Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə10/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   6   7   8   9   10   11   12   13   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
37 
          Məsdərlər və  -lıq
4
  şəkilçisi ilə düzələn isimlər bəzən 
yönlük halda işlənərək, məqsəd məzmunu bildirir. Məsələn, 
Səlim işləməyə gedir.  
           Belə hallarda yönlük hal şəkilçisini  üçün qoşması ilə 
əvəz etmək mümkündür. Məsələn, Səlim işləmək üçün gedir. 
Təsirlik hal  hərəkətin təsir göstərdiyi obyekti, başqa 
sözlə, üzərində  iş, hərəkət icra olunan əşyanı bildirir. Təsirlik 
halın da iki növü vardır: müəyyən təsirlik hal, qeyri-müəyyən 
təsirlik hal. Müəyyən təsirlik halın  şəkilçisi  
4
  şəkilçisidir. 
Kitabı, dəftəri, göyü, otu və  s.  Söz saitlə bitdikdə bitişdirici       
n samitindən istifadə olunur: ana-nı, Arzu-nu, xala-nı, Xəyalə-
ni  və  s.  Müəyyən təsirlik hal kimi? nəyi? haranı? suallarına 
cavab verir. Müəyyən təsirlik halda olan sözlər cümlədə 
müəyyən vasitəsiz tamamlıq vəzifəsini daşıyır. Məsələn, Sabah 
evi  silib-süpürəcəm. (İ.Şıxlı)  Yorğan-döşəyi yük yerinə 
yığacam. (İ.Şıxlı) 
Qeyri-müəyyən təsirlik halın xüsusi qrammatik şəkilçisi 
yoxdur,  nə? sualına cavab verir, cümlədə yalnız təsirli felin 
yanında olur. Onunla təsirli fel arasına, bir qayda olaraq, başqa 
söz daxil etmək olmur. Sintaktik vəzifəsi qeyri-müəyyən 
vasitəsiz tamamlıq olmaqdır. Məsələn, Divarlara kilim 
vuracam. (İ.Şıxlı) Qab-qacaq da gətirmişəm. (İ.Şıxlı) 
Bu halda olan söz formaca adlıq halda olan sözə 
bənzəyir. Qeyri-müəyyən təsirlik halda olan sözü adlıq hallı  
sözdən fərqləndirmək üçün bunları bilmək lazımdır:    
1.Qeyri-müəyyən təsirlik halda olan sözü asanlıqla 
müəyyən təsirlik hala çevirmək olar. Məsələn, O, bağdan gül 
(gülü) dərdi. 
2.Qeyri-müəyyən təsirlik halda olan sözün cümlədəki 
yerini onu yalnız müəyyən təsirlik hala çevirməklə  dəyişmək 
olur. Məsələn,  Şagird yazı yazır. Yazını şagird yazır. 
3.Qeyri-müəyyən təsirlik halda olan sözün qarşısına  o, 
bu,  həmin  işarə  əvəzliklərini artırdıqda  söz müəyyən təsirlik 
Gülarə  Abdullayeva 
 
 
38
halın  şəkilçisini qəbul etmiş olacaqdır. Məsələn,  Mən kitab 
aldım. Mən bu kitabı aldım
Təsirlik halda olan söz cümlədə xəbər vəzifəsini daşıya 
bilmir, qoşmalarla işlənə bilmir. Suallarından asılı olmadan, 
təsirlik hal cümlənin, bir qayda olaraq, müstəqim obyekti – 
vasitəsiz tamamlığı olur. Çox az hallarda təsirlik halda olan söz 
cümlədə yer zərfliyi vəzifəsini daşıyır. Məsələn,  Mən bütün 
şəhəri gəzdim,- cümləsində  şəhəri sözü təsirlik halda olsa da, 
əslində yerlik halı  əvəz etmişdir. Yalnız belə hallarda təsirlik 
halda olan söz yer zərfliyi kimi qəbul edilir. 
Qeyd. 
Ümumiyyətlə, ismin yiyəlik və  təsirlik halı  bəzi 
xüsusiyyətlərinə görə oxşasalar da, aralarında kəskin təzad 
vardır. Hər iki hal müəyyən və qeyri-müəyyən formada təzahür 
edir. Onların hər ikisinin müəyyən forması  şəkilçili, qeyri-
müəyyən forması isə şəkilçisiz olur. Hər ikisinin şəkilçili forması 
aid olduğu sözlə idarə, qeyri-müəyyən –şəkilçisiz forması isə aid 
olduğu sözlə yanaşma  əlaqəsində olur.  Hər ikisinin şəkilçisiz 
forması ümumi isimlərlə ifadə olunub, əsasən, nə? sualına cavab 
verir. Lakin bu oxşarlıqlara baxmayaraq, bu iki hal arasında 
aşağıdakı  təzadlı  məqamlar vardır: 1. Yiyəlik hal sahib şəxs 
bildirdiyindən ancaq isim və isimləşə bilən sözlərlə  əlaqələnir. 
Təsirlik hal isə, adından da göründüyü kimi, hərəkətin təsir 
göstərdiyi obyekti ifadə etdiyindən ancaq fellə bağlanır, heç vaxt 
isimlə əlaqələnmir. Buna görə də yiyəlik hal ismi, təsirlik hal isə 
feli birləşmənin asılı tərəfi olur. 2. Təsirlik hal bir qayda olaraq 
cümlədə müstəqil üzv-tamamlıq vəzifəsini yerinə yetirir. Yiyəlik 
halda olan söz isə, demək olar ki, ayrılıqda cümlə üzvü olmur, 
yalnız mənsubiyyət  şəkilçili sözlə birlikdə bir mürəkkəb cümlə 
üzvü kimi çıxış edir. 3. Yiyəlik hal ancaq xəbərlik şəkilçisi qəbul 
edərək təklikdə çümlənin ismi xəbəri ola bilir. Təsirlik hal isə heç 
vaxt xəbər ola bilmir.
 
Yerlik hal  hərəkətin baş verdiyi və ya əşyanın tutduğu 
yeri bildirir. Kimdə? nədə? harada? suallarına cavab verir. 
Yerlik hal adlıq halda olan isimlərin sonuna -da
2
  şəkilçisini 
artırmaqla  yaranır. Yerlik halda olan söz həm feli, həm də ismi 


Müasir  Azərbaycan  dili 
 
 
39 
xəbərlə  əlaqəyə girir. Məsələn, Biz şəhərdə yaşayırıq. (feli 
xəbərli cümlə). Qızın  əlində göl dəstəsi vardı. (ismi xəbərli 
cümlə). Yerlik halın aşağıdakı vəzifələri vardır: 
1.
 
Yerlik hal əşyanın və ya hərəkətin olduğu yeri bildirir. 
Məhz əşyalıq və ya məkan münasibətləri bildirməsindən 
asılı olaraq, həmin sözlər cümlədə ya tamamlıq, ya da 
yer zərfliyi olur. Məsələn,  Kitabda maraqlı bir faktla 
rastlaşdım. 
Şəhərdə xüsusi canlanma vardı.- 
cümlələrindən birincisində yerlik halda olan söz 
(kitabda) tamamlıq, ikincisində isə  (şəhərdə) yer 
zərfliyidir. 
2.
 
Zaman və  fəsil bildirən isimlər yerlik halda zaman 
zərfliyi əmələ gətirir. Ayda, gündə, ildə, saatda, yazda, 
yayda və s. Meşələr, Yayda yaylağımdır, qışda oylağım, 
Yazda seyrəngahım bu dağlar mənim.(Aşıq Ələsgər) 
3.
 
-lıq
4
  şəkilçili isimlər yerlik halda zaman məzmunu 
bildirir.  Cavanlıqda, qocalıqda, uşaqlıqda  və s. 
Məsələn, Cavanlıqda əllər uzun, dillər qısa, Qocalıqda 
əllər qısa, dillər uzun. (B. Vahabzadə) 
4.
 
-lıq
4
  şəkilçili isimlər yer məzmunu bildirir. Ortalıqda, 
aralıqda və s. 
5.
 
Qaranlıq, işıq kimi isimlər yerlik halda hal-vəziyyət 
məzmunu bildirir. Qaranlıqda göz-gözü görmürdü.  
6.
 
O  işarə  əvəzliyindən yerlik halda zaman zərfi  əmələ 
gəlir. Məsələn,  Onda hələ müharibə başlamamışdı. 
7.
 
Saylardan düzəlmiş isimlər yerlik halda işlənərək 
müxtəlif zərflər əmələ gətirir. Birlikdə, təklikdə, ikilikdə, 
azlıqda və s. 
Çıxışlıq hal  hərəkətin çıxış, yəni başlanğıc nöqtəsini 
bildirir. Çıxışlıq hal -dan
2
  şəkilçisi ilə  əmələ  gəlir,  kimdən? 
nədən? haradan? suallarına cavab verir. Çıxışlıq halda olan 
sözlər həm təsirli, həm də təsirsiz fellərlə əlaqəyə girir: Onlar 
nəm qoxuyan otaqdan çıxdılar. (İ.Şıxlı) (Təsirsiz fellə); Qız 
pəncərədən hər  şeyi gördü. (İ.Şıxlı) (Təsirli fellə).   Bu halda 
Gülarə  Abdullayeva 
 
 
40
olan sözlər ismi xəbərlə  də  əlaqəyə girir. Məsələn,  Bizə 
kənddən sovqat var. Hadisədən xəbərsizəm. və s. 
Çıxışlıq halda olan sözlər vasitəli tamamlıq, yer zərfliyi 
və ismi xəbər vəzifəsində  işlənə bilir. Məsələn, Bircə  ondan 
(vasitəli tamamlıq) razıyam ki, özümdən narazıyam.                 
(B.Vahabzadə); Bacım  şəhərdən qayıtdı (yer zərfliyi). Məktub 
anamdandır  (xəbər).  Çıxışlıq  halda olan sözlər qoşma ilə  də 
işlənir. Məsələn, uşaqdan ötrü, payəzdan sonra, uşaqdan 
savayı və s. 
İsmin  kəmiyyyət  kateqoriyası.  Kəmiyyət çox geniş 
anlayış olub, dildə müxtəlif forma və vasitələrlə özünü göstərir. 
Azərbaycan  dilində    kəmiyyət  anlayışını ifadə etmək yalnız  
isimlərə  məxsus  deyildir.  Bəzi  morfoloji  əlamətlər  isimlərlə  
birlikdə    kəmiyyətin  çoxluğu  və    ya    azlığını  daha  aydın  
göstərir.  Dilimizdə  olan isimlərin  çoxu  həm  təki, həm  də  
çoxluğu,  yəni  həm  ayrı-ayrı  əşyaları,  həm  də  bu  əşyaların   
küllünü  bildirir.  Azərbaycan  dilində    cəmlik  əsasən  
aşağıdakı  morfoloji vasitələrlə  ifadə  olunur: 
 1.  -lar, -lər    cəmlik  şəkilçisi  hansı  nitq  hissəsinə  
əlavə  olunursa,  qeyri-müəyyən  çoxluq  məzmunu  yaradır.  
Məsələn,  adamlar,  kitablar,  böyüklər,  kiçiklər  və s.  
 2. -q, -k  ünsürləri  müvafiq  saitlər  vasitəsilə  -ıq, -ik,    
-uq, -ük    şəklində ismi  xəbərin  birinci şəxsin cəminə aid 
olduğunu bildirir. Məsələn,  tələbəyik, müəllimik, əlaçıyıq  və s. 
 3.  -ız, -iz, -uz, -üz  şəkilçisi. Bu şəkilçi  yalnız  şəxsin 
çoxluğunu ifadə edir. O, mənsubiyyət  şəkilçisi olarkən birinci 
və ikinci şəxsin cəmini (atamız,  atanız),  xəbərlik  kateqoriyası  
şəkilçisi  olarkən ikinci şəxsin cəmini  (tələbəsiniz),    fellərdə 
şəxs  kateqoriyası    şəkilçisi  olarkən  yenə  də  ikinci  şəxsin  
cəmini  (yazırsınız)  və s.  ifadə edir. 
Bunlardan  başqa,  Azərbaycan  dilində    kəmiyyət  
anlayışının  ifadəsi  üçün  digər  vasitələrdən  də  istifadə  edilir.   
Dilimizdə    birdən  çox  əşyanın  kəmiyyətini  ifadə  
etmək   üçün  sintaktik  üsuldan  da  istifadə  olunur.  Bu  halda  


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə