Müasir Azərbaycan dili
237
tərəfdən yarımçıq cümlələrin ibarət olduğu sözün və ya
birləşmənin hansı cümlə üzvü olduğunu asanlıqla
müəyyənləşdirmək olur. Söz-cümlələrdə isə bu, mümkün deyil.
Yarımçıq cümlələr.
Fikrin ifadəsi üçün lazım olan
üzvlərindən biri və ya bir neçəsi buraxılan, lakin asanlıqla
bərpa edilə bilən cümlələrə yarımçıq cümlələr deyilir.
Əslində bütöv və yarımçıq cümlələr sadə cümlənin xüsusi bir
növü olmayıb, cüttərkibli və ya təktərkibli cümlədə hər hansı
bir üzvün buraxılıb-buraxılmaması nəticəsində yaranır.
Yarımçıq cümlənin iki növü vardır:
mətni yarımçıq
cümlələr, situativ yarımçıq cümlələr.
Mətni ( kontekstual) yarımçıq
cümlələrdə bu və ya
digər üzvlər buraxılır, lakin mətn əsasında buraxılmış
üzvləri bərpa və təsəvvür etmək olur.
Məsələn,
Harada
görüblər məni? – Yuxuda. (F.Kərimzadə) Bu qədər adamın
hamısı Sultanəlini tanıyır? –Tanıyır, oğlum, tanıyır.
(F.Kərimzadə)
Situativ yarımçıq cümlələrdə buraxılmış üzv
şəraitlə, situasiya ilə, mimika və jestlərlə müəyyənləşir.
Məsələn,
Başlayaq. – cümləsinin buraxılmış üzvlərini bərpa
etmək üçün mətnə ehtiyac yoxdur
. Belə cümlələrin digər
üzvləri şərait və situasiya ilə müəyyənləşir.
Yarımçıq cümlə iki istiqamətdə öyrənilə bilər:
1.Yarımçıq cümlə nədən (hansı üzvlərdən) ibarətdir?
2.Yarımçıq cümlələrdə nə (hansı üzvlər) buraxılmış-
dır?
İkinci istiqamət dilçilikdə daha məqbul qiymətlən-
dirilir.
Bu cəhətdən yarımçıq cümlələri aşağıdakı
üç qrupa
ayırmaq olar:
1. Baş üzvləri (biri və ya hər ikisi) buraxılmış
yarımçıq cümlələr.
2.İkinci dərəcəli üzvləri (biri və ya bir neçəsi)
buraxılmış yarımçıq cümlələr.
Gülarə Abdullayeva
238
3. Baş və ikinci dərəcəli üzvləri (biri və ya bir neçəsi)
buraxılmış yarımçıq cümlələr.
Baş üzvləri buraxılmış yarımçıq cümlələrin özünü də
mübtədası buraxılmış, xəbəri buraxılmış, hər iki baş üzvü
buraxılmış yarımçıq cümlələr olmaqla qruplaşdırmaq olar.
Mübtəda aşağıdakı hallarda buraxılır:
- Mübtəda mətnin əvvəlki cümlələrindən birində
işləndikdə sonrakı cümlədə təkrara yol verməmək məqsədi ilə
buraxılır:
Zərnigar xanım bunların heç birini görmürdü. Tez-
tez kələğayısının ucu ilə gözünün yaşını silir, “mən bu dərdə
necə dözüm? – deyə inildəyirdi. (İ.Şıxlı)
- Mətnin əvvəlki cümləsindəki tamamlığa əsəsən
mübtədanı bərpa etmək olur:
Bu fikirlər Zərnigar xanımı
dəhşətə gətirdi. Suyun soyuq havasını üzündə hiss edib, geri
çəkildi. (İ.Şıxlı)
- Dialoqlarda da mübtədanın buraxılması hallarına çox
rast gəlmək olur.
Məsələn,
Q hardadır? - Yaxşı yerdədir.
(F.Kərimzadə)
Xəbərin buraxılması halları da dildə
mühüm yer
tutur. Məsələn,
Neçə at götürürsən, hacı? - Üç at, ağrın alım.
(M.F.Axundzadə)
Xəbərin buraxılması iki şəkildə özünü göstərir
:
mətni buraxılma, elliptik buraxılma.
Mətni buraxılmada xəbərin ixtisarı mətnin əvvəlki
cümlələrində işlənmiş xəbərə əsasən təyin edilir. Məsələn,
Kim gəlməyib? - Arif. Hara gedirsən? – Şəhərə.
Xəbəri buraxılmış yarımçıq cümlələrin bir növü də
elliptik cümlələrdir. (
Ellipsis latınca
buxaxılma deməkdir).
Elliptik yarımçıq cümlələrdə buraxılmış
xəbəri bərpa etmək
üçün mətnə ehtiyac olmur, cümlənin öz üzvlərinə, öz
məzmununa görə müəyyənləşdirmək olur. Məsələn,
Dəlidən
doğru xəbər! (eşit). Səngərə! (girin). Beşilliyi dörd ildə!
(yerinə yetirin).
Müasir Azərbaycan dili
239
Cümlənin ikinci dərəcəli üzvləri də “verilən”i ifadə
etdikdə buraxılır. Tamamlıq “məlum olan”ı bildirdikdə
şifahi və yazılı nitqdə ixtisar edilir. Məsələn,
Güləsər
səhəngi suya basıb doldurdu. Kənara çəkib tıxacladı. (İ.Şıxlı)
Təyin aktuallaşmadıqda buraxıla bilir. Məsələn,
Bu
kitabı oxudunmu? – Nəyi? – Kitabı.
Dilimizdə zərfliyin müxtəlif məna növlərinin də
buraxılmasına rast gəlinir:
Atası indicə evə gələcəkdi. Çərgəz
də dönəcəkdi. (İ.Şıxlı)- cümləsində əvvəlki cümlədəki zaman və
yer zərfliyi məlum olduğu üçün sonrakı cümlədə buraxılmışdır.
ƏDƏBİYYAT:
1. Abdullayev Ə.Z., Seyidov Y.M., Həsənov A.Q. Müasir
Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, 1985.
2. Abdullayev Ə. Z. Azərbaycan dili məsələləri. Bakı,
1992.
3. Abdullazadə N. Xalıqov F. Azərbaycan dili. II hissə.
Bakı, 2006.
4. Kazımov Q.Ş. Müasir Azərbaycan dili. Sintaksis.
“Təhsil” nəşriyyatı, Bakı, 2007.
5. Müasir Azərbaycan dili. III cild. Sintaksis. EA nəşri,
Bakı, 1981.
6. Müasir Azərbaycan dili proqramı. AMİ, Bakı, 2009.
7. Seyidov Y.M. Azərbaycan ədəbi dilində söz
birləşmələri. Bakı, 1992.
Gülarə Abdullayeva
240
Mövzu № 6 Mürəkkəb cümlələr
Tabesiz mürəkkəb cümlələr
Mövzunun planı:
1.Mürəkkəb cümlə haqqında ümumi məlumat
2. Mürəkkəb cümlənin növləri. Tabesiz mürəkkəb
cümlələr
3.
Tabesiz mürəkkəb cümlənin komponentlərini
əlaqələndirən vasitələr.
4. Tabesiz mürəkkəb cümlələrdə məna əlaqəsi
Mürəkkəb cümlə haqqında
ümumi məlumat
İki və daha artıq komponenti (predikativ mərkəzi)
olan, vahid cümlə intonasiyası ilə tələffüz edilən, hər
hansı bütöv bir fikrin ifadəsinə xidmət edən sintaktik
konstruksiyaya mürəkkəb cümlə deyilir.
Başqa sözlə desək, mürəkkəb cümlə iki və daha
artıq cümlənin məna və qrammatik cəhətdən birləşməsi
nəticəsində əmələ gələn sintaktik vahiddir.
“Mürəkkəb cümlə nitq mədəniyyətinin nisbətən
sonralar yaranmış daha yüksək ifadə vasitəsidir. Əvvəlcə
sadə cümlələr bərabər hüquq əsasında
birləşərək tabesiz
mürəkkəb cümlələri əmələ gətirmiş, tədricən hadisələr
arasında müxtəlif əlaqə və münasibətlər dərk olunduqca, dildə
öz əksini tapmağa başlamış, tabeli mürəkkəb cümlələr də
yaranmışdır”. (4, səh.278)