Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə6/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   2   3   4   5   6   7   8   9   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
21 
 
       Mövzu № 2                      Əsas nitq hissələri 
 
 
 
 
Mövzunun planı: 
 
1.
  Əsas nitq hissələri haqqında ümumi məlumat 
2.
  İsim əsas nitq hissəsi kimi. İsmə məxsus ümumi 
qrammatik kateqoriyalar 
3.
  Sifət, quruluşca növləri, dərəcələri 
4.
  Say, onun məna növləri və quruluş xüsusiyyətləri 
5.
  Əvəzlik əsas nitq hissəsi kimi 
6.
  Fel əsas nitq hissəsi kimi 
7.
  Zərf əsas nitq hissəsi kimi 
 
Əsas nitq hissələri 
haqqında ümumi məlumat 
 
Sözlər bir-birindən ifadə etdiyi müstəqil leksik mənaya 
görə fərqlənir. Məsələn, kitab, qələm, tələbə sözləri bir-birindən 
təklikdə daşıdığı lüğəvi mənasına görə fərqləndirilir. Lakin bu 
sözlərin hamısı üçün eyni olan cəhətlər- qrammatik mənaları 
onları bir arada birləşdirməyə imkan verir. Bu sözlərin hər üçü 
adlandırma funksiyasını daşıyır, tək və ya cəmdə ola bilir, 
hallanır, mənsubiyyətə görə  dəyişir, cümlədə  əşya məzmunlu 
üzv yerində durur. Qeyd olunan xüsusiyyətləri hündür, qırmızı, 
geniş, eləcə də qaçmaq, gətirmək, yemək və s. sözlərə də şamil 
etmək olar. Beləliklə, dildə olan sözlərin bir qismi adlandırma, 
bir qismi əlamət bildirmə, digər qismi hərəkət bildirməsinə görə 
və s. fərqlənir. Bundan başqa,  dilin lüğət tərkibində elə sözlər 
də vardır ki, onlar müstəqil lüğəvi mənaya malik olmasalar da, 
Gülarə  Abdullayeva 
 
 
22
fikrin ifadə olunması prosesində yardımçı olur, cümlədə 
müəyyən qrammatik vəzifə daşıyır.  Beləliklə, dildə olan sözlər 
qrammatik  əlamətlərinə görə bir-birindən fərqlənərək söz 
qruplarının  əmələ  gəlməsinə  səbəb olur. Bu cür söz qrupları 
nitq hissələri adlanır. 
Ümumi qrammatik əlamətinə görə  fərqlənən söz 
qruplarına  nitq  hissələri  deyilir.   
Qeyd etdiyimiz kimi,  nitq hissələri bir-birindən ümumi 
qrammatik əlamətinə görə fərqlənsələr də,  bəzən müxtəlif nitq 
hissələri üçün ümumi olan cəhətlər ortaya çıxır. Dilimizdə olan 
nitq hissələrinin bir qismi müstəqil lüğəvi mənaya malik olub 
ayrılıqda suala cavab verir. Bu nitq hissələrinə daxil olan sözlər 
məfhum və anlayışları, onların  əlamətlərini, miqdarını,  hal-
vəziyyətini, hərəkətini ifadə edir. Bu sözlər, eyni zamanda dilin 
daxili imkanları hesabına sözyaratma prosesində  fəal olub, 
xammal rolunu oynayır. Fikrin ifadəsi üçün cümlə qurarkən bu 
sözlər  əsas rol oynamaqla cümlənin bu və ya digər üzvü 
yerində dayanır. Dilimizdə qeyd olunan xüsusiyyətləri daşıyan 
nitq hissələri  əsas nitq hissələri adlanır. Beləliklə,  əsas nitq 
hissələri müstəqil lüğəvi mənaya malik olan, təklikdə suala 
cavab verən, cümlədə müəyyən sintaktik vəzifə daşıyan, söz 
yaradıcılığı prosesində  fəal iştirak edən sözlərdir. Dilimizdə 
əsas nitq hissələrinə isim, sifət, say, əvəzlik, fel, zərf daxildir. 
Əsas nitq hissələri özləri də qrammatik keyfiyyətləri, sintaktik 
xüsusiyyətləri nəzərə alınmaqla, iki qrupa: adlar və fellər 
qrupuna bölünür. Adlar qrupuna əşya ilə bağlı olub, onu 
müxtəlif cəhətdən aydınlaşdıran nitq hissələri, yəni  isim və 
isimləşə bilən nitq hissələri daxildir. Başqa sözlə, isim, sifət, 
say,  əvəzlik  adlar qrupunu yaradır.  Fel və  zərf isə  hərəkətlə 
bağlı olduğu üçün əvvəlki qrupdan fərqləndirilir və ayrıca fellər 
qrupunu təşkil edir. Əsas nitq hissələrinin sıralanmasında da bir 
qanunauyğunluq vardır. Yaranma tarixinə görə ilk və ən qədim 
nitq hissəsi hesab olunan isim bu sıralanmada birinci yerdə 
durur. Əşyanın əlamətini bildirən sifət ikinci, miqdarını bildirən 


Müasir  Azərbaycan  dili 
 
 
23 
say üçüncü yerdə dayanır. Bu nitq hissələrinin hər birini əvəz 
edən  əvəzlik onlardan sonra gəlir. Fellər qrupunu təşkil edən 
nitq hissələrindən  əvvəlcə fel, sonra hərəkətin  əlamətini 
bildirən zərf dayanır. Beləliklə,  əsas nitq hissələri isim, sifət, 
say,  əvəzlik,  fel,  zərf  kimi  düzülür.  Bunlardan   isim - ad,      
sifət - əlamət, say - miqdar, sıra, fel - hərəkət, zərf isə hərəkətlə 
bağlı əlaməti bildirir.  
 
İsim əsas nitq hissəsi kimi.  
İsmə məxsus ümumi qrammatik kateqoriyalar 
 
 
 Əşyanın adını bildirən, kim? nə? hara? suallarından 
birinə cavab verən əsas nitq hissəsinə isim deyilir.  
İsmin ümumi qrammatik mənası  əşya bildirməkdir. 
İsimlər bütün canlı  və cansız, konkret-mücərrəd, hətta dini və 
mifik-əfsanəvi varlıqların adlarını bildirir. Məsələn, insan, 
Cəmil, müəllim, daş, dəmir, alma, armud, səadət, mənəviyyat, 
fikir, əxlaq, Allah, Peyğəmbər, cin, şeytan və s. Məkan bildirən 
müxtəlif səmavi-astronomik varlıqlar da əşyadır. Bu mənada 
əşya sözü terminoloji addır və bir termin olaraq təbii ki, 
müəyyən  şərtiliklərə malikdir.  Morfologiyada əşya,  hərfi 
mənasından fərqli olaraq, bir qədər mücərrədləşmiş  şəkildə 
başa düşülür. Yəni  əşya dedikdə yalnız cansız varlıqlar deyil, 
canlı varlıqlar da nəzərdə tutulur. İsimləri məna növlərinə görə 
üç cür təsnif etmək olar: 
1.
  Ümumi və xüsusi isimlər. 
2.
  Konkret və mücərrəd isimlər. 
3.
  Tək və toplu isimlər. 
Eynicinsli  əşyaların ümumi adlarını bildirən sözlərə 
ümumi isim deyilir. Başqa sözlə, ümumu isimlər dedikdə 
əşyalara ümumi şəkildə verilən adlar başa düşülür. Məsələn, 
ağac, daş, insan, torpaq, uşaq, mələk və s
Gülarə  Abdullayeva 
 
 
24
Xüsusi isimlər varlığı  tək olan əşyanın adını bildirir. 
Başqa sözlə, xüsusi isim ümumi isimlərdən birini başqalarından 
fərqləndirmək üçün ona təklikdə verilən addır. Xüsusi isimlərə 
insan ad və soyadları  (Kamil Cəlilov),  təxəllüs  (Füzuli, Vaqif, 
Sabir), ölkə adları  (Azərbaycan),  şəhər və  kənd adları  (Bakı, 
Maştağa), dağ, dəniz və çay adları (Kəpəz, Xəzər, Araz), qəzet 
və jurnal adları  (“Ulduz” “Tumurcuq”), planet adları  (Yer, 
Mars), heyvanlara verilən adlar (Məstan, Alabaş) və s. daxildir. 
Gözlə görülməsi və  əl ilə toxunulması mümkün olan, 
obyektiv aləmdə, fəzada müəyyən yer tutan əşyaların adını 
bildirən  sözlər konkret isimlər adlanır. Məsələn, kitab, kağız, 
ot, süd, daş, ağac və s. 
Gözlə görülməyən, toxunulması mümkün olmayan, 
təsəvvür olunan məfhum və anlayışların  adını bildirən sözlər 
mücərrəd isimlər adlanır. Mücərrəd isimlər yalnız nə? sualına 
cavab verir. Məsələn,  xəyal, arzu, fikir, müəllimlik, düşüncə, 
gözəllik və s
 Ümumi  isimlərin bir çoxu bir məfhum olaraq təklik 
bildirir. Məsələn, insan, həkim, söz, fikir və s.  Lakin eyni 
əşyadan iki və daha çox sayda olduqda, bunu  saylardan istifadə 
etmədən, ismin sonuna cəm  şəkilçisini (-lar, -lər) artırmaqla 
ifadə etmək olur: insanlar, həkimlər, sözlər, fikirlər və s. Bu cür 
isimlər cəm isimlər adlanır.  
Dilimizdə elə isimlər də var ki, cəm  şəkilçisi qəbul 
etmədən öz bütöv kütləsi ilə çoxluq bildirir. Formaca tək olan, 
mənaca çoxluq bildirən belə  isimlər toplu isimlər adlanır. 
Məsələn, sürü, camaat, xalq, ordu, qoşun, rota, el, kütlə, əhali, 
naxır, ilxı və s. Bu isimlərin leksik mənasında çoxluq anlayışı 
vardır. Bunlar cəm  şəkilçisi ilə  də  işlənə bilər. Məsələn
sürülər, ilxılar, xalqlar, qoşunlar, kütlələr  və  s. Belə hallarda 
toplu isimlər ikiqat çoxluq məzmununa malik olur. Yəni toplu 
ismin ifadə etdiyi məzmunda nəzərdə tutulan əşyanın deyil, 
onun özünün çoxluğu başa düşülür. Məsələn,  ilxı sözü atların 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə