Müasir Azərbaycan dili
9
hissəsidir. Budaq morfemlər isə leksik mənadan məhrum olan,
yalnız qrammatik mənaya malik olan hissədir. Dilimizdə kök
morfem sözün kökünə, budaq morfem isə şəkilçiyə uyğun
gəldiyindən, biz bundan sonra kök və şəkilçi terminlərindən
istifadə edəcəyik. Bəzi dilçilik kitablarında sözün kökü və
şəkilçi uyğun olaraq sözün əsas və qeyri-əsas hissəsi də
adlandırılmışdır.
Sözləri kök və şəkilçiyə ayıraraq onları yalnız şəkli
əlamətinə görə bir-birindən fərqləndirmək mümkün deyildir.
Onları söz tərkibində oynadığı rola və məzmuna malik olub-
olmamalarına görə müəyyənləşdirmək olar. Sözün kökü ilə
şəkilçisi arasında aşağıdakı fərqlər vardır:
a) Kök müstəqil mənaya malik olur. B) Kök sözün əsasını
təşkil edir. C) Sözün kökü şəkilçidən ayrıca işlənə bilər. Ç) Kök
sabit qalır, dəyişmir. D) Bir söz kökü müxtəlif şəkilçi qəbul edə
bilər. E) Azərbaycan dilinin öz söz köklərinin yalnız sonuna
şəkilçi əlavə oluna bilir.
“Sözün ayrıca işlənib müstəqil mənaya malik olan və
dəyişməyən hissəsinə kök deyilir”.(1, səh. 7)
Şəkilçilər isə, köklərin tamamilə əksinə olaraq, sözün
əsasını təşkil edə bilmir. Onlar kökdən ayrı işlənmir, müstəqil
mənaya malik olmur və söz kökünün tələbinə görə dəyişir.
“
Sözün ayrılıqda işlənməyən, müstəqil mənaya malik
olmayan və söz köklərinə bitişdikdə onların ya şəklini, ya da
şəkli ilə birlikdə məzmununu dəyişən hissəsinə şəkilçi
deyilir”.(1 səh.7)
Sözlərin hamısı eyni quruluşa malik olmur, yəni
dilimizdə işlənən sözlərin hamısı sadə söz köklərindən
ibarət
deyildir. Əgər bütün sözlər sadə kökdən ibarət olsa idi,
dilimizdəki sözdüzəldici şəkilçilərin yaranmasına
ehtiyac
qalmazdı.
Dilimizdə işlənən sözlərin bəzisi bir kökdən, bəzisi bir
köklə bir sözdüzəldici şəkilçidən, bəzisi də iki və daha artıq
sözün birləşməsindən ibarət olur. Odur ki, sözləri quruluşuna
Gülarə Abdullayeva
10
görə 3 qismə ayırmaq olar: 1. Sadə sözlər. 2. Düzəltmə sözlər.
3. Mürəkkəb sözlər. Məsələn
, balıq, balıqçı, balıqqulağı. Bu
misallarda balıq sözünü daha kiçik mənalı hissələrə bölmək
mümkün deyil. Deməli, yalnız bir kökdən ibarət olan sözlər
sadə sözlərdir.
Düzəltmə sözlər isə kök və budaq morfemdən, yəni kök
və şəkilçidən ibarət olur.
Balıq sözü bir kökdən ibarət olduğu
halda,
balıqçı sözü
düzəltmə sözdür, çünki
balıq sözünə -
çı
şəkilçisini artırmaqla yaranmışdır. Beləliklə,
tərkibində bir kök
və sözdüzəldici şəkilçi olan sözlərə düzəltmə sözlər deyilir.
Düzəltmə sözlərin müəyyənləşdirilməsində iki cəhəti
əsas tutmaq lazımdır. Birincisi, köklə düzəltmə söz arasında
üzvi bağlılıq olmalıdır, yəni yaranmış söz, yeni məna məhz
kökdəki mənanın əsasında yaranır. İkincisi, söz o vaxt düzəltmə
söz kimi götürülə bilər ki, onun kökü dilimizdə ayrıca işlənmiş
olsun. Ərəb dilindən dilimizə keçmiş
sədaqət, şücaət sözləri,
eləcə də, Azərbaycan dilinin öz sözlərindən olan
barış, yarış,
güləş, dağıntı sözləri məhz bu cəhətdən düzəltmə söz sayıla
bilməz.
Mürəkkəb
sözlər həm sadə, həm də düzəltmə sözlərdən
fərqlənir. Belə ki, mürəkkəb sözlər iki və daha artıq sözün
birləşərək tamamilə yeni məna ifadə etməsi nəticəsində yaranır.
Məsələn,
balıqqulağı sözünün tərkibində iki müstəqil söz
vardır:
balıq, qulaq. Bu sözlərin hər ikisi təklikdə ayrı-ayrı
mənalara malikdir. Bunlardan birincisi heyvan, ikincisi bədən
üzvü məzmununu ifadə edir. Lakin bu müxtəlif mənalara malik
ayrı-ayrı sözlər birləşdiyi zaman tamamilə başqa bir mənaya
malik yeni bir söz şəklini alır. Bu birləşmə nəticəsində məna
tamamilə dəyişir. Hər iki söz öz əvvəlki mənasını itirərək
birlikdə yeni bir məna ifadə edir. Nəticədə bu iki sözün
birləşməsi nəticəsində yeni bir söz yaranır. Deməli, iki və daha
artıq müstəqil söz birləşib əvvəlki ayrı-ayrı mənalar əsasında
yeni məna ifadə edən bir mürəkkəb söz əmələ gətirir.
Müasir Azərbaycan dili
11
Şəkilçilər sözdən ayrı işlənə bilmir.
Onlar kökün ya
əvvəlinə, ya ortasına, ya da sonuna əlavə edilərək işlənir. Söz
kökünə əlavə edildikləri yerə görə onlar
ön (prefiks), iç (infiks)
və son (suffiks) şəkilçi adı ilə 3 yerə bölünür. Azərbaycan
dilinin öz sözlərində ön və iç şəkilçi yoxdur. Azərbaycan dili
iltisaqi dillərdən olduğundan, dilimizdə şəkilçilərin hamısı
sözün yalnız sonuna əlavə olunur. Lakin dilimizə başqa
dillərdən kifayət qədər söz daxil olmuş, həmin sözlərlə birlikdə
ön şəkilçilər də keçmişdir. Bu şəkilçilər dilimizdə o qədər
sabitləşmişdir ki, bəzən onları öz şəkilçilərimizlə əvəz etmək
mümkün olmur.
Azərbaycan dili şəkilçiləri ilə yanaşı olaraq, başqa
dillərdən alınmış və ya keçmiş bir sıra sözlərdə son şəkilçilər də
müasir dilimizdə işlənməkdədir. Bu şəkilçiləri
də dilimizin öz
şəkilçiləri ilə əvəz etmək olmur. Məsələn,
elmi, tarixi, kütləvi,
marksist, materialist, marksizm, nümunəvi kimi sözlərdəki son
şəkilçiləri buna nümunə göstərmək olar.
Dilimizdə işlənən şəkilçilər köklərdə əmələ gətirdikləri
məzmun və şəkil dəyişikliyinə görə, başqa sözlə, vəzifəsinə
görə də 2 növə ayrılır. 1. Sözdüzəldici, 2. Sözdəyişdirici
şəkilçilər.
Sözün
quruluşca
növləri
Sadə sözlər
Düzəltmə
sözlər
Mürəkkəb
sözlər
Yalnız bir
kökdən ibarət
olur
Kök və
sözdüzəldici
şəkilçidən ibarət
olur
İki və daha çox
sözün
birləşməsindən
əmələ gəlir
Isti, ot, hava,
torpaq, işıq
Istilik, otlaq,
havasız, işıqlı
Istiot,
əlüzyuyan,
kəklikotu
Gülarə Abdullayeva
12
Şəkilçilərin bir qismi kökə əlavə olunduqda onun yalnız
formasını deyil, eyni zamanda, məzmununu da dəyişib, ilk
məna əsasında yeni mənalı söz əmələ gətirir. Belə şəkilçilərə
sözdüzəldici şəkilçilər deyilir. Bu şəkilçilər dilin inkişafında,
yəni lüğət tərkibinin zənginləşməsi prosesində əsas amillərdən
biri hesab olunur. Bunlar ya bir nitq hissəsindən yeni bir nitq
hissəsi əmələ gətirir, ya da eyni bir nitq hissəsindən- sadə
köklərdən düzəltmə sözlər əmələ gətirir:
yazı, bərki, çalğı,
qaçağan, qarlı və s.
Bu misallardakı
-ı, -ğı, -ağan, -lı şəkilçiləri qoşulduqları
sözün yalnız formasında dəyişiklik əmələ gətirməmiş, onun
məzmununu da tamamilə dəyişmişdir. Həmin şəkilçilər ya bir
nitq hissəsindən
başqa bir nitq hissəsi, ya da eyni nitq
hissəsindən düzəltmə söz yaratmışdır, yəni feldən isim
(yazı,
çalğı), sifət
(qaçağan), isimdən sifət
(qarlı), sifətdən fel
(bərki)
əmələ gətirmişdir.
Müasir Azərbaycan dilində sözdüzəldici şəkilçilər sözün
həm əvvəlində, həm də sonunda işlənə bilir. Sözün əvvəlində
yalnız başqa dillərdən keçmiş şəkilçilər, sözün sonunda isə həm
Azərbaycan dilinin öz şəkilçiləri, həm də başqa dillərdən
keçmiş şəkilçilər işlənir. Onu da qeyd etmək lazımdır ki, başqa
dillərdən alınan şəkilçilərin hamısı sözdüzəldici şəkilçilərdir.
Sözdəyişdirici şəkilçilər qrammatik kateqoriyaların, qrammatik
kateqoriyalar isə qrammatik quruluşun əsasında dayandığından
onlar heç vaxt alınma ola bilməz. Məhz sözdəyişdirici
şəkilçiləri xarakterizə edən mühüm amillərdən biri onların milli
olmasıdır.
Sözdüzəldici şəkilçilər əlavə olunduqları nitq
hissələrinə
görə də müxtəlif olur. Onların bir qismi yalnız isimlərə, bir
qismi yalnız fellərə, bir qismi isə həm isim, həm sifət, həm say,
həm də əvəzliklərə artırıla bilər. Misallara baxaq:
1.
–çı,-çi, -çu, -çü şəkilçisi isimdən isim əmələ gətirən
məhsuldar şəkilçidir. Məsələn,
dəmirçi, çəkməçi,
üzümçü, odunçu və s.