Müasir Azərbaycan dili
201
“Qarabağ maralı”nı oxudu. (İ.Əfəndiyev) O, gözlərini bağçaya
zilləyərək susdu. (İ.Əfəndiyev) Gedib qapıda duran fərraşa
yavaşdan deyir.(N.Nərimanov)
2. Hərəkətin keyfiyyətini bildirənlər. Məsələn,
Onun gözündə hər şey iyrənc görünürdü. (Ə.Haqverdiyev)
3. Müqayisə bildirənlər. Məsələn,
O, baş
verəcəkləri duyurmuş kimi üzümə baxdı. (İ.Əfəndiyev)
4. İşin icra tərzini və subyektin hal -vəziyyətini
bildirənlər. Məsələn,
Oğlanlar baca-baca gəzərdilər. (İ.Şıxlı)
Pakizə qaça-qaça doqqaza çıxdı. (İ.Şıxlı)
Yer zərfliyi. Yer zərflikləri hərəkətin icra yerini və
ya əşyanın yerləşdiyi sahəni, hərəkətin istiqamətini,
başlanğıc və çıxış nöqtəsini, varacağı son nöqtəni,
hərəkətin
keçdiyi yolu bildirir. Bu
zərfliklər harada? haraya?
haradan? harayacan? haraya qədər? haraya kimi?
haradan-haraya? haradan-haraya qədər? hara ilə?
suallarından birinə cavab verir.
Məsələn,
Gənc çobanlar
birlikdə qaranlıqda palçığı şappıldada-şappıldada ağıla sarı
yüyürdü. (İ.Əfəndiyev) Niyə sən məni oradan çıxartdın?
(Ə.Haqverdiyev) Bu günlərdə orada Hacı Zeynal adlı bir varlı
kişi vəfat eləyibdir. (Ə.Haqverdiyev) Hacı bir-iki addım irəli
getdi. (Ə.Haqverdiyev)
Yer zərfliyi aşağıdakı nitq hissələri və söz
birləşmələri ilə ifadə olunur:
1. Yönlük, yerlik və çıxışlıq hallarında olan yer
zərfləri ilə. Məsələn,
Nadir önə keçir və bundan hamı
ürəklənir. (N.Nərimanov) Atası onun səsini eşidib içəriyə
daxil oldu. (Ə.Haqverdiyev)
2. Yönlük, yerlik və çıxışlıq halda olan yer bildirən
isimlərlə. Məsələn,
Şuşada sərrac dükanı var
(Ə.Haqverdiyev) Həyətdə sakitlik idi. (İ.Şıxlı)
3. İsmi birləşmələrlə, o cümlədən ikinci tərəfi
alt,
üst, yan, böyür, ara, iç, kənar və s. köməkçi adlardan
ibarət olan ismi birləşmələrlə. Məsələn,
Arxın qırağında
Gülarə Abdullayeva
202
yarpız və yabanı qızılgül kolları bitmişdi. (İ.Əfəndiyev)
Qoymaram qeyri-millət İran torpağında baş qaldırsın.
(N.Nərimanov)
4. Hüdud, məsafə bildirən
kimi, qədər, -dək, -can
2
-ca
2
qoşmalarının artırıldığı məkan mənalı sözlər və
birləşmələrlə. Məsələn,
Şəhərə qədər heç birimiz dinib
danışmadıq. (İ.Əfəndiyev) Yol boyunca əlvan güllər əkilmişdi.
5. Birinci tərəfi çıxışlıq, ikinci tərəfi yönlük halda
olan (qoşmalı və qoşmasız) birləşmələrlə. Məsələn,
Evdən
məktəbə qədər heç birimiz danışmadıq.
6. İlə (-la,-lə) qoşmalı məkan mənalı sözlər və
birləşmələrlə. Məsələn,
Biz yenə dar cığırla irəliləyirdik
(İ.Əfəndiyev).
7.
Haraya? harada? haradan? sual əvəzlikləri ilə.
Məsələn,
Axı geçənin bu qaranlığında haraya gedəcəksən?
(İ.Şıxlı)
Zaman zərfliyi. Zaman zərflikləri hərəkət və ya
əlamətin baş vermə, meydana çıxma, bağlanğıc və ya
qurtaracaq, həm başlanğıc, həm də qurtaracaq zamanını
bildirir. Zaman zərflikləri
nə vaxt? nə zaman? haçan? nə
vaxtdan? nə zamandan? haçandan? nə zamanadək? nə
zamana qədər? nə vaxtdan nə zamana kimi? və s.
suallardan birinə cavab verir və həm feli,
həm də ismi
xəbərlərə aid olur. Məsələn,
Güney qışlaqdan çıxandan bəri
həyatımın bu kədərli sərgüzəşti barədə kimsəyə bir söz
deməmişəm. (İ.Əfəndiyev) Gözüm otağın yarıqaranlığına
öyrəşəndən sonra adi taxtalardan düzəldilmiş rəflərdəki
kitabları nəzərdən keçirdim. (İ.Əfəndiyev) Mənim təkidimi
gözləmədən nəzərlərini Söyüdlü arxa dikərək “Qarabağ
maralı”nı oxudu. (İ.Əfəndiyev) Evə girəndə birinci onu
görürdüm. (İ.Əfəndiyev) Axırda kasıb düşüb evini satdı.
(Ə.Haqverdiyev)
Zaman zərflikləri feli və ismi xəbərə aid olsa da,
cümlənin ümumi məzmunu ilə bağlı olaraq determinant üzv
Müasir Azərbaycan dili
203
kimi çıxış edir. Başlıca olaraq, aşağıdakı nitq hissələri və
söz birləşmələri ilə ifadə olunur:
1. Sadə, düzəltmə və mürəkkəb zaman zərfləri ilə.
Məsələn
, İndi xeyli qalxmış günəş od tökürdü.(İ.Əfəndiyev)
2. Yönlük, yerlik və çıxışlıq hallarında olan zaman
mənalı isimlərlə,
kimi, qədər, -dək, -can
2
, əvvəl, sonra,
bəri, qabaq qoşmalarının qoşulduğu zaman mənalı
sözlər
və birləşmələrlə. Məsələn,
Səhərdən axşamadək yatdı.
(Ə.Haqverdiyev) O zamandan bəri nə edəcəyini bilmir.
(Ə.Haqverdiyev) Yoldaşları o gələnə kimi durub getdilər.
(Ə. Haqvediyev)
4. İsmi birləşmələrlə:
1)
O, bu, həmin sözlərinin və sayların
il, ay, gün,
vaxt, zaman, an, dəqiqə, saniyə, saat sözlərinə yanaşması
yolu ilə yaranan ismi birləşmələrlə
. Məsələn
, Bu günlərdə
orada Hacı Zeynal adlı bir varlı kişi vəfat eləyibdir.
(Ə.Haqverdiyev) . Bu gün nahara gəlməyə macalım olmayıb.
(İ.Əfəndiyev) Bu vaxtadək o fikirdə idi. (N.Nərimanov)
2) Feli sifət və feli sifət tərkiblərinin
an, vaxt,
zaman tipli sözlərə yanaşması ilə. Məsələn,
Özbəklərlə
dava edən vaxt qoca anasını əzabla öldürüblər.
(N.Nərimanov)
3) Təyini söz birləşmələri ilə (qarşılıqlı tabelilik
əlaqəsində olan ismi birləşmələrlə). Məsələn,
Payızın
sonlarında biz şəhərə qayıtdıq. (İ.Əfəndiyev)
5. Feli bağlama və feli bağlama tərkibləri ilə.
Məsələn,
Mən gələndə şamamalar gül idi.(“Qaçaq Nəbi")
Mənsur içəri girəndə Sitarə üzüqoylu yerə yıxıldı.
(C.Cabbarlı) Xoruzun axırıncı banından bir az keçmiş, Qəşəm
kişi həyətə düşdü. (Elçin) İnsan üzünə baxınca biixtiyar
fərəhindən gülümsəyir.(C.Cabbarlı)
6. Nə zaman? nə vaxt? haçan? nə vaxtadək? nə
vaxtdan? və s. sual əvəzlikləri ilə. Məsələn,
Nə vaxtadək
Gülarə Abdullayeva
204
burada qalacaqsınız? (İ.Şıxlı) Yaxşı, bir de görüm haçan
gəlmisən? (C.Cabbarlı)
Səbəb zərfliyi. Səbəb zərflikləri hərəkətin icrasının
və ya əlamətin meydana çıxmasının
səbəbini bildirir və nə
üçün? nədən ötrü? niyə? nə səbəbə? suallarından birinə
cavab verir. Məsələn,
O məni görüb hədsiz dərəcədə
təəccüblənmişdi. (İ.Əfəndiyev) Əlacsızlıqdan dayanmışdı.
(Ə.Haqverdiyev) Axırda
kasıb düşüb evini satdı.
(Ə.Haqverdiyev) və s.
Səbəb zərflikləri aşağıdakı nitq hissələri və söz
birləşmələri ilə ifadə olunur:
1. Üçün, ötrü, görə qoşmalarının
-dığı
4
şəkilçili feli
sifətlərə və feli sifət tərkiblərinə qoşulması ilə. Məsələn,
Bibim nə Xəzər barədə bir söz soruşdu, nə də qaçdığıma görə
məni danladı. (Ə.Əylisli) Gövhərtac özünü köməksiz gördüyü
üçün divara yapışdı. (Ə.Haqverdiyev) Qızıl Arslan məktubu
aldığı üçün Həmədana hərəkət etdi. (M.S.Ordubadi)
2. Çıxışlıq halda olan səbəb mənalı sözlər və söz
birləşmələri ilə
. Məsələn,
Şadlığından ağladı. (N. Nərimanov)
Utandığından dərdini kimsəyə deyə bilmirdi. (C. Cabbarlı)
3.
Niyə? nə üçün? nə səbəbə? nədən? və s. sual
əvəzlikləri ilə. Məsələn,
Niyə sən məni oradan çıxartdın?
(Ə.Haqverdiyev) Sən
nədən ötrü
oraya
getdin?
(Ə.Haqverdiyev)
4.
Feli bağlama və feli bağlama tərkibləri ilə.
Məsələn,
Atası onun səsini eşidib içəri daxil oldu.
(Ə.Haqverdiyev) Əjdər əvvəlcə Boqdanın nəyə isə işarə
etdiyini düşünərək özünü itirdi, utandığından nə edəcəyini
bilmədi. (S.Rəhman) Görüşün şirinliyindən xoşlanaraq
gülümsündü. (Əbülhəsən)
Məqsəd zərfliyi. Bu zərfliklər hərəkətin icrasının,
əlamətin meydana çıxmasının
məqsədini bildirir və nə
üçün? nədən ötrü? niyə? nə məqsədə? nə məqsədlə?
suallarından birinə cavab verir. Məsələn,
O, bulağa su