100
müəyyən sistem daxilində vəhdəti və tərkib hissələri
(yarımstrukturları və tərkib komponentlərini) meydana gətirir.
Hər bir məfhum həm tərkib hissə olaraq, həm də ümumi
sistemin və anlayışın konkretləşdirilmiş adı kimi böyük
ə
həmiyyətə malik olur.
Yarımstrukturun izahını ifadə edən
məfhumlar ümumstrukturun izahını verən məfhum üçün
tərkib olaraq, tərif mənasını açan komponent rolunu
oynayır. Məsələn, vətəndaşı və hakimiyyəti, eləcə də
cəmiyyəti şərh etməklə, əslində dövlətin tərkibini, məzmununu
şə
rh etmiş oluruq. Buradan da belə bir nəticə ortaya çıxır ki,
hər bir komponent həm tərkibdir, hissədir, həm də vahiddir.
Deməli, vahidliklər və tərkib hissələr bir-birinə və biri-digərinə
çevriləndir. Bu baxımdan da məkan və sistem də müəyyən
hərəkətlər halında dəyişəndir. Tərkibin izahı elə vahidin ümumi
və konkret mənasının izahı demək olur. Burada tərkib hissənin
şə
rh miqyası ümumi şərti miqyasdan kiçik olur. Lakin tərkibdə
ümumi məzmun da izah oluna bilir.
Məfhumların fəlsəfi aspektlər nöqteyi-nəzərdən izah
olunması,
məfhumların
məzmununun
şə
rh
edilməsi
prizmasından yanaşıldıqda, eləcə də kainatda olan bütün
ş
eylərin tərkibinin hissələrdən ibarət olması qənaətinə
gəldikdə, həm də ardıcıl və dərin məntiqi düşünmə prosesinin
nəticələri olaraq belə bir yanaşma etmək yerinə düşər ki,
hər bir
ümumiləşdirilmiş fikir
fəlsəfənin obyekti olaraq
tezisdir.
Tezislərin ardıcıl olaraq birləşərək vahid bir mətnə çevrilməsi
sintezdir. Yəni, müəyyən ölçü yaratmış tərkibdir-tərkib böyük
və kiçik ola bilər. Tezislər cəmi sintezdir. Tezis ümumi
vahiddirsə, sintez tərkib hissədir. Sintez həm də tərkib hissələri
tezislərdən ibarət olan vahiddir. Sintezdən əldə olunan isə
nəticədir. Nəticə ilə başlanğıc və törəmə tezislər arasında bir
sintez (buna tezislər paneli də demək olar) mövcuddur.
Buradan da belə bir məntiqi fikrə gəlmək olar ki, sintez elə
bütövdür. Bütövün hər iki ucu həm tezis, həm də analizdir.