Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə48/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   44   45   46   47   48   49   50   51   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
189 
Beləydi  qayda bizdə, qız doğanda analar, Baxıb qara geyərdi 
su üstündə sonalar. (S.Vurğun)  De görüm, sən  necəsən?                     
(İ.Şıxlı) və s.  
 
Məsdər məsdər tərkibləri də cümlənin ismi xəbəri 
yerində  işlənə bilir. Məsələn,  Yaşamaq  yanmaqdır, yanasan 
gərək. (B.Vahabzadə) Maşını bura sürdürməkdən məqsədim 
tikintiyə bir nəzər salıb işin vəziyyətini öyrənməkdir
(Ə.Mustafayev)  
Bəzən emosional məqamda məsdərin sonunda şəkilçi 
işlənməyə də bilir: Özü də gözümün qabağında heç nə olmamış 
kimi gəzmək. (İ.Şıxlı) 
 
Xəbər feli sifət və feli sifət tərkibi ilə  də ifadə olunur: 
Buranın yerindən, havasından  əlavə, suyu çox içməlidir,  buz 
kimi ürək sərinlədəndir.  (Ə.Hacızadə) Qapının ağzında 
dayananlar iclasa gecikənlər idi. (M.İbrahimov) Qəlbimin hər 
gözü bir aşiyandır, Bədbəxt  bu dünyada tək yaşayandır.                  
(M.Müşfiq) 
 
Bəzi zərflər, xüsusən də zaman, yer zərfləri xəbər 
vəzifəsində  işlənə bilir: Ancaq geri qayıtmadı, dedi: - Yolum 
irəlidir! (S.Vurğun) Ümidimiz sabahadır.   Qonaqlar 
içəridədirlər. və s.    
Qoşmaların artırıldığı sözlər də xəbər ola bilir. Məsələn, 
Yolumuz kəndə  tərəf idi. Bu hədiyyələr sənin üçündür. və s.    
 
Bəzən köməkçi nitq hissələri də  kinayəli substantiv 
məqamda xəbər ola bilir: Məni narahat edən bu ammalardır. 
 Bunlardan 
əlavə,  var, yox, bəs, lazım, mümkün, gərək 
sözləri də cümlədə xəbər kimi işlənə bilir: Cəbi həmişə anasına 
baxardı,  fəqət indiki baxışında bir atəş, bir elektrik qüvvəsi var 
idi. (N.Nərimanov) Ağlın nə kəsir, sizin camaatın silahı yoxdu. 
(İ.Şıxlı) Qəmli günlərimdə  lazımsan  mənə, Qovasan qəlbimin 
kədərini sən. (N.Kəsəmənli) və s.  
 
II, III növ təyini söz birləşmələri (bəzən də birinci növ)  
də  xəbər yerində  işlənə bilir. Məsələn,  O cavan xanəndə  bu 
yeddi gündə Mahmudun yadına düşən birinci adam idi. 
Gülarə  Abdullayeva 
 
 
190
(Elçin) Gülara xanım iflas olub kasıb düşmüş bir bəy 
ailəsindəndi. (S. Rəhimov) Ehyiyat igidin yaraşığıdır. (Atalar 
sözü)  Çox dərs demişəm,  mənim tələbəmdir. (İ.Şıxlı) 
 
Feli xəbər. Felin bütün dəyişən formaları, yəni  əmr, 
xəbər, vacib, arzu, lazım,  şərt, davam  şəkillərində olan fellər 
cümlədə yalnız xəbər vəzifəsində işlənir və həm də son dərəcə 
məhsuldar işlənir. 
 Yalnız şərt şəkli cümlədə asılı xəbər olur. Şərt şəklində 
olan fel cümlədə  əsas hərəkəti müəyyən  şərtə bağlayır. Onun 
əlaqələndiyi  əsas hərəkəti ifadə edən söz cümlənin müstəqil 
xəbəri kimi çıxış edir. Şərt  şəklindəki fel də təsriflənən forma 
olduğundan,  ətrafına çoxlu söz toplayıb, predikativliyi təmin 
etməklə cümlə yaradır və bu cümlə  əsas hərəkətin  işləndiyi 
cümlədən qrammatik cəhətdən asılı olur. Nəticədə,  şərt  şəkilli 
felin işləndiyi cümlələr tabeli mürəkkəb cümlə kimi formalaşır. 
            Feli  xəbər feli frazeoloji vahidlərlə  də ifadə olunur: 
Molla Sadığın elə bil üstündən dağ götürüldü. (İ.Şıxlı) və s.  
 
Məsdərlər və  məsdər tərkibləri  olmaq, etmək, bilmək, 
istəmək sözləri ilə birlikdə cümlədə daha çox xəbər vəzifəsində 
işlənir: Külfət içinə ikitirəlik salmaq istəmirdi. (İ.Şıxlı) 
 
Xəbərin inkarı  nə, nə  də bağlayıcıları,  deyil  ədatı,                   
-ma
2
 şəkilçisi ilə formalaşır. Məsələn,  Həsənağanın fabrikdən 
xaric edildiyi  altı aydan artıq deyildi. (M.S.Ordubadi) Amma 
innən sonra bu iş  baş tutmaz, oğlumu ayaqlayıb onun qapısına 
gedə bilmərəm. (İ.Şıxlı) Nə yatırnə dincəlir.            
 
Xəbərin təkrarı mürəkkəblik yaratmır:  Baxın, baxın, 
yaxşı baxın, diqqətlə baxın!(C. Məmmədquluzadə) 
 
 
 
Cümlənin  ikinci  dərəcəli  üzvləri 
 
  İkinci  dərəcəli  üzvlər  baş  üzvləri  və ya biri digərini  
izah  edir.   
Cümlənin  təşkiledici  üzvlərinə - mübtəda  və  xəbərə  
aid  olan  izahedici,  aydınlaşdırıcı,  tamamlayıcı    sözlər  və  


Müasir  Azərbaycan  dili 
 
 
191 
birləşmələr  ikinci  dərəcəli  üzvlər  adlandırılır”.                                     
(4, səh. 121)  
Baş  üzvlər cümlənin qurulması üçün zəruri  olduğu  
halda,  ikinci  dərəcəli  üzvlər ifadə ediləcək fikirdən asılı 
olaraq  işlənir. İkinci  dərəcəli  üzvlər ona görə ikinci dərəcəli 
üzvlər adlandırılır ki, onların cümlənin  strukturunda    ikinci  
dərəcəlidir. Yəni onlar olmadan da cümlə qurmaq, fikir ifadə 
etmək mümkün olur. Lakin baş üzvlər olmadan yalnız ikinci 
dərəcəli üzvlərin iştirakı ilə cümlə qurmaq mümkün deyil. 
İkinci dərəcəli üzvlər cümlədə işlənməklə baş üzvləri izah edir
fikrin daha əhatəli ifadə olunmasına səbəb olur.  
Baş  üzvlər  cümlənin  qrammatik  əsasını  təşkil  edir,   
ikinci  dərəcəli  üzvlər  isə  onların  ətrafında qruplaşaraq  
onları  bu  və   ya   digər  cəhətdən  izah  edir,  aydınlaşdırır, 
konkretləşdirir.  İkinci dərəcəli üzvlərin iştirak edib- 
 
etməməsinə  görə,  sadə  cümlə  müxtəsər  və  ya  geniş cümlə 
olmaqla təsnif edilir. Çox zaman fikrimizi müxtəsər  cümlələrlə  
də  ifadə  edə  bilirik,  lakin  fikrin   daha əhatəli, geniş ifadə 
olunması üçün    ikinci  dərəcəli  üzvlərə  ehtiyac  olur və bu 
zaman cümlə həcm etibarilə  də genişlənir. 
Cümlə  daxilində    sözlər arasında  sintaktik əlaqə ilə 
yanaşı, məna əlaqəsi də olur ki, buna   obyekt  əlaqəsi,  relyativ  
əlaqə,  atrubutiv  əlaqəni göstərə bilərik. Bu əlaqələr   ikinci  
dərəcəli  üzvlərin  yaranmasını    şərtləndirir. Dilimizdə ikinci 
dərəcəli üzvlərə tamamlıq, təyin və zərflik daxildir. 
Tamamlıq və onun mənaca növləri: vasitəsiz və 
vasitəli tamamlıq.  Tamamlıq  ikinci  dərəcəli  üzv   olub,  
üzərində    iş  icra  olunan  və    ya    hərəkətlə  dolayı  yolla  
əlaqələnən  əşyanı,  obyekti  bildirir.  
 Tamamlıq  cümlədə    xəbər  zonasına  daxil  olub  
xəbərlə  birbaşa,  mübtəda  ilə  dolayı  yolla – xəbər  vasitəsilə  
əlaqələnir,  adətən  xəbərlə  mübtəda  arasında  işlənir,  əksər  
halda  xəbərlə  idarə,  bəzən  yanaşma  əlaqəsində  olur;  kimə?  
nəyə?  kimi?  nəyi?  nə?  kimdə?  nədə?  kimdən?  nədən?  kim  
Gülarə  Abdullayeva 
 
 
192
ilə?  nə  ilə? kim üçün?  nə  üçün?  nə barədə?   nə haqda?  
kimə   qarşı?  və s.  suallara  cavab   verir. 
Tamamlıqlar  feli xəbərə, bəzən də ismi xəbərə aid olur. 
Tamamlıqlar  ismin  adlıq  və    yiyəlik  hallarından  başqa,  
digər  hallarda olan sözlərlə, həmçinin   qoşmalarla  işlənən  
sözlər  və  birləşmələrlə      ifadə  olunub,  əşya  bildirir.  
Tamamlıq  özünün  əşya  məzmunu ifadə etməsinə görə 
mübtədanı xatırladır. Onların ifadə vasitələri də, demək olar ki, 
eynidir.  
Tamamlıqlar da nitq  hissələrindən  isim,  şəxs  əvəzliyi,  
məsdər,  həmçinin  substantivləşmiş  işarə  əvəzliyi,  sifət,  say  
və  s.    ilə  ifadə  olunur. Lakin mübtəda yalnız ismin adlıq 
halında dura bilən sözlər və birləşmələrlə ifadə olunduğu halda, 
tamamlıq ismin dörd halı ilə: yönlük, təsirlik, yerlik, çıxışlıq 
halda olan sözlər və birləşmələrlə ifadə olunur. Bundan əlavə, 
bəzi qoşmaların artırıldığı sözlər və birləşmələr də tamamlığın 
ifadə vasitələrinə daxildir. Deməli, tamamlığın ifadə imkanları 
mübtəda ilə müqayisədə daha genişdir. Məsələn,  Mələk  hər 
şeyi başa düşdü. (İ.Şıxlı) Faytonçu da atlarını  çimizdirdi.       
(İ.Şıxlı) Eyni halı indi də hiss edirdim.(İ.Əfəndiyev) Bu 
qonağın düyü xörəyindən xoşu gəlmir.  (İ.Əfəndiyev) və s.  
Hərəkətlə  obyekt  arasındakı    əlaqənin  xarakterinə  
görə  tamamlıqlar  2  növə  bölünür.  1.  Vasitəsiz  (müstəqim)  
tamamlıq.  2. Vasitəli  (qeyri-müstəqim)  tamamlıq. Vasitəsiz  
tamamlıq  hərəkətlə  bilavasitə,  birbaşa  əlaqəli  olan,  üzərində  
iş  icra  olunan, hərəkətin birbaşa təsir göstərdiyi   əşyanı,  
obyekti  bildirir. 
 Bu  tamamlıqlar  ismin  təsirlik  halı  ilə  ifadə  olunur.  
Təsirlik halın iki növü olduğu kimi, bu halla ifadə olunan 
tamamlıqların da iki növü qeyd edilir:  
1.Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar; 
2.Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar. 
Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar müəyyən təsirlik 
halda olan söz və birləşmələrlə ifadə olunur  və fellərlə idarə 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə