109
hissələrə ayırıcı fəlsəfi məzmun kimi tərkibini elm və məntiq
vəhdətdə öyrənir. Seçki məfhumunun məzmunu və tərifi bu
məfhumun elmiliyini və fəlsəfiliyini üzərə çıxarır. Seçki
məfhumunun tərifi, yəni onun məzmunu başlıca olaraq bu
məfhumun mərkəzləşdirici olmasını üzərə çıxarır. Seçki
demokratik quruluşun yaranmasında bir vasitə və yol
olduğundan, məhz fəlsəfi əhəmiyyətə malik olur. Seçki insanın
daxili azadlığını ifadə edən, insanın daxili azadlığının
statusunu
müəyyən edən bir kriteriya olduğu üçün də fəlsəfi-elmi
mahiyyətə malikdir. Seçkinin tərkibini, onun bir məfhum kimi
bölgüsünü, zaman və məkan kriteriyaları ilə əlaqəsini, məhz
məntiq öyrənir. Məntiq seçki məfhumunun tərkibini aşkarlayır
və onun digər məfhumlarla əlaqəsinin əsaslarını müəyyən edir.
Bu baxımdan da seçki məfhumu bir elmi-fəlsəfi məna daşıyır.
Seçki (şəffaf və ədalətli seçki) ideal məzmun olmaqla
bərabər,
real
siyasətin
ə
sasını
müəyyən
edən
ə
sas
kriteriyalardan biridir. Seçki ümumiyyətlə, mütləq və nisbi
anlayış olduğundan mütləq və nisbi vəziyyətlərdə və anlarda
maraqların birləşdirilməsi üçün vasitə və həlqə rolunu oynayır.
Müasir
demokratik
cəmiyyətlərin
qurulmasının
və
strukturlardan və yarımstrukturlardan təşkil olunan bir bütöv
siyasi sistem kimi dövlətlərin formalaşmasının əsasını
təşkiledici üsul və vasitə olaraq seçki müəyyən edir. Seçki və
səsvermə prosesləri (ümumi, açıq və ya da gizli əsaslarla,
birbaşa və vasitəli yollarla) hüquq obyektini (nəyə səsvermə)
və subyektini (kimə səsvermə) müəyyən edir. Parlamentdə
səsvermə yolu ilə dövlət hakimiyyəti ilə vətəndaşlar arasında
münasibətləri və əlaqələri tənzim edən hüquq normaları qəbul
olunur.
(Qeyd: bu hüquq normaları obyektiv hüquqa
çevrilir, çünki hər kəs üçün tətbiqedilən olur. Deməli,
universal əsaslı normalar obyektiv, fərdi normalar isə
subyektiv olur. Obyektiv hüquq da bütün subyektlərə
tətbiq olunur, subyektlərin hüquqlarını təcəssüm etdirir).