114
də hakimiyyət və hakimiyyətə can atan əks-hakimiyyət
arasında siyasi mübarizənin bitkin nəticələrini (burada
müəyyən müddət üçün bitkin forma) şərtləndirən ünsür kimi
böyük rol oynayan vasitə kimi əhəmiyyətə malik olur. Siyasi
və inzibati sistemin (qeyd: elə inzibati sistem də siyasi
sistemin tərkib strukturu kimi çıxış edir. İnzibati sistem
siyasətin ali formasının tərkib ünsürlərə parçalanmasını və
tərkib baxımından hissələrə çevrilməsinin əsaslarını
meydana gətirmiş olur. İnzibati sistemlərin birləşmiş cəmi
yuxarı mərhələdə ali siyasi hakimiyyəti meydana gətirmiş
olur) formalaşmasında seçki bir istiqamət və vasitə olarq
mühüm əhəmiyyət kəsb edir.
Ə
gər biz insan hüquqlarını təsnif etsək, onda, belə qənaətə
gələ bilərik ki, insanların bir çox sahələrdə, xüsusilə, onların
fəaliyyət göstərdikləri sahələrdə əksini tapan və bir-birindən
daxilən törəyən və zahiri gerçəkliklə əks olunan hüquqları
mövcuddur. Ümumiyyətlə isə məlumdur ki, insanlar hüquq
daşıyıcılarıdırlar və bütün fəaliyyət sahələrində hüquqlara
məxsus olan məxluqlardır, ünsürlərdir. Hüquqların bölgüsü
məsələsi əsasən insanın əqli-fiziki qabiliyyətindən asılı olaraq
meydana gələn dəyər və nemət kimi ortaya çıxır. İnsan
hüquqları insanların anadan olmasından başlayaraq ömür
sonuna qədər genişlənmə və məhdudlaşma xassələrinə malik
olur. Bu da əqli-fiziki qabiliyyətdən asılı olan bir hala çevrilir.
Hüquqların
bölgüsünü
insan
fəaliyyətinin
istiqamətləri
meydana gətirir. Hüquqlar həm də yaş əlamətlərinə və cins
ə
lamətlərinə görə də bölgü proseslərini özündə əks etidirir.
Ə
mək fəaliyyəti və yaş dövrləri –fiziki və əqli qabiliyyət, bilik,
bacarıq və istedad təbii olaraq seçkilərin bölgü prinsipi üzrə
təsnif olunmalarının əsaslarını üzərə çıxarmış olur. İnsanlar
ayrı-ayrı sahələrdə vahid məzmunlu azadlığı özündə əks
etdirən hüquqlara malik olur. İnsan hüquqlarının əmək
fəaliyyəti ilə əlaqəsi zamanı isə hüquqların sahələr üzrə
115
təsnifatı (məsələn, müəllim hüquqları, təqaüdçü hüquqları,
həkim hüquqları və s.) meydana gəlmiş olur. Bu baxımdan
seçki hüququ hüquqların təsnifatında müxtəlif əlamətləri
vahid xüsusiyyətlərinə görə birləşdirən bir hüquqdur.
Seçki hüququ təsnifatda bölgü hüququ (hüquqların
ş
axələnməsində olan tərkib ünsürü) kimi önəmə malik olur.
Seçki əsasən hüquqların sahələr üzrə təsnif olunmasının
ə
saslarını (məsələn, qadınların və kişilərin bərabər əsaslarla
siyasi və inzibati sahələr üzrə məxsus olduqları seçki
hüquqları) təşkil edir. (Qeyd: inzibati seçki hüququ daha çox
bir idarəetmə aparatı daxilində olan və bu aparatda işləyən
şə
xslərin həmin aparatda müəyyən vəzifələrə seçilməsini əks
etdirən hüquq kimi qəbul olunmalıdır). Seçki hüququ
birləşdirici və koordinasiyaedici bir hüquq kimi böyük rola
malikdir. Seçki təbii hüquqlarla pozitiv hüquqlar arasında
bir körpü rolunu oynayır. Seçki üsulu ilə təbii hüquqlarla
pozitiv hüquqların təmin olunması arasında bir körpü yaranmış
olur. Yəni insanların siyasi azadlıqları (təbii hüquqların tərkibi
olaraq) həm də seçki üsullarının tətbiqi yolu ilə realizə olunur
və seçki burada pozitivliklə təbiilik arasında bir körpü rolunu
oynayır. Seçki hüququ təbiilikdən meydana gələn siyasi və
inzibati hüquqların formalaşmasını şərtləndirən hüquq kimi
xüsusi əhəmiyyət kəsb edir.
Seçki siyasi sistemlərin təşkilində vətəndaşların iştirakını
təmin edən əsas vasitə kimi böyük rola malikdir. Siyasi
sistemin ünsürləri arasında seçki əlaqələrin yaranmasının
ə
saslarını təşkil edən vasitəyə çevrilir. Seçki həm də vəzifəyə
seçilən şəxslə onu seçənlər arasında bir qarşılıqlı məsuliyyəti
ortaya çıxarır. Seçki burada tərəflər arasında məsuliyyəti
müəyyən edən vasitə kimi önəmə malik olur.
Seçki yolu ilə sistem təşkil olunur, siyasi sistem daxilində
iyerarxiya müəyyən olunur və qarşılıqlı vəzifə asılılığı
meydana gəlir. Burada seçki vəzifə səlahiyyətlərini müəyyən
116
edən ilkin kriteriya rolunu oynayır. Seçki proseslərində
istedadlı və qabiliyyətli şəxslər üzərə çıxır və idarəetmənin
ə
sasları formalaşır. Deməli, seçki idarəetmə proseslərində
idarəedənləri müəyyən edən üsul və dəyər olaraq da böyük
önəmə malik olan bir prosesli üsuldur.
Təbii ki, seçki hərəkətdir və iradələri tarazlaşdırıcı və
maraqları birləşdirici, nizamlayıcı bir vasitədir. Seçki özü o
halda nizamlayıcı və mərkəzi sistemləşdirici vasitə olur ki, bu
zaman cəmiyyətin ümumi tərkib hissələri həmin proseslər
anında birləşir.
Seçki cəmiyyətin tarazlı sisteminin və cəmiyyətin
idarəolunmasının tarazlı əsaslarını yaradan vasitə kimi də
xüsusi önəmə malikdir. Tarazlıq nəticəsində sabitlik
meydana gəlir. Seçki həm də cəmiyyətin ayrı-ayrı üzvləri
arasında siyasi mübarizənin əsasını təşkil edən vasitə kimi də
xüsusi önəm kəsb edir. Seçki zamanı baş verən proseslər
ziddiyyətlərin (burada mübarizə üçün enerjini və vəhdət
potensialı yaradan əskliklərin) ortaya çıxmasını təşkil edir,
daxili siyasi mübarizədən meydana gələn bütövlük və vahidlik
cəmiyyətdə daxili boşluğu aradan qaldırır və cəmiyyətin bütöv
halda güclənməsinin əsaslarını yaratmış olur. Deməli, seçki
ə
slində
potensialın
toplanması
üçün
və
cəmiyyətin
enerjilənməsi məqsədilə tətbiq olunan pozitiv proseslərdən
ibarətdir.
Seçki ümumiyyətlə, ali məzmunda siyasi bir aktdır. Seçki
ali siyasətin (mərkəzi dövlət siyasətinin), eləcə də yerli
siyasətin (mərkəzi siyasətin ətraf hissələrinin) formalaşmasının
ə
saslarını təşkil edir. Seçki dövlət siyasətinin mücərrəd
mahiyyətini onun konkret və real mahiyyəti ilə bağlayan bir akt
kimi də xüsusi önəmə malikdir.
Seçki
insan
hüquqlarının
zaman
(hər
müəyyən
müddətdən bir seçki hüquqlarının reallaşması) və məkan
(burada vətəndaşların öz yaşadıqları ərazilərdə seçki
hüquqlarının reallaşması) kateqoriyası ilə formalaşmasında
mühüm rol oynayır. Belə ki, seçkilər yolu ilə yenilənmiş
Dostları ilə paylaş: |