atamın qonaqlığından danışırdı.  
(N.Nərimanov) və s
Feli isim birləşməsi ilə:  Səhər günəşin doğmasını, 
bahar çiçəklərinin  açılmasını,  isti yay axşamı dağlardan əsən  
sərin yelləri  sevinc və heyranlıqla qarşıladı. (İ.Əfəndiyev) 
Məsdər tərkibi ilə:  Gəmiçi Qoca həmişə  kəndin 
yeniyetmələri ilə zarafatlaşmağı sevərdi.  (İ.Şıxlı) Bu adam 
yetimlərə 
qəyyum olmağı özünə peşə qayırmışdı.                    
(Ə.Haqverdiyev)  Mənim buyruğuma  əməl etməməyə  cürəti 
çatmaz. (N.Nərimanov) 
Feli sifət tərkibi ilə: Yevlaxa gələnlərə faytonçular göz 
verir, işıq verməyirlər. (Ə.Haqverdiyev)  Hər gün Təhminə 
xanımgilə getdiyini söyləyirdi. (M.S.Ordubadi) 
Təyin, ifadə vasitələri və quruluşca növləri.  Cümlədə  
əşya məzmunlu üzvləri müztəlif cəhətdən izah edən, 
aydınlaşdıran ikinci   dərəcəli  üzvə  təyin  deyilir.  
Təyini digər ikinci dərəcəli üzvlərdən fərqləndirən 
mühüm bir xüsusiyyət ondan ibarətdir ki, o, təkcə baş üzvləri 
deyil,  əşya məzmunlu ikinci dərəcəli üzv olan tamamlığı  və 
bəzi zərflikləri də izah edir, aydınlaşdırır.  
Təyin  sifət,  say,  isim,  feli  sifət  və  bəzi  əvəzliklərlə,  
həmşinin II və III növ təyini söz birləşmələri (bəzən də I növ)   
Gülarə  Abdullayeva 
 
 
196
feli  sifət  tərkibləri  ilə    ifadə  olunub  necə?  nə cür?  nə 
qədər? hansı?  suallarından  birinə  cavab  verir. 
Sifətin cümlədə  təhkim olunduğu sintaktik vəzifə  təyin 
olduğundan, hər cür quruluş    və  dərəcə xüsusiyyətinə malik 
olan sifətlər təyin ola bilir. Məsələn,  Sifətindəki ciddilik yox 
oldu. (İ.Şıxlı)  Sahildəki yulğun kolları,  yaşıl  otlar, hətta 
çığırlar belə,  şehə bulaşmışdı  (İ.Şıxlı)  Bədbəxt  cavan hündür 
çinar ağacının dibində  məhzun və  qəmgin  oturub, bahar 
buludu kimi göz yaşlarını axıdırdı.(C.Cabbarlı) 
Feli sifət və feli sifət tərkibləri də sifətə bənzədiyindən 
cümlədə  təyin vəzifəsində çox işlənir.  Məsələn,  İslanmış  
corabını talvarın üstünə tulladı.(İ.Şıxlı)  Ata-babadan qalan 
yurdumuzu düşmən  əlindən qurtar.  (N.Nərimanov)  İnstitutda 
professor olan  və  yaşına görə çox gənc görünən adam da 
burada idi.(İ.Əfəndiyev) 
Saylar da cümlədə  təyin yerində  işlənir və aid olduğu 
üzvü miqdar və  sıra cəhətdən izah edir. Məsələn,  Beş  qız 
anasıyam, ikinci qızı köçürmüşəm. (İ.Şıxlı) 
İşarə və təyini əvəzliklər, bəzi sual əvəzlikləri də təyin 
olur: Elə kişidən nə desən çıxar. (İ.Şıxlı)  Bu yaxşılığın əvəzini 
mən verə bilməsəm də, xaliq verər. (İ.Şıxlı)                 
Hətta isimlər də atributivləşdikdə cümlədə təyin olur və 
aid olduğu üzvü material, cins, milli mənsubluq və s. baxımdan 
izah edir. Məsələn, Gəmiçi Qocanın beli lap əyilmişdi. (İ.Şıxlı) 
Təyin cümlənin  əşya məzmunlu bütün üzvlərinə aid 
olur.  
Təyin  təyinolunanın  geniş  mənada   əlamətini  bildirir.  
Bu  əlamətin  məzmununa görə  təyinləri aşağıdakı kimi 
qruplaşdırmaq olar:  
 1.  Keyfiyyət  təyinləri.    Məsələn,  Bu,  yaxşı  işə 
bənzəməyir.  (N.Nərimanov) 
2.  Müqayisə    təyinləri.      Məsələn,   Düşmənlər dəli 
deyillər, Xorasan kimi şəhəri  əldən verələr. (N.Nərimanov) 
Atanız kimi şah bu dünyaya az-az gələr. (N.Nərimanov) 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə