Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə56/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   52   53   54   55   56   57   58   59   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
221 
(S. Vurğun)  Gəl,  ey boranlı  qış,    səpələn,  ey qar, Geyin ağ 
kürkünü, sən ey ixtiyar! (M.Müşfiq) Bu yerləri necə görürsən, 
dədəm? (Ə.Cəfərzadə)   
Xitab  cümlənin  daxilində  işləndikdə,  adətən  hər  iki  
tərəfdən  vergüllə  ayrılır.  Məsələn,  Hardasan, ey qəlbimin bir 
dənəsi, hardasan? (M.Araz) 
Cümlənin  sonunda  işlənən  xitabdan  əvvəl vergül  
qoyulur,  xitabdan  sonra  isə  intonasiyadan  asılı  olaraq  nöqtə  
(üç  nöqtə),    sual    və  nida  işarələrindən  biri  qoyula  bilər.  
Məsələn,  Yox  olsun  başından  duman,  Təbrizim!   (S.Rüstəm)  
Şöhrətin yayılıb hər yana, ceyran! (S.Vurğun) 
Xitablar  bir  sıra  xüsusiyyətlərinə  görə  mübtədaya  
bənzəyir.  Mübtəda  kimi  xitablar  da  adlıq halda olan isim,  
ismi  birləşmələrlə    ifadə  olunur,  mübtəda  kimi  xitab  
vəzifəsində    işlənmək  üçün  bir  sıra başqa    nitq    hissələri 
işlənməli olur. Hətta  bir  sıra   hallarda  bir  cümlə  daxilində  
intonasiya  və  fasilənin   köməyi  ilə  xitabla  mübtədanı  bir-
biri  ilə    əvəz  etmək  olur.  Məsələn,  Əli, kitabı  gətirdi – 
cümləsində durğu işarəsindən, intonasiyadan asılı olaraq Əli  
xitab və mübtəda  kimi  qəbul edilə bilər. Belə  hallara 
baxmayaraq,   mübtəda  ilə  xitabların  mühüm  fərqləri  vardır: 
- Mübtəda   cümlənin  baş  üzvüdür,  xitab  cümlə  üzvü  
sayılmır. 
- Mübtəda  aid  olduğu  cümlənin  üzvləri  ilə  məna və  
qrammatik  cəhətdən  bağlı  olur,  xitablar  cümlə  üzvləri  ilə  
yalnız  məna  cəhətdən əlaqələnir. 
-  Mübtəda  hər  cür  nitq  hissələri  və  söz  birləşmələri  
ilə    ifadə  oluna  bilir,  xitabların  isə    ifadə    imkanları  
məhduddur. 
-  Mübtəda  adi  intonasiya  ilə,  xitablar  xüsusi  
müraciət  intonasiyası  ilə  tələffüz  edilir. 
- Mübtədadan  fərqli  olaraq,  xitab  aid  olduğu  
cümlənin  üzvlərindən  aydın  fasilə  ilə ayrılır. 
Gülarə  Abdullayeva 
 
 
222
-  Mübtəda  adətən  cümlənin  əvvəlində  işlənir,  xitabın  
cümlədə  yeri  sərbəstdir. 
- Yazıda  mübtədadan  sonra  bu  və ya  digər  durğu  
işarəsinə  ehtiyac  olmur,  xitabdan  sonra   intonasiyadan  asılı  
olaraq  vergül  və  ya  nida  işarəsi  qoyulur. 
-  Mübtəda  bütün  şəxslərdə  ola  bilir  və  onun  
forması    ilə    məzmunu  arasında  fərq    olmur.    Amma    xitab   
formaca III,  məzmunca  II şəxsi ifadə edir. 
Ara sözlər. Ara  sözlər  danışanın  ifadə  etdiyi  fikrə  
münasibətini  bildirir  və  heç  bir  suala   cavab   vermir.  
Məsələn,  Guya ki, burnuna bir iy dəymişdir. (M.İbrahimov)  
Deyəsən,  mənim dediklərimi qulaqardına vurursan. (İ.Şıxlı) 
Oğlum,  yəqin ki, yorğanı  həmişəki kimi üstündən atıb.            
(F.Kərimzadə) və  s. 
Ara sözlərin bir qismi müstəqil mənasını tamamilə 
itirərək  əsas nitq hissələrindən tamamilə uzaqlaşan, heç bir 
məna ifadə etməyən, yalnız fikrə münasibət bildirən söz 
(beləliklə,  əlbəttə, nəhayət, təəssüf, heyf, yəqin, bəlkə, 
həqiqətən, sanki və s.)  və digər qismi həm ara söz, həm də 
cümlə üzvü kimi (görünür, demək, deməli, doğrudur, şübhəsiz, 
deyəsən, deyirlər, mənə görə, sənə görə, məlumdur və s.) 
işlənir. 
Morfoloji  tiplərinə  görə  ara  sözləri  2 növə ayırmaq  
olar:  1) ismi  ara  sözlər, 2) feli  ara  sözlər.  
İsmi  ara  sözlərə  doğrusu,  doğrudur, yaxşı, yaxşı ki, 
birincisi, ikincisi, axırda, məncə, səncə, bizcə və  s. aiddir. Feli  
ara  sözlər   isə    fellə    əlaqədar  olur.  Məsələn,  deyək,  
görürsən  ki,  deyirlər,  tutaq  ki,  deməli, görünür, deyəsən       
və s. 
Bu növə daxil olan ara sözlərin  əksəriyyəti felin 
təsriflənən   formalarında  olur  və      ayrı-ayrı    şəxslərə  görə  
dəyişir.  Ona  görə  də  belə  ara  sözlər  ancaq  xəbərdən  ibarət  
olan  cümlələri  xatırladır, lakin  bu  sözlər  əsl  leksik  
mənalarını  itirdiyinə  görə,  onlar  ancaq  ara  sözlər  adlanır.  


Müasir  Azərbaycan  dili 
 
 
223 
1. I  şəxsin  tək  və  cəminə uyğun gələnlər:  deyirəm  ki,  
deyək  ki,  tutaq  ki  və s. 
2. II şəxsin tək və cəminə uyğun  gələnlər:  görürsən ki, 
inan, inanın və s. 
3. III şəxsin tək və  cəminə uyğun gələnlər:  deyir, 
deyirlər və s. 
Ara  sözlərin  bir  hissəsi  də  söz  birləşmələri  şəklində  
ifadə  olunur.  Məsələn, aydın  məsələdir,  hər  şeydən  əvvəl,  
bunun  qarşısında,  bununla  bərabər,  həmişə  olduğu  kimi,  
yeri  gəlmişkən  deyək  ki,  qısa  desək,  belə  çıxır  ki,  sadəcə  
olaraq   və  s. 
Ara sözlərin məna növləri, quruluşu.  Ara  sözlərin 
aşağıdakı  məna  növləri    vardır:   
1.  Fikrin  gerçəklik  dərəcəsini  göstərən  ara  sözlər. Bu 
ara sözlərin özünü də bir neçə qrupa ayırmaq olar: 
a) yəqinlik bildirənlər:  əlbəttə,  şübhəsiz,  şübhəsiz ki, 
sözsüz, sözsüz ki, qətiyyən,  əsla,  həqiqətən,  doğrudan  və s. 
Məsələn,  Ona göstərilmiş belə hörmət,  əlbəttə, onun qara 
qaşına, ala gözünə görə deyildi. (V. Babanlı)  Doğrusu, sən 
belə danışanda mən özümü pis hiss edirəm. (İ.Əfəndiyev) 
Sözsüz, daha dünya gözü ilə bir-birimizi görməyəcəyik.            
(R.N.Güntəkin)    
b) güman, şübhə bildirənlər:  güman ki, çox güman ki, 
bəlkə, bəlkə  də, görünür, deyəsən, ola bilsin ki və s. Məsələn, 
Görünür ki,  kənddə  mənim verəcəyim mənfəət daha çox 
olacaqdır. (M.İbrahimov) Ancaq, deyəsən,  kənd cavanlarının 
çoxu qəzəbli idi. (İ.Şıxlı)  Bəlkə, bu yerlərə bir də  gəlmədim, 
Duman, salamat qal, dağ, salamat qal. (M.Araz) 
c) söylənilən fikrin təbii, adəti üzrə olduğunu 
bildirənlər: adəti üzrə, təbii ki, həmişə olduğu kumi, bir qayda 
olaraq və s. Məsələn,  Süleyman dəvələri rahatlayıb evə 
qayıdanda,  həmişə olduğu kimi, Cabbarı qapı  ağzında onu 
gözləyən gördü.  (O.Salamzadə) Təbii ki, bu qoca dünyanın 
onun-bunun gücü çatmayan qanunları vardır. (Əbülhəsən)  
Gülarə  Abdullayeva 
 
 
224
2.  Danışanın  ifadə  olunan  fikrə  hissi  münasibətini  
bildirən  ara  sözlər:  xoşbəxtlikdən,  bədbəxtlikdən, təəssüf,  
qəribədir,  heyf, heyf ki, şükür,  şükür ki, təəccüblüdür  və    s. 
Məsələn, Qəribədir ki, bu adamın yerişi də, duruşu da yastı idi. 
(M.İbrahimov) Kür qırağının  əcəb seyrəngahı var, Yaşılbaş 
sonası, heyf ki, yoxdur. (M.P.Vaqif) 
3. Fikrin  mənbəyini  göstərən  ara  sözlər:  məncə,  
səncə,  bizcə,  sizcə,  mənə  görə, deyildiyinə  görə,  zənnimcə, 
fikrimcə    və  s.    Məsələn,  Məncə, heç bir qəpik də almayıb.      
(S.Rüstəmxanlı) 
4.  Fikrin ifadəsi üsuluna münasibət bildirənlər.  bir  
sözlə, daha  doğrusu,  düzü,  açığı, necə  deyərlər, əslində  və s. 
Məsələn,  Mən heç bir söz demirəm.  Daha doğrusu, deyə 
bilmərəm. (İ.Əfəndiyev)  
5. Nitqin sırasını bildirən ara  sözlər:  əvvəla,  birincisi, 
ikincisi, müxtəsər,  əlqərəz, nəhayət,  üstəlik, bir daha, 
 
ümumiyyətlə,  əksinə,  bununla  bərabər,  xülasə,  birinci,  
əvvələn,   beləliklə,  və s.  
6.Çağırış, diqqət bildirənlər: 
görürsən (mi), 
 
görürsünüzmü, bilirsənmi, bilirsinizmi,  başa düşürsən(mi), 
başa düşürsünüzmü, inanırsan (mı), inanırsınızmı, əgər bilmək 
istəyirsənsə,  əgər  bilmək  istəyirsinizsə, bağışla, bağışlayın,  
tutaq ki, yaxşı, çox gözəl və s.  
Ara  sözlər  quruluşuna  görə  2  cürdür:  sadə    ara  
sözlər,  mürəkkəb  ara  sözlər.  Sadə  ara  sözlər  bir  sözdən  
ibarət  olur.  Məsələn,  Görəsən, bir ağıllı adam qabağa çıxıb 
qırğının qabağını alacaqmı? (F.Kərimzadə) Onların iddiasına 
görə, guya Fəzli insanla heyvanatı, ilahə  və gözəl olanla 
murdarı, yəni padşahla rəiyyəti eyniləşdirirdi. (İ.Hüseynov) 
 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə