86
təcrübəsi aspektləri. Bu istiqamətlərdə təhlil apararkən və
elmi aspektdən çıxış edərkən onu nəzərə almaq lazımdır ki,
“insan hüquqları” məfhumu insanların yaşadıqları, o
cümlədən münasibət qurduqları cəmiyyət və insanların
maraqlarının qruplaşdığı siyasi sahələr (burada dövlətdaxili
siyasi sahələr və dövlətin daxil olduğu beynəlxalq münasibətlər
sahələri nəzərdə tutulur) üzrə öyrənilə bilir. Dövlətlər insan
hüquqlarını normalar təcrübəsi mübadiləsi (hüquq normalarına
dair fikirlərin paylaşması) olaraq bir-biriləri ilə paylaşırlar.
Ümumiyyətlə,
insanların
fəaliyyət
göstərdiyi
sahələrin
xüsusiyyətləri həm də onların hüquqlarına əsaslandığından və
insanların hüquqlarını meydana gətirdiyindən (burada hüquq
sahələrinin törəməsindən və daxilən təkmilləşməsindən,
sadələşməsindən və zənginləşməsindən söhbət gedir) insan
hüquqları anlayışı elmin obyekti olaraq həm dövlətdaxili, həm
də dövlətlərarası norma və qaydalarda öyrənilə bilir. Beləliklə,
hər üç istiqaməti özündə əks etdirən
dünya təcrübəsi əsasında
hüquq anlayışının öyrənilməsi xüsusi əhəmiyyətə malik olur.
Dünya təcrübəsi ilə insan hüquqları anlayışının öyrənilməsi
ümumdünya üzrə bu anlayışın vəhdətdə inkişafını təmin
edir və
baxışları, fikir bucaqlarını birləşdirir. Ümummetodlar insan
hüquqları anlayışının
vahid əsaslarla dərk olunmasını
meydana gətirir. Geniş dərk etmək dünyada insan hüquqları
anlayışını həm elmi, həm də kütləvi əsaslarla təbliğ edən
vasitəyə və istiqamətə çevirir. Dünya təcrübəsi əsasında
hüququn öyrənilməsinin də məzmun etibarilə (bir metod
olaraq) iki mühüm baza istiqaməti vardır:
birincisi, dünya
hüquq nəzəriyyəsi tarixinə müvafiq olaraq, fəlsəfi və elmi
baxışların
öyrənilməsi;
ikincisi,
dünyanın
ayrı-ayrı
məkanlarında tarixən baş vermiş və hal-hazırda da baş
verməkdə olan insan hüquqları pozuntusu ilə nəticələnən
hadisələr.