Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə65/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   61   62   63   64   65   66   67   68   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
257 
hissədəki  fikir  söyləndikdən  sonra  sanki  ikinci  tərkib  
hissədə  ifadə  olunacaq  fikir  yada  düşür  və  birinci  tərkib  
hissəyə  qoşulur.  Qoşulma  əlaqəsi    intonasiya  ilə,    həm  də,  
özü  də,  da,  də  və s. qoşulma   bağlayıcılarının  köməyi  ilə  
yaranır.  Məsələn,  Amma  bu  qırxıncı  hamısından  cavandır;  
özü  də  xalis  od  parçasıdır.  (M.İbrahimov). 
Qoşulma əlaqəli  tabesiz  mürəkkəb  cümlələrdə  ikinci  
tərkib  hissədə  ifadə olunan  fikirlər,  iş  və  hadisələr  birincini  
tamamlamaq,  aydınlaşdırmaq,  sanki  nitq  prosesində  
unudulmuş  hadisəni,   əlaməti  əlavə  etmək  xarakteri  daşıyır.  
Yazıda  bu  növ  tabesiz  mürəkkəb  cümlələrin    tərkib  
hissələri  arasına  nöqtəli  vergül,  tire,  bəzən  də  vergül  
qoyulur.   
 
 
 
ƏDƏBİYYAT: 
 
1. Abdullayev Ə.Z., Seyidov Y.M., Həsənov A.Q. Müasir 
Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, 1985. 
2. Abdullayev Ə. Z. Azərbaycan dili məsələləri. Bakı, 1992. 
3. Abdullazadə N. Xalıqov F. Azərbaycan dili. II hissə.  
Bakı,  2006. 
4. Kazımov Q.Ş. Müasir Azərbaycan dili. Sintaksis. 
“Təhsil” nəşriyyatı,  Bakı,  2007. 
5. Müasir Azərbaycan dili. III cild. Sintaksis. EA nəşri, 
Bakı, 1981. 
6. Müasir Azərbaycan dili proqramı. AMİ, Bakı, 2009.  
      
 
 
 
 
 
Gülarə  Abdullayeva 
 
 
258
 
    
Mövzu № 7              Tabeli mürəkkəb cümlələr 
 
 
 
Mövzunun planı: 
 
1.Tabeli mürəkkəb cümlə anlayışı  
2.Tabeli mürəkkəb cümlələrdə budaq cümləni baş 
cümləyə bağlayan vasitələr 
3. Tabeli mürəkkəb cümlələrdə budaq cümlənin növləri 
      
4.  Başqasının nitqinin ifadə üsulları 
 
Tabeli  mürəkkəb  cümlə anlayışı 
  
 Tabeli  mürəkkəb  cümlə  iki  və  daha  artıq  sadə  
cümlənin  məna  və  qrammatik  cəhətdən  tabelilik  yolu  ilə  
vahid  bir  tam  kimi  birləşməsi  nəticəsində  yaranan  
sintaktik  vahiddir.   
Tabeli  mürəkkəb  cümlələrin  tərkib  hissələri  arasında  
məna  və qrammatik  əlaqə daha möhkəm olur. Əvvəlki 
mürəkkəb cümlə növündən fərqli olaraq, tabeli mürəkkəb 
cümləni  əmələ  gətirən tərəflər bərabərhüquqlu  komponentlər 
kimi çıxış edə bilmir, onlardan biri digərini özündən asılı 
vəziyyətə salır. 
Ümumiyyətlə, tabesiz və tabeli mürəkkəb cümlələrin bir 
sıra oxşar cəhətləri vardır. Bunlar aşağıdakılardır: 
1. Hər iki cümlə cüttərkibli və  təktərkibli cümlələrdən 
ibarət olur. 
2. Həm tabesiz, həm də tabeli mürəkkəb cümlələr iki və 
daha çox predikativ mərkəzə malik olur, buna görə də onların 
hər ikisi mürəkkəb quruluşlu hesab edilir. 


Müasir  Azərbaycan  dili 
 
 
259 
3. Hər iki cümlə növünün komponentləri intonasiya və 
bağlayıcı ilə əlaqələnir.  
4. Həm tabesiz, həm də tabeli mürəkkəb cümlələrin  
komponentləri arasında müəyyən fərqlərlə  səbəb, nəticə, 
qarşılaşdırma, zaman, qoşulma məna əlaqələri olur. 
 5.  Dilimizdə tabeli mürəkkəb cümlələrin bir qismi 
tarixən  tabesiz mürəkkəb cümlələrdən törəmişdir. Mənşəyində 
tabesiz mürəkkəb cümlə duran tabeli mürəkkəb cümlələri 
sadələşdirmək olmur və belə cümlələr tarixən iki predikativ 
mərkəzdən, iki özəkdən əmələ gəldiyi üçün ikiözəkli mürəkkəb 
cümlə adlanır. 
Bu oxşarlıqlarla yanaşı, tabesiz və tabeli mürəkkəb 
cümlələri fərqləndirən aşağıdakı cəhətlər də vardır: 
1. Tabesiz mürəkkəb cümlələrin tərəfləri arasında 
asılılıq bərabər səviyyədədirsə, tabeli mürəkkəb cümlələrdə bu, 
birtərəflidir.  
2. Tabesiz   mürəkkəb  cümlələrdə  komponentlər 
intonasiya və bağlayıcı ilə əlaqələndiyi halda, tabeli mürəkkəb 
cümlələrdə  bu bağlayıcı vasitələrə bağlayıcı söz və şəkilçini də 
əlavə  etmək lazım gəlır.  
3. Tabesiz  mürəkkəb  cümlə    bərabərhüquqlu  tərkib  
hissələrdən  ibarətdirsə,  tabeli  mürəkkəb  cümlə  qrammatik  
cəhətdən  biri  üstün,  digəri  isə  ona  tabe  olan  hissələrdən  - 
cümlələrdən  təşkil  olunur.   
Tabeli mürəkkəb cümlələrin  başlıca  əlaməti  ondan  
ibarətdir  ki,  bu  sintaktik  quruluşa  daxil  olan  cümlələrdən  
biri qismən müstəqil,  digəri  isə ondan asılıdır. Həmin  
müstəqil  cümləyə    baş    cümlə,  asılı cümləyə isə    budaq  
cümlə    deyilir.  Qeyd  etmək  lazımdır  ki,  tabeli  mürəkkəb  
cümlədə  tam  müstəqillik  yoxdur,  çünki  mürəkkəb  cümlənin  
tərkib  hissələri  müstəqil  cümlə    ola    bilməz, bu  tərkib  
hissələri  cümlə  formasına  malik  olsalar  da,  ayrıca  cümlə  
intonasiyasına  (bitmə  intonasiyasına)  malik  deyillər.  Onlar   
birləşdikləri  cümlənin  ümumi bitmə  intonasiyasına  daxildir.  
Gülarə  Abdullayeva 
 
 
260
Baş cümlənin  müstəqilliyi yalnız  budaq  cümlənin    
vəziyyətinə  nisbətən  götürülür.  Baş cümlə budaq  cümlə  ilə  
müqayisədə  qrammatik  cəhətdən  müstəqil  olur. 
Tabeli mürəkkəb cümlənin tərkib hissələrini baş  və 
budaq cümlə adlandırarkən biz məna asılılığını deyil, 
qrammatik asılılığı  əsas götürürük. Məna yükü bu tərəflər 
arasında müxtəlif cür paylana bilər: bərabər paylana bilər, məna 
yükü baş cümlədə çox, budaq cümlədə az ola bilər və ya əksinə. 
Məsələn, O hiss etdi ki, Tapdıq adamın qabağını kəsmək 
fikrindədir.  (İ.Şıxlı) – cümləsində  əsas məna yükünün ikinci 
tərəfin (Tapdıq adamın qabağını  kəsmək fikrindədir) üzərinə 
düşməsini nəzərə alsaydıq, onu baş cümlə hesab edərdik. Lakin 
əslində, bu hissə budaq cümlə olub, baş cümlənin buraxılmış 
tamamlığının  əvəzində işlənir, onu  aydınlaşdırır.   
Baş    cümlə    tabeli    mürəkkəb  cümlənin  qurulması  
üçün  zəmin  yaradır, onun  ümumi  məzmununun  açılması  
üçün  də  həlledici rol oynayır. 
Tabeli mürəkkəb cümlələr rəngarəng quruluş 
xüsusiyyətlərinə malik olur. Bəzən baş cümlə  əvvəl, budaq 
cümlə sonra, bəzən də  əksinə ola bilir. Bu zaman tabeli 
mürəkkəb cümlənin komponentlərini əlaqələndirən vasitələr də 
fərqlənir. Birinci halda intonasiya və bağlayıcılar müşahidə 
edilirsə, ikinci halda budaq cümlə baş cümləyə bağlayıcı söz və 
şəkilçilər vasitəsi ilə bağlanır. Tabeli mürəkkəb cümlələrin 
tərkibində  bəzən qəlib söz, yerlik, korrelat olur, bəzən  əksinə, 
olmur. Bəzi hallarda mürəkkəb cümlələri sadələşdirmək 
mümkün olduğu halda, bəziləri, ümumiyyətlə, sadələşmir.  
Prof. Q.Kazımov bu xüsusiyyətin tabeli mürəkkəb cümlələrin 
inkişaf tarixi ilə əlaqəli olduğunu qeyd edərək yazır: “Şübhəsiz, 
bütün bunlar tabeli mürəkkəb cümlənin inkişaf xüsusiyyətləri 
ilə bağlıdır. Misallara diqqət yetirək: Doğru deyiblər ki, yaraq 
yaman şey olur. Ailən burda qalmasa, sənə kim qulluq verər?  
Birinci cümlədə baş cümlə  əvvəl, budaq cümlə sonra 
işlənmişdir. Budaq cümlə baş cümlənin bir üzvünə - xəbərinə 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə