117
(burada tərkib subyektləri baxımından) sistem daima yeni
hüquqların meydana gəlməsi üçün müvafiq potensialın
formalaşmasında mühüm əhəmiyyətə malik olur. Seçki
insanların “gələcək hüquqları”nın formalaşmasının əsaslarını
təşkil edən kriteriya kimi də xüsusi müəyyənedici vasitədir.
Seçki ümumiyyətlə, siyasi sistemdə məsuliyyəti meydana
gətirir.
Hüquq şərti olaraq ona görə iqtisadi, siyasi və digər
bölgülərə ayrılır ki, həyat özü fəaliyyət baxımından, qarşılıqlı
şə
kildə asılı olan və şərtləndirici əsasları özündə daşıyan
bölünmüş bir vəziyyətdədir. Bu bölgülər nisbi və şərti
ə
həmiyyətə malikdir. Məsələn, belə qəbul olunur ki, seçki
hüququ konstitusiya hüququnun tərkib hissəsidir. Əslində də
seçki bir proses kimi siyasi sistemləri və bu sistemləri təşkil
edən hakimiyyətin qollarını müəyyən etmək üçün təşkil
olduğundan elə konstitusiya hüququna aid olan bir tərkibdir.
Lakin konstutusiya hüququ çox genişdir və bu tək seçki
hüququ və digər hüquq bölgüləri ilə məhdudlaşa bilməz.
Ə
slində bütün hüquqlar forma və məzmun baxımından
konstitusiya hüququnun tərkibidir. Çünki insanlar dövlətdə
yaşayırlar. Konstitusiya hüququ insanların ictimai-siyasi və
digər hüquqlarının ümumiləşdirilmiş vahid məcmu olaraq
hüquq normaları şəklində əksini tapan hüquqdur. Konstitusiya
hüququ həm də iqtisadi-sosial hüquqların əsasını özündə əks
etdirən hüquqlar cəmidir. Ümumiyyətlə isə, konstitusiya vahid
bir ümumiləşdirici toplu olaraq hüquqlara normalar kimi baxan
ə
sas universal məzmunlu konkret bir sənəddir. Elmi izahlarda
belə bir yanaşma var ki, konstitusiya ən yüksək hüquqi
qüvvəyə malik olan və bir tərəfdən insan və cəmiyyət arasında,
digər tərəfdən isə insan və dövlət arasında münasibətlərin
ə
saslarını nizamlayan hüquq normaları sistemidir.
1
Konsti-
tusiya insan və vətəndaş hüquq və azadlıqlarını bəyan və onlara
1
Əsgərov Z.A. Konstitusiya hüququ. Dərslik. Bakı; Bakı Universiteti
nəşriyyatı. 2006, 698 səh, s. 50.
118
təminat verir, eləcə də konstitusiya quruluşunun əsaslarını,
idarəetmə formasını və ərazi quruluşunu, mərkəzi və yerli
hakimiyyət orqanlarının təşkili əsaslarını, onların səlahiyyətləri
və qarşılıqlı münasibətlərini, dövlət rəmzlərini və ölkənin
paytaxtını müəyyən edir.
2
Ümumi götürdükdə, konstitusiya hüququnun baza hissəsi
(məsələn, Azərbaycan konstitusiyası) insan hüquqlarının
özəyidir. İnsan hüquqlarının özəyi konstitusiya hüquqlarının
baza hissəsində öz əksini tapır. Konstitusiya və bununu
məzmunundan irəli gələn, bu baza sənədindən törəyən sənədlər
təbii ki, insanların əsas hüquq və azadlıqlarını təmin edən
vasitələr kimi böyük önəmə malikdir. İnsanların təbii
hüquqlarının şərti olaraq tərkibi olan pozitiv hüqüqlar (buna
sonradan yaranan və dövlət tərəfindən təmin olunan hüquqlar
da deyirlər) əslində elə baza hüquqlara (əsas hüquq və
azadlıqlara) xidmət edir.
Konstitusiya hüququna ümumvətəndaşlıq hüququ da
aiddir. Bu baxımdan seçki hüququnu həm konstitusiya
hüququ, həm də vətəndaşlıq hüququ yaradır. Seçkinin tarixi
formalaşma mərhələsi də elə konstitusiya hüququnu yaradan
ə
sasları üzərə çıxarır. Bütün konstitusiya hüququ üzrə tərkib
hissələr cəm halda siyasi məzmun kəsb edərək dövlət
hüququnu meydana gətirir. Burada dövlət hüququ,
konstitusiya
hüququ,
seçki
hüququ
vahid
şə
kildə
ümumvətəndaşlıq hüququnu formalaşdırır. Vətəndaşlıq
hüququ digər siyasi hüquqların
yaranması üçün də
səlahiyyətləri müəyyən edir. Ümumiyyətlə, bütün siyasi
hüquqların tərkibi və cəmi siyasi komplektlilik (burada
daha çox forma) baxımından dövlət hüququdur. Dövlət
hüququ (dövlətin öz ərazisi daxilində və beynəlxalq əlaqələrdə
olan hüququ) da konstitusiya hüququdur. Konstitusiya hüququ
2
Əsgərov Z.A. Konstitusiya hüququ. Dərslik. Bakı; Bakı Universiteti
nəşriyyatı. 2006, 698 səh, s. 50.
119
isə insanların ümumiləşmiş baza və pozitiv hüquqlarıdır.
Buradan da belə bir məntiqi nəticə ortaya çıxır ki, əslində insan
hüquqlarının siyasi ümumiləşmiş məzmunu dövlət hüqu-
qudur. Bütün hüquqların əsası, özü isə insan hüquqlarıdır.
İ
nsan hüquqları burada fəlsəfi tezisdir. Ümumidir, yekundur və
sahələr və sistemlər üzrə təsnif olunandır. Konstitusiya
ümumiləşdirici vahid olmaqla, dövlət hüququnun və onun
ə
sası olan insan hüququnun siyasi məzmun kəsb edən bir
fəlsəfi əsasıdır. Dövlət üçün konstitusiya bir təşkiletmə
vasitəsidir, siyasəti istiqamətləndirmə yoludur və insan
hüquqlarını təminetmə üsuludur. Bu baxımdan da siyasi
hüquqların bütün tərkibləri bir-birini şərtləndirəndir və nəticə
etibarilə insan hüquqlarına xidmət edəndir.
Konstitusiya hüququ alidir və toplu şəklində əks olunur (ifadə
edilir). Konstitusiya hüququ insan hüquqlarının kompleks şəkildə
təcəssüm olunmasıdır. Hər bir konstitusiya ən yüksək hüquqi
qüvvəyə malik olan əsas qanun kimi özünün hüquqi mahiyyəti ilə
bərabər, sosial-siyasi mahiyyətinə də malikdir.
1
Konstitusiya
hüquq münasibətləri həm mühafizəedici, həm də nizamlayıcı
olur
2
.
Konstitusiya hüququnun formalaşmasında (ümumi olaraq
təşkil olunmasnda) seçkilər böyük rol oynayır və konstitusiyanın
qəbul olunmasında insanlar öz iradələrini və istəklərini bu
sənəd layihəsinə səs verməklə bildirirlər. Konstitusiya hüququ
fəlsəfi məzmun kəsb etdiyindən bu hüququn tanınması, qəbulu
və icrası üçün də seçki hüququ fəlsəfi və elmi məzmun kəsb
edir. Seçki hüququnun fəlsəfi-elmi məzmunu onun ümumiləş-
dirilmiş sənəd olaraq konstitusiyanı müəyyən etməyində özünü
göstərir. Konstitusiya ümumiləşdirilmiş tərkibdə seçki yolu ilə
(səsvermə) əsasında qəbul olunan bir sənəddir. Konstitusiya
1
Əsgərov Z.A. Konstitusiya hüququ. Dərslik. Bakı; Bakı Universiteti
nəşriyyatı. 2006, 698 səh, s. 53.
2
Həmin kitab. səh. 49.
Dostları ilə paylaş: |