Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə61/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   57   58   59   60   61   62   63   64   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
241 
Sadə  cümlə  sözlərdən  və  söz  birləşmələrindən  təşkil  
olunursa,  mürəkkəb  cümlə    sadə    cümlələrdən  və  onların  
müxtəlif  şəkildə    birləşmələrindən  əmələ  gəlir.  Cümlə  
intonasiyasına  malik  olan  sadə  cümlə  mürəkkəb  cümlənin  
tikinti  materiallarına  çevrilərkən  özünün  bitmə  
intonasiyasını  itirir,  mürəkkəb  cümlənin  ümumi 
 
intonasiyasına  tabe  olur.  Məsələn,    Yağış yağdı, hava 
sərinlədi.  
Sadə  cümlə  ilə  mürəkkəb  cümlə  arasındakı  fərq,  hər  
şeydən  əvvəl  quruluş  fərqidir.  Eyni  mənanı həm sadə, həm 
də mürəkkəb cümlə ilə ifadə etmək olur.  Məsələn,  İstəyirdim 
ki,  şəhərə gedim. -  cümləsi  mürəkkəb,  Şəhərə getmək 
istəyirdim  cümləsi isə sadədir.  Belə cümlələr eyni mənaya 
malik olduğundan, sintaktik sinonimlər adlanır.  
Mürəkkəb  cümləni  təşkil  edən  komponentlər  bir- 
birilə müxtəlif vasitələrlə   əlaqələnir. 
Sadə    cümlə  kimi,  mürəkkəb  cümlə    də    məna  və  
intonasiya  cəhətdən  bitkin  olur.  Lakin  sadə  cümlədən  fərqli  
olaraq,  mürəkkəb  cümlələr  daha  mürəkkəb  quruluşa  malik  
olur.  Mürəkkəb  cümlələr, sadə cümlələrdən fərqli olaraq,  iki  
və  daha  artıq  predikativ  mərkəzə malik  olur.        
Mürəkkəb cümlənin komponentləri ilə sadə 
cümlənin oxşar və  fərqli cəhətləri. Mürəkkəb  cümlənin  
tərkib  hissələri,  yəni  komponentləri  şərti  olaraq  “cümlə”  
adlandırılır.  Çünki   mürəkkəb  cümlənin  hər  bir  komponenti  
öz  xüsusiyyətlərinə  görə    sadə    cümləyə    bənzəyir. Bu 
komponentlər də sadə  cümlələrdə  olduğu  kimi,  baş və ikinci 
dərəcəli üzvlərdən ibarət olur,  müxtəsər  və  geniş,  cüttərkibli  
və  ya  təktərkibli  cümlə quruluşunda olur. Bu cümlələrdə də 
sözlər eyni qrammatik əlaqələrlə  əlaqələnir və üzvlərin sırası 
eyni olur, predikativlik  özünü qoruyub saxlayır.  Lakin 
mürəkkəb  cümlənin  ayrı-ayrı    tərkib  hissələrini  həqiqi    
mənada  “cümlə”  adlandırmaq olmaz.  Çünki  səslər birləşib 
sözü, sözlər birləşib mürəkkəb sözü əmələ  gətirdiyi kimi, 
Gülarə  Abdullayeva 
 
 
242
cümlələr də birləşib mürəkkəb cümləni yaradır və bu zaman 
mürəkkəb cümlənin komponentinə çevrilərək öz müstəqilliyini 
itirir, tərkib  hissələr  ayrı-ayrılıqda  məna  bütövlüyünə    və  
vahid  bitkinlik  intonasiyasına    malik    olmur.    Cümlələr  
müxtəlif  üsullarla  məna  və    qrammatik    cəhətdən  vahid  
intonasiya  əsasında  birləşərək  daha  böyük  sintaktik  
vahidləri - mürəkkəb  cümlələri  əmələ  gətirir.  Biz   mürəkkəb 
cümlənin tərkib hissələrini ona görə “sadə cümlə” adlandırırıq 
ki, sadə cümlələrin bütün xüsusiyyətlərini yaxşı bilirik və bu 
əsasda mürəkkəb cümlələri hərtərəfli araşdırmaq mümkündür. 
 
Mürəkkəb cümlənin növləri. 
Tabesiz mürəkkəb cümlələr 
 
Tərkib  hissələr  arasında  sintaktik  əlaqənin  
xarakterinə və ümumi  qrammatik  mənasına  görə  mürəkkəb  
cümlələr  iki  növə  - tabesiz  və  tabeli  mürəkkəb  cümlələrə  
ayrılır.  
İki və daha artıq  cümlənin məna və qrammatik  
cəhətdən tabesizlik yolu ilə bərabər hüquq əsasında birləşməsi 
nəticəsində yaranan  və  vahid  cümlə  intonasiyası    ilə  
tələffüz  olunan mürəkkəb  cümlələrə  tabesiz  mürəkkəb  
cümlələr deyilir. 
Tabesiz  mürəkkəb  cümlələr    iki        cümlədən  təşkil  
oluna  bildiyi  kimi,  ikidən artıq cümlədən də ibarət ola bilir. 
Bundan başqa, tabesiz mürəkkəb cümlənin tərəfləri tabesiz, 
tabeli mürəkkəb cümlə quruluşunda da ola bilər.  Məsələn, 
Yaşıl meşə oyanır, quşların civiltisi ormanı doldurur,  kəsmə 
cığırla gedən Kosanın zümzüməsi güclənirdi. (S.Rəhimov) 
Onun gözləri qara halqa içərisində köz kimi işıldayırdı, onda 
həm ciddilik vardı, həm də istehza. (O.Salamzadə) Həmid 
qardaşlarını o yan-bu yana döndərib baxdı,  gödək palto elə 


Müasir  Azərbaycan  dili 
 
 
243 
tikilmişdi ki, ikisinin də  əynində  qutu  kimi  dururdu.                
(H.Abbaszadə)  
Tabesiz  mürəkkəb  cümlənin  komponentləri  arasında  
birləşdirmə, aydınlaşdırma, qarşılaşdırma, səbəb-nəticə, 
bölüşdürmə, qoşulma kimi məna  əlaqələri mövcuddur. 
Məsələn,  O gündən uşağı görən olmadı, qarı qundağı da 
götürüb arana apardı. (M.Süleymanlı) Bu xəbər gedib məhəllə 
arvadlarına da çatdı  və  Xədicə arvadın evinə toplanmış 
arvadlar təzədən kövrəlib ağlamağa başladılar. (Elçin) Gah o 
mənə qulaq asdı, gah da mən onu dinlədim. (O.Salamzadə) 
Bəzən tabesiz mürəkkəb cümlələrin komponentlərinin 
müstəqil, bir-birindən asılı olmadığını, tabeli mürəkkəb 
cümlənin tərkib hissələrinin isə birinin digərindən asılı 
olduğunu qeyd edirlər. Lakin, əslində, hər iki mürəkkəb cümlə 
növünün, o cümlədən tabesiz mürəkkəb cümlənin tərəfləri 
arasında  asılılıq var. Tabesiz mürəkkəb cümlələrdə bu asılılıq 
qarşılıqlı şəkildədir. Birinci tərəf ikincidən nə qədər asılıdırsa, 
ikinci də birincidən o qədər asılıdır.  Əgər tərkib hissələri 
arasında asılılıq olmasaydı, onda mürəkkəb cümlə  də 
formalaşmaz, tərkib hissələr müstəqil – sadə cümlə kimi 
işlənərdi. 
Mürəkkəb  cümləni  tabesiz  və  tabeli  mürəkkəb 
cümlələr    kimi    ayırmağa  əsas  verən  onları  təşkil edən 
komponentlərin bir-birinə qarşılıqlı  münasibətlərindəki  
fərqlərdir.  Bu  fərqlər  aşağıdakılardan   ibarətdir: 
1. Bu fərq, hər şeydən əvvəl, mürəkkəb  cümləni  əmələ  
gətirən  komponentlərin  bir-birindən asılılıq dərəcəsi ilə 
bağlıdır.Tabesiz mürəkkəb cümlələr eyni, bərabərhüquqlu 
asılılıq  əsasında formalaşır. Tabeli  mürəkkəb  cümlədə  isə  
birləşən  tərəflərin  əlaqəsində  fərq  nəzərə  çarpır.  Belə  ki,  
komponentlərdən  biri  (baş    cümlə)  üstün  mövqedə  durur,  
digəri  (budaq  cümlə)  ona  tabe  vəziyyətdə  olur. 
2.  Tabesiz    mürəkkəb  cümlənin  komponentləri  fikrin  
formalaşması    və    ifadə  edilməsində  dolayı  yolla  deyil,  
Gülarə  Abdullayeva 
 
 
244
birbaşa  iştirak  edir.  Tabeli  mürəkkəb  cümlənin  tərkib  
hissələrindən  isə baş  cümlə  birbaşa,  budaq  cümlə      dolayısı  
ilə,  yəni   baş  cümlə  vasitəsilə,  baş  cümləni  izah  etmək,  
tamamlamaq yolu  ilə    iştirak  edir.  Tabesiz  və  tabeli  
mürəkkəb  cümlənin komponentlərini əlaqələndirən vasitələrdə 
də fərq vardır.  Bunlar  aşağıdakılardan  ibarətdir:  
Tabesiz  mürəkkəb  cümlənin   komponentləri  
intonasiya, tabesizlik   bağlayıcıları ilə    bağlanır. Tabeli 
mürəkkəb cümlələrdə isə budaq cümləni baş cümləyə bağlayan 
vasitələr daha rəngarəngdir. Belə ki,  intonasiya, tabelilik 
bağlayıcıları, bağlayıcı söz və  şəkilçilər bu məqsədə xidmət 
edir. 
İntonasiya hər iki mürəkkəb cümlədə bağlayıcı vasitə 
kimi qeyd olunsa da,  onun özünün də fərqli olduğu göstərilir.  
Müasir  Azərbaycan  dilində  işlənən mürəkkəb  
cümlələri    quruluşuna  görə  üç  növə  ayırmaq  olar:  
1. Komponentləri  sadə  quruluşlu  olanlar.  
2. Komponentlərindən biri  sadə,  digəri  mürəkkəb  
quruluşlu  olanlar.   
3. Hər  iki  komponenti  mürəkkəb  quruluşlu  olanlar. 
Komponentləri  sadə  quruluşlu    olan    mürəkkəb cümlələr  
demək  olar ki,  iki  tərkib  hissədən  ibarət  olur  və    tərkib  
hissələri  də    sadə  quruluşa  malik  olur.  Belə    cümlələr  
mürəkkəb  cümlələrin  ədəbi  dilimizdə    ən çox işlənən  
növüdür.  Məsələn,   Dövlətin yoxdur, amma qoçaqlığın var. 
(M.F.Axundzadə) O gərək  əvvəlcə  səni susduraydı ki, satqının 
biri azalaydı. (İ.Şıxlı)   
Lakin  son dövrlərdə yazılı    ədəbi  dilimizdə    elə  
cümlələr  də  işlənir  ki,  onların  tərkib  hissələrindən  biri  və  
ya  hər  ikisi  mürəkkəb  quruluşlu  olur.  Bu  cür  hallarda  
qarışıq  tipli tabesiz və ya qarışıq tipli tabeli mürəkkəb cümlələr   
yaranır. Məsələn,  Deyiblər, bu həndəvərdə qaçaq-quldur olsa, 
tutub hökumətə  təhvil verəcəksən, bir də deyiblər, nemeslər 
buracan gəlsələr,  bizim  partizanlara  komandir  olacaqsan.        


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə