87
Dövlətlər siyasi təsisatlar olduğundan onlar arasında olan
münasibətlər rasional əsasa malik olan hüquq normaları ilə
tənzimlənir. Hüquq normaları ilə tənzimlənmə də universal və
konkret sahələr üzrə aspektləri özündə əks etdirir. Universal
normalar ədalət qaydaları olduğundan, digər normalar da bu
ə
dalət qaydaları ilə təmin olunur, yaradılır. Hüquq anlayışı
elmin obyekti olaraq daima genişlənən bir məfhum kimi
öyrənilir və özündə daimi ədaləti əks etdirir. Bu baxımdan da
dünya təcrübəsi əsasında hüququn öyərnilməsi baza ədalət
prinsipinə söykənir. Hüquq bütün hallarda universal ədalət
dəyəri, meyarı və norması kimi qəbul edilir.
Dünya təcrübəsi ilə (real əsaslarla və nəzəri əsaslarla)
hüququn öyrənilməsi ümumdünya siyasətinin tərkibi olaraq
meydana gəlir. Dövlətlərdaxili münasibətlər və dövlətlərdaxili
siyasət, həmçinin dövlətlərarası münasibətlər və dövlətlərarası
siyasət
tərkib
baxımından
və
ümumstrukturun
tərkib
strukturları olaraq ümumdünya siyasətinin (ümumstrukturun)
komponentidir. Siyasətin hüquqla vəhdəti və siyasətin hüquqa
(hüquqdan irəli gələn maraqlar) xidmət etməsinin zəruriliyi
prinsipindən çıxış edərək, belə qəbul etmək olar ki, insan
hüquqları
anlayışı
həm
dövlətlərdaxili
münasibətlərdə
(məsələn, dövlətin daxili qanunvericiliyi), həm ayrı-ayrı
ölkələrin təcrübəsi əsasında (məsələn, bir ölkənin “seçki
hüquqları” sahəsində təcrübəsinin öyrənilməsi), həm də
beynəlxalq əlaqələr təcrübəsindən (burada iki və ya da çoxlu
sayda dövlətlərin və beynəlxalq təşkilatların qəbul etdikləri
universal və ikitərəfli sənədlər nəzərdə tutulur) öyrənilir. Bütün
hüquq sahələri isə norma və qaydalara söykənir. Buradan insan
hüquqları anlayışının ümumdünya
təcrübəsi əsasında
öyrənilməsinin əsasları formalaşmış olur. Hüquq dövlətin
fəaliyyətinin cəmləşdiyi ümumstruktur olan dünya təcrübəsi
ə
sasında və onun ayrı-ayrı istiqamətləri üzrə elmin obyekti
kimi öyrənilir. Bütün istiqamətlər isə biri-digəri üçün nəzəri və
88
təcrübi baxımından şərtləndiriciliyin əsasını təşkil edir.
Dövlətdaxili təcrübə və qaydalar beynəlxalq əlaqələrə,
beynəlxalq təcrübə daxili təcrübələrə, bir ölkənin təcrübəsi
digər ölkələrdə nümunə olaraq öyrənilir. Xarici ölkə təcrübəsi
ümumi qaydada insan hüquqlarının bir çox ölkələr üçün
universal normativ əsaslarını meydana gətirmiş olur.
İ
nsan hüquqlarının kompleks şəkildə təmin olunması
məhz hüquq sisteminin (hüquqların sistemli vəhdətindən)
mövcudluğundan ortaya çıxır. Hüquq sisteminin vəhdəti və
dünyada təqribi oxşar olan eyni məzmunu ümuminsan
xarakterindən və ümummaraqların xüsusiyyətlərindən ortaya
çıxır. Hüququ sistemləşdirən tərəf kimi universallaşdırıcı
qurum olaraq dövlətlər çıxış edirlər. Dövlətlərin baza
funksiyaları elə sistemləşdirmədən və öz siyasətlərini
insanların hüquqlarına bağlamaqdan ibarətdir. Dövlət insan
hüquqlarının təmin olunmasında baza funksiyanı yerinə yetirir.
Dövlət idarəedən bir qurumdur və fəaliyyətini də idarəetmədə
ə
ks etdirir. Deməli, dövlətin idarəetmə hüququ vardır,
idarəetmə də onun təşkilati hüququndan meydana gəlir.
Buradan da belə bir nəticə ortaya çıxır ki, hüquq elə digər
hüquqları şərtləndirir. Hüquqlardan hüquqlar törəyir və
hüquqlar digər hüquqların səbəb və nəticəsinə çevrilir. (Qeyd:
hələ antik yunan alimi Miletli Anaksimandr (O, qeyd edirdi ki,
hər şeyin –mövcudluğun başlanğıcı və əsası apeyrondur-qeyri-
müəyyən başlanğıcıdır) demişdir ki, vahiddən, ondan birləşmiş
ə
ksliklər ayrılır. Onun fikrinə görə, törəniş ünsürün dəyişməsi
yolu ilə
deyil, əksliklərin
daimi
hərəkəti
sayəsində
ayrılmasından baş verir.
1
). Bu yanaşmadan irəli gələrək, hesab
etmək olar ki, maraqların törəmə xassələri və fəaliyyətin
törəmə əsasları
vahid
hüquqlardan
törəmələri
(tərkib
1
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu.
Qədim yunan fəlsəfəsi antologiyası. “Yeni Nəsil” AJB, Bakı, 2002, 180
səh., səh.15.
89
ayrılmalarını, artmaları) meydana gətirir və öz-özlüyündə də
elə vahid hüquqların tərkibini zənginləşdirir. Bu, həm də
ziddiyyətlərdən ortaya çıxır. Tərkibin zənginləşməsi enerjini
yaradır. Enerji də yaxınlaşdırır və daxili harmoniyanı meydana
gətirir. Hətta qədim yunan alimi Aristotel Nikomax etikası
ə
sərində göstərirdi ki, ziddiyyət yaxınlaşdırır, müxtəliflik ən
gözəl harmoniya doğurur, həm də hər şey çəkişmədən yaranır.
1
Hüquq zənginliyi mübarizənin nəticəsidir, desək, yanılmarıq.
Yəni, insanlar hərəkətdə olarkən daha çox hüquqlara sahib
olurlar.
Dövlətin idarəetməsində tənzimləmə mövcuddur. Deməli,
dövlətin tənizmləmə hüququ vardır. Tənzimləmə fəlaliyyə-
tinin içərisində təşkiletmə, istiqamətləndirmə, mühafizə və
müdafiəetmə, bu fəaliyyətin tərkibi olaraq nəzarətetmə, o
cümlədən müşahidəetmə, izləmə; yerinə yetirmə, o cümlədən
icraetmə; hesabat tələbetmə və s. kimi fəaliyyət istiqamətləri
mövcuddur. Deməli, dövlətin tənizmləmə hüququ da bölgü
ünsürlərinə bölünür: dövlətin müşahidəetmə hüququ, izləmə
hüququ, icraetmə, hesabat tələbetmə hüququ və s. kimi
hüquq sahələri və s. İnsan hüquqlarının və tərəf kimi dövlət
hüquqlarının bölgüsü insanların və dövlətin fəaliyyəti üzərində
qurulur və tərəflərin fəaliyyətinə haqq verən mənəvi dəyərlərə
çevrilir. Hüquq və fəaliyyət bütövlüyü birlikdə insanların
maraqlarının təmin olunması predmetinə və vasitəsinə çevrilir.
Ə
gər insan fəaliyyəti törəmə xassəsinə malikdirsə və
şə
bəkələnirsə, onda, belə qənaətə gəlinməlidir ki, hüquqlar da
şə
bəkələnmə xassələrinə malikdir. Buradan da (şəbəkələn-
mədən) hüquqların təsnifatı meydana gəlmiş olur. Hüquqların
təsnifatı hüquqların çoxistiqamətliliyinin əsaslarını yaradır.
Hüquqların təsnifatı ayrı-ayrı sahələr üzrə normaların
1
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu.
Qədim yunan fəlsəfəsi antologiyası. “Yeni Nəsil” AJB, Bakı, 2002, 180
səh., səh.19.
Dostları ilə paylaş: |