Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə18/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   14   15   16   17   18   19   20   21   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
69 
İsimləşərək mübtəda vəzifəsini icra edən  o, bu işarə 
əvəzliklərindən sonra fel və köməkçi nitq hissələri gəldikdə 
vergül qoyulmur. 
Sual  əvəzlikləri sual məqsədi ilə  işlədilən sözlərdir. 
Bütün nitq hissələrinin sualları sual əvəzliklərinə daxildir. Sual 
əvəzliyi hansı nitq hissəsinə  mənsubdursa, həmin nitq 
hissəsinin  əlamətlərini daşıyır, cümlədə onun vəzifəsini icra 
edir, cümlə daxilində müəyyən bir şəxsi, predmeti, əlamət və 
kəmiyyəti sual tərzində yenə  də ümumi halda bildirir. Bu 
əvəzliklər eyni cümlə daxilində heç bir nitq hissəsini tamamilə 
əvəz edə bilmir. Onların işləndiyi cümlədən sonra ikinci bir 
cümlənin, cavab cümləsinin gəlməsi tələb olunur. Həmin cavab 
cümləsində sual əvəzliyinin yerini tuta bilən bir söz olmalıdır.   
Azərbaycan dilində  işlənən  əsas sual əvəzlikləri 
bunlardır: kim, nə, hara, hansı, haçan, neçə, necə, nə cür və s. 
Bunlardan başqa,  sözü vasitəsilə nə vaxt, nə zaman, nə cür, 
nə üçün, nə qədər, nə səbəbə və s. mürəkkəb sual əvəzlikləri də 
əmələ gəlir.  Məsələn, Mən hara  getməliyəm, cənab müəllim? 
(İ.Şıxlı)  Nə üçün  məktubla maraqlanmırsınız? (İ.Şıxlı)  Niyə 
susursunuz? (İ.Şıxlı) Onu kim bu hala salmışdı? (İ.Şıxlı) Mənə 
 xeyir verə bilərsən, kişi? (İ.  Şıxlı) Bax gör necə keçədir?     
(İ.Şıxlı) və s
Kim, nə, hara,  hansı,  neçənci  sual əvəzlikləri cəmlənir 
və hallanır:  kimlər, kimlərin, kimlərə, kimləri, kimlərdə, 
kimlərdən, nələr, nələrin, nələrə, nələri, nələrdə, nələrdən, 
haralar, haraların, haralara, haraları, haralarda, haralardan, 
hansılar, hansıların, hansılara, hansıları, hansılarda, 
hansılardan, neçəncilər, neçəncilərin, neşəncilərə, neçənciləri, 
neçəncilərdə, neçəncilərdən.   
Sual əvəzlikləri sual cümlələrinin yaranmasında mühüm 
rol oynayır
Qeyri-müəyyən  əvəzliklər qeyri-müəyyən  şəxsi,  
əşyanı bildirən sözlərdir. Qeyri-müəyyən  əvəzliklər  kim, nə,  
bir, kəs, hər  sözlərinə müxtəlif köməkçi söz, şəkilçi və    ədat 
Gülarə  Abdullayeva 
 
 
70
artırılması ilə yaranır:  kimi, kimisi, kim isə, kimsə, hər kim, nə 
isə, nəsə, hər nə, hər nə isə, biri, birisi, hər biri,  hər birisi,  bir 
şey, hər  şey, hər kəs, bir kəs, hərə, hamı, hamısı, bəzisi,  
bəziləri, neçəsi, neçələri və s.   
Qeyri-müəyyən  əvəzliklərin  əksəriyyəti hallana bilir. 
Məsələn, kimi, kiminin, kiminə, kimini, kimində, kimindən, biri, 
birinin, birinə, birini, birində, birindən, hamı, hamının, hamıya, 
hamını, hamıda, hamıdan və s.  İsə (-sə) ədatının artırılması ilə 
yaranan qeyri-müəyyən  əvəzliklər hallanarkən hal şəkilçisi bu 
ədatdan əvvələ artırılır:  nəsə, nəyinsə, nəyəsə, nəyisə, nədəsə, 
nədənsə, kim isə, kimin isə, kimə isə, kimi isə, kimdə isə, kimdən 
isə və s.  
Qeyri-müəyyən  əvəzliklərdən bəziləri mənsubiyyətə 
görə dəyişərək işlənir: hərəmiz, hərəniz, hərəsi, bəzisi, bəziləri  
və s.  
Qeyri-müəyyən  əvəzliklər  ismi əvəz etdiyindən 
cümlədə  də onun vəzifəsini daşıyır, mübtəda və tamamlıq, az 
hallarda da xəbər olur.   Kimi  kitab oxuyur, kimi  təzə  qəzet və 
jurnalları gözdən keçirir, kimi  də  gərgin  əməkdən sonra 
divanda oturub dincəlirdi. (S.Qədirzadə) Kamil nədənsə o qızı 
unuda bilmirdi. (S.Qədirzadə)  Hamımız  onun dərdlərini, 
yaralarını duyur və onun halına ürəkdən ağlayırıq.               
(M.İbrahimov) 
Hərə öz tütəyini götürüb aparıb.                   
(C.Məmmədquluzadə) Bu hamını  təşvişə saldı. (S.Qədirzadə) 
Hər kəs yüz il yaşamasa, günah onun özündədir. (O.Sarıvəlli) 
Hər kimdir, çağır gəlsin içəri. (Ə.Haqverdiyev) 
Təyini  əvəzliklər cümlədə isimlərdən  əvvəl gələrək, 
onları  təyin edən sözlərdir. Təyini  əvəzliklərə  öz, bütün, hər, 
hər bir, filan, eyni, bəzi və s. sözlər daxildir. Bu əvəzliklərdən 
öz  əvəzliyi səciyyəvi xüsusiyyətləri ilə digərlərindən seçilir. 
Digər təyini  əvəzliklər kimi, isimdən  əvvəl gələrək hansı 
sualına cavab  verib, onu təyin etsə də, heç vaxt müstəqil cümlə 
üzvü olmur. Özündən sonra işlənən mənsubiyyət şəkilçili sözlə 
birlikdə II növ təyini söz birləşməsi  əmələ  gətirir və  əşya 


Müasir  Azərbaycan  dili 
 
 
71 
məzmunlu cümlə üzvü olur. Məsələn,  Xavər ona öz  keçmiş 
günlərindən danışır, necə onun yolunu gözlədiyini və  nələr 
düşündüyünü nağıl edirdi. (M.İbrahimov) Bu söz mənsubiyyət 
şəkilçisi qəbul edərək təyinatını  dəyişir,  şəxs məzmunu ifadə 
etməklə qayıdış  şəxs  əvəzliyini  əmələ  gətirir.  Bu zaman 
cümlədə ismi əvəz edərək əşya məzmunlu üzv yerində dayanır. 
Məsələn, Özüm də bilmirəm bu axşam nədən, Şeirdən sənətdən 
uzaq kimiyəm. (S.Vurğun) Tüfəngi alıb kəndliyə verdi, 
tapançanı özü götürdü. (M.Hüseyn) 
 Hər, bütün, filan, eyni, bəzi  sözləri cümlədə isimdən 
əvvəl gələrək onu təyin edir. Məsələn, Hər aşiqin dövranı var, 
hər bir bağın bağbanı var.(M.Rahim) Bu söz hər iki ağızdan 
eyni  anda çıxdı.(M.Hüseyn)  Filan  məsələ barəsində biz hələ 
çox danışmalı idik. (C. Məmmədquluzadə) 
İnkar  əvəzlikləri  dilimizdə böyük işlənmə tezliyinə 
malik olub heç  sözünün  kim, kəs, nə, bir, şey sözləri ilə 
birləşməsindən əmələ gəlir: Heç kim, heç kəs, heç biri, heç nə, 
heç bir şey, heç bir kimsə. İnkar əvəzlikləri isimlər kimi bütün 
hallarda işlənir.  Məsələn, heç kim, heç kimin, heç kimə, heç 
kimi, heç kimdə, heç kimdən. 
Nisbi  əvəzliklər sual əvəzliklərindən sintaktik 
funksiyasına görə fərqlənir. Onların morfoloji adı nisbi əvəzlik, 
sintaktik adı isə bağlayıcı sözdür. Bu əvəzliklər mənşəyinə görə 
sual  əvəzliklərindən törəmişdir. Bunlar tabeli mürəkkəb 
cümlədə  işlənib, komponentlərin bir-birinə bağlanmasına 
kömək edir. Müasir Azərbaycan ədəbi dilıində aşağıdakı nisbi 
əvəzliklər işlənməkdədir: kim (ki), nə (ki), hər kim (ki), hər nə 
(ki), nə vaxt (ki), haçan (ki), hansı (ki), nə  qədər (ki) və  s
Məsələn,    Necə ki deyirəm, eləcə  də  fəhlələrə  xəbər aparın.   
(M.S.Ordubadi)  Nə zaman ki  oğlunun getdiyi dörd il oldu, 
Məktubları kəsildi, gəlmədi tətil oldu. (Ə.Kərim) 
Əvəzliklərin quruluşca iki növü vardır: sadə  və 
mürəkkəb. Mən, sən, o, bu, bütün və s. sadə, nə üçün, heç kim, 
hər kəs və s. isə mürəkkəb əvəzliklərdir.  
Gülarə  Abdullayeva 
 
 
72
Qeyd etmək lazımdır ki, əvəzliklər daha çox adlarla 
bağlı  bir nitq hissəsidir.  
Əvəzliklərin dəyişilməsi və başqa nitq hissələri ilə 
əlaqəsi. 
Əvəzliklərin bir qismi isimlər kimi hallanır, bir hissəsi 
hallanmır. Bir hissəsi isimlər kimi cəm şəkilçisi qəbul edir, bir 
qismi cəmlənmir. Bunların bir qismi yalnız  şəxs bildirdiyi 
halda, bir qismi həm şəxs, həm də başqa əşya bildirir və s. 
Başqa nitq hissəsi ilə  əlaqəsinə,onları  əvəz etməsinə 
görə əvəzlikləri aşağıdakı şəkildə qruplaşdırmaq olar: 
Əvəzlik-isim: mən, sən, o, biz siz, onlar, özüm, kim, nə, 
heç kim, heç nə biri, birisi,hərə, hamı. 
Əvəzlik-sifət:  bu,o, belə, elə, bəzi, hansı, nəsə, nə cür, 
heç bir, hər bir. 
Əvəzlik-zərf:  nəsə, nə cür, hara, bura, ora,  nə  qədər, 
nə vaxt, nə üçün, nəyə görə, nədən ötrü və s. 
 
        Fel əsas nitq hissəsi kimi 
 
Fel əşyanın iş və hərəkətini bildirən bir nitq hissəsidir. 
Məsələn, Tüfəngi döşəyin üstünə qoymuşdu. (İ.Şıxlı) Əşrəfin ağ 
bənizi daha da ağarmışdı.  (İ.Şıxlı)  Cahandar ağa özü atın 
belinə qalxdı (İ.Şıxlı) və s.  
Azərbaycan dilinə  məxsus nitq hissələri içərisində fel 
özünün tarixinin qədimliyi, milliliyi və qrammatik 
kateqoriyalarının zənginliyinə görə birinci yerdə durur. 
Ümumiyyətlə, dilimizdə qrammatik kateqoriyalarına görə 
zəngin olan iki nitq hissəsi diqqəti cəlb edir ki, bunlardan biri 
isim, digəri isə feldir. Lakin ismə  məxsus qrammatik 
kateqoriyalar təkcə ismi əhatə etməklə  məhdudlaşmır, adlar 
qrupuna daxil olan digər nitq hissələrinə  də aid olur. Felə 
məxsus qrammatik kateqoriyalar isə yalnız bu nitq hissəsi üçün 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə