Müasir Azərbaycan dili
249
Zaman uyuşmaları. Tabesiz mürəkkəb cümlənin
komponentləri arasında əksərən zaman uyuşması olur ki, bu
da onların əlaqələnməsinə xidmət edir. Belə ki, əvvəlki
komponentdə hansı zaman və ya şəkil iştirak edirsə,
sonrakı da ona uyğunlaşır.
Məsələn,
Mahmud arağı görəndə
yüngülcə köksünü ötürdü, elə bil ürəyi qalxdı.(Y.Səmədoğlu)
Səhər hava tamam açıldı, gün çıxdı.(H.Abbaszadə) Son vaxtlar
əmim arvadı mənə çox iş tapşırırdı, mən nə isə bundan razı
qalırdım. (B.Bayramov)
Tabesiz mürəkkəb cümlələrdə ortaq elementlər.
Tabesiz mürəkkəb cümlənin bir mühüm əlaməti də bəzən
tərkib hissələrin hamısına aid ortaqlı söz və birləşmələrin
işlənməsidir. Bu xüsusiyyət ikinci dərəcəli üzvlərdən
tamamlıq və zərfliyə aiddir.
Ortaq tamamlığa aid:
Bunu mən çox gözəl bilirəm,
ancaq anam bilməz. (B.Bayramov)
Ortaq zərfliyə aid:
a) ortaq yer zəfliyinə aid:
Həmin sinif otağında
əvvəllər hərbi dərs keçilirdi, divardan cürbəcür tüfəng, tapança
sxemləri asılmışdı, bir küncdə əleyhqazlar yığılmışdı, boş güllə
gilizləri əyani dərs vəsaiti kimi pəncərənin taxta surahısına
düzülmüşdü. (Elçin)
b) ortaq zaman zərfliyinə aid:
Həmin küləkli-yağışlı
günün gecəsi göydə qəribə bir təmizlik var idi, göy başdan-
başa ulduzla dolmuşdu...(Elçin)
c) ortaq tərz zərfliyinə aid:
Bu qayda ilə sirlər
yayılar, hamı hiddətlənər, iclasda olanlar bir-birindən gümana
düşərdilər. (S.Rəhimov) və s.
Cümlə üzvləri ilə yanaşı, xitablar və ara sözlər də
ortaqlı olmaqla tərkib hissələri əlaqələndirir. Məsələn,
Nəhayət, iyirmi igidin iyirmisi də cilovlanmış qulunların çılpaq
belinə sıçradı, nağaraların gurultusu yazı düzünü bürüdü.
(Əbülhəsən)
Gülarə Abdullayeva
250
Yuxarıda qeyd etdiyimiz əlaqə vasitələri
komponentlər arasında tək-tək deyil, bir neçəsi birlikdə
müxtəlif şəkildə işlənir. Eyni cümlədə intonasiya, söz sırası
həmişə olur. Bunlarla yanaşı olaraq digər vasitələr də işlənə
bilər. Məsələn,
Öz ailəmdə belə kimsə məni anlamır, kimsə
məni başa düşmür. – cümləsində intonasiya, söz sırası, zaman
uyuşması, sözlərin paralelliyi komponentləri əlaqələndirən
vasitələr kimi çıxış etmişdir.
Tabesiz mürəkkəb cümlələrdə
məna əlaqəsi
Quruluş xüsusiyyətlərinə, bağlayıcı və intonasiyanın
xarakterinə görə tabesiz mürəkkəb cümlələrin tərkib
hissələri arasında bir sıra məna əlaqələri vardır.
Bunlar
aşağıdakılardır:
1. Birləşdirmə əlaqəsi;
2. Səbəb- nəticə əlaqəsi;
3. Aydınlaşdırma əlaqəsi;
4. Qarşılaşdırma əlaqəsi;
5. Bölüşdürmə əlaqəsi;
6. Qoşulma əlaqəsi;
Bu əlaqələrin bir qismi həm intonasiyanın, həm də
bağlayıcıların iştirakı ilə yaranır, aydınlaşdırma əlaqəsi
əksərən bağlayıcısız olur.
Birləşdirmə əlaqəsi. Birləşdirmə əlaqəli
tabesiz
mürəkkəb cümlələrdə tərkib hissələrdə iş və hadisələr
sadalanır, həmin hadisələrin hamısının
ya eyni zaman ərzində
icrası nəzərdə tutulur, ya da iş və hadisələr ardıcıl şəkildə
həyata keçir. Ona görə də bu cür cümlələrdə iki qrammatik
məna münasibəti müşahidə olunur:
eynizamanlı
birləşdirmə, ardıcılzamanlı birləşdirmə. Məktəb
dərsliyində eynizamanlı birləşdirmə
zaman əlaqəsi,
Müasir Azərbaycan dili
251
ardıcılzamanlı birləşdirmə isə
ardıcıllıq əlaqəsi adlandırılır.
Tabesiz mürəkkəb cümlələrin bir qismində eynicinsli
müxtəlif fakt və hadisələr sadalanır, onların eyni zaman
ərzində, vahid zaman daxilində baş verdiyi ifadə olunur
.
Məsələn,
Yaralı köhlənlər kişnəyir, güllələr vıyıldayır, bəylər
bağırır, yollara sarı gilizlər axır, qan sızırdı. (C.Bərgüşad)
Tərkib hissələrin hamısına aid ortaqlı zaman zərfliyi
olduqda cümlənin zaman əlaqəli olduğu daha asan
müəyyənləşir. Məsələn,
Əriyir yaz günü quzeydəki qar, Gəzir
dağ döşünü gəlinlər, qızlar, Hər bulaq başında bir qeybət olur.
(S.Vurğun) Komponentləri
zaman əlaqəsi üzrə
birləşdirməkdə mənsubiyyət şəkilçilərinin mühüm rolu
vardır. Çox zaman birinci komponentdə işlənən ismi
birləşmənin sonrakı komponentlərdə yalnız mənsubiyyət
şəkilçili ikinci tərəfi saxlanılır. Məsələn,
Üzünü soyuq daşa
sürtdü, ürəyindən Yadullanın da beləcə soyuduğu keçdi.
(F.Kərimzadə)
Eynizamanlı birləşdirmə əlaqəsində əksərən tərkib
hissələrin xəbərləri feli xəbərlərdən ibarət olur və həmin
xəbərlər eyni zaman şəkilçiləri ilə formalaşır. Məsələn,
Mən
ağzımı açanda anam da açardı, mən udqunanda anam da
udardı. (İ.Hüseynov)
Birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlələr açıq
sıralı cümlələrdir, sadalama yolu ilə qurulur,
buna görə də
iki tərkib hissədən ibarət olduğu kimi, üç-dörd və daha
çox tərkib hissədən də ibarət ola bilir.
Məsələn,
Kəndin
mötəbər adamları mütəkkəyə dirsəklənib dincəlir, cavanlar
atlarını çapıb əyri yollarla ötüşür, qız-gəlin bulaqlardan su
gətirib çay tədarükünə başlayırdı. (İ.Şıxlı)
Göründüyü kimi, bu cür cümlələr əksərən intonasiya
ilə qurulur. Lakin tərkib hissələri əlaqələndirmək üçün
və,
həm, həm də, da, də, nə, nə də birləşdirmə
bağlayıcılarından da istifadə edilir. Və bağlayıcısı sonuncu
tərkib
hissədən əvvəl,
həm, həm də, nə, nə də bağlayıcıları
Gülarə Abdullayeva
252
tərkib hissələrin əvvəlində işlənir. Məsələn,
Həm mən
qurtararam, həm sənin cibin dolar, həm də günahsız qalarsan.
(M.İbrahimov)
Ardıcılzamanlı birləşdirmə əlaqəli tabesiz mürəkkəb
cümlələrdə həmcins fakt və hadisələr sadalanır və onların
cümlədəki düzülüşünə müvafiq ardıcıllıqla baş verdiyi ifadə
olunur. Məsələn,
Vaqif danışarkən onun nitqini tərcüman
taxtın yanında oturmuş polkovnik Burnaşova tərcümə edir, o da
Vaqifi diqqətlə süzərək, başını təsdiqedici bir tərzdə tərpədirdi.
(Y. V.Çəmənzəminli)
Ardıcılzamanlı birləşdirmədə tərkib hissələr əksər
halda intonasiya ilə,
bəzən də və bağlayıcısı vasitəsilə
əlaqələnir. Eynizamanlı birləşdirmədən fərqli olaraq, bu cür
cümlələrin tərkib hissələri arasında digər birləşdirmə
bağlayıcıları (
həm, həm də, da, də, nə, nə də) işlənmir, çünki
həmin bağlayıcıların qrammatik mənasında eynizamanlılıq
mövcuddur.
Birləşdirmə əlaqəsinin bu növü də açıq sıralı olur,
sadalama yolu ilə qurulur, ona görə də iki tərkib hissədən
ibarət olduğu kimi, daha çox tərkib hissədən də ibarət ola
bilir.
Eynizamanlı birləşdirmə əlaqəli tabesiz mürəkkəb
cümlələrdə komponentlərin yerini dəyişmək də olar və bu
zaman mənaya heç bir xələl gəlmir. Ardıcılzamanlı birləşdirmə
əlaqəli cümlələrdə isə belə yerdəyişmə mümkün olmur.
Səbəb-nəticə əlaqəsi. Səbəb-nəticə əlaqəli tabesiz
mürəkkəb cümlələr iki tərkib hissədən ibarət olur. Birinci
tərkib səbəbi, ikincisi həmin səbəbdən doğan nəticəni
bildirir. Məsələn,
O, qəzetlərdə oxuduğu xəbərlərdən müharibə
dəhşətinin həqiqətini hiss edir və bu hiss onun əsəblərini
gərginləşdirirdi. (İ.Əfəndiyev)
Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr
qapalı sıralı olur, buna görə də iki sadə cümlənin
birləşməsi şəklində formalaşır. Lakin bəzən tərkib