96
Azadlıq və hüquq ehiyac və tələbatlardan doğan insan
hərəkətlərinin əsaslarını təşkil edir. Hərəkətlərin mənası məhz
azadlıq və hüquqda özünü əks etdirə bilir. Hərəkətin
məhdudlaşdırılması
azadlığın
məhdudlaşdırılmasıdır.
Bu
baxımdan azadlıq məkanla əlaqəlidir. Hərəkət məkanının
böyüklüyü elə azadlığın böyüklüyüdür. Bu baxımdan da belə
nəticəyə gəlmək olur ki, əhalisi çox olan müəyyən bir ölçüyə
malik olan məkanda əhalinin çoxalması ilə azadlıq da məkan
üzrə məhdudlaşa bilir. Çoxalma zamanı hüquq subyektlərinin
sayı artır. Mövcud olan və genişlənməyən məkan çoxalan
subyektlər arasında bölünür. Burada artıq hərəkətlərin
məhdudlaşması (eninə doğru-ərazi üzrə) baş verir. Buna görə
də ərazisi kiçik olan, lakin sürətlə çoxalmaqda olan bir
dövlətdə insanların azadlıq hüquqlarının genişlənməsi üçün
məhz daxili resurslar-yuxarıya doğru artan resurslar-tələb
olunur. İnkişafın fərqli xüsusiyyətləri meydana gəlir. Buna
görə də əhalisi ilə ərazisi arasında fərq olan ölkələrdə inkişaf
xüsusiyyətləri də fərqli ola bilir. Məsələn, Çin ilə Norveçin,
İ
sveçin inkişaf xüsusiyyətləri fərqli ola bilər. Çinin gələcək
inkişafında daxili yuxarı genişlənmə (burada mövcud olan
ə
razilərdə əhalinin sayının çoxalması ilə xarakterizə olunan və
daxilə doğru yüksələn inkişaf), ərazisi böyük olub əhalisi az
olan ölkələrdə isə ərazi üzrə ətrafa genişlənmə müşahidə
oluna biləcəkdir. İnkişafın daxili yuxarı istiqamət üzrə
genişlənməsi isə inkişafın texniki təkmilləşmə dövrünü
meydana gətirə biləcəkdir. Bu prinsipdən çıxış edərək hesab
etmək olar ki, Çin orta müddətli gələcəkdə texniki inkişaf
baxımından əksər ölkələri (əhalisi az olub, ərazisi böyük olan
ölkələləri) ötüb keçə biləcəkdir. Çində insan hərəkətlərinin
eninə doğru məhdudlaşması isə hüquqların daxilə doğru
genişlənməsi zərurətini meydana gətirə biləcəkdir.
Ə
razisi kiçik, əhalisi nisbətən çox olan ölkələrdə inkişafın
ə
sasını resurslar zənginliyi (burada texnoloji vasitələr) təşkil
edir. Məsələn, Yaponiyada inkişafın bu tendensiyası vardır.
97
Azadlığın məhdudlaşdırılması da öz növbəsində maraqların
məhdudlaşdırılması kimi mühüm məzmuna malikdir. Azadlıq
hərəkətin və düçüncənin nisbi sərhədlərsiz bir məzmunudur.
Bu baxımdan da hüquqların daxili məzmununu özündə
cəmləşdirir. Hüquq azadlıqla vəhdətdə çıxış edir. Bu vəhdətdən
də həm də məhdudlaşdırılmalar ortaya çıxır. Hüquq azadlığı
məhdudlaşdıra bilir. Məhdudlaşdırıcı hüquq normaları həm də
azadlığı məhdudlaşdıran qaydalardır. Məhdudlaşdırmada məhz
ə
xlaq qaydaları mühüm əhəmiyyətə malik olur. Əxlaq azadlıqla
hüquq arasında bir bağlayıcı, bu baxımdan da məhdudlaşdırıcı
məfhum rolunu oynayır. Əxlaq qaydaları ilə məhdudlaşmaya
təbii məhdudlaşma kimi ad qoymaq olar. Əxlaq ilk növbədə
daxildən gələn məhdudlaşdırıcı kriteriyadır. Əxlaq həm də
azadlığı genişləndirici kriteriyadır. Azadlığın genişlənməsinə
haqq qazandırır.
Seçki hüququ azadlıqdan və dövləti təşkil etmək sərbəst
və geniş əsaslarla iştirak etmək hüququndan doğan bir
məfhumdur, kriteriyadır, hüquq təsnifatı kateqoriyasıdır. Onu
nəzərə almaq lazımdır ki, azad seçki hüquqlarının təmin
olunması yolu ilə formalaşan dövlət azad dövlət və onun
vətəndaşı azad vətəndaş olur. Seçki hüququnda olan azadlıq
ümumi hüquqlarda olan azadlıqdan meydana gəlir. Seçkilərin
təşkili
zərurəti
insanların
dövlətlərini
təşkil
etmək
zərurətlərindən və iştirak zərurətlərindən ortaya çıxır. Seçki
hüququnda mövcud olan azadlıq həm sərbəst iradə ifadəsinin
ə
sasını təşkil edir, həm də sərbəst dövlətçilik siyasətinin
ə
sasında dayanır. Bütün hüquqlar insanın daxilindən gələn
azadlıqdan və azad şəkildə maraqları təmin etməkdən
formalaşır. Azadlıq hüququ ümumiləşdirici məfhum və məna
olaraq bütün hüquqların tərkibində mövcud olur. Bütün
hüquqların xidmət mahiyyəti onların azadlıq ruhunda meydana
gəlir.
98
“Seçki” məfhumu fəlsəfə və elmin obyekti kimi
Qədim yunan alimi Aristotel (b.e.ə. 384-322-ci illərdə
yaşamışdır) “Metafizika” (“Metafizika”- hərfən “fizikadan
sonra gələn əsərlər” deməkdir. Onun “Əsas fəlsəfə” haqqında
əsərlərinin cəmi “Metafizika” adlanır.
1
) əsərində göstərir ki,
elm hər yerdə başlıca olaraq əsası-qalanların ondan asılı olduğu
və onun vasitəsilə öz adını aldığı şeyi öyrənir. Onun fikrincə,
elm bir mənsub olan haqqında yox, həm də onunla əlaqəli olan
ş
eyləri öyrənir. Filosof əslin əsaslarını və səbəblərini
bilməldir.
2
Filosof hesab edib ki, aksiomalar mövcudluqdur,
hər şey üçün qüvvəyə malikdir. Mövcudluq ümumidir.
Ə
sasların ən doğrusu odur ki, onun haqqında səhv edilmir.
Ə
saslar aydınlaşdırıcıdır. Aristotel sübutları elmi sillogizmlər
kimi nəzərdən keçirirdi. Aristotel fəlsəfəsindən çıxış edərək,
hesab etmək olar ki, sübutlar aşkarlayandır və bu da məkan və
şə
raitdə dəyişəndir. Bir məkanın sübutu bütün hallarda, yəni
digər məka və prinsiplərdə faktlar kimi rol oynaya bilməz.
Buna görə də hər bir məkanın aydınlaşdırılması elə əslində
həmin məkandakı sübutların ortaya çıxmasını yaradır. Yalnız
bütün məkanlarda eyni olan elementlər həmin məkanların
sübutlarıdırlar ki, bunlar da sistemləri əlaqələndirəndir.
Sübutlar eyni olmaqla fərqlidir. Fərqlilik də fərqli prinsiplərin
ə
sasıdır. Fəqrliliklər də eyniliklərə keçidlərdir. Eyniliklər də
fərqliliklərə keçidləri edir. (Qeyd: əslində eyniliklər və
fərqliliklər də mütləq və nisbidirlər. Hər ikisi vahid
sistemlər daxilində eyni olan başlanğıc elementlərin sadəcə
olaraq müxtəlif məkanlar üzrə yer almasıdır. Burada
formada məkan fərqliliyi vardır. Müxtəlif elementlərin
1
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu.
Qədim yunan fəlsəfəsi antologiyası. “Yeni Nəsil” AJB, Bakı, 2002, 180
səh., səh. 113.
2
Yenə orada, səh. 114.
Dostları ilə paylaş: |