Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə43/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   39   40   41   42   43   44   45   46   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
169 
       
3.  Cümlənin  mühüm  əlamətlərindən  biri də  
intonasiyadır. Eyni bir söz və ya söz birləşməsi bitmə 
intonasiyası qazanmaqla cümləyə çevrilə bilər. Predikativliyin 
də ifadə olunması bilavasitə intonasiya ilə  əlaqədardır. 
Məsələn, Payızın ortaları.  Şaxtalı bir qış gecəsi. Dənizin 
kənarı.  və  s.  kimi cümlələr məhz söz birləşmələrinin bitkin 
intonasiya qazanması hesabına yaranmışdır.  
Şifahi  nitqdə  hər  bir  cümlə  intonasiya  ilə  müşayiət  
olunur.  İntonasiyasız  cümlə  olmaz.  Cümlənin  bitkinləşməsi,  
predikativliyin  yaranmasında intonasiyanın rolu əvəzsizdir. 
Bunun üçün digər vasitələr olduqda  da  intonasiya özünü  
göstərir. Cümlənin hansı  məqsədlə  işlənməsindən asılı olaraq 
intonasiya da fərqli  şəkildə müşahidə olunur. Adi  intonasiya  
ilə    tələffüz  edilən  cümlələrdə  ton  tədricən  yüksəlir,  
xəbərdən  əvvəlki  söz məntiqi vurğulu deyilir və ton   tədricən  
alçalır. Digər cümləyə keçməzdən əvvəl bir qədər fasilə edilir. 
Bu  fasilə  həmin  cümlələr arasında sərhəd rolunu oynayır.   
           Predikativliyin 
tamamlanmasında  mühüm 
 
əlamətlərdən  biri  də  cümləyə  məxsus  intonasiyanın  iştirak  
etməsidir. 
          4.  Cümlənin  əsas  əlamətlərindən  biri  də  
modallıqdır.  Hər  bir  cümlə  müəyyən   bitmiş  bir  fikir  ifadə  
etməklə  yanaşı,  həmin  fikrin  həqiqətə  münasibətini də  
göstərir.   Buna  görə  də  predikativlik  və  intonasiya  kimi,  
modallıq   da   cümlənin  daimi  əlamətlərindən  hesab  olunur.   
           Bəzi  cümlələrdə  heç  bir  əlavə  münasibət  olmadan  
müəyyən  fikir   ifadə   edilir. Həmin fikir həqiqətə uyğun bir 
hadisəni ifadə etdiyindən,  modallıq  zəifləyir  və  özünü  xüsusi  
şəkildə  göstərə  bilmir.  Məsələn,   Bayırda itlər bir ağız hürüb 
susdular.(İ.Şıxlı) Sonra bacadan atılan birinci güllə  ağ 
samovarın başındakı iri, güllü çaydana dəyib bomba kimi 
partladı. (İ.Əfəndiyev)  
Cümlədə  modallıq müxtəlif vasitələrlə ifadə oluna 
bilər. Bəzən bu,  xüsusi  sözlər  vasitəsilə  daha  da  
Gülarə  Abdullayeva 
 
 
170
qüvvətləndirilir  və  yeni  məna  çalarlıqları    kəsb  edir.  
Məsələn, Namərd Bəhram yazıq qızı öldürdü. (C.Cabbarlı) Kür 
qırağının  əcəb seyrəngahı var, Yaşılbaş sonası,  hayıf ki, 
yoxdur. (M.P.Vaqif) 
 Azərbaycan dilində, demək olar ki, hər  bir  cümlədə  
modallıq  olur.  Bu  o  deməkdir  ki,  hər  bir  cümlədə  
obyektiv  aləmə  məxsus  bu  və  ya   digər  hadisə  haqqında  
məlumat  verilməklə,  həmin  hadisəyə,  danışanın   söylədiyi  
fikrə  münasibət  də  bildirilir.  Yəni hər  bir  cümlə    həm 
kommunikativ,  həm  də  ekspressiv  funksiya   daşıyır.    
Modallığın  mühüm  ifadə  vasitələri  modal  sözlərdir.  Modal  
sözlərlə    yanaşı,  müxtəlif  söz  və    ifadələrin  birləşməsi 
əsasında  çoxlu  modal  konstruksiyalar  yaratmaq  mümkündür.   
Modallıq obyektiv  və  subyektiv  olmaqla  da   
fərqlənir.  Obyektiv  modallıq  verilən  məlumatın  obyektiv  
reallıqla  əlaqəsi,  münasibətidir,  yəni  nə  barədə  danışılırsa,  
indiki,  keçmiş  və  gələcək  zamanda  onun  reallığı  düşünülür. 
Belə cümlələrdə baş verən hadisələr, irəli sürülən hökmlər 
reallığa tam uyğun olduğundan, modal sözlərin iştirakına 
ehtiyac duyulmur.  Məsələn, Xanmuradın dəstəsi getməmişdi 
ki,  qaçaq Məşədi Təhməzin dəstəsi gəldi. Bu, uzunsaqqallı, 
ortaboylu bir qoca idi. Başı azca əsirdi, diaqonal çuxasının 
altında iki patrondaş bağlamışdı. Ayaqlarında qısaboğazlı 
çəkmə, başında iri, tüklü papaq vardı. (İ.Əfəndiyev)-
cümlələrində obyektiv reallığa tam uyğun olan fikirlər öz 
ifadəsini tapmışdır. 
  “Subyektiv   modallıq isə   qeyri-real,   arzu  olunan,  
mümkün  ola   bilən,  tələb  olunan  hadisələrə  münasibətlə  
bağlı  modallıqdır”.(4, səh.80) Məsələn,  Dəlib deşir ürəyi dərd 
ürəkdə qalanda, Dərdləşmək gözəl işdir, dərdini duyan ola, 
Ürəyindən keçəni gözlərindən oxuyan, Sənə ömrünü verib, 
vaxtını  qıyan ola.(Z.Yaqub)  Real,  obyektiv  modallıq  
müəyyən  zamanla – keçmiş,  indiki  və ya  gələcək  zamanla  
bağlı  olur.  Obyektiv   modallıqda  morfoloji   zamanla  


Müasir  Azərbaycan  dili 
 
 
171 
sintaktik  zaman  əksərən  uyğun  olur,  lakin  bəzən  danışıq  
üsulunda  uyğun  olmaya  da   bilər.  Məsələn,  Gələn ay mən 
Moskvaya yola düşürəm. 
Subyektiv  modallıq  danışanın  verdiyi  məlumata  
münasibəti olub, müxtəlif səpkidə ola bilər. Yəni  danışanın   
cümlədə ifadə olunan fikrə  qəti  və    ya    şübhəli  münasibəti, 
həmin   fikirlə  razılaşıb-razılaşmadığı  və s.   öz ifadəsini tapa 
bilər.  Məsələn,  Görünür, baş verən hadisələr, yəqin ki, 
anasının sözləri ona təsir etmişdi. (İ.Şıxlı) Obyektiv  modallıq  
cümlənin  ümumi  məzmunu  ilə,  subyektiv  modallıq  isə  
onun  ayrı-ayrı  hissələri  ilə  bağlı  olur.                  
 
Cümlənin təsnif prinsipləri 
 
Dilimizdə cümlələr ayrı-ayrı cəhətlər nəzərə alınmaqla, 
müxtəlif prinsiplər  əsasında təsnif edilir.  Bunların bir qismi 
ümumi xarakter daşıdığı halda, bir qismi cümlələrin müəyyən 
hissəsinə  şamil edilir. Məsələn, məqsədə görə bölgü bütün 
cümlələrə aid edilirsə,  baş  və ikinci dərəcəli üzvlərin iştirak 
edib-etməməsinə görə bölgü yalnız sadə, bağlayıcı vasitələrə 
görə bölgü isə yalnız mürəkkəb cümlələrə aid edilir. 
Ümumiyyətlə, dilimizdə mövcud olan cümlələr, birinci 
 
növbədə  məntiqi-sintaktik üzvlənmə imkanlarına görə  təsnif 
edilə bilər. Bu cəhət nəzərə alınmaqla  dilimizdəki bütün 
cümlələr üzvlənən və üzvlənməyən cümlələr olmaqla iki böyük 
qrupa ayrılır. Üzvlənən cümlələr fikrin əsas ifadə vasitəçisi 
kimi çıxış edib, nitqimizin əsasını  təşkil edir. Biz dillə bağlı 
bütün faktları  məhz bu cür cümlələr üzərində araşdırırıq. 
Üzvlənməyən cümlələr isə  dilimizdə müəyyən məqamlarda 
işlənsə  də, üzvlənən cümlələr olmadan öz əhəmiyyətini itirir. 
Çünki bu cümlələr  əsasən dialoqlarda işlədilir, söylənilən hər 
hansı bir fikrə cavab məzmununu ifadə edir. Məsələn,  Bəyəm 
o, qardaşımın tayıdı?- Qətiyyən.(İ.Əfəndiyev)  
Gülarə  Abdullayeva 
 
 
172
Məqsəd  və  intonasiyaya  görə    cümlənin  növləri.  
Nitqimizi  təşkil  edən  cümlələr  bir-birindən  fərqlənən  
müxtəlif  məqsədlərlə    işlədilir. Hər hansı  iş, hal-hərəkət 
haqqında məlumat vermə, məlumat  əldə etmə, işin icrasına 
qarşı tərəfi təhrik etmə məqsədindən asılı olaraq cümlələr fərqli 
intonasiya ilə  tələffüz edilir. Cümlələrdəki  məqsəddən  asılı  
olaraq  onların   deyiliş  xüsusiyyətləri,  intonasiyası    da   
dəyişir.  Məsələn, Güllə hansı  tərəfdən atıldı?    Dəqiq deyə 
bilmərəm.(İ.Əfəndiyev).    Bu    cümlələrin  deyilişində  bir-
birindən  fərqli  intonasiyadan   istifadə  olunur.   Məqsəd  və  
intonasiyaya  görə  cümlələr  4  növə  bölünür.   
1. Nəqli  cümlə.  
2.  Sual  cümləsi.   
3.  Əmr  cümləsi.  
4. Nida  cümləsi. 
Nəqli  cümlələrdə  müəyyən  bir   hadisə,  əşya,  əlamət  
və s.  haqqında   məlumat  verilir.  Həm  də    məlumat  adi  
təsviri  yolla  verilir,  nəql  olunur.  Burada  müəyyən  bir  fikir  
ya      təsdiq,  ya  da  inkar  edilir.  Hökmlər,  adətən,  belə  
cümlələrlə    ifadə  edilir. Məsələn, Nurunun bacısı bu sözləri 
deyib, Sərvinazdan ayrıldı. Sərvinazı  təkrar qəhər  götürdü.     
(İ.Əfəndiyev)   
Nəqli  cümlələr   üçün söz sırası xarakterikdir. 
Azərbaycan  dilinin  cümlə  quruluşuna  uyğun  olaraq  bu  
cümlələrdə,  adətən  mübtəda və ya mübtəda zonası  əvvəl, 
xəbər və ya xəbər zonası isə   cümlənin  sonunda işlənir. (Şeir 
dilində istisnalar ola bilər.)  Məsələn,  Mənim plovum Adilin 
xoşuna gələrdi. Mən bu qısa söhbət zamanı Adilin buldozerçi 
ilə mülayim söhbətindəki gərginliyi hiss edirdim.(İ.Əfəndiyev) 
və s.  
Nəqli cümlələrdə intonasiya cümlənin  əvvəlində 
tədricən yüksəlir, sona doğru zəifləyir, xəbərdən əvvəl məntiqi 
vurğulu üzv xüsusi olaraq tələffüz olunur. Cümlənin sonunda 
bitmə intonasiyası və fasilə fikrin tamamlandığını bildirir. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə