Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə19/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   15   16   17   18   19   20   21   22   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
73 
xarakterikdir. Dilimizdə fel üçün səciyyəvi olan aşağıdakı 
cəhətlər var: 
1.
 
Fellərin iş görəni,  işi icra edəni olur. 
2.
 
Fellər təsdiq və  inkar olur. 
3.
 
Fellər təsirli və təsirsiz olur. 
4.
 
Fellərdə növ kateqoriyası var. 
5.
 
Fellərdə zaman kateqoriyası var. 
6.
 
Fellərdə şəxs kateqoriyası var. 
7.
 
Felin təsriflənən və təsriflənməyən formaları var. 
Azərbaycan dilinin felləri zəngin lüğəvi məna növlərinə 
malikdir: Bunlara aşağıdakıları misal göstərmək olar: 
İş felləri:  qazmaq, yazmaq, tikmək, sökmək, hörmək, 
boğmaq  və s.  
Hərəkət felləri: getmək, gəlmək, yüyürmək, qaçmaq, 
uçmaq, yola düşmək  və s.  
Təfəkkür felləri: düşünmək, anlamaq, dərk etmək, başa 
düşmək, fikrindən keçirmək  və s. 
Nitq felləri:  danışmaq, dillənmək, dilə  gəlmək
qışqırmaq, çığırmaq, söyləmək, boşboğazlıq etmək  və s
Görmə felləri: baxmaq, nəzər salmaq, seyr etmək, seyrə 
dalmaq və s.   
Eşitmə felləri:  eşitmək, dinləmək, qulaq asmaq, qulaq 
vermək, qulaqardına vurmaq və s.  
Hal-vəziyyət felləri: ağarmaq, qorxmaq, xəstələnmək, 
sağalmaq, kökəlmək, sevinmək, arıqlamaq və s.   
Felin quruluşca növləri.  Fellər quruluşuna görə            
3 qrupa bölünür: 1. Sadə; 2. Düzəltmə; 3. Mürəkkəb fellər. 
Yalnız bir kökdən ibarət olan fellərə    sadə fel deyilir. 
Yazmaq, yatmaq, getmək, almaq, oxumaq, gəlmək, baxmaq, 
gülmək, görmək  kimi fellər sadə quruluşludur. Dilimizdəki 
bütün sadə fellər yalnız milli sözlərdir,  sadə fellər, adətən, 
azhecalı (bir, ikihecalı) olur. 
Gülarə  Abdullayeva 
 
 
74
Düzəltmə fellər həm sadə, həm də düzəltmə sözlərə 
sözdüzəldici  şəkilçilər artırmaqla düzəlir. Həmin  şəkilçilər ya 
adlara, ya da fellərin özünə artırılır. 
       Azərbaycan dilində adlardan fel düzəltmək üçün 
aşağıdakı şəkilçilərdən istifadə olunur: 
-la

şəkilçisi:  duzla(maq),  başla(maq),   izlə(mək),      
gözlə(mək), təmizlə(mək), qarala(maq), yağla(maq) və s
-laş

şəkilçisi: vidalaş(maq), abadlaş(maq), sözləş(mək), 
yaxşılaş(maq), dilləş(mək) və s. 
-lan
2
  şəkilçisi:  dillən(mək), kədərlən(mək), qanadlan 
(maq), fərəhlən(mək), arxalan(maq), şadlan(maq) və s. 
-ar
2
  şəkilçisi:  ağar(maq), göyər(mək), közər(mək), 
yaşar(maq),  otar(maq), bozar(maq) və s. 
-al
2
  (-l)  şəkilçisi: düzəl(mək), kökəl(mək), boşal(maq), 
qaral(maq), çoxal (maq), genəl(mək), daral(maq) və s. 
-ı
4
  şəkilçisi:  bərki(mək), turşu(maq), yavaşı(maq), 
ləngi(mək) və s.  
-a

  şəkilçisi:  yaşa(maq),  qana(maq),  ələ(mək) və s.  
-ılda
4
 
şəkilçisi: 
tappılda(maq), gurulda(maq), 
guppulda(maq), nərildə(mək) və s.  
Bundan başqa, dilimizdə  aşağıdakı qeyri-məhsuldar 
feldüzəldən şəkilçilər  də vardır ki, onlar həm adlardan, həm də 
feldən fel düzəldir: 
-sa
2
; -sı, -sın, -sin şəkilçiləri: susa(maq), qəribsə(mək), 
diksin(mək), qaxsı(maq) və s.  (1, səh. 69) 
-imsə, ümsə  şəkilçisi:  mənimsə(mək), gülümsə(mək), 
dadımsa(maq) və s. 
-an
2
  şəkilçisi:  dadan(maq), hoppan(maq), gücən(mək) 
və s.   
-xa, -xala, -ala, -ələ,  -ux  şəkilçisi:  ovxa(maq), 
ovxala(maq), yayxala(maq), didələ(mək), qovala(maq), 
səpələ(mək), çözələ(mək), durux(maq), dolux(maq), solux(maq) 
və s.  
-
2
 şəkilçisi:  yanaş(maq), öcəş(mək) və s. 


Müasir  Azərbaycan  dili 
 
 
75 
            -ırğa şəkilçisi:  yadırğa(maq) və s. 
-ən şəkilçisi:  gücən(mək) və s
 -qun şəkilçisi:  udqun(maq) və s
-ik, -ük şəkilçisi:  gecik(mək),  döyük(mək) və s. 
 Dilçilik  kitablarında aşağıdakı  şəkilçilər feldən fel 
düzəldən şəkilçilər kimi qeyd olunur:  
-ıl
4
  şəkilçisi: aparıl(maq), səpil(mək), pozul(maq), 
süzül(mək) və s. 
-dır
4
  şəkilçisi: çatdır(maq), gəzdir(mək), dondur(maq), 
öldür(mək) və s
-ış
4
 şəkilçisi: qaçış(maq), deyiş(mək), görüş(mək), vuruş 
(maq) və s. 
-ın
4
  şəkilçisi:  çəkin(mək), daşın(maq), yolun(maq), 
deyin (mək) və s. 
-ıt
4
  şəkilçisi:  axıt(maq), qorxut(maq), çürüt(mək), 
ləngit(mək), bərkit(mək) və s. 
-ır
4
  şəkilçisi: qaçır(maq), bişir(mək), doyur(maq), 
keçir(mək), bitir(mək) və s. 
-ar
2
 şəkilçisi: qopar(maq), çıxar(maq) və s. 
Mürəkkəb fellər iki və daha artıq sözün birləşməsindən 
yaranır. İsim, sifət və zərflərdən fərqli olaraq, mürəkkəb fellər, 
demək olar ki, bitişik yazılmır. Bir neçə söz istisnadır: 
sağollaşmaq, xudahafizləşmək, istiotlamaq, xoşhallanmaq. 
Mürəkkəb fellər daha çox aşağıdakı yollarla yaranır: 
1.Yaxın və ya əksmənalı fellərin birləşməsindən. Bu 
zaman, adətən, birinci fel -ıb
4
  şəkilçisi ilə  işlənir:  gəzib-
dolaşmaq, yazıb-pozmaq,  əsib-coşmaq, küsüb-barışmaq, 
atılıb-düşmək  və s. Belə fellərin hər iki tərəfi eyni zamanda 
qrammatik cəhətdən dəyişə bilir: gəzir-dolaşır, yazır-pozur, 
əsir-coşur, küsür-barışır, atılır-düşür və s. Bu cür mürəkkəb 
fellər defislə yazılır. 
2.Mürəkkəb fellərin başqa bir qismi etmək, eləmək, 
olmaq köməkçi fellərini digər hiss hissələrinə artırmaqla, eləcə 
də  -a
2
 (-ya
2
)  şəkilçisini qəbul etmiş felə  bilmək sözünü 
Gülarə  Abdullayeva 
 
 
76
artırmaqla düzəlir: qəm etmək, qohum olmaq, xəstə olmaq, yaza 
bilmək, oxuya bilmək və s. Belə fellərin birinci tərəfi qrammatik 
cəhətdən dəyişə bilmir, yalnız ikinci tərəfi dəyişir:  qohum 
olacağıq, yaza bilmədim. Bu yolla yaranan fellər ayrı yazılır. 
Onlara  tərkibi fellər də deyilir. 
3.Mürəkkəb fellərin bir qrupunu isə feli frazeoloji 
vahidlər təşkil edir ki, onlar da mürəkkəb fel hesab olunur: 
qulaq asmaq, başa düşmək, başa salmaq, gözdən düşmək  və s.  
Fellər hərəkətin icra edilib-edilmədiyinə görə təsdiq və 
inkarda olur. Hərəkətin icra edildiyini və ya ediləcəyini bildirən  
fellərə təsdiq fellər deyilir. Məsələn, oxuyur, gələcək, qorumaq, 
qaçanda  və s.  Təsdiq felləri  əmələ  gətirmək üçün heç bir 
şəkilçidən istifadə edilmir, yəni inkar şəkilçisi olmayan hər bir 
fel özlüyündə  təsdiqdə sayılır.  İnkar fellər təsdiq fellərin 
kökünə və ya başlanğıc formasına -ma
2
 şəkilçisi, bəzən də deyil 
inkar hissəciyi artırılmaqla düzəlir: almadı, satmayacaq, sönəsi 
deyil, kəsməli deyilik və s. Felin indiki və qeyri-qəti gələcək 
zamanlarında  -ma
2
 inkar şəkilçisinin saiti düşür.  Baxmayır-
baxmır, qaçmayıram-qaçmıram oxumayar-oxumaz  və s. 
Fellərə xas olan cəhətlərdən biri ismin müxtəlif 
hallarında olan sözlərlə (yiyəlik haldan başqa)  əlaqələnərək 
onları özündən asılı  vəziyyətə salmaqdır. Bu zaman təsir 
göstərdiyi obyektlə əlaqə formasından asılı olaraq fellər  iki cür 
olur: təsirli və təsirsiz fellər. Əgər fel özündən asılı olan, yəni 
idarə etdiyi sözün təsirlik halında olmasını  tələb edirsə, belə 
fellərə  təsirli fellər deyilir. Başqa sözlə, təsirli fellər obyektlə 
birbaşa əlaqələnir. Məsələn, məktubu  oxumaq, dərsi öyrənmək,  
vətəni  sevmək, yeməyi yemək və s. Əgər fel özündən asılı olan, 
idarə etdiyi sözün təsirlik haldan qeyri digər hallarda olmasını 
tələb edirsə,  əşya ilə birbaşa deyil, dolayı yolla əlaqələnirsə, 
belə fellərə təsirsiz fellər deyilir. Məsələn, filmə baxmaq, stulda 
oturmaq, evə  gəlmək  və s. Dilimizdə elə  fellər də vardır ki, 
omonimlik xüsusiyyətinə malik olmaqla həm təsirli, həm də 
təsirsiz fel kimi çıxış edir.  Məsələn, gülü üzmək (təsirli), suda 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə