Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə64/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   60   61   62   63   64   65   66   67   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
253 
hissələrdən  biri  həmcins  və  ya  paralel  olur.   Məsələn,  
Namus  bəyə  güc  gəldi,  qan  başına  vurdu,  gözü   kəlləsinə  
çıxdı.  (Mir Cəlal).  Bu  cümlədə  ikinci  komponent  paraleldir. 
Tabesiz  mürəkkəb   cümlənin  bu  növünün  də  tərkib  
hissələrinin  xəbərləri  əksərən  felin  eyni  zamanında  olur.  
Məsələn,  Kosanın başına iş açıldı, həqiqi savaş başladı.        
(S.Rəhimov) 
Bəzən  tərkib  hissələrin   xəbərləri  müxtəlif  zamanda  
da  ola  bilir.  Məsələn, Hirslənmişəm, əllərim əsir.  
Səbəb-nəticə    əlaqəli  cümlələrdə    tərkib  hissələr  
əksərən  intonasiya  ilə    əlaqələnir,  lakin  bəzən  tərkib  
hissələri  əlaqələndirmək  üçün  və   bağlayıcısından    da   
istifadə  edilir.  Məsələn,    Mən heç cürə özümü saxlaya 
bilmədim və gözlərim doldu. (Elçin) 
Qeyd. Birləşdirmə  əlaqəli tabesiz mürəkkəb cümlələrlə 
səbəb-nəticə  əlaqəli tabesiz mürəkkəb cümlələr bir-birinə çox 
oxşayır. Onların hər ikisində komponentlərdə sadalanan iş, 
hərəkətin icra edilməsində bir ardıcıllıq var. Hər ikisində birinci 
komponent səbəbi, ikinci komponent isə bu səbəbdən doğan 
nəticəni bildirir. Lakin buna baxmayaraq, bu iki məna növünü 
bir-birindən  aşağıdakı  cəhətə görə  fərqləndirmək olar: 
Ardıcılzamanlı birləşdirmə  əlaqəli tabesiz mürəkkəb cümlələrdə 
işin ardıcıllıqla icrası əsas mənadır, səbəb-nəticə mənası isə əlavə. 
Səbəb-nəticə  əlaqəli tabesiz mürəkkəb cümlələrdə  səbəb-nəticə 
məna çaları  əsas mənadır,  işin ardıcıl icrası isə  əlavə. Bundan 
başqa, ardıcılzamanlı birləşdirmə  əlaqəli cümlələrdə birinci 
cümlədəki səbəbdən ikinci cümlədəki nəticə  şüurlu  şəkildə icra 
edilir, bu nəticə yaranmaya da bilər. Səbəb-nəticə əlaqəli tabesiz 
mürəkkəb cümlələrdə isə  nəticə heç kəsdən asılı olmayaraq, 
kortəbii surətdə baş  verir.  Bu  nəticənin qarşısını almaq və ya 
ləngitmək mümkün deyil. Məsələn,  Axşam oldu, göylər qaraldı. 
Axşam oldu evlərdə elektrik lampaları yandırdılar.- cümlələrindən 
birincisi səbəb-nəticə, ikincisi isə ardıcılzamanlı birləşdirmə 
əlaqəli tabesiz mürəkkəb cümlədir. 
Gülarə  Abdullayeva 
 
 
254
 Aydınlaşdırma  əlaqəsi.   Aydinlaşdirma  əlaqəli  
tabesiz  mürəkkəb  cümlələr də  qapalı  sıralı  olur.  Buna  görə  
iki  komponentdən, yəni  iki tərkib  hissədən ibarət  olur.  
Tərkib  hissələrdən  biri  ümumilik  bildirir, digəri  onu  izah  
edib  aydınlaşdırır.  Aydınlaşdıran  tərkib  hissə  əksər  halda  
ümumilik  bildirən  hissəyə  intonasiya  ilə  bağlanır.  Məsələn, 
Onun gözləri yenə qorxudan böyümüşdü: gözünə sataşan nə 
vardısa, hamısı şübhəli görünürdü. (C.Bərgüşad)  Atlar tüz-tez 
büdrəyirdi; axşamkı sel çığırları yuyub daşların üstünü 
açmışdı.(C.Bərgüşad) 
Aydınlaşdırma  əlaqəli tabesiz mürəkkəb cümlələr 
əsasən intonasiyanın köməyi ilə qurulur. Belə cümlələrdə   
aydınlaşdıran  hissəni  ümumilik  bildirən  hissəyə    bağlamaq  
üçün az hallarda  yəni    bağlayıcısından  istifadə  edilir.  
Aydınlaşdırma  əlaqəli tabesiz mürəkkəb cümlələrdə  tərəflər 
bəzən paralel də ola bilir. Aydınlaşdıran  hissə  bir  cümlədən  
ibarət  olduğu  kimi,  sadalama  üsulu  ilə  qurulan  birləşdirmə  
əlaqəli  cümlələrdən  də    ibarət  ola  bilər.  Məsələn,    Ələm  
fikrini  ha  cəmlədi,  yaddaşına  ha  güc  verdi,  xeyri  olmadı:  
nə  göy  gurultusunu  eşidə  bildi,  nə  at  ayaqlarının  tappıltısı, 
nə  də  Yaşılxan  dədənin  harayı  eşidildi.  (İ.Məlikzadə) Gözəl 
eyvanda oturub cehiz xurçununu közəyirdi; öküz neştər 
buynuzu ilə onu bir neçə yerdən dağıtmışdı. (C.Bərgüşad)  
Aydınlaşdırma  əlaqəli  tabesiz  mürəkkəb  cümlələr  iki  
üsulla  sintez-analiz  və analiz-sintez  üsulu  ilə qurulur. Sintez -
analiz  üsulunda  əvvəl  ümumilik  bildirən,  sonra 
 
aydınlaşdıran  tərkib  hissə  işlənir.  Yazıda  ümumilik  bildirən  
hissədən  sonra  iki  nöqtə  (bəzən  də  vergül,  nöqtəli  vergül  
və ya  tire)  qoyulur.  Dilimizdə  sintez-analiz  üsulundan  daha  
çox  istifadə  edilir.  Məsələn,  Arvadlar  çardaqların  altında  
məşğul  idilər:  kimi  biçinçiləri  doyurmaq  üçün  ayran  verir,  
kimi  inək  sağır,    kimi    boş    süfrəsini  sərir,  gözlərini  bir  
nöqtəyə  zilləyib  dururdu.  (Mir Cəlal) 


Müasir  Azərbaycan  dili 
 
 
255 
Analiz-sintez  üsulunda  isə əvvəl   aydınlaşdıran,  sonra  
ümumilik  bildirən  hissə  gəlir.  Bu  cür  cümlələrdən  nisbətən    
az  istifadə  olunur.  Yazı zamanı belə cümlələrdə ümumilik  
bildirən  hissədən  əvvəl tire  qoyulur.  Məsələn,  Kimi  qum  
ələyir,  kimi  su  daşıyır,  kimi  əhəng  və  sement  gətirir –hərə  
bir  iş  görürdü.  (İ.Məlikzadə). 
Qarşılaşdırma  əlaqəsi.  Qarşılaşdırma  əlaqəli  tabesiz  
mürəkkəb  cümlələrin  tərkib  hissələrində  ifadə  olunan  iş  və  
hadisələr bir-biri ilə qarşılaşdırılır. Bu hadisələr  ya  bir-biri ilə  
ziddiyyət  təşkil  edir,  yaxud  da  sadəcə  olaraq  müqayisə  
edilir  və    fərqləndirilir.  Tabesiz  mürəkkəb  cümlənin  bu  
növü  də  qapalı  sıralı  olub,  iki  tərkib  hissədən ibarət olur.   
Məsələn,  Manafa çox varlı demək olmazdı, amma dəvəsi də 
vardı, atı da, eşşəyi də .(O Sarıvəlli) Güclə qol çəkə bilirdi, 
amma o,biclikdə  şeytana papış tikərdi. (İ.Əfəndiyev) Qoluna 
toxunan Baba Sakit onu çəkib aparırdı, amma ayaqları getsə 
də, bu məsum mənzərədən ayrıla bilmirdi. (İ.Əfəndiyev) 
Qarşılaşdırma  əlaqəli  tabesiz  mürəkkəb  cümlənin  
tərkib  hissələri  qarşılaşdırma  intonasiyası,  amma,  ancaq,  
lakin,  fəqət  qarşılaşdırma   bağlayıcıları  və  antonim  sözlərin  
köməyi  ilə    əlaqələnir.  Məsələn,    Bağlayıcılı    cümlələrdə  
olduğu  kimi,  qarşılaşdırma  əlaqəsinin  bağlayıcısız  növündə  
də  tərkib  hissələrdə  çox  zaman  antonim  söz  və  ifadələr  
olur.  Məsələn,   Niyə  hamı  irəliyə  getdi,  sən  geridə  qaldın?  
(Ə.Vəliyev).  Mütaliə    azalmış,  fikrim  çoxalmışdır.  
(Ə.Vəliyev). Ələm  bu  işə  qol  qoyub,  amma  Vələd  tərs  öküz  
kimi  yola  gəlmir. (İ.Məlikzadə) 
Qarşılaşdırma  əlaqəli  tabesiz  mürəkkəb  cümlələrin  
tərkib  hissələri  arasında  iki cür qarşılaşdırma    olur:               
1)  ziddiyyətli  qarşılaşdırma; 2) müqayisəli–fərqləndirici  
qarşılaşdırma. Ziddiyyətli qarşılaşdırmada tərkib hissələrdəki iş 
və hadisələr bir-biri ilə tam ziddiyyət təşkil edir. Məsələn, Şəkil 
çəkmək asandır, həyat yaratmaq çətin.  (C.Cabbarlı) Özü 
görünmür, amma bu  onun səsidir.(Elçin)  
Gülarə  Abdullayeva 
 
 
256
Fərqləndirici qarşılaşdırmada isə  tərkib hissələrdə 
sadalanan iş, hərəkət, hadisə, hökm sadəcə olaraq bir-biri ilə 
qarşılaşdırılır, müqayisə edilir, fərqləndirilir. Məsələn,  Uşaqlı 
ev bazardır, uşaqsız ev məzar. (Atalar sözü)  
Bölüşdürmə  əlaqəsi.  Bölüşdürmə  əlaqəli  tabesiz  
mürəkkəb  cümlələrin  tərkib  hissələrində  müxtəlif iş  və 
hadisələr sadalanır, həmin iş və hadisələr  ya  növbə  ilə  bir-
birini  əvəz  edir,  ya da  iki  və  daha  artıq  işdən  birinin  icrası 
nəzərdə tutulur.  Tabesiz  mürəkkəb  cümlənin  bu  növü  də  
açıq  sıralı  olur. Yəni komponentlərin sayı iki, bəzən də ikidən 
çox ola bilir. Bu məna əlaqəsini başqalarından fərqləndirən ən 
mühüm cəhət ondan ibarətdir ki, bağlayıcılar olmadan bu 
cümlələr qurula bilmir.  Tərkib  hissələr  arasında    ya,  ya  da,  
yaxud  da,  və  yaxud  da,  gah,  gah  da,  gah  da  ki  və s. 
bölüşdürmə bağlayıcıları  işlənir. Məsələn,  Gah o mənə qulaq 
asdı, gah da mən onu dinlədim.(O. Salamzadə) 
Bu cümlələrdə  əgər bağlayıcını atsaq, onda məna 
əlaqəsi dəyişər, birləşdirmə əlaqəli cümlə yaranar. 
Bölüşdürmə əlaqəli  tabesiz  mürəkkəb  cümlələrdə  iki  
məna  xüsusiyyəti  özünü  göstərir: 
a) Belə    cümlələrin  bir  qismində    tərkib  hissələrdə  
ifadə  olunan  fikirlərin,  iş  və  hadisələrin  növbə  ilə  bir-birini 
əvəz  etdiyi  müşahidə  olunur.  Bölüşdürmə    əlaqəsinin  bu  
növü  gah,  gah  da,  gah  da  ki  bağlayıcılarının  iştirakı  ilə  
yaranır.  Məsələn,    Gah    güclü    yağış  yağır,  gah  da  gün  
çıxırdı. 
b) Komponentlərdə  müxtəlif  iş    və  hadisələr  qeyd  
olunur,  lakin  həmin iş    və  hadisələrdən  yalnız  birinin  
mümkünlüyü  öz  ifadəsini  tapır.   Bölüşdürmə  əlaqəsinin  bu  
növü  ya,  ya  da,  yaxud  da  ki...  bağlayıcılarının  iştirakı  ilə  
yaranır.  Məsələn,    Ya  işlərdən xəbəriniz yoxdur, yainki bilib 
gizlədirsiniz. (N.Nərimanov) 
Qoşulma  əlaqəli tabesiz  mürəkkəb  cümlələr.  
Tabesiz  mürəkkəb  cümlələrin  bir  qismində  birinci  tərkib  


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə