Müasir Azərbaycan dili
241
Sadə cümlə sözlərdən və söz birləşmələrindən təşkil
olunursa, mürəkkəb cümlə sadə cümlələrdən və onların
müxtəlif şəkildə birləşmələrindən əmələ gəlir. Cümlə
intonasiyasına malik olan sadə cümlə mürəkkəb cümlənin
tikinti materiallarına çevrilərkən özünün bitmə
intonasiyasını itirir, mürəkkəb cümlənin ümumi
intonasiyasına tabe olur. Məsələn,
Yağış yağdı, hava
sərinlədi.
Sadə cümlə ilə mürəkkəb cümlə arasındakı fərq, hər
şeydən əvvəl quruluş fərqidir. Eyni mənanı həm sadə, həm
də mürəkkəb cümlə ilə ifadə etmək olur. Məsələn,
İstəyirdim
ki, şəhərə gedim. - cümləsi mürəkkəb
, Şəhərə getmək
istəyirdim cümləsi isə sadədir. Belə cümlələr eyni mənaya
malik olduğundan, sintaktik sinonimlər adlanır.
Mürəkkəb cümləni təşkil
edən komponentlər bir-
birilə müxtəlif vasitələrlə əlaqələnir.
Sadə cümlə kimi, mürəkkəb cümlə də məna və
intonasiya cəhətdən bitkin olur. Lakin sadə cümlədən fərqli
olaraq, mürəkkəb cümlələr daha mürəkkəb quruluşa malik
olur. Mürəkkəb cümlələr, sadə cümlələrdən fərqli olaraq, iki
və daha artıq predikativ mərkəzə malik olur.
Mürəkkəb cümlənin komponentləri ilə sadə
cümlənin oxşar və fərqli cəhətləri. Mürəkkəb cümlənin
tərkib hissələri, yəni komponentləri şərti olaraq “cümlə”
adlandırılır. Çünki mürəkkəb cümlənin hər bir komponenti
öz xüsusiyyətlərinə görə sadə cümləyə bənzəyir. Bu
komponentlər də sadə
cümlələrdə olduğu kimi, baş və ikinci
dərəcəli üzvlərdən ibarət olur, müxtəsər və geniş, cüttərkibli
və ya təktərkibli cümlə quruluşunda olur. Bu cümlələrdə də
sözlər eyni qrammatik əlaqələrlə əlaqələnir və üzvlərin sırası
eyni olur, predikativlik özünü qoruyub saxlayır. Lakin
mürəkkəb cümlənin ayrı-ayrı tərkib hissələrini həqiqi
mənada “cümlə” adlandırmaq olmaz. Çünki səslər birləşib
sözü, sözlər birləşib mürəkkəb sözü əmələ gətirdiyi kimi,
Gülarə Abdullayeva
242
cümlələr də birləşib mürəkkəb cümləni yaradır
və bu zaman
mürəkkəb cümlənin komponentinə çevrilərək öz müstəqilliyini
itirir, tərkib hissələr ayrı-ayrılıqda məna bütövlüyünə və
vahid bitkinlik intonasiyasına malik olmur. Cümlələr
müxtəlif üsullarla məna və qrammatik cəhətdən vahid
intonasiya əsasında birləşərək daha böyük sintaktik
vahidləri - mürəkkəb cümlələri əmələ gətirir. Biz mürəkkəb
cümlənin tərkib hissələrini ona görə “sadə cümlə” adlandırırıq
ki, sadə cümlələrin bütün xüsusiyyətlərini yaxşı bilirik və bu
əsasda mürəkkəb cümlələri hərtərəfli araşdırmaq mümkündür.
Mürəkkəb cümlənin növləri.
Tabesiz mürəkkəb cümlələr
Tərkib hissələr arasında sintaktik əlaqənin
xarakterinə və ümumi qrammatik mənasına görə mürəkkəb
cümlələr iki növə -
tabesiz və tabeli mürəkkəb cümlələrə
ayrılır.
İki və daha artıq cümlənin məna və qrammatik
cəhətdən tabesizlik yolu ilə bərabər hüquq əsasında birləşməsi
nəticəsində yaranan və vahid cümlə intonasiyası ilə
tələffüz olunan mürəkkəb cümlələrə tabesiz mürəkkəb
cümlələr deyilir.
Tabesiz mürəkkəb cümlələr iki cümlədən təşkil
oluna bildiyi kimi, ikidən artıq cümlədən də ibarət ola bilir.
Bundan başqa, tabesiz mürəkkəb cümlənin tərəfləri tabesiz,
tabeli mürəkkəb cümlə quruluşunda da ola bilər. Məsələn,
Yaşıl meşə oyanır, quşların civiltisi ormanı doldurur, kəsmə
cığırla gedən Kosanın zümzüməsi güclənirdi. (S.Rəhimov)
Onun gözləri qara halqa içərisində köz kimi işıldayırdı, onda
həm ciddilik vardı, həm də istehza. (O.Salamzadə) Həmid
qardaşlarını o yan-bu yana döndərib baxdı, gödək palto elə
Müasir Azərbaycan dili
243
tikilmişdi ki, ikisinin də əynində qutu kimi dururdu.
(H.Abbaszadə)
Tabesiz mürəkkəb cümlənin komponentləri arasında
birləşdirmə, aydınlaşdırma, qarşılaşdırma, səbəb-nəticə,
bölüşdürmə, qoşulma kimi məna əlaqələri mövcuddur.
Məsələn,
O gündən uşağı görən olmadı, qarı qundağı da
götürüb arana apardı. (M.Süleymanlı) Bu xəbər gedib məhəllə
arvadlarına da çatdı və Xədicə arvadın evinə toplanmış
arvadlar təzədən kövrəlib ağlamağa başladılar. (Elçin) Gah o
mənə qulaq asdı, gah da mən onu dinlədim. (O.Salamzadə)
Bəzən tabesiz mürəkkəb
cümlələrin komponentlərinin
müstəqil, bir-birindən asılı olmadığını, tabeli mürəkkəb
cümlənin tərkib hissələrinin isə birinin digərindən asılı
olduğunu qeyd edirlər. Lakin, əslində, hər iki mürəkkəb cümlə
növünün, o cümlədən tabesiz mürəkkəb cümlənin tərəfləri
arasında asılılıq var. Tabesiz mürəkkəb cümlələrdə bu asılılıq
qarşılıqlı şəkildədir. Birinci tərəf ikincidən nə qədər asılıdırsa,
ikinci də birincidən o qədər asılıdır. Əgər tərkib hissələri
arasında asılılıq olmasaydı, onda mürəkkəb cümlə də
formalaşmaz, tərkib hissələr müstəqil – sadə cümlə kimi
işlənərdi.
Mürəkkəb cümləni tabesiz və tabeli mürəkkəb
cümlələr kimi ayırmağa əsas verən onları təşkil edən
komponentlərin bir-birinə qarşılıqlı münasibətlərindəki
fərqlərdir. Bu fərqlər aşağıdakılardan ibarətdir:
1. Bu fərq, hər şeydən əvvəl, mürəkkəb cümləni əmələ
gətirən komponentlərin bir-birindən asılılıq
dərəcəsi ilə
bağlıdır.Tabesiz mürəkkəb cümlələr eyni, bərabərhüquqlu
asılılıq əsasında formalaşır. Tabeli mürəkkəb cümlədə isə
birləşən tərəflərin əlaqəsində fərq nəzərə çarpır. Belə ki,
komponentlərdən biri (baş cümlə) üstün mövqedə durur,
digəri (budaq cümlə) ona tabe vəziyyətdə olur.
2. Tabesiz mürəkkəb cümlənin komponentləri fikrin
formalaşması və ifadə edilməsində dolayı yolla deyil,
Gülarə Abdullayeva
244
birbaşa iştirak edir. Tabeli mürəkkəb cümlənin tərkib
hissələrindən isə baş cümlə birbaşa, budaq cümlə dolayısı
ilə,
yəni baş cümlə vasitəsilə, baş cümləni izah etmək,
tamamlamaq yolu ilə iştirak edir. Tabesiz və tabeli
mürəkkəb cümlənin komponentlərini əlaqələndirən vasitələrdə
də fərq vardır. Bunlar aşağıdakılardan ibarətdir:
Tabesiz mürəkkəb cümlənin komponentləri
intonasiya, tabesizlik bağlayıcıları ilə bağlanır. Tabeli
mürəkkəb cümlələrdə isə budaq cümləni baş cümləyə bağlayan
vasitələr daha rəngarəngdir. Belə ki, intonasiya, tabelilik
bağlayıcıları, bağlayıcı söz və şəkilçilər bu məqsədə xidmət
edir.
İntonasiya hər iki mürəkkəb cümlədə bağlayıcı vasitə
kimi qeyd olunsa da, onun özünün də fərqli olduğu göstərilir.
Müasir Azərbaycan
dilində işlənən mürəkkəb
cümlələri quruluşuna görə üç növə ayırmaq olar:
1. Komponentləri sadə quruluşlu olanlar.
2. Komponentlərindən biri sadə, digəri mürəkkəb
quruluşlu olanlar.
3. Hər iki komponenti mürəkkəb quruluşlu olanlar.
Komponentləri sadə quruluşlu olan mürəkkəb cümlələr
demək olar ki, iki tərkib hissədən ibarət olur və tərkib
hissələri də sadə quruluşa malik olur. Belə cümlələr
mürəkkəb cümlələrin ədəbi dilimizdə ən çox işlənən
növüdür. Məsələn,
Dövlətin yoxdur, amma qoçaqlığın var.
(M.F.Axundzadə) O gərək əvvəlcə səni susduraydı ki, satqının
biri azalaydı. (İ.Şıxlı)
Lakin son dövrlərdə yazılı ədəbi dilimizdə elə
cümlələr də işlənir ki, onların tərkib
hissələrindən biri və
ya hər ikisi mürəkkəb quruluşlu olur. Bu cür hallarda
qarışıq tipli tabesiz və ya qarışıq tipli tabeli mürəkkəb cümlələr
yaranır. Məsələn,
Deyiblər, bu həndəvərdə qaçaq-quldur olsa,
tutub hökumətə təhvil verəcəksən, bir də deyiblər, nemeslər
buracan gəlsələr, bizim partizanlara komandir olacaqsan.