Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə66/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   62   63   64   65   66   67   68   69   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
261 
aid olub, hərəkətin obyektini bildirir.  Bu cür cümlələr tarixən 
bir sadə cümlədən - bir özəkdən ibarət olmuş,  sonralar onların 
feli sifət tərkibi ilə ifadə olunmuş üzvü predikativlik 
qazanmış,...budaq cümləyə çevrilmişdir”. (6, səh. 302) 
Müəllif ikinci cümlənin isə    tarixən iki cümlədən – iki 
özəkdən ibarət olduğunu söyləyərək qeyd edir ki, belə 
cümlələri sadələşdirmək mümkün olmur və  onlar ikiözəkli 
cümlələr adlanır. 
 Prof.  Ə.Abdullayev də tabeli mürəkkəb cümlələri bu 
cür təsnif etmişdir. (3, səh. 248-355) 
 
 
Tabeli mürəkkəb cümlələrdə budaq cümləni 
baş cümləyə bağlayan vasitələr 
 
Tabeli mürəkkəb cümlələrdə budaq cümlə baş cümləyə 
rəngarəng vasitələrlə bağlanır. Bu baxımdan  bağlayıcı, 
bağlayıcı söz, şəkilçi və ədatlar, modallıq vasitələri,  qəlib  və 
korrelat sözün mühüm rolunu göstərmək olar.  
 1.  İntonasiya.  Tabesiz mürəkkəb cümlələrdə olduğu 
kimi, tabeli mürəkkəb cümlələrdə  də  bəzən budaq cümlə baş 
cümləyə yalniz intonasiya vasitəsi ilə bağlanır. Digər bağlayıcı 
vasitələr olduqda da intonasiyadan istifadə olunur. Lakin heç 
bir başqa bağlayıcı vasitə olmadıqda intonasiyanın üzərinə daha 
çox yük düşür. Məsələn,  Adam var, qapılıb düşüncələrə, Hər 
işi özünə bir nöqsan sayır. (B.Vahabzadə) Bilmirdi, nə desin, 
hardan başlasın. (Q.İsmayılov) Üç gündür, at belində dağları,  
daşları gəzirəm.(C.Cabbarlı) 
İntonasiya ilə qurulan belə tabeli mürəkkəb cümlələrə 
asanlıqla  ki bağlayıcısını əlavə etmək mümkündür. 
2. Bağlayıcılar və  qəlib sözlər. Budaq cümlənin baş 
cümləyə bağlanmasında tabelilik bağlayıcıları müstəsna 
əhəmiyyətə malikdir. Bu baxımdan  ki  bağlayıcısı daha çox 
Gülarə  Abdullayeva 
 
 
262
diqqəti cəlb edir. Bu bağlayıcı, demək olar ki, bütün budaq 
cümlə növlərinin baş cümləyə bağlanmasında iştirak edir və 
budaq cümlənin növü baş cümlədən doğan sualla müəyyənləşir. 
Məsələn,  O düz bir ay idi ki, yollarda idi. (İ.  Şıxlı) Sonra 
camaat eşitdi ki, Molla Sadıq dərs  əvəzinə, cadudan danışır.     
(İ.Şıxlı)  
 Bu bağlayıcının  mühüm xüsusiyyəti ondan ibarətdir ki, 
onun işləndiyi cümlələrdə  əksər hallarda baş cümlə  əvvəl, 
budaq cümlə sonra gəlir. Baş cümlə ya müəyyən üzvü 
buraxılmış yarımçıq cümlə  şəklində olur, həmin üzvün baş 
cümlədən doğan sualına budaq cümlə cavab verir, ya da baş 
cümlədə  əvəzliklə ifadə olunmuş  hər hansı cümlə üzvü budaq 
cümlə vasitəsi ilə izah edilir, aydınlaşdırılır. Məsələn, Onu da 
bilirdi ki, mollalar Allah xofu ilə savadsız adamları 
qorxudur.(İ.Şıxlı)  Göytəpəlilər onu da anlayırdılar ki,  birdən-
birə bu yolla gedib-gələnlər azaldı. (İ.Şıxlı)   Onu inandırdılar 
ki, müridlik savab işdir. (İ.Şıxlı)  O gördü ki, atası iri pəncəli 
əlləri ilə bu saat onu yaxalayacaq. (İ.Şıxlı)   
Verilmiş nümunələrin hamısında budaq cümlə baş 
cümləyə ki bağlayıcısı ilə bağlanaraq, ondan sonra işlənmişdir. 
Əvvəlki iki cümlənin baş cümləsində onu sözü əvəzliklə ifadə 
olunmuş tamamlıq olub, konkret heç bir məna ifadə etmir, 
özündən sonra budaq cümlənin gəlməsini və onun mənasını 
izah etməsini tələb edir.  Əvəzliklə ifadə olunmuş belə sözlər 
qəlib söz adlanır. Üçüncü, dördüncü cümlələrdə isə baş cümlə 
yarımçıq cümlə  şəklindədir. Bu cümlələrdə buraxılmış 
tamamlıq budaq cümlə vasitəsi ilə  nəzərə çatdırılır.  Cümləni 
sadələşdirdikdə  qəlib söz atılır, budaq cümlə  tərkib  şəklində 
onun yerinə keçir.  Ümumiyyətlə, budaq cümlənin növü bu cür 
qəlib sözlərin hansı cümlə üzvü yerində durması ilə 
müəyyənləşdirilir.  
Baş cümlədə qəlib söz olmadıqda, budaq cümlənin növü 
intonasiyanın köməyi ilə müəyyənləşdirilir, budaq cümlə baş 
cümlədən doğan suala cavab verir.  


Müasir  Azərbaycan  dili 
 
 
263 
Nəticə  və qoşulma budaq cümləli tabeli mürəkkəb 
cümlələr istisna olmaqla,  bütün ki bağlayıcılı cümlələrdə bu iki 
hal mümkündür:  baş cümlədə qəlib söz ola da bilər, olmaya da.  
Olmadıqda təsəvvür edilməlidir.  Məsələn, Deyirlər, çox adam 
bu yolla varlanıb. – Onu deyirlər, çox adam bu yolla varlanıb. 
Tabeli mürəkkəb cümlələrin baş cümləsində o, bu, onu, 
bunu, ona, buna, elə, belə,  ora, bura,  orası, burası  və s.  kimi 
sözlər qəlib söz kimi işlənə bilir. Eyni qəlib söz müxtəlif cümlə 
üzvləri yerində  işlənməklə - sintaktik vəzifəni dəyişməklə 
budaq cümlənin növünü dəyişmiş olur. Məsələn,  Elə  məqalə 
oxuyur ki, hamını maraqlandırır.  Məqaləni  elə oxuyur ki, 
hamını maraqlandırır.-  cümlələrindən birincisi təyin, ikincisi 
tərz budaq cümləsidir.  
Tabeli mürəkkəb cümlələrin bir qismində budaq cümlə 
baş cümləyə  əgər, hərgah bağlayıcıları ilə bağlanır.  Belə 
cümlələr, adətən, şərt budaq cümləli tabeli mürəkkəb cümlələr 
olur və “budaq cümlə+baş cümlə” quruluşunda olur. Məsələn, 
Əgər nökər  əliboş qayıtsa, sabah o biri sahili də  gəzərəm.           
(İ.Şıxlı)   Əgər qızı qaytarsa, şenliyin arasında gəzə bilməzdi. 
(İ.Şıxlı)   
Tabeli mürəkkəb cümlələrin bir qismində budaq cümlə 
baş cümləyə  çünki, ona görə ki, ondan ötrü ki, tipli 
bağlayıcılarla bağlanır. Bu bağlayıcılar səbəb və məqsəd budaq 
cümləli tabeli mürəkkəb cümlələrin yaranmasında iştirak edir. 
Məsələn,  Ayağı bir o qədər ağrımırdı,  çünki  qılçasını dizdən 
yuxarı kəsmişdilər. (C.Cabbarlı) 
Tabeli mürəkkəb cümlələrin bir qismində budaq cümlə 
baş cümləyə    ona görə  də, onun üçün də, buna görə  də  tipli 
bağlayıcılarla  əlaqələnir. Bu bağlayıcılar nəticə budaq cümləli 
tabeli mürəkkəb cümlələrin qurulmasında iştirak edir. Məsələn, 
Gedəsi yeri yox idi, ona görə də Bahar döyülməyə də dözürdü. 
(Mir Cəlal)  
3. Bağlayıcı sözlər  - “budaq cümlə+ baş cümlə” 
quruluşlu tabeli mürəkkəb cümlələrdə budaq cümləni baş 
Gülarə  Abdullayeva 
 
 
264
cümləyə bağlayan əsas vasitə kimi çıxış edir.  Bağlayıcı sözlər, 
adətən, budaq cümlənin  əvvəlində  işlənir və onu baş cümləyə 
bağlayır.  Budaq cümlədəki bağlayıcı sözə müvafiq olaraq  baş 
cümlədə qarşılıq bildirən söz olur.  Həmin söz korrelat adlanır.  
Bağlayıcı sözlə  qarşılıq bildirən söz mürəkkəb cümlənin 
komponentlərinin daha möhkəm bağlanmasına xidmət edir.  
Bağlayıcılarla formalaşan tabeli mürəkkəb cümlələrdən fərqli 
olaraq, bu cür cümlələrdə  həmişə budaq cümlə  əvvəl,  baş 
cümlə sonra işlənir.  İndi mən haraya desən, oraya çapacağam
(İ. Şıxlı) Belə cümlələrdə qarşılıq bildirən söz hansı üzv yerində 
işlənirsə, budaq cümlə onun adı ilə adlanır.  Baş cümlədə 
qarşılıq bildirən söz işlənməyə  də bilər, lakin təsəvvür 
edilməlidir:  Tahir hara göz gəzdirdisə, (orada) nəhəng neft 
buruqları göründü. (M. Hüseyn) Kimi əcəl hərləyirsə, (o) 
qabağa çıxsın. (İ.Şıxlı) 
Bağlayıcı sözlər bağlayıcıdan fərqli olaraq, əsas nitq 
hissələrindən ibarət olub, morfologiyada öyrəndiyimiz nisbi 
əvəzliklərdir ki,  bunlara  kim,  nə,  hər kim,  hər  kəs,  hər  nə,  
necə,  nə  cür,  haçan,  hara,  nə    qədər,  hansı  və s.  sözlər   
daxildir,  onlar ya təklikdə, ya da   ki  ədatı ilə birlikdə işlənərək 
budaq cümlənin baş cümləyə bağlanmasına xidmət edir. 
Məsələn,    Kimi gözləyirsən o gəlmir,  kimdən qaçırsan, o 
qabağına çıxır. (Ə.Mustafayev)  Hər kəs bağa tez çatsa, qızıl 
bayrağı o götürəcək. (M.S.Ordubadi)  Kim ki, onu tanıyırdı, 
yaxınına getməyə can atırdı. (İ.Şıxlı)   
Bəzən belə cümlələrdə  ki  ədatı  -sa, -sə  şəkilçisi ilə  də 
əvəz olunur.  Məsələn,  Kim başını quyuya sallayırdısa, başsız 
qalırdı. (C.Bərgüşad)   
4.  Şəkilçilər. Budaq cümlənin baş cümləyə 
bağlanmasında bağlayıcılar, bağlayıcı sözlərlə yanaşı,  -sa
2
,       
-mı
4
  şəkilçilərinin, isə  köməkçi sözünün ixtisarının  da xüsusi 
rolu vardır.  -sa

şəkilçisi “budaq cümlə+baş cümlə” quruluşlu 
bütün tabeli mürəkkəb cümlələrdə işlənərək, budaq cümləni baş 
cümləyə bağlaya bilir. Lakin bütün budaq cümlə növlərinin baş 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə