Müasir Azərbaycan dili
29
-İkinci tərəfi titul mənasını verməyən iki ismin birləşməsi ilə:
Balabəy, Əlixan, Hüseynağa, Anaxanım və s.
-Bir sadə sifətlə bir ümumi ismin birləşməsi ilə: istiot,
sarıköynək və s .
-Ümumi isimlə feli sifətin birləşməsi ilə: ağacdələn,
günəbaxan, aşsüzən, əlüzyuyan və s.
-II növ təyini söz birləşməsi formasında olub, ikincisi
mənsubiyyət şəkilçisi ilə işlənən iki ismin birləşməsi
ilə: ayaqqabı, kəklikotu, dəvədabanı, əmiqızı, ilanbalığı,
suiti, çayırotu, itburnu və s.
-Sifətlə yer məzmunlu ismin birləşməsi ilə: Ağdam, qaraşəhər,
qarakənd, İçərişəhər, Göyçay və s.
-Oğlu sözünün xüsusi və ya etnonim səciyyəli başqa bir isimlə
birləşməsi ilə: Azəroğlu, Həsənoğlu, Kürdoğlu və s .
-Təkrar olunan iki fel arasına ha, a ünsürlərini əlavə etməklə:
gəlhagəl,qovhaqov, vurhavur, qaçaqaç, basabas, tutatut
və s.
-Mürəkkəb sifətlərə -lıq
4
şəkilçisi əlavə etməklə: özbaşınalıq,
əliəyrilik, gözütoxluq, dikbaşlıq və s.
-Eyni sözün təkrarı ilə: aşıq-aşıq, top-top, daş-daş və s.
-Yaxınmənalı sözlər vasitəsilə: künc-bucaq, fabrik-zavod,
dava-dərman, toz-torpaq, söz-söhbət və s .
-Əksmənalı sözlər vasitəsilə: dost-düşmən, baş-ayaq, gediş-
gəliş, yer-göy və s .
-İzafət tərkibləri şəklində olan mürəkkəb isimlər: tərzi-hərəkət,
nöqteyi-nəzər, tərcümeyi-hal, əhvali-ruhiyyə və s.
-İkinci tərəfi müstəqil işlənməyərək, birinci sözlə uyğunlaşan
mürəkkəb isimlər: ət-mət, çit-mit, ağıl-mağıl və s.
-Birinci tərəfi məna verməyən, əksərən “qoşa sözlər”
adlandırılan mürəkkəb isimlər: çör-çöp, yır-yığış, tör-
töküntü, sür-sümük və s.
Azərbaycan dilində ismə xas olan bir sıra qrammatik
kateqoriyalar var ki, bunlar sözlərin bir-birinə bağlanmasında,
sözlər arasında əlaqə yaratmaqda, müəyyən qrammatik əlaməti
Gülarə Abdullayeva
30
ifadə etməkdə çox mühüm rol oynayır. Bu kateqoriyalar isimlə
bağlı olsa da, təkcə onunla məhdudlaşmır, isimləşə bilən bütün
nitq hissələrini əhatə edə bilir. Ona görə də bu qrammatik
kateqoriyalar ismə məxsus ümumi qrammatik kateqoriyalar
adlanır. Ümumi qrammatik kateqoriyalar aşağıdakılardır:
1. Mənsubiyyət kateqoriyası
2.Kəmiyyət kateqoriyası
3.Hal kateqoriyası
4.Xəbərlik kateqoriyası
Mənsubiyyət kateqoriyası iki söz arasında atributiv
əlaqə bildirir. Bu kateqoriya, adından da göründüyü kimi, şəxs
əvəzlikləri ilə ifadə olunan sahib anlayışı və isimlə ifadə olunan
mənsub əşya anlayışından ibarət olur. Bizim evimiz
birləşməsində bizim sözü şəxs əvəzliyinin I şəxs cəmi ilə ifadə
olunmuş subyekt, evimiz sözü isə isimlə ifadə olunmuş
obyektdir.
Mənsubiyyət kateqoriyası müəyyən şəkilçi vasitəsilə
əmələ gəlir və bu kateqoriya şəkilçiləri əşya ilə şəxs arasında
münasibət yaradır, yəni müəyyən əşyanın hansı şəxsə mənsub
olduğunu bildirir.
Müasir
ədəbi dilimizdə
işlənən mənsubiyyət
kateqoriyasının şəkli əlamətləri aşağıdakılardır: Birinci şəxsin
təki saitlə bitən isimlərdə -m (nənəm, bibim), samitlə bitən
isimlərdə -ım, -im, -um, -üm (kitabım, başım, qələmim, sözüm).
Məsələn, Sən mənim qürurum, fəxrim, vüqarım,
Tükənməz sərvətim, dövlətim, varım,
Namusum, vicdanım, qeyrətim, arım-
Ana dilim! (M. Səlim)
Birinci şəxsin cəmi saitlə bitən isimlərdə -mız, -miz,
-muz, -müz (obamız, əmimiz, qutumuz, ütümüz), samitlə bitən
isimlərdə -ımız, -imiz, -umuz, -ümüz (torpağımız, sərvətimiz,
yolumuz, gözümüz) şəkilçiləri vasitəsi ilə ifadə olunur.
Məsələn, Rayonumuzda bir dənə də olsun üstü açılmamış
Müasir Azərbaycan dili
31
cinayət qalmamışdır. (S. Rəhimov); Qoy ədavətimiz təzələnsin,
Hülakü xan! (S. Rəhimov)
İkinci şəxsin təki saitlə bitən isimlərdə -n (atan,
nənən,ütün), samitlə bitən isimlərdə -ın, -in, -un, -ün (ayağın,
qələmin, topun, gözün) şəkilçisi ilə reallaşır . Məsələn,
Adına nə qədər nəğmə qoşublar,
Sorağın yayılıb sənin hər yana.
(M. Səlim)
İkinci şəxsin cəmi saitlə bitən isimlərdə -nız, -niz, -nuz,
nüz (atanız, nənəniz, ordunuz, ütünüz), samitlə bitən isimlərdə
-ınız, -iniz, -unuz, -ünüz (ayağınız, əliniz, topunuz, gözünüz)
şəkilçilərinin köməyi ilə ifadə olunur.. Məsələn, Mən sizin
gözəlliyinizə and içirəm. (M.S.Ordubadi)
Üçüncü şəxsin təki və cəmi saitlə bitən isimlərdə -sı,
-si, -su, -sü (atası, nənəsi, ordusu, ütüsü), samitlə bitən
isimlərdə -ı, -i, -u, -ü (ayağı, əli, topu, gözü) şəkilçiləri ilə öz
əksini tapır. Məsələn, Bu vətən mülkünü, bu laləzarı, Bağrıma
basıram öz anam deyə. (S.Vurğun).
Şəkilçilərin fonetik tərkibindən aydın olur ki,
mənsubiyyət kateqoriyasını əmələ gətirən əsas ünsür m, n, z
samitləridir. Sait isə köməkçi rol oynayaraq, ya həmin ünsürləri
söz kökünə, ya da təklik və çoxluq bildirən ünsürləri bir-birinə
bağlamağa xidmət edir.
Əşya cəm götürüldükdə mənsubiyyət şəkilçilərindən
əvvəl isimlərə kəmiyyət kateqoriyası şəkilçisi (-lar, -lər) əlavə
olunur və mənsubiyyət şəkilçilərinin fonetik tərkibi dəyişir.
Lakin əsas ünsür sayılan m, n, z samitləri olduğu kimi qalır.
Yalnız şəkilçilərdə dodaq saitləri düşür, damaq saitləri iştirak
edir və kəmiyyət kateqoriyası (-lar, -lər) şəkilçisinin tələbinə
görə bütün mənsubiyyət şəkilçiləri saitlə başlanır: kitablarım,
güllərim, quzuların və s.
I və II şəxslərə aid mənsubiyyət şəkilçilərini qəbul edən
isimlər əşyanın, əsasən, insana mənsubluğunu bildirir. III şəxsə
Gülarə Abdullayeva
32
aid mənsubiyyət şəkilçisini qəbul etmiş isim əşyanın təkcə
insana deyil, başqa əşyalara da aidliyini ifadə edə bilər.
Dilimizə ərəb dilindən keçmiş mənbə, mövqe, mənafe,
tale, mənşə və dilimizin özünəməxsus su, nə sözləri
mənsubiyyət şəkilçisi qəbul edərkən, digər saitlə qurtaran
sözlərdən fərqli olaraq, y bitişdirici samitinin əlavə olunmasını
tələb edir. Məsələn,
Tək Cəm
Taleyim/suyum taleyimiz/suyumuz
Taleyin/suyun taleyiniz/suyunuz
Taleyi/suyu taleyi (taleləri)/suyu (suları)
Mənsubiyyət şəkilçilərinin dilimizdə əhəmiyyəti çox
böyükdür. Məlum olduğu kimi, mənsubiyyət şəkilçiləri yiyəlik
halla möhkəm bağlıdır. Sözdə mənsubiyyət şəkilçisinin
işlənməsi, bir qayda olaraq, yiyəlik halda olan sözə ehtiyacı
aradan qaldırır: mənim bağım-bağım, sənin bağın-bağın. Lakin
mənsubiyyət şəkilçili sözdən əvvəl gələn yiyəlik hal şəkilçili
əvəzlik məntiqi vurğu ilə deyilərsə, onu ixtisar etmək olmaz.
Məsələn, Sizin kəndinizə hələ çox var, bizim kəndimizsə bu
yaxınlıqdadır.
Bəzən cümlədə II və III şəxslərin təkinin mənsubiyyət
şəkilçiləri ilə işlənmiş isimlərdən əvvəl şəxs əvəzliklərini
(sənin, onun) işlətmək vacib olur. Məsələn, qardaşına (sənin
yoxsa onun) deyərəm. Mənsubiyyət şəkilçisindən sonra gəlmiş
n bitişdiricisi II, yoxsa III şəxsdən söhbət getdiyini müəyyən
etməkdə çətinlik yaradır, məhz buna görə də ismin əvvəlində
sənin və ya onun əvəzliklərinin işlənməyinə ehtiyac yaranır.
Sənin qardaşına deyərəm. Onun qardaşına deyərəm.
Ümumiyyətlə, mənsubiyyət anlayışı dilimizdə bir neçə
üsulla ifadə olunur. Bunlardan birinci və normal ifadə üsulu iki
komponentin iştirakı ilə ifadədir ki, bu üsul analitik-sintetik
üsul adlanır. Bu zaman yiyəlik hallı sahib şəxslə mənsubiyyət
şəkilçili mənsub əşya birlikdə işlənir: mənin evim, sənin evin,
Dostları ilə paylaş: |