Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə58/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   54   55   56   57   58   59   60   61   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
229 
Baş    üzvlərdən  biri  əsasında  qurulan  sadə  
cümlələrə  təktərkibli  cümlələr  deyilir.   
Təktərkibli  cümlələr iki növə ayrılır: 
1.Xəbər əsasında qurulan təktərkibli cümlələr; 
2. Mübtəda əsasında qurulan təktərkibli cümlələr. 
Xəbər əsasında qurulan təktərkibli cümlələr mübtədanın 
təsəvvür dərəcəsindən asılı olaraq qeyri-müəyyən  şəxsli,  
ümumi  şəxsli,  şəxssiz  cümlələr olmaqla üç növə ayrılır. 
Mübtəda  əsasında qurulan təktərkibli cümlələr isə adlıq 
cümlələr adlanır. Beləliklə, dilimizdə  təktərkibli cümlələrin 
qeyri-müəyyən  şəxsli, ümumi şəxsli,  şəxssiz, adlıq cümlələr 
olmaqla dörd növü qeyd edilir.  
Xəbər  əsasında  formalaşan   təktərkibli  cümlələrdə  
bütün  ikinci  dərəcəli   üzvlər   iştirak   edə   bilər.  Adlıq  
cümlələrdə  bu   cəhət  məhduddur – yalnız  təyin  və   
determinant  üzvlər  (zaman,  yer  zərflikləri  və s.)  işlənə  bilir.   
Xəbər  əsasında qurulan  təktərkibli  cümlələrdə  
müəyyən  bir  iş,  hərəkət,  hadisə  haqqında  məlumat  verilir,  
bir  şey  soruşulur,  biri  işə  təhrik  edilir.  Adlıq  cümlələrdə  
yalnız  əşya  və   hadisələrin  adı  çəkilir,  onun  haqqında  əlavə  
məlumat  verilmir. 
Təktərkibli  cümlələr  cüttərkibli  cümlələrlə  
müqayisədə  az  işlənsə  də,  qısalığı,  emosionallığı  ilə  fikir  
ifadəsində  mühüm  yer  tutur. 
Qeyd. Dilçilikdə  xəbər  əsasında formalaşan təktərkibli 
cümlələr adlandırılarkən  şəxs  terminindən qrammatik şəxs 
mənasında istifadə edilir. Belə cümlələrdə həqiqi şəxs iştirak edə 
bilər. Lakin  cümlə  təktərkibli cümlə olar. Məsələn, Qədiri 
gülmək tutdu. – cümləsində  şəxs  (Qədiri) olduğu halda, cümlə 
şəxssiz cümlə hesab edilir. Şəxssiz, qeyri-müəyyən  şəxsli, qeyri-
müəyyən mübtədalı  terminlərində qrammatik şəxs, yəni 
mübtəda nəzərdə tutulur. Başqa sözlə,  şəxssiz - mübtədasız, 
qeyri-müəyyən  şəxsli - qeyri-müəyyən mübtədalı, ümumi şəxsli-
ümumi mübtədalı deməkdir.  
Gülarə  Abdullayeva 
 
 
230
          Qeyri-müəyyən şəxsli cümlələr. Mübtədasız  təktərkibli  
sadə    cümlənin  növlərindən  biri  qeyri-müəyyən  şəxsli  
cümlələrdir.  (Bu  cümlələrdə    işin  icraçısı  qeyri-müəyyən  
olur  və  cümlədə  öz  ifadəsini  mübtəda  şəklində  tapa  bilmir.  
İcraçı    şəxs  konkret  olmasa  da,  formal  olaraq  təsəvvürə  
gətirilə  bilir).  Bir  və      ya    bir    neçə  qeyri-  müəyyən  şəxs  
tərəfindən  icra  edilən  iş    və    hərəkəti  bildirmək  üçün  
işlədilən  təktərkibli  sadə    cümlələrə  qeyri- müəyyən  şəxsli  
cümlə  deyilir.  Bu  cümlələrin  ifadə  etdiyi  iş  və  hərəkətin  
əksər  halda  icraçısı  olur – iş    bir    və  ya  bir  qrup  şəxs  
tərəfindən    icra    edilir.    Lakin  cümlədə  əsas məqsəd işin 
icraçısını deyil, icra edilən işi nəzərə çatdırmaq olduğundan,  
həmin  şəxslər  bir  subyekt,  bir  mübtəda  kimi  cümlədə  öz  
ifadəsini  tapa  bilmir,  qeyri-müəyyən  şəkildə  qalır  və  
cümlənin  qeyri- müəyyən  şəxsli  cümlə  kimi  formalaşmasına  
səbəb olur.  Belə    cümlələrin  xəbəri həmişə  üçüncü  şəxsin  
cəmində    əksərən  indiki,  qeyri-qəti  gələcək  zamanlarda,  
bəzən  də    şühudi  keçmişdə,  qəti  gələcək  zamanda  olur. 
Məsələn,  Fevralın iyirmi səkkizində    axşam saat altıda 
Yeqorovu örtülü karetada bir evə  gətirdilər. (S.Rüstəmxanlı) 
Gəlinlərin Tehranda yaşayıb, Tehranda da oxuduqlarını 
söylədilər. (M.S.Ordubadi) 
Qeyri-müəyyən  şəxsli cümlələrdə qeyri-müəyyənlik 
dərəcəsi müxtəlif olur: 
1. İcraçı həm dinləyənə, həm də danışana məlum olduğu 
məqamlarda da bəzən bu cümlə tipindən istifadə olunur. 
Məsələn, Sənə deyirlər danışma.    
2. Bəzən işin icraçısı danışana məlum olur, lakin qarşı 
tərəfi işra olunan işə yönəltmək  əsas məqsəd olduğundan 
mübtədanın cümlədə  işlənməsinə ehtiyac olmur və qeyri-
müəyyən şəxsli cümlə yaranır: Səni telefona çağırırlar. 
3. İşin icraçısı nə danışana, nə də dinləyənə məlum olur: 
Gecə evinə girib bütün qiymətli şeylərini oğurlayıblar.  


Müasir  Azərbaycan  dili 
 
 
231 
4. Bəzən qeyri-müəyyən  şəxsli cümlələr irreal (qeyri-
real) hərəkəti bildirir. Məsələn, Elə bil başına bir qazan qaynar 
su tökdülər.  
Qeyri - müəyyən  şəxsli  cümlələr  müxtəsər  və  geniş  
olur.  Müxtəsər  qeyri- müəyyən  şəxsli  cümlələr  yalnız  
xəbərdən  ibarət    olur      və    əksər  halda  tabeli  mürəkkəb  
cümlələrdə  baş  cümlə    kimi    işlənir.  Məsələn,  Deyirlər,  
Bakıda  yaman  neft  çıxarırlar.   (M.İbrahimov)  Xəbər 
gətirdilər ki,  Xoy, Mərənd xanları Maku sərdarını sizinlə 
vuruşmağa razı salıblar. (P.Makulu) 
Qeyri-müəyyən  şəxsli cümlələr tabeli mürəkkəb 
cümlənin budaq cümlə komponenti də ola bilər. Məsələn,         
A başına dönüm, divanbəyiyə  ərz elə ki, bu dərəyə  Fındıqlı 
dərəsi deyirlər.(M.F.Axundzadə) 
Bəzən həm baş, həm də budaq cümlə qeyri-müəyyən 
şəxsli cümlə ola bilir. Məsələn,  Aqili buraxsalar, bizi  Bakıdan 
köçürərlər.(Y.Səmədoğlu)   
İkinci  dərəcəli  üzvlər  - tamamlıq,  təyin  və  zərfliklər  
qeyri-müəyyən  şəxsli  cümlələrin  genişlənməsinə  səbəb  olur.  
Məsələn,  Məni gözümün ağı-qarası bircə  qızıma həsrət  
qoymaq istəyirlər. (İ.Əfəndiyev) Xançobana toy etdilər.                        
(İ.Əfəndiyev) Ötürməyə  gələnlərdən heç kəsi gəmiyə 
buraxmırdılar. (M.Hüseyn) Mələk xanıma  ərinin ertəsi gün 
yenə bir böhtana düşdüyünü xəbər verdilər. (R.N.Güntəkin) 
 Qeyri-müəyyən  şəxsli cümlələr də bütöv və yarımçıq 
ola bilər.  Əgər üzvlərindən biri və ya bir neçəsi buraxılarsa, 
yarımçıq, bütün üzvləri yerində olarsa, bütöv qeyri-müəyyən 
şəxsli cümlələr formalaşır. Bu cümlələrdə mübtədanın  
olmaması  yarımçıqlıq  deyil,  təktərkiblilik yaradır. 
 
Qeyd. Qeyri-müəyyən şəxsli cümlələrin xəbəri, bir qayda 
olaraq, III şəxsin cəmində olur. Lakin xəbəri III şəxsin cəmində 
ola bütün cümlələrə qeyri-müəyyən  şəxsli cümlə demək olmaz. 
Belə cümlələr həmçinin cüttərkibli bütöv (Bacı-qardaş düşərgədə 
səs-səmir kəsilənə  qədər  beləcə uzandılar  (İ.Şıxlı)),  cüttərkibli 
Gülarə  Abdullayeva 
 
 
232
yarımçıq (Onlar yaxınlaşdılar. Hər tərəfdən ayğırı dövrəyə aldılar.                
(F.Kərimzadə)), ümumi  şəxsli (İşləməyənə tənbəl deyərlər. (Atalar 
sözü)) cümlə də ola bilər.  
Ümumi  şəxsli  cümlələrHamıya, hər yerdə, həmişə 
aid olan iş, hal, hərəkət, hadisə  və hökm bildirən təktərkibli 
cümlələrə  ümumi  şəsxli  cümlə  deyilir. 
 Ümumi  şəxsli  cümlələr  hamıya  aid  olan,  hər  yerdə,  
həmişə  müşahidə  edilən,  bir  qayda  şəklini  almış  iş,  hərəkət  
və  hadisəni,  ümumiləşmiş    şəxsi  bildirir.  Ona  görə    də 
təktərkibli  cümlənin  bu  növü  əksər  halda  atalar  sözü  və  
məsəllərdən,  hikmətli  sözlərdən,  aforizmlərdən,  müxtəlif  
monolit  cümlələrdən  ibarət  olur. 
Ümumi şəxsli cümlələrin xəbəri  ikinci  şəxsin  təkində, 
üçüncü  şəxsin      cəmində, bəzən də  birinci  şəxsin  təkində  
olur.  Məsələn,  Sözün doğrusunu zarafatla deyərlər. (Atalar 
sözü)  Yıxılana  balta  çalmazlar.  (Atalar sözü)) 
Ümumi şəxsli cümlələrin xəbəri aşağıdakı fel  formaları  
ilə  ifadə  olunur: 
1.  Xəbər əmr şəklinin birinci  şəxs  təkində  olur. Belə 
ümumi  şəxsli cümlələr az müşahidə olunur.  Məsələn,  Adımı  
sənə    qoyum,    səni  yana-yana  qoyum.  (Atalar sözü) Özümə 
yer eyləyim, gör sənə neyləyim. (Atalar sözü)   
2.  Xəbər  dah çox əmr, az halarda  xəbər,  vacib,  arzu  
və  şərt  şəkillərinin  ikinci  şəxs  təkində  olur.  Məsələn, Sözü 
de ağzın isti ikən.(S.Rüstəmxanlı) Sözü ağzında bişir, sonra 
çıxart. (Atalar sözü) Sözü yaxşı anla, sonra get banla. (Atalar 
sözü)  
3.  Xəbər  qeyri-qəti gələcək zamanlı  xəbər  şəklinin III 
şəxs cəmində olur:  Cücəni payızda sayarlar. (Atalar sözü) Bu 
günün işini sabaha qoymazlar. (Atalar sözü) Sözün doğrusunu 
zarafatla qeyərlər.(Atalar sözü) Sözü sözdən alarlar. (Atalar 
sözü) Cavan olanda bəyəm sözə baxmazlar? (M.İbrahimov) 
Qonaq çörək yeyəndə ağzına baxmazlar. (İ.Hüseynov) 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə