Müasir Azərbaycan dili
25
çoxluğunu bildirirsə, ilxılar dedikdə bir neçə ilxı nəzərdə
tutulur.
Lakin camaat və əhali sözləri cəm şəkilçisi ilə işlənmir.
Toplu isimlər cümlədə mübtəda vəzifəsində işlənərkən də xəbər
təkdə olur. Məsələn, Camaat küçələrə axışdı. Kütlə narahatdır.
Ordu qələbə çaldı. və s.
İsmin lüğəvi məna növləri. Dilimizdə isimlər zəngün
lüğəvi məna növlərinə malikdir. Bu da ismin çox qədim tarixə
və zəngin söz ehtiyatına malik olması ilə bağlıdır. İsmin
lüğəvi məna növlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1.Yaxınlıq, qohumluq, dostluq münasibətlərinin adlarını
bildirən isimlər: ata, ana, nənə, baba, əmi, dayı, bibi və s.
2. Heyvan adı bildirənlər: it, ilan, qoyun, dəvə və s.
3. Quş adları bildirənlər: sərçə, göyərçin, turac,
qırqovul və s.
4. Cansız əşya adlarını bildirənlər: stol, stul, su, torpaq,
qələm, kitab, ağac və s.
5. İctimai hadisələrin adlarını bildirənlər: müharibə,
inqilab, üsyan və s.
6. Təbiət hadisələrinin adlarını bildirənlər: yağış, tufan,
şaxta, zəlzələ və s.
7. Zaman adları bildirənlər: saat, gün, həftə, ay, il və s.
8. Məkan adları bildirənlər: şəhər, kənd, yol, küçə,
səhra və s.
9. Proses adı bildirənlər: görüş, vuruş, döyüş və s.
10. Mücərrəd məfhumların adlarını bildirənlər: sevgi,
xəyal, qorxu, həyəcan və s.
11. Elm adlarıını bildirənlər: tarix, biologiya, riyaziyyat
və s.
12. Əlamət, keyfiyyət, vəziyyət adlarını bildirənlər:
zəiflik, yaxşılıq, yamanlıq, gözəllik və s.
13. Bədən üzvlərinin adlarını bildirənlər: göz, qulaq,
ürək və s.
Gülarə Abdullayeva
26
14. Müxtəlif vəzifə, peşə, dərəcə, rütbə, ixtisas bildirən
isimlər: müəllim, həkim, mühəndis, şair və s.
İsimlərin lüğəvi məna növlərinin sayını daha da
artırmaq mümkündür.
İsimlər morfoloji əlamətinə görə fellərdən sonra ikinci
yerdə duran zəngin nitq hissəsidir.
İsmin quruluşca növləri. İsimlər quruluşuna görə üç
növə ayrılır: sadə, düzəltmə, mürəkkəb isimlər.
Sadə isimlər yalnız bir kökdən ibarət olan, heç bir
sözdüzəldici şəkilçi qəbul etmədən əşyaların adlarını bildirən
isimlərdir. Məsələn , dəftər, qələm, kitab, xəyal, vəzifə, məktəb,
su, balıq, meşə və s.
Sözdüzəldici (leksik) şəkilçilər vasitəsilə müxtəlif nitq
hissələrindən yaranmış isimlər düzəltmə isimlər adlanır.
Düzəltmə isimlər adlardan və fellərdən əmələ gəlir. Adlardan
əmələ gələn isimlər həm öz milli şəkilçilərimiz, həm də başqa
dillərdən gələn alınma şəkilçilər vasitəsilə yaranır.
a) Azərbaycan dilinə məxsus şəkilçilər vasitəsilə əmələ gələn
isimlər:
-lı
4
şəkilçisi ilə cümlədəki yerlərinə görə yer münasibəti,
keyfiyyət, sahiblik, soyad, əlamət, nəsil, ailə mənalarını
ifadə edən düzəltmə isimlər əmələ gəlir: şəhərli, dağlı,
məktəbli, atlı, lənkəranlı və s.
-lıq
4
şəkilçisi ilə keyfiyyət, xasiyyət, vəzifə, peşə, yer və əşya
adı ifadə edən isimlər düzəlir: insanlıq, rəhbərlik,
qohumluq, bahalıq, yaxşılıq, satqınlıq, yorğunluq, təmizlik,
gözəllik, çoxluq və s.
-ça
2
şəkilçisi ilə kiçiltmə mənalı isimlər düzəlir: meydança,
qazança, dəftərçə, bağça, tarixçə və s.
-çı
4
şəkilçisi peşə, sənət, məşğələ, adət, xasiyyət, əqidə, meyl,
keyfiyyət bildirən isimlər əmələ gətirir: yazıçı, dilçi, gülçü,
zərbəçi, əlaçı, odunçu, təbliğatçı, tarixçi, işçi və s .
-cıq
4
şəkilçisi ilə kiçiltmə və əzizləmə mənalı isimlər yaranır:
evcik, gözcük, gəlincik və s.
Müasir Azərbaycan dili
27
-cığaz
4
şəkilçisi ilə əzizləmə məzmunu bildirən isimlər düzəlir:
quşcuğaz, uşaqcığaz və s.
-daş şəkilçisi ilə həmrəylik və iştirak bildirən isimlər düzəlir:
yoldaş, vətəndaş, əməkdaş, sirdaş, məsləkdaş və s.
-gil şəkilçisi ilə çoxluq anlamı bildirən isimlər yaranır:
Əhmədgil, İlyasgil və s.
b) Alınma şəkilçilər vasitəsilə adlardan yaranan isimlər:
-iyyat şəkilçisi ilə: ədəbiyyat, kəşfiyyat, hissiyyat, külliyyat
və s .
-iyyət şəkilçisi ilə: hakimiyyət, irsiyyət, şəxsiyyət, cəmiyyət,
ümumiyyət, qalibiyyət və s.
-dar şəkilçisi ilə: hökmdar, xəzinədar, icarədar, anbardar,
havadar və s.
-at
2
şəkilçisi ilə: təbliğat, məlumat, heyvanat, qəflət, təchizat və
s.
-stan şəkilçisi ilə: Gürcüstan, Dağıstan, Türkmənistan,
Macarıstan, Yunanıstan və s.
-i, -vi şəkilçisi ilə: Xaqani, Gəncəvi, Şirvani, Təbrizi və s.
-şünas şəkilçisi ilə: şərqşünas, ədəbiyyatşünas, tarixçünas və s.
-iyyə şəkilçisi ilə: fərziyyə, Şəmsiyyə, Səfəviyyə və s.
-zadə şəkilçisi ilə: Əlizadə, Rüstəmzadə, Quluzadə, Vəlizadə,
Həsənzadə və s.
-gər şəkilçisi ilə : zərgər, misgər və s.
-xana şəkilçisi ilə : çayxana, meyxana, yeməkxana, toyxana
qiraətxana və s.
-ov, -ova, -yev, -yeva şəkilçisi ilə: Həsənov, Əzimova,
Əfəndiyev, Hacıyeva və s.
-izm şəkilçisi ilə: marksizm, materializm, sosializm, realizm,
idealizm və s.
-ist şəkilçisi ilə: realist, idealist, sosialist, materialist və s.
Feldən isim düzəldən şəkilçilər yalnız öz milli
şəkilçilərimizdən ibarətdir. Bunlar aşağıdakılardır:
-ıq
4
, -q, -k şəkilçisi ilə: buruq, bacarıq, bölük, bilik, danışıq,
minik, qoruq və s.
Gülarə Abdullayeva
28
-ış
4
şəkilçisi ilə: baxış, görüş, döyüş, vuruş, gülüş, açılış,
sıçrayış və s.
-ma
2
şəkilçisi ilə: bölmə, vurma, qovurma, dondurma, süzmə,
suvarma və s.
-maca
2
şəkilçisi ilə: atmaca, bilməcə, gülməcə və s.
-aq
2
, -q, -k
şəkilçisi ilə: yataq, qapaq, dirək, çökək, sınaq,
kəsək, ələk, döşək və s.
-caq
2
şəkilçisi ilə: yelləncək, diyircək, tüpürcək, bürüncək və s.
-ım
4
şəkilçisi ilə: geyim, yığım, duyum, seçim, ölüm və s .
-ınc şəkilçisi ilə: qaxınc və s .
-acaq
2
şəkilçisi ilə: dayanacaq, gələcək, duracaq, qanacaq,
yanacaq və s.
-ır
4
şəkilçisi ilə : gəlir, yatır və s.
-cə şəkilçisi ilə: düşüncə, əyləncə və s.
-gəc şəkilçisi ilə: süzgəc, üzgəc və s.
-ıntı
4
şəkilçisi ilə: qazıntı, ovuntu, yeyinti, çürüntü və s .
-gə şəkilçisi ilə: süpürgə, döngə, bölgə və s.
-c şəkilçisi ilə : əyləc, saxlanc, utanc, güvənc və s.
-ıd
4
(d) şəkilçisi ilə: keçid, öyüd və s.
-ar
2
şəkilçisi ilə: dəyər, çıxar, yazar, açar və s .
-tı
4
şəkilçisi ilə: göyərti, tullantı, ağartı, qaraltı və s.
-qı (-ki, -qu, -kü), -ğı (-gi, -ğu, -gü) şəkilçisi ilə : asqı, basqı,
bitki, seçki, pusqu, qurğu, hörgü, bölgü, sevgi və s.
-qın
4
, -ğın
4
şəkilçisi ilə: basqın, daşqın, qırğın, sürgün, yanğın,
qaçqın və s.
-ıcı
4
şəkilçisi ilə : satıcı, alıcı, sürücü və s .
-ın
4
şəkilçisi ilə : səpin, əkin, biçin, axın, düyün və s .
-ı
4
şəkilçisi ilə : yazı, qorxu, çəki, ölçü, ölü və s .
Mürəkkəb isimlər iki və dah artıq sözün birləşməsi ilə
əmələ gəlir və müxtəlif yollarla düzəlir:
-İnsan adı bildirən iki ismin birləşməsi ilə: Əlicabbar, Rəcəbəli,
Qurbanəli və s.
-Birinci tərəfi titul mənasını verməyən iki ismin birləşməsi ilə:
Şahsənəm, Hacıbala, Şahməmməd, Xanəli və s.
Dostları ilə paylaş: |