105
konkretləşdirici bir məfhumdur. Universal prinsipləri və
xüsusiliyi özündə əks etdirir. (Qeyd: elmi izahlara əsasən, Hər
bir bölgü üç hissədən, ünsürdən ibarətdir. 1. Bölünən
məfhum. 2. Bölgü üzvləri. 3. Bölgünün əsası, yaxud
bünövrəsi.
1
Məntiqi əməliyyatın köməkliyi ilə növlərini
sayaraq
həcmini
açdığımız
məfhum
bölünən
(totum
dividendum) məfhum, bölgü nəticəsində alınan yeni məfhumlar
bölgü üzvləri (membra divisions) adlanır.
2
Həcmini açdığımız
məfhum, cins yeni məfhumlar isə həmin cinsə münasibətdə növ
məfhumları adlanır.
3
Elmi izaha əsasən, bölgünün tərkib
hissələrindən biri də bölgünün əsası və yaxud da bölgünün
prinsipidir
(prinsipum
divisions).
Bölünən
məfhumun
növlərinin hansı əlamətə görə aparılması isə onun əsasını,
prinsipini təşkil edir, başqa cür desək, cins məfhumlarının növ
məfhumlarına bölünməsi əlaməti bölgünün əsaslarını təşkil
edir.
4
Məntiqi izahlara əsasən, məfhumların bölgüsünü
bütövün, tamın fikrən hissələrə ayrılması ilə qarışdırmaq
olmaz. Məsələn, “Jiquli” maşınının gövdədən, motordan, sağ
və sol cinahdan, şassidən və digər hissələrdən ibarət olmasını
fikrən hissələrə bölürük. Burada söhbət tam və hissənin
əlaqəsindən gedir. Bu hissələr növü, məfhumları ifadə etmir.
Bölgünün məqsədi elə cism və hadisələri müəyyənləşdirməkdir
ki, onlar bölünən məfhumların məzmununa aid olsun. Bölgüdə
elə ünsürlərin strukturlarını açırıq ki, bu ünsürlərin məcmusu
bütöv cismi təşkil edir. Bölünən məfhum və bölgü üzvləri öz
aralarında növ-cins münasibətlərini əks etdirməlidir. Bölünən
1
M.M. İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-333 səh., s.
100.
2
Yenə orada.
3
Yenə orada
4
Yenə orada
106
məfhum tabe edən, bölgü üzvləri isə müştərək tabeli növ
məfhumları olmalıdırlar.
1
)
Seçki həm bölgü ünsürü olaraq bir proses kimi siyasi və
inzibati proseslərin tərkibidir. Bununla bərabər, seçki özü də
ümumiləşdirilmiş məfhumdur və bölgü baxımından (məsələn,
ümumxalq seçkiləri- prezident seçkiləri; deputat seçkiləri
(ümumxalq və yerli əhəmiyyətli seçkilər); kiçik məzmunlu
seçkilər-kafedra seçkiləri, təşkilat rəhbərliyinə olan seçkilər və
s.) və tərkib baxımından (məsələn, azad iradənin ifadə
olunması, müəyyən obyektlərə -vasitələrə səs verilməsi və s.)
bölünə bilən bir məfhumdur. Qeyd olunduğu kimi, seçki
məfhumunun tərkib ünsürü (hissəsi) və bölgüsü var. Bu
məfhumun
fikir
olaraq
ümumiləşdirilməsi
(məsələn,
ümumxalq seçkisi) və konkretləşdirilməsi-xüsusiləşdirilməsi
(məsələn, bir şəxsin kafedra müdiri vəzifəsinə seçilməsi və s.)
və qarşılıqlı keçid məsələləri təbii ki, təfəkkürdə deduksiya və
induksiyanı meydana gətirir. Seçki anlayışı digər anlayışlar
üçün şərtləndirici və zəruriləşdirici əhəmiyyət kəsb edir. Bu
baxımdan da məfhumun istiqamətləndirici məzmunu da
mövcuddur. Seçki məfhumu həmçinin zaman bərabərliyində
birləşdirici (məsələn, maraqları və fikirləri, hərəkətləri
müəyyən zamanda birləşdirmək), müəyyənedici (iradə
müəyyənedici, daxili azadlığı müəyyənedici, insan hüquqlarını
müəyyənedici və s.), təşkiledici (məsələn, seçkilər yolu ilə
siyasi və inzibati sistemləri təşkil etmək, vətəndaşların dövlətin
siyasi və inzibati idarəçiliyində iştirakını təmin etmək),
reallaşdırıcı
(siyasəti
reallaşdırmaq,
maraqların
təmin
olunmasını reallaşdırmaq və s.) funksiyanı yerinə yetirən bir
məfhum kimi də xüsusi önəmə malikdir. Seçki qlobal məzmun
kəsb edir, eləcə də bir qədər az məzmuna malik ola bilir.
Məsələn, dövlət rəhbərinin seçilməsi, ümumparlamentin
1
M.M. İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-333 səh., s. 101
107
(mərkəzi qanunverici orqan kimi) nümayəndələrinin seçilməsi
daha çox universal və qlobal məzmuna malik olur.
Bələdiyyədə, digər yerli idarəetmələrdə boş qalmış yerlərə
seçkilərin keçirilməsi isə qlobal məzmuna malik olmur. Bu,
daha çox lokal (yerli) əhəmiyyət kəsb edir.
Seçki ümumi və universal məfhumdur və buna görə də bir
qayda və etalon olaraq universal və konkret məsələlərdə, həm
də tətbiq olunur. Seçkilərin keçirilməsi növləri (üsulları) da
formalaşır. Belə ki, seçkilərin açıq, gizli; birbaşa və
nümayəndələr vasitəsilə seçkilər; proporsional və majoritar
üsullar, qarışıq üsular kimi formaları vardır. Birbaşa seçkilər
(birbaşa
namizədə
səsvermə),
məsələn,
Azərbaycanda,
Rusiyada, Gürcüstanda və s. prezident seçkiləri; namizədlərə
vasitəli qaydada səsvermə, məsələn, ABŞ-da nümayəndələr
vasitəsilə prezidenti seçmək kimi üsullar nəticə etibarilə oxşar
mahiyyət kəsb edir. Yəni, seçki son məqsədlərin, -hədəflə
müəyyən olunmuş məqsədlərin,- ifadə olunması üçün təşkil
olunan bir proses kimi əhəmiyyətə malik olur.
Seçki ümumiyyətlə, vətəndaş statusunu müəyyən edən
ümumiləşdrici bir vasitədir. Vətəndaşın statusu həm də hüquq
normalarında öz əksini tapmış olur. Seçki hüququnun
mövcudluğu özü vətəndaşların siyasi hüquqlarının tanın-
masında böyük əhəmiyyət kəsb edir. Seçki hüququ siyasi
hüquqların təmini üçün bir təşkiledici istiqamət və vasitə olaraq
da böyük əhəmiyyətə malikdir.
Seçki məfhumunun fəlsəfi məzmunu onun insan
azadlığında ifadə olunmasında və iştirak edənin (şəxsin) iradə
sərbəstliyindədir. Bu məfhumun fəlsəfi məzmunu daha çox
onun tərkib ünsürü (məsələn, “özünüdərk” siyasi və ictimai
fəlsəfi fikri) ilə bağlıdır. Tərkib ünsürünün zənginliyi, yəni
seçki məfhumunu formalaşdıran digər məfhumlar cəmindən
yaranan tərif təbii ki, bölgü məsələsində də öz əksini tapır.
Yəni bütün seçki proseslərində iştirak edənlər müəyyən
Dostları ilə paylaş: |