Müasir Azərbaycan dili
233
Ümumi şəxsli cümlələr də tabeli mürəkkəb cümlənin
komponenti kimi, yəni baş və ya budaq cümlə kimi işlənə
bilir.
Ümumi şəxsli cümlələrdə də mübtədanın olmaması
yarımçıqlıq yaratmır. Belə cümlələr xəbəri və ya ikinci
dərəcəli üzvləri (biri, bir neçəsi) buraxıldıqda yarımçıq
olur.
Qeyd.
Ümumi şəxsli cümlələrin xəbəri, bir qayda olaraq,
I, II şəxsin təkində, III şəxsin cəmində olur. Lakin xəbəri bu
şəxslərlə ifadə edilən bütün cümlələr ümumi şəxsli deyil. Belə
cümlələr cüttərkibli bütöv (Sevgilim, qolunu boynuma dola.
(S. Vurğun)), cüttərkibli yarımçıq (Belə getsə, onlar buraları su
yoluna çevirəcək, hər işə qarışacaqlar. Bir az keçəndən sonra lap
kişiliyimizi də əlimizdən alacaqlar. (İ.Şıxlı)), qeyri-müəyyən şəxsli
cümlə də (Səriyyəni tez-tez məktəbə çağırardılar.(G.Hüseynoğlu))
ola bilər.
Şəxssiz cümlələr.
Mübtədası olmayan, təsəvvür
edilməsi də mümkün olmayan təktərkibli cümləyə şəxssiz
cümlə deyilir.
Burada
şəxssiz dedikdə şəxsin iştirak etməməsi deyil,
qrammatik şəxsin yoxluğu başa düşülür.
Şəxssiz cümlələrin xəbəri bir qayda olaraq həmişə
üçüncü şəxsin təkində olur.
Məsələn,
Novruzun axırıncı
çərşənbəsi idi.(İ.Şıxlı) Vallah, mənim adım çıxıb. (M.Hüseyn)
Vahidin sifətini tər götürmüşdü. (İ.Hüseynov)
Xəbərin ifadə vasitəsinə görə şəxssiz cümlələr iki
növə ayrılır: ismi xəbərli şəxssiz cümlələr, feli xəbərli
şəxssiz cümlələr.
İsmi xəbərli şəxssiz cümlələrin xəbəri isimlərlə, bəzi
zərflərlə,
ismi birləşmələr, ismi frazeoloji vahidlər və s.-lə
ifadə olunur. Belə şəxssiz cümlələrdə indiki zaman məzmunu
-dır
4
şəkilçisinin, keçmiş zaman məzmunu isə
idi, imiş
köməkçi sözlərinin xəbərə artırılması ilə ifadə olunur.
Gülarə Abdullayeva
234
Məsələn,
Səhər tezdəndir. (S.Rəhman) Bazar günü idi.
(M.S.Ordubadi) Hamısının sözü bir idi. (M.S.Ordubadi)
Feli xəbərli şəxssiz cümlələrin xəbəri müxtəlif
formalarda olur.
1. Xəbər feli frazeoloji vahidlərlə ifadə olunur.
Məsələn,
Öz fikrimdən özümü vahimə basdı. (İ. Hüseynov)
Qorxularından dilləri belə söz tutmurdu. (C.Bərgüşad) Zəhləm
onun sir-sifətindən gedir. (Y.Səmədoğlu)
2. Xəbər
olmaq köməkçi felinin məsdərlərə, bəzi
isimlərə, ismi birləşmələrə artırılması yolu ilə ifadə olunur.
Məsələn,
Amma bu hadisədən qaçmaq olmadı (İ. Şıxlı)
3. Xəbəri şəxssiz növ fellərlə ifadə olunur. Məsələn,
Kəndə gedildi. Məktublara baxıldı.
4. Şəxssiz cümlələrin xəbəri felin məlum növü ilə
də ifadə oluna bilir. Məsələn,
Günortaya az qalırdı.
(S. Rəhman) Gönortadan yarım
saat
keçirdi.
(C.Məmmədquluzadə)
Şəxssiz cümlələr ikinci dərəcəli üzvlərin iştirakına
görə müxtəsər və geniş olur. Müxtəsər
şəxssiz cümlələrdə
ikinci dərəcəli üzvlər iştirak etmir və cümlə yalnız
xəbərdən ibarət olur. Məsələn,
Onun gözləri dolmuşdu.
(M.Hüseyn) Onun lap damarına düşmüşdü. (F.Kərimzadə)
Artıq özünə gəlmişdi. (F.Kərimzadə)
Geniş şəxssiz cümlələrdə ikinci dərəcəli üzvlər
iştirak edir. Məsələn,
İsti avqust günlərindən biri idi.
(G.Hüseynoğlu) Qaranlıq sentyabr gecəsində göz-gözü
seçmirdi. (M.Hüseyn)
Adlıq cümlələr. “
Əşyanın, hadisənin mövcud
olduğunu, varlığını intonasiyanın köməyi ilə təsdiq edən
sadə təktərkibli cümlələrə adlıq cümlə deyilir”. (4, səh.195)
Adlıq cümlələrdə əşya və hadisənin adı çəkilir,
lakin onun haqqında əlavə məlumat verilmir. Belə
cümlələrin xəbəri olmur və onun təsəvvür və bərpa edilməsi də
mümkün olmur. Cümlə baş üzvlərdən yalnız mübtədadan
Müasir Azərbaycan dili
235
ibarət olur, ona görə də adlıq cümlələrin mübtəda əsasında
formalaşdığı göstərilir.
Məsələn,
Buraxılış gecəsi... Güllər,
şirniyyat, meyvə... (Ə.Hacızadə) 1876-cı ilin baharı.
(Y.V.Çəmənzəminli)
Adlıq cümlələrdə baş üzv –
mübtəda ümumi və
xüsusi isimlərlə və ismi birləşmələrlə ifadə olunur.
Məsələn,
Yay günü. Yol üstü. Ağac kölgəsi. (S.Vurğun) Telizər,
Rəhim və ...Soltanbikə ana. (Ə.Cəfərzadə)
Adlıq cümlələr də müxtəsər və geniş olur. Müxtəsər
adlıq cümlələrdə yalnız baş üzv - mübtəda iştirak edir.
Məsələn,
Bazar.(S.Rəhman) Oxumaq. (F.Kərimzadə)
Geniş adlıq cümlələrdə müxtəlif nitq hissələri ilə
ifadə olunmuş təyinlər işlənir. Məsələn,
Qara gecə!
(C.Bərgüşad) Xırda-xırda bölünmüş arpa çörəyi. (S.Rəhman)
Geniş adlıq cümlələrdə determinant yer zərflikləri
də işlənir. Məsələn,
Səhnənin ucunda donuz yatırılmağa
məxsus bir dam. (H.Cavid) Üç ayda 12 əmək günü.
(M.İbrahimov)
Adlıq cümlələrdə cümlənin ən zəruri üzvü olan xəbər
işlənmədiyindən bu cümlələr ünsiyyət prosesində,
demək olar
ki, işlənmir. Bu cümlələrdən daha çox bədii əsərlərdə yazıçı
təhkiyəsində, dram əsərlərinin remarkalarında istifadə olunur.
Söz-cümlə üzvlənməyən sadə cümlələrin
növlərindən biri kimi. Müasir Azərbaycan dilində elə
cümlələr vardır ki, onlar cümlə üzvlərinə ayrılmır. Bu cür
cümlələr bitmiş fikir ifadə etsə də, üzvlənmir. Belə
cümlələr üzvlənməyən cümlələr adlanır. Üzvlənməyən
cümlələrin iki növü vardır: 1. Söz-cümlələr. 2. Vokativ
cümlələr.
Bir sözdən (və ya sözlərin sabit birləşməsindən)
ibarət olub, sintaktik cəhətdən üzvlənməyən cümlələrə
söz-cümlə deyilir. Məsələn,
Qartal ovçudan qorxmurdu?
– Yox. (Y.Səmədoğlu) Dünyada xoşbəxt adamlar var.
– Şübhəsiz. (C.Əlibəyov)
Gülarə Abdullayeva
236
Söz-cümlə termini iki komponentdən -
söz və
cümlə
komponentindən ibarətdir. Bu o deməkdir ki, belə
cümlələr bir sözdən ibarət olur, lakin bir cümlənin ifadə
etdiyi mənaya bərabər məna ifadə edir.
Söz-cümlələr ən çox dialoqda, müsahibədə işlənir,
bundan əlavə, monoloqda da onlara yer verilir.
Söz-cümlələrin mühüm xüsusiyyəti bu cür cümlələri
təşkil edən sözlərin ədatlar, modal
sözlər və nidalardan
ibarət olmasıdır. Dialoji nitqdə söz cümlələr əvvəlki replikada
söylənmiş fikrə münasibət - cavabdan, monoloji nitqdə isə
danışanın özünün fikrini təsdiq və ya inkardan ibarət olur.
Ədatlar, modal sözlər, nidalar həmişə söz-cümlə
yaratmır. Onlar dialoqlarda müstəqil cavab cümləsi kimi
işləndikdə söz - cümlə kimi çıxış edir. Məsələn,
Siz Fatma
xalanı da tanıyırsınız? –Hə, Xəzangülün xalası idi.
(Ə. Haqverdiyev)
Bu sözlər üzvlənən cümlədə işlənib onunla eyni
mənalı olduqda söz-cümlə sayılmır. Məsələn,
Məni də
tanıyırlar? – Bəli, səni də tanıyırlar. (F.Kərimzadə) Stol, filan
hazır olubdurmu?–Bəli, bəy, çoxdan hazırdır. (Ə.Haqverdiyev)
Bu cür hallarda modal sözlər ara söz funksiyası
daşıyır. Ədatlar, nidalar isə ( üzvlənən cümlə daxilində)
fikrin təsdiqinə, inkarına, sual, şübhə mənalarının - modal
münasibətin güclənməsinə kömək edir.
Söz-cümlələr bəzən xitablarla birgə işlənir. Məsələn
,
İndi tək ana-bala yaşayırsınız? – Bəli, müəllim.(Ə.Hacızadə)
Söz–cümlələr yarımçıq cümlələrlə bir sıra oxşar
xüsusiyyətlərə malikdir. Bu oxşarlıq, hər şeydən əvvəl,
yarımçıq cümlələrin də bəzən bir sözdən ibarət olmasındadır.
Digər tərəfdən, onların hər ikisi eyni məqamda, yəni
dialoqlarda işlənərək özündən əvvəlki fikirlə bağlı olur. Lakin
bu oxşarlıqlara baxmayaraq, onları eyniləşdirmək olmaz.
Yarımçıq cümlələr bəzən bir sözdən ibarət olsa da, onların
buraxılmış üzvlərini mətnə əsasən bərpa etmək olur. Digər