Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə68/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   64   65   66   67   68   69   70   71   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
269 
Xeyri bu oldu ki, onların yerini dürüst öyrəndi. (F.Kərimzadə) 
İki sözünün biri bu idi ki, əmim yaxşı adamdır. (M.Hüseyn)  
Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə  
xəbər budaq cümləsinin dilimizdə iki tipi var. 
I tip. Baş cümlə əvvəl, budaq cümlə sonra gəlir. Budaq 
cümlə baş cümləyə ya yalnız intonasiya, ya da intonasiya və ki 
bağlayıcısı ilə bağlanır. Məsələn, İgid odur, atdan düşə, atlana, 
İgid odur, hər zəhmətə qatlana. (Atalar sözü)   
Xəbər budaq cümləsini digər budaq cümlə növlərindən 
fərqləndirən mühüm bir xüsusiyyət odur ki, bu cümlələrin baş 
cümləsində  xəbər heç vaxt buraxıla bilməz. Baş    cümlədə  
həmişə    o, bu,  elə,  belə,  ora,   bura  və s. tipli əvəzliklərlə, 
əvəzliyin müxtəlif sözlərlə birləşməsi ilə ifadə olunan xəbər 
işlənir.  İşarə    əvəzlikləri  konkret  heç  bir  məna  ifadə  
etmədiyindən,  onların  işarə    etdiyi    məzmun  budaq  cümlə  
vasitəsilə  açılır.  Məsələn,  Mənim təklifim  belədir ki, 
Samirənin səmimi  ərizəsi nəzərə alınsın. (M.Hüseyn) Ancaq 
xahişimiz  bundan ibarətdir ki, nahar və  şam yeməklərini hər 
gün öz evimizdə yeyəsiniz. (M.S.Ordubadi) Məsələ 
burasındadır ki, o hələ də Buzbulaqda qalır. (Ə.Əylisli)  
Xəbər budaq cümləsinin bu tipində baş cümlədə xəbərin 
yerliyi – qəlibi rəngarəng formalarla ifadə oluna bilər. Bunlar 
aşağıdakılardır:  
1. Baş  cümlənin  xəbəri   budur,  odur,  bu  idi,  o  idi,  
bu  imiş,  o  imiş  sözləri ilə ifadə olunur,  cümlənin  
məzmununu  ya  indiki,  ya  da  keçmiş  zamanla  bağlayır.  
Məsələn,  Mehmanın arzusu bu idi ki, gec-tez yenə də oxumağa 
qayıtsın. (S.Rəhimov) Ağıllı adam odur ki, hər  şeydə orta 
vəziyyəti özünə adət etsin. (A.Bakıxanov)  
 2.  Baş  cümlənin  xəbəri    belədir,  elədir,  belə  idi,  
elə  idi,  belə    imiş,  elə    imiş  sözləri ilə ifadə olunur. Belə 
cümlələr dilimizdə nisbətən az işlənir. Məsələn, Siz şəhərlilərin 
gümanı  belədir ki, kənd yerində avamlar yaşayır.                   
(M.İbrahimov) Ancaq quzeylilərin yeri elədir ki, onlar köndələn 
Gülarə  Abdullayeva 
 
 
270
çaydan birbaş özlərinə arx apara bilmirlər. (İ.Əfəndiyev) 
Beləydi qayda bizdə, qız doğanda analar, Baxıb qara geyərdi 
su üstündə sonalar. (S.Vurğun)  
3.    Baş    cümlənin  xəbəri  ora,  bura, orası,  burası,  
onda,  bunda  sözləri ilə ifadə olunur.  Məsələn,  Qəribə burası 
idi  ki, heç kəs onunla açıq danışmaq istəmirdi. (İ.Şıxlı) 
Xoşbəxtlik buradadır ki, Ella da Amanı istəyir. (M.Süleymanlı) 
Qorxum  ondandır ki, ömrün qışında, Bahar çiçəkləri üzə 
gülməsin. (B.Vahabzadə) 
4. Baş  cümlənin  xəbəri  o,  bu  əvəzliyinə  üçün,  ötrü,  
görə   qoşmalarının  qoşulması    ilə    ifadə  olunur.   Məsələn, 
Ağlamağı  ona görə idi ki, bütün planları alt-üst olmuşdu.        
(İ.Məlikzadə)   
5. O,  bu  işarə  əvəzlikləri  demək,  ibarət  sözləri ilə   
birləşərək baş cümlənin xəbəri olur.  Məsələn,  Bu  o  deməkdir  
ki, artıq zirehli döyüş paltarını soyundurmuşuq.                   
(F. Kərimzadə)  Bu o deməkdir ki, siz işinizi düzgün təşkil 
etmisiniz.  (T.Hüseynov) 
6.  O, bu,  orada,  belə  və s.  işarə  əvəzlikləri  olmaq  
sözü ilə birləşərək baş cümlənin xəbəri olur. Məsələn,  Mənim 
borcum bu oldu ki, gələcəyi deyim sana. (S.Vurğun) 
7. Baş    cümlənin  xəbəri  o,  bu,  elə,  belə,  haman  
sözlərinin  şey,  vaxt,  kəs  tipli  sözlərlə  yanaşma  yolu  ilə  
birləşməsi  şəklində  ifadə  olunur,  ümumi  şəxs,  ümumi  əşya,  
ümumi  zaman  və s.  bildirir  və  budaq  cümlə  vasitəsilə   
aydınlaşdırılır.  Məsələn,    Xoşbəxt  o kəsdir  ki, valideynlərinin 
haqq-sayını itirmir.  
II tip.    Xəbər  budaq  cümləsinin  II tipində  budaq  
cümlə  baş  cümlədən  əvvəl  işlənir  və  ona  kim,  hər  kim, hər  
kəs,  nə,  hər  nə,  necə,  harada,  nə  qədər    s.  bağlayıcı  
sözlərlə  bağlanır.  Baş cümlədə qarşılıq bildirən söz kimi o, bu, 
elə, belə, ora, bura, o  cür,  bu  cür, orada,  burada    sözləri 
xəbər yerində  işlənir. Budaq  cümlənin  xəbərində    -sa,  -sə  
şəkilçisi  və  ya  bağlayıcı    sözdə  ki  ədatı  işlənə  də  bilər,  


Müasir  Azərbaycan  dili 
 
 
271 
işlənməyə  də.  Məsələn, Ürəyində hansı oğlanı tutubsaodur. 
(İ.Şıxlı) Tərbiyəçi necədir, o da elədir. (İ.Hüseynov) 
Bəzən  baş    cümlədə  qarşılıq  bildirən  söz  yiyəlik  
halda  olub  söz  birləşməsinin  birinci  tərəfi  kimi  çıxış  edir,  
birləşmənin  ikinci  tərəfi  əksər  halda  özü  sözündən  ibarət  
olur. Məsələn,    Hər  kim  yüz  il  yaşamasa,  Günah  onun  
özündədir.  (O.Sarıvəlli).   
Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr. 
Tamamlıq  budaq  cümləsi  baş  cümlənin  buraxılan və ya qəlib 
söz  şəklində    təsəvvür  edilən  tamamlığını    izah    edib  
aydınlaşdırır. Tamamlıq budaq cümləsi dilimizdə digər budaq 
cümlə növləri ilə müqayisədə daha çox işlənir. Tamamlıq  
budaq  cümləsi  baş    cümlənin  əsasən   feli  xəbərini  
tamamlamağa  xidmət  edir  və  tamamlığın  suallarına  cavab  
verir.  Məsələn,  Niyə qoymursan, bu dinsizləri qovum getsin? 
(İ.Şıxlı) Axı deyirlər, çox adam bu yolla varlanıb? (İ.Şıxlı) 
Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə 
tamamlıq budaq cümləsinin dilimizdə iki tipi vardır: 
I tip.   Baş cümlə əvvəl, budaq cümlə sonra gəlir, budaq 
cümlə baş cümləyə ya yalnız intonasiya, ya da intonasiya və ki 
bağlayıcısı ilə bağlanır. Məsələn, Sənə onu da başa saldım ki, 
hər  şey hökumətin hesabına olacaq. (İ.Şıxlı) Amma bilmirəm, 
bir-birinizi başa düşə biləcəksinizmi?(İ.Şıxlı)  
Hər iki cümlədə baş cümlə  əvvəl, tamamlıq budaq 
cümləsi isə sonra işlənmişdir.  Birinci cümlə ki bağlayıcısının, 
ikinci cümlə isə yalnız intonasiyanın köməyi ilə qurulmuşdur.  
Baş cümlədə tamamlığın yerliyi, qəlibinin olub-
olmamasına görə bu tipin özünü də iki növə bölə bilərik: 
a) Tamamlıq budaq cümləsinin baş cümləsində 
tamamlığın yerliyi, qəlibi olmur, baş cümlə tamamlığı 
buraxılmış yarımçıq cümlə  şəklində olur. Tamamlığın baş 
cümlədən doğan sualına budaq cümlə cavab verir. Məsələn, 
Niyə qoymursan, bu dinsizləri qovaq? (İ.Şıxlı)  O başa düşdü 
Gülarə  Abdullayeva 
 
 
272
ki,  Şahnigarın ölümündə Cahandar ağanın  əli var. (İ.Şıxlı) 
Şamxal hiss etdi ki, Güləsərin başı hərlənir. (İ.Şıxlı) 
 b)  Belə cümlələrin bir  qisminin  baş    cümləsində isə 
qəlib  söz  olur və baş    cümlədə    aşağıdakı    qəlib  sözlərdən  
istifadə  olunur: 
1.  Bu,  o  işarə    əvəzlikləri  substantivləşərək  ismin  
müxtəlif  hallarında  baş    cümlənin  tamamlığı    vəzifəsində  
işlənir  və  həmin  sözlərin  məzmunu  budaq  cümlənin  verdiyi  
yeni  informasiya   ilə  açılır.  Məsələn,  Təkcə  onu  fikirləşirdi  
ki,  görəsən  bu  arvad  kimdir  belə,  bu  qədər  danışır.  
(Elçin).  Bunu  bilmək  lazımdır  ki,  bu  şəxs  xırda  adam  
deyil.  (C.Məmmədquluzadə).   
2.  Orası,  burası  sözləri  baş  cümlədə  qəlib  söz  -
tamamlıq vəzifəsində  işlənir.  Məsələn,  Orasını  da  deyim  ki,  
qəfəsdə  kəklik  saxladığımı  nə  atam,  nə  də  anam  bilirdi.  
(Ə.Vəliyev). 
3.  Eləsi,  beləsi,  elələri,  belələri  sözləri  baş  cümlədə  
qəlib  söz – tamamlıq  vəzifəsində  işlənir.  Məsələn,  Elələrini  
seçib  götürmək  lazımdır  ki,  bir  müddət  saxlamaq  mümkün  
olsun. 
4. Baş    cümlədə    o  cəhət,  bu  cəhət,    o    məsələ,  bu  
məsələ,  o  şey,  bu  şey, bir şey  sözləri  qəlib  söz – tamamlıq  
vəzifəsində  işlənir.  Məsələn,  Hamı   bir  şeyi  yaxşı  bilirdi  
ki,  hava  açılır,  müharibə    yavaş-yavaş  başa  çatır.                  
(M.S.Ordubadi) Bir şeyi də anladı ki, ağası bu saat əlinə keçəni 
parçalamağa hazırdır. (İ.Şıxlı) 
I tipə  daxil  olan  tamamlıq  budaq  cümlələrində  baş  
cümlənin  xəbəri  daha  çox  nitq,  təfəkkür,  görmə,  eşitmə  
proseslərini  ifadə  edən  fellərdən  ibarət  olur.  Məsələn,  Mən 
hiss edirdim ki, o məndən tamamilə başqa bir şey gözləyir.     
(M.Hüseyn) Salatın duymuşdu ki, atası tutduğu işə peşmandır. 
(İ.Şıxlı) Xəlil anladı ki, bu baxışları  qəbir evinə  qədər unuda 
bilməyəcək. (İ.Məlikzadə) 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə