Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə13/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   9   10   11   12   13   14   15   16   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
49 
6.-caq,-cək şəkilçisi ilə xasiyyət və hal-vəziyyət bildirən 
sifətlər düzəlir: sevincək, utancaq, ərincək və s. 
7.-ıq, -ik, uq, -ük, -k    şəkilçisi ilə:  sınıq, kəsik, buruq, 
çürük, sökük, açıq və s. 
8.-ınc, inc, -unc, -ünc  şəkilçisi ilə:  qorxunc,  gülünc                
və s. 
9.-c şəkilçisi ilə: qısqanc, iyrənc və s. 
10.
 
 -ma, -mə  şəkilçisi ilə:  hörmə, burma, döymə, 
gəlmə, alınma və s
11.
 
-ar, -ər  şəkilçisi ilə:   qaynar (su),oxşar 
(xasiyyət), gülər (üz) və s.  
12.
 
-maz,-məz şəkilçisi ilə: qorxmaz (adam), sönməz 
(alov) və s. 
13.
 
-ri şəkilçisi ilə:  əyri, yumru və s. 
Qeyd. Feldən düzələn sifətlərlə feli sifətləri bir-biri ilə 
qarışdırmaq və eyniləşdirmək olmaz. Onların  aşağıdakı 
oxşar və fərqli cəhətləri var: Feli sifət də sifət kimi əşyaya aid 
olub, onu izah edir, aydınlaşdırır, aid olduğu sözdən  əvvəl 
gələrək onunla yanaşma əlaqəsinə girir və cümlədə təyin olur. 
Feli sifətlər də sifətlər kimi isimləşərək hal, kəmiyyət, 
mənsubiyyət və xəbərlik şəkilçilərini  qəbul edə bilir.  Lakin 
feli sifət sifətə  məxsus bu əlamətləri qəbul edərkən fellik 
xüsusiyyətlərindən (təsdiq və inkar, təsirli və  təsirsiz olma, 
növlər üzrə dəyişmə) heç də uzaqlaşmır. Bu sözləri asanlıqla 
inkarda işlətmək, növlər üzrə  dəyişmək və s. olur. Məsələn, 
açan çiçək-açmayan çiçək, açılmayan qapı, açdıran adam və s
Digər tərəfdən, feli sifət əşyanın mövcud zamandakı hərəkəti 
ilə bağlı əlamətini bildirir.  Feldən düzələn sifətlərdə isə kök 
fel olsa da,  heç bir fellik xüsusiyyəti müşahidə edilmir və bu 
cür sözlər əşyanın daimi əlamətini bildirir. Məsələn, ağlayan 
uşaq və  ağlağan uşaq birləşmələrində  ağlayan sözü uşağın 
həmin vaxt icra etdiyi hərəkətlə bağlı əlamətini bildirir. Uşaq 
indi ağlayır, bir az sonra ağlamaya da bilər. Lakin ağlağan 
sözü uşağın daimi əlamətini bildirir və onun çox ağladığını 
nəzərə çatdırır.  
Gülarə  Abdullayeva 
 
 
50
Dilimizə  ərəb və fars dillərindən keçən aşağıdakı son 
şəkilçilər vasitəsilə də  sifətlər əmələ gəlir: 
1.-i  şəkilçisi ilə nisbət, aidiyyət bildirən düzəltmə 
sifətlər yaranır:  mülki, elmi, ədəbi, inqilabi, tarixi, xarici, 
iqtisadi, daxili, zahiri və s. 
2.Bəzən sonu ə saiti ilə bitən isimlərə  -vi  şəkilçisi 
artırılaraq düzəltmə sifət  əmələ  gətirilir:  ənənəvi, dairəvi, 
kütləvi, nümunəvi, tərbiyəvi və s
3.-kar  şəkilçisi ilə:  təmizkar, xilaskar, təvazökar, 
fitnəkar, davakar, xəyanətkar, tələbkar, günahkar və s. 
4.İsimlərin sonuna -baz  şəkilçisinin  əlavəsi ilə: 
kələkbaz, sözbaz, siyasətbaz, hoqqabaz və s. 
5.-pərəst  şəkilçisi ilə:  xəyalpərəst,  şöhrətpərəst, 
millətpərəst, vəzifəpərəst və s. 
6.-pərvər  şəkilçisi ilə:  vətənpərvər, sülhpərvər, 
insanpərvər və s. 
7.-xah şəkilçisi ilə: xeyirxah, bədxah və s. 
8.-dar  şəkilçisi ilə:  əməkdar, evdar, dindar, əlaqədar     
və s. 
9.-xor şəkilçisi ilə: müftəxor, rüşvətxor və s
10.-keş  şəkilçisi ilə:  cəfakeş, qayğıkeş,  əzabkeş, 
zəhmətkeş və s. 
Ərəb və fars sözlərindən aşağıdakı ön şəkilçilərlə 
düzəltmə sifətlər əmələ gəlir: 
1.bi-  şəkilçisi ilə: bikef, biməna, bisavad, biədəb, bihal, 
biqərəz və s. 
2.na-  şəkilçisi ilə: naxoş, namərd, namünasib, nainsaf, 
naxələf və s. 
3.ba- şəkilçisi ilə: baməzə, basəfa və s. 
Rus dilindən və başqa dillərdən keçən isimlərdən 
aşağıdakı  ön şəkilçilər vasitəsilə  sifət yaranır: 
1.anti-  şəkilçisi ilə: antihumanist, antiimperialist və s. 
2.a-    şəkilçisi ilə:  anormal, asemantik, asimmetrik
asintetik və s. 


Müasir  Azərbaycan  dili 
 
 
51 
Mürəkkəb sifətlər iki sözün birləşməsindən  əmələ 
gəlir.  Əksər hallarda sifət və isim birləşərək bir vurğu altında 
tələffüz olunur, bir məna ifadə edir. Müasir Azərbaycan dilində 
işlənən mürəkkəb sifətlər aşağıdakı yollarla yaranır: 
1.
  İki  sifətin təkrar edilməsi ilə:  uzun-uzun, gözəl-
gözəl, şirin-şirin, yaşıl-yaşıl, yastı-yastı, dadlı-dadlı 
və s. 
2.
  Yaxınmənalı iki  sifətin yanaşı işlənməsi ilə: bağlı-
bağçalı, güllü-çiçəkli və s. 
3.
 
Əksmənalı sifətlərin birləşməsi ilə:  böyüklü-kiçikli, 
irili-xırdalı, ağlı-qaralı və s. 
4.
 
Müxtəlif mənalar ifadə edən sadə  və  düzəltmə 
sifətin birləşməsi ilə: ucaboylu, uzunsaçlı, istiqanlı,  
qaragözlü     və s. 
5.
 
Bir  əsli sifət və bir ismin birləşməsi ilə:  dikbaş, 
qaraqaş, göygöz, şirindil və s
6.
  Bir sadə isim və feldən düzələn sifətin birləşməsi 
ilə: 
ziyanverici, sözdüzəldici, həyatverici, 
başgicəlləndirici və s. 
7.
 
Feldən düzələn sifət və ismin birləşməsi ilə: 
açıqgöz, kəsiksaç və s. 
8.
 
Mənsubiyyət şəkilçili isim və sadə (və ya düzəltmə) 
sifətin birləşməsi ilə:  ürəyiaçıq, üstüörtülü, 
qanıqara, sözübütöv, dilişirin və s. 
9.
 
Müxtəlif hallarda işlənmiş isim və ya zərflə feli 
sifətin birləşməsindən:  uzaqgörən, ağlabatmaz, 
əlçatmaz, aztapılan və s. 
10.
 
-dan
2
  şəkilçili isimlə sifətin birləşməsindən: 
sinifdənxaric, adətdənkənar, ağıldankəm, 
göydəndüşmə və s. 
11.
 
 Bir say və bir sadə ismin birləşməsi ilə:  beşguşə 
(ulduz), ikimərtəbə (ev) və s. 
12.
  Bir say və bir düzəltmə ismin birləşməsi ilə: 
beşillik, üçtelli, dördayaqlı və s. 
Gülarə  Abdullayeva 
 
 
52
13.
  II növ təyini söz birləşməsindən  əmələ  gələnlər: 
məktəbyanı, seçkiqabağı, bayramqabağı və s. 
14.
 
 Biri və ya hər ikisi təklikdə işlənə bilməyən sözlərin 
birləşməsi ilə: kələ-kötür, qara-qura, balaca-malaca 
və s
15.
 
 Qeyri  sözü ilə sifətin birləşməsindən:  qeyri-qəti, 
qeyri-qanuni, qeyri-sabit, qeyri-müəyyən və s. 
16.
 
 ba, bə ünsürü vasitəsilə eyni sözün təkrarı ilə: 
növbənöv, cürbəcür və s
17.
 
Dilimizdə işlənən mürəkkəb sifətlərin bir qismi ərəb 
və fars dillərindən keçmiş mürəkkəb sifətlərdir: 
xoşqədəm, bədbəxt, hazırcavab, alicənab, xoşrəftar, 
bədniyyət və s.  
Sifətin dərəcələri. Sifəti başqa nitq hissələrindən 
fərqləndirən əsas əlamətlərdən biri onun dərəcələridir. Sifətin 3 
müqayisə  dərəcəsi var: 1. Adi dərəcə; 2. Çoxaltma dərəcəsi;            
3. Azaltma dərəcəsi. 
Əlamətin normada olduğunu bildirən dərəcə adi 
dərəcə adlanır. Adi dərəcə həm məzmun, həm də şəkilcə başqa 
dərəcələrdən onunla fərqlənir ki, o, bütün dərəcələr üçün meyar 
hesab olunur. Sifətlər öz adi vəziyyətində normal keyfiyyət, 
rəng,  əlamət və s. ifadə edir. Adi dərəcənin  şəkli  əlaməti 
yoxdur, yəni sıfır  şəkilçilidir. Dərəcə  əlaməti qəbul etməmiş 
bütün sifətlər adi dərəcədədir: böyük, kiçik, ağ, enli, uzunsaçlı, 
çalışqan, ağıllı və s. 
Əlamət və keyfiyyətin normadan - adi dərəcədən çox 
olduğunu bildirən dərəcəyə çoxaltma dərəcəsi deyilir. Bu 
dərəcə  fonosintetik və sintaktik üsulla formalaşır. (3, səh. 121) 
Çoxaltma dərəcəsini fonosintetik üsulla yaratmaq üçün, 
ilk növbədə, sifətin özündən istifadə olunur. Sifətin ilk hecasına 
və ya birinci saitindən sonra m, p, r, s samitlərindən biri artırılır 
və  həmin sifətin  əvvəlinə qoşularaq onunla birlikdə  işlənir: 
yamyaşıl, qupquru, tərtəmiz, dosdoğma, qıpqırmızı, bomboş 
gömgöy və s. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə