Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə30/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

93 
 
 
də  insanların  ümumi  azadlıq  hüquqlarının  bölgü  ünsürləridir. 
Burada  azadlıq  hüququ  bağlayıcı  və  daxili  məzmunu  ifadə 
edən  hüquq  kimi  xüsusi  önəmə  malik  olur.  Azadlıq  hər  bir 
halda  hüququn  daxilindədir.  Bununla  bərabər,  ayrıca  olaraq 
azadlıq  hüququ  da  mövcuddur.  Bu  hüquq  daha  çox  insanların 
azadlıqlarını məcmu hala salan hüquq rolunu oynayır. Azadlıq 
hüququ  bütün  hüquqlarda  tərkib  kimi  çıxış  edir.  İnsan 
hüquqlarının  əsası  elə  azadlıqda,  azad  hərəkətlərdə,  azad 
fəaliyyətdə  özünü  göstərir.  Buradan  da  belə  nəticəyə  gəlmək 
olur  ki,  əslində  azadlıq  hüququ  bütün  hüquqların  məzmununu 
birləşdirir.  Azadlıq  hüququ  da  təsnif  olunur.  Belə  ki,  dövlətin 
daxildə və beynəlxalq aləmdə azadlığını və sərbəst fəaliyyətini 
(burada təbii ki, normalar hüdudlarında olan azadlıqdan söhbət 
gedir)  ifadə  edən  dövlətin  azadlıq  və  suverenlik  hüququ, 
xalqların  azadlıq  və  suverenlik  hüquqları  (xalqların  azadlıq 
hüquqları  həm  də  onların  hüquqlarının  genişlənməsinə  və 
nəticə etibarilə dövlət yaratmalarına gətirib çıxarır. Norma 
genişləndirir  və  böyüdür.  Yuxarı  struktur  –forma-
mərhələsinə  qaldırır.  Qalxma  zamanı  isə  məzmun 
universallaşır,  mürəkkəbləşir  və  vahidləşir.  Buradan 
görünür  ki,  azadlıq  da  həm  daxildən,  həm  də  xaricdən 
normalara  salınır  və  məhdudlaşır.  Xalq  hüququ  böyüyür 
və  xalqın  yaratdığı  dövlətin  nəzarətinə  daxil  olur.  Bu 
baxımdan  istənilən  halda  böyümə  pozitiv  (müsbət  və 
qoruyucu)  nəticə  etibarilə  məhdudlaşmağa  gətirib  çıxarır. 
Bu  baxımdan  da  azadlıq  da  mütləq  və  nisbidir.  Azadlığın 
mütləqliyi  orta  xətlərdə-xəyali  orta  xətlərdə-daha  çox, 
sərhədlərdə  isə  nisbi  və  dəyişən  olur.  Yəni,  dövlətin 
içərisində-xəyali  olaraq  ortasında  –  ümumən  xalq  azaddır, 
dövlətin 
yuxarı 
hissəsi, 
son 
hədlər 
isə 
azadlığı 
məhdudlaşdırnadır. Çünki buradan o tərəfə artıq sərhədlər 
yoxdur.  Deməli,  azadlıq  sərhədlənir  və sərhədlərdən kənar 
başqa  forma 
tərəfindən 
həyata 
keçirilir. 
Məsələn, 


94 
 
 
dövlətlərin  beynəlxalq  əlaqələrində  xalq  hüquq  dövlət 
hüququna transfer edir. Dövlətin isə hüquq sərhədlərindən 
kənara 
çıxması 
məhdudlaşdırılmağa 
və 
öz-özünü 
zəiflətməyə  və  nəticə  etibarilə  məhv  olmağa  səbəb  olur. 
Deməli,  azadlığın  normalarla  ifadə  olunması  azadlığı  olan 
tərəfin özünüqorumasıdır, özünümüdafiəsdir, mövcudluğu-
nun  əsas  şərtidir);  vətəndaşların  azadlıq  və  sərbəstlik 
hüquqları  mövcud  olur.  Bütün  hallarda  isə  insanlar  öz 
hüquqlarına  sərbəst  və  maneəsiz  olaraq,  azad  şəkildə 
yiyələnirlər, onların hüquqları azad şəkildə qəbul olunur.  
Belə qəbul etdik ki, hüququn özünü normalar genişləndirir, 
eləcə  də  normalar  məhdudlaşdırır.  Normalar  azadlığı  tərkib 
etibarilə  ifadə  edən  üsullar  və  vasitələr  olsa  da,  həm  də 
tənizmedici  və  yer  müəyyənedici  amillər  və  kriteriyalar  kimi 
önəmə  malik  olur.  Yəni,  normalar  qaydalarla  genişləndirən 
kriteriyalardır,  ölçü  vahidləridir.  Deməli, 
azadlıq  da 
ölçüləndir.  Elə  onun  dəyəri  normalarla  ifadə  olunmasındadır. 
Ölçüdən kənar azadlıq isə məhvolmadır, öz-özünü yoxedəndir, 
fəaliyyəti  məhdudlaşdırandır.  Məsələn,  böyük  dövlətlərin  öz 
sərhədlərindən  kənarda  həddən  artıq  azad  hərəkətləri  onların 
daxilən  boşalmasına  gətirib  çıxara  bilir.  Eləcə  də  xaricdə 
məhdudiyyətərsiz hərəkət onların zəifləməsinə səbəb ola bilər. 
Hətta  makrokosmosda  da  sərbəstlik  (göy  cisimlərinin  sərbəst 
hərkəti) nizamla müəyyən olunur. Hər bi şey vahidin daxilində 
olduğundan azadlıq da normalarsız hüquqdan kənara çıxa bilir. 
Ə
gər  qüvvə  varsa,  hər  bir  şey  qüvvəyə  tabedirsə,  deməli, 
hərəkətlər 
də 
ölçüləndir. 
Azadlıq 
hüququnun 
ə
sası 
qanedicilikdə müəyyən edilə, təsbit oluna bilər. Yəni, müəyyən 
məsələlərdə 
və 
hədlərdə 
qaneedicilik, 
kompromislik, 
“doymaq” elə azadlıq hüququnun daxili məzmununu ifadə edir. 
Deyilənlərdən  belə  nəticələrə  gəlmək  olur  ki,  azadlıq  elə 
sistemin  tərkibində  (burada  ictimai-siyasi  sistemlər  nəzərdə 
tutulur)  mövcud  olan  məkanlar  daxilində  və  sistemlərarası 


95 
 
 
ə
laqələrdə  mövcud  olan  məkanlarda  hərəkət  imkanlarının 
təcəssüm olunmasıdır.  
 Hüquq  və  azadlıq  təbii  quruluşun  daxili  məzmun 
mahiyyətini aşkarlayan məfhumlardır. İnsan digər canlılar kimi 
təbiətən  azad  olan,  azadlığı  sevən  bir  məxluqdur.  Azadlığın 
sevilməsi də öz növbəsində hərəkət azadlığını (burada mövcud 
olan  və  qazanılan  məkanlar  daxilində,  məkanlar  hüdudlarında 
olan  sərbəstlik  nəzərdə  tutulur),  maraqların  sərbəst  şəkildə 
təmin  edilməsini  meydana  gətirir.  Azadlıqdan  insanın 
hərəkətlərini 
müəyyən 
edən, 
hərəkətlərin 
məzmununu 
xassələndirən hüquqlar formalaşır. Hüquqlar vəzifə, səlahiyyət 
və  ixtiyarları,  maddi  aləmə  və  material  aləmə  sahib  olmaları 
özündə əks etdirir.  
Azadlıq və hüququ əxlaq məhdudlaşdırır. Əxlaqla bərabər, 
mövcud 
imkanlar 
və 
real 
gerçəkliklər 
də 
azadlığın 
məhdudlaşdırılması  üçün  mühüm  vasitə  rolunda  çıxış  edir. 
Azadlığın  məhdudlaşdırılmasında  hüquq  subyektlərinin  say 
çoxluğu  da  böyük  önəmə  malik  olur.  Azadlıq  bu  baxımdan 
həm  mütləq,  həm  də  nisbi  əsasları  özündə  cəmləşdirir. 
Azadlığın  məzmununda, məna  tərkibində  sərbəstlik, axarlılıq 
(düşüncə  və  əməl),  maneələrsiz  (nisbi  olaraq)  axın  forma  və 
məzmunu 
vardır. 
Azadlıq 
həm 
də 
insanın 
mənəvi 
keyfiyyətlərinin  cəmi  ilə  özünə  tərkib  əldə  edir.  Yəni  insanın 
azadlığını onun şərəf və ləyaqəti, namus və vicdanı, hörmət və 
ş
öhrəti  və  bu  kimi  digər  mənəviyyat  kriteriyaları  təşkil  edir. 
Məsuliyyət  və  öhdəlik  də  azadlığın  ifadə  olunmasında  böyük 
önəmə  malik  olur.  Məsuliyyət  hissi,  vəzifə  və  borc  hissi  elə 
insanlarda həm də azadlğı ifadə edən hisslərdir. Bu kimi hisslər 
azadlığın  şərtlənməsinə  haqq  verir.  Məsuliyyət  və  borc 
öhdəliyindən  də  insanın  azadlığı  meydana  gəlir,  insana  vəzifə 
borcunu  yerinə  yetirmək  azadlığını  verir.  Azad  şəkildə 
məsuliyyətin  yerinə  yetirilməsi  məsələsi  ortaya  çıxır. 
Məsuliyyət insanın təbii nizamının əsasıdır.  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə