Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə17/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   13   14   15   16   17   18   19   20   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
65 
 Dilçilik 
kitablarında  şəxs  əvəzliklərinin məzmunu və 
forması  əsas götürülməklə  onları  şərti olaraq üç yerə 
ayırmışlar: müəyyən  şəxs  əvəzliyi, yiyəlik  şəxs  əvəzliyi və 
qayıdış şəxs əvəzliyi. (2, səh. 98; 4, səh. 140) 
 Müəyyən  şəxs  əvəzlikləri hər üç şəxsin tək və  cəmini 
ümumi  şəkildə bildirən  mən, biz, sən, siz, o, onlar 
əvəzliklərindən ibarət müstəqil sözlərdir. Bunlardan mən           
I  şəxsin təkini,  biz I şəxsin cəmini,  sən  II  şəxsin təkini,  siz         
II  şəxsin cəmini,  o  III  şəxsin təkini,  onlar  III  şəxsin cəmini 
bildirir. I şəxs danışanı, II şəxs dinləyəni, III şəxs isə haqqında 
danışılanı idadə edir. Ona görə də I və II  şəxs bir qayda olaraq
canlı insan məzmunu ifadə edir, III şəxs isə həm canlı, həm də 
cansız varlıqları bildirə bilər. Lakin digər əvəzliklər kimi, şəxs 
əvəzliklərinin məzmununda da bir mücərrədlik, ümumilik var. 
Hər bir danışan şəxs mən deyərək özünü, sən deyərək dinləyəni 
ifadə edə bilər. Deməli,  mən, sən, biz, siz  əvəzlikləri bütün 
insanlara aid edilə bilər.  Qeyd etmək lazımdır ki, biz və siz 
sözləri cəm  şəkilçiləri ilə  də  işlənir:  bizlər, sizlər.  Bu zaman 
əvəzliyin ifadə etdiyi mənada bir qədər konkretləşmə müşahidə 
edilir. Məsələn,  Bir qonaq gəl bizlərə. 
 Müəyyən  şəxs  əvəzlikləri ismi əvəz etdiyindən, ona 
məxsus olan bir sıra xüsusiyyətləri qəbul edir, yəni isim kimi 
hallanır, məhdud da olsa, xəbərlik, kəmiyyət  şəkilçisi qəbul 
edir, cümlədə ismin sintaktik vəzifələrini daşıyaraq mübtəda, 
tamamlıq, ismi xəbər olur. 
            Müəyyən  şəxs  əvəzlikləri hallanarkən I şəxsin tək və 
cəmi yiyəlik halda -in  əvəzinə  -im  şəkilçisi qəbul edir. Qalan 
hallarda heç bir fərq müşahidə edilmir: 
Adlıq h.  
 mən         sən        o        biz        siz         onlar 
Yiyəlik h. 
 mənim     sənin      onun     bizim     sizin      onların 
Yönlük h. 
 mənə       sənə       ona       bizə       sizə        onlara  
Təsirlik h. 
məni        səni        onu       bizi        sizi         onları 
Yerlik h. 
məndə      səndə    onda     bizdə      sizdə      onlarda    
Çıxışlıq h 
məndən    səndən  ondan   bizdən    sizdən    onlardan 
Gülarə  Abdullayeva 
 
 
66
  
Şəxs  əvəzlikləri ismə  məxsus xəbərlik  şəkilçilərini 
məhdud  şəkildə  qəbul edir. Hər  şəxs  əvəzliyi yalnız həmin 
şəxsə  mənsub xəbərlik  şəkilçisi ilə  işlənə bilir: mən-əm, sən-
sən, o-dur, biz-ik, siz-siniz, onlar-dırlar. Hallandıqda digər 
şəxslərə uyğun xəbərlik şəkilçisini də qəbul edir: El bilir ki, sən 
mənimsən.(S.Vurğun) Kitab mənimdir. Məktub sənədir.               
Biz də sizdənik və s.  
 
Müəyyən şəxs əvəzlikləri  isim kimi cümlədə mübtəda, 
tamamlıq, ismi xəbər olur. Məsələn, Mən də ocaq qalayacam. 
(İ.Şıxlı)  Mən onun haqqında çox eşitmişəm. (İ.Şıxlı)  Mən sizi 
yaxşı başa düşürəm. (İ.Şıxlı)Nahaq yerə elə bilirik ki,  bizdən 
əvvəl yaşayanlar axmaq olublar, ağıllı elə bir bizik.               
(M.İbrahimov) və s.  
 Müəyyən  şəxs  əvəzlikləri isimlərdən  fərqli olaraq, 
cümlə daxilində özündən  əvvəl təyin qəbul etmir və cümlənin 
təyinedici üzvü də ola bilmir. Çox az hallarda bu şəxs 
əvəzlikləri  təyin kimi işlənə bilir, daha dəqiq desək, yiyəlik 
halda olan bizim, sizin  əvəzlikləri isimlə  işlənərkən 
mənsubiyyət şəkilçisi ixtisar edildikdə həmin ismin təyini kimi 
götürülür və    hansı? sualına cavab olur. Birləşmənin ikinci 
tərəfi isə əşya məzmunlu uyğun cümlə üzvü olur: Vurğunu da 
salar yada, düz ilqarlı bizim dağlar. (S.Vurğun) Sizin kənd çox 
gözəldir. 
 
Yiyəlik  şəxs  əvəzliyi.  Şəxs  əvəzliklərinin bu növü 
yiyəlik halda olan şəxs əvəzliklərinə -kı,-ki,-ku, -kü şəkilçilərini 
artırmaqla yaranır:  mənimki, səninki, onunku... Bu əvəzliklər 
mənsub  əşya anlayışını ifadə etməklə  bərabər,  əşyanın hansı 
şəxsə aidliyini də  nəzərə çatdırır. Bu əvəzliklərin qəbul  etdiyi   
-kı
4
  şəkilçisi sanki əvvəldən məlum olan əşyanı ifadə edir və 
bəzən cümlənin məzmununa  əsasən  əşyanı müəyyənləşdirmək 
olur: Bizimki belə gətirdi. - Bizim taleyimiz belə gətirdi. 
 Yiyəlik  şəxs  əvəzlikləri də    hallanır, cəmlənir və 
cümlədə  əşya məzmunlu üzv olur. Belə  əvəzliklər öz 
məzmununda subyektin malik olduğu obyekti də ümumi 


Müasir  Azərbaycan  dili 
 
 
67 
şəkildə ifadə edir. Məsələn, Bizimkilər düşmənə qalib gəldilər.
 Qeyd 
etmək lazımdır ki,  -kı, -ki, -ku, -kü    şəkilçisi 
yiyəlik halda ola bilən hər bir sözə artırılmaqla, həm subyekt, 
həm də qeyri-müəyyən bir obyekt məzmunu bildirir.  
 
Qayıdış  şəxs  əvəzliyi.  Diilmizdə qayıdış şəxs əvəzliyi 
öz  təyin  əvəzliyinə bütün şəxslər üzrə  mənsubiyyət  şəkilçiləri 
artırmaqla düzəlir. Belə ki, öz  sözünə müvafiq olaraq  -üm,        
-ümüz, -ün, -ünüz, -ü, -ləri mənsubiyyət şəkilçilərini artırmaqla 
I, II, III şəxsin tək və  cəmini bildirən qayıdış  şəxs  əvəzlikləri 
əmələ  gəlir:  özüm, özümüz, özün, özünüz, özü, özləri. Qayıdış 
şəxs  əvəzlikləri də  şəxs məzmunu ifadə edərək, ismin bir sıra 
xüsusiyyətlərini qazanmışdır. Daşıdıqları  vəzifə  və ifadə 
etdikləri məzmuna görə bu sözlərdən dilimizdə çox geniş 
şəkildə istifadə edilir. Bu əvəzliklər də isim kimi hallanır: 
 
 
Özüm  
özün  
özü  
özümüz  
özünüz 
özləri  
özümün    
özünün       
özünün     
özümüzün  
özünüzün   
özlərinin 
özümə      
özünə        
özünə       
özümüzə   
özünüzə    
özlərinə 
özümü      
özünü        
özünü       
özümüzü  
özünüzü    
özlərini 
özümdə    
özündə       
özündə     
özümüzdə  
özünüzdə   
özlərində 
özümdən  
özündən    
özündən    
özümüzdən  
özünüzdən   
özlərindən 
 
Göründüyü kimi, II və III şəxsin təkini bildirən özüm və 
özü  əvəzlikləri hallanarkən eyni fonetik tərkibə malik olur. 
Onları    fərqləndirmək üçün əvvəlinə yiyəlik halda olan 
müəyyən şəxs əvəzliyi artırmaq lazımdır.   Özünü görməliyəm -
Sənin özünü görməliyəm və ya Onun özünü görməliyəm. 
Bu  əvəzliklər adlıq halda işlənərkən subyekti bildirib 
mübtəda olur. Yönlük, təsirlik, yerlik, çıxışlıq hallarında 
işləndiyi zaman tamamlıq, xəbər  şəkilçisi qəbul etdikdə  xəbər 
vəzifəsi daşıyır. Məsələn, Atları açın, dincəlsinlər, özümüz də 
nəfəsimizi dərək. (İ.Şıxlı)  İndi ki belə oldu, özünü  gözlə.          
(İ.Şıxlı)  Əşrəf  əli ilə tüstünü özündən uzaqlaşdırdı. (İ.Şıxlı) 
Günahkar özüməm. (İ.Şıxlı) 
Gülarə  Abdullayeva 
 
 
68
 Qayıdış şəxs əvəzlikləri subyektlə birlikdə işlənərək onu 
daha da konkretləşdirir və onunla birlikdə cümlənin mürəkkəb 
üzvü olur. Məsələn,  Mən özüm onun cəzasını verərəm. 
Tapşırığı sən özün yazmamısan və s.  
 
Bəzən  öz sözü mənsubiyyət  şəkilçisi ilə  işlənməsinə 
baxmayaraq,   bağlayıcısı ilə birlikdə  özü də  şəklində 
mürəkkəb bağlayıcı əmələ gətirir. Belə halda özü də sözü şəxs 
bildirmir,    həm də bağlayıcısının məzmununu ifadə edir
qoşulma  əlaqəli tabesiz mürəkkəb cümlələrin komponentlərini 
əlaqələndirməkdə mühüm rol oynayır. Məsələn, Onun çoxlu 
kitabları vardı, özü də çox qiymətli və nadir kitabları.  
İşarə  əvəzlikləri  əşyaya ümumi şəkildə  işarə edən 
əvəzliklərdir. Mənşə etibarilə  şəxs  əvəzliklərindən daha 
qədimdir.  Ədəbi dilimizdə  ən çox işlədilən işarə  əvəzlikləri 
bunlardır: bu, o, belə, elə, həmin, həmən. Bu əvəzliklərdən bu, 
belə, həmin sözləri nisbətən yaxını,  o, elə, həmən sözləri isə 
nisbətən uzağı ifadə edir. Dilimizdə  işarə  əvəzlikləri isimlərin 
əvvəlinə  əlavə edilməklə  həmin ismi müəyyən edir, lakin onu 
sifət kimi əlamət və keyfiyyət cəhətindən deyil, başqa cəhətdən 
– aydınlaşdırmaq, seçmək və müəyyənləşdirmək cəhətindən 
izah edir. Buna görə  də  işarə  əvəzlikləri  əksər halda bu və ya 
digər bir sözün təyinedicisi vəzifəsini daşıyır. Məsələn, Bizə bu 
nazlı aləm görünərdi qaranlıq, Gözəl çalışmasaydıq, gözəl 
yaşamasaydıq. (M. Müşfiq) 
O, bu  işarə  əvəzlikləri isimləşərək hallanır və cümlədə 
əşya məzmunlu üzv yerində  işlənir. Məsələn,  O dedi, bu 
dinlədi, bu dedi, o təsdiqlədi.  
İsimləşərək adlıq halda dayanan o, bu işarə  əvəzlikləri 
cümlədə mübtəda vəzifəsini yerinə yetirir. Bu zaman onun 
təyin olmadığını  nəzərə çatdırmaq üçün vergüldən istifadə 
olunur.  O, kitabı götürdü.-cümləsində vergül  o  əvəzliyinin 
mübtəda olduğunu nəzərə çatdırır.  Əgər vergülü qoymasaq, 
cümlənin məzmunu, əvəzliyinin sintaktik vəzifəsi tam dəyişər 
və təyin olar. O kitabı götürdü.-hansı kitabı-o kitabı.   


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə